Məhkəmə qərarları › İş №2(103)-7399/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7399/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7399/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair işə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birgə iddiaçılar X1,İddiaçı2, İddiaçı3 Əli oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı6,İddiaçı7, İddiaçı8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar X1,İddiaçı2, İddiaçı3 Əli oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı6,İddiaçı7, İddiaçı8 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, İddiaçı6 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməklə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Verilmiş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti İddiaçı6 nümayəndəsi qismində Vəkil tərəfindən imzalanmışdır. Lakin iş materiallarında olan etibarnamədən görünür ki, İddiaçı6 tərəfindən Vəkil verilmiş etibarnamənin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. (iş v. 24) Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayəti aldıqdan sonra onun prosessual qanunvericiliyə uyğunluğunu yoxlamalı, şikayətin qanunvericiliyin tələblərinə uyğun olduğunu müəyyən etdikdən sonra şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərməlidir. Lakin hazırki halda birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətin qanunvericiliyin tələblərinə uyğunlunu yoxlamadan, yuxarıda göstərilən hala diqqət yetirmədən şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı6 nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilməli və iş həmin rayon məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-205/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı6 nümayəndəsi qismində Vəkil tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar