Məhkəmə qərarları › İş №2(103)-74/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-74/2021

09.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-74/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-132/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X3 qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 qızı cavabdehlər Bakı şəhəri 31 saylı notariat kontoru, X10, İddiaçı2, X17, X11, X12 və X18 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X7 ölümündən əvvəl çatası olan mərhum T.Ç.Əzimovdan qalmış mirasın - Bakı şəhəri Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi 21 saylı evin 1/4 hissəsinin və X4 qalmış həmin mülkün 3/4 hissədən ibarət mirasının qəbul etməsi faktının müəyyən etməklə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-132/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi 21 saylı evin X4 miras qalmış 3/4 hissəsinin X3 qızı tərəfindən qəbul edilməsi faktının müəyyən edilmiş hesab olunması və həmin mirasa onun vərəsəlik hüququ tanınması, iddia tələbinin T.Ç.Əzimovdan qalmış mirasa - Bakı şəhəri Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi 21 saylı evin 1/4 hissəsinə dair hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı X3 qızı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Binə qəsəbəsi (keçmiş Zevin), R.Məmmədhüseynov küçəsi ev 21 onun məhrum valideynləri X6 və Əzimov Çingiz oğlunun birgə nikah dövründə əldə edilmiş və xx xxxx 1989-cu ildə sonuncunun adına dövlət reyestrində qeydiyyata alınmışdır. X13 xx xxxxxxx 1995-ci ildə vəfat etmişdir. Yuxarıda göstərilən evin 1/2 hissəsi ondan miras qalmışdır. Baxmayaraq ki, o, anası X19 və qardaşı X21 ilə birgə həmin mirası faktiki qəbul etmiş, qətnamələrlə müəyyən edilmişdir ki, Ç.Əzimovun ölümündən sonra miras əmlakı miras olaraq faktiki həmin evdə yaşayan iddiaçı Fəridə Əzimova və cavabdeh Tahir Əzimov qəbul etmişdir. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2 (003)-382/2009 saylı xx xxx 2009-cu il tarixli qətnaməsi ilə X6 mübahisəli mülkün 3/4 hissəsinə, X14 isə 1/4 hissəsinə vərəsəlik hüququ tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(103)-11/2011 saylı qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-382/2009 saylı xx xxx 2009-cu il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Ali Məhkəmənin xx xxx 2011-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. X21 xx xxxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. Ondan qalmış mirası - Bakı şəhəri Binə qəsəbəsi (keçmiş Zevin) R.Məmmədhüseynov küçəsi 21 saylı evin ¼ hissəsini anası X19 qəbul etmişdir. Belə ki, sonuncu Bakı şəhəri, Binə qəsəbəsi (keçmiş Zevin), R.Məmmədhüseynov küçəsi 21 saylı evi tam təkbaşına idarə etməkdə davam etmişdir. T.Ç.Əzimovun arvadı X17 və oğlu İddiaçı2 miras açılan an qonşuluqda yerləşən torpaq sahəsində tikilmiş evdə yaşamışlar və bu günədək də orada yaşamaqda davam edirlər. Digər vərəsələri - qızları X11, X22, X23 isə miras açılan andan bir neçə il əvvəl ailə həyatı qurmuş və oradan daimi yaşamaq üçün başqa yerə köçmüşlər. Göründüyü kimi, miras qoyan T.Ç.Əzimovun ölümündən sonra miras əmlakı faktiki olaraq yalnız anası F.H.Əzimova qəbul etmişdir. Həmin payı isə onun ölümündən sonra yalnız iddiaçı qəbul etmişdir. Belə ki, anası xx xxxxxx 2016-cı il tarixdə vəfat etmişdir. O vaxtdan bu günədək mübahisəli evdə yaşamaqla faktiki sahiblik edir, bütün kommunal xərclərini və mülkün saxlanması üçün çəkilməli olan bütün xərcləri çəkməklə tək idarə edir. Bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. F.H.Əzimovanın digər vərəsələri isə miras əmlakı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etməmişlər. Eyni zamanda, anasının vəfatından sonra, o, mirasın qəbul edilməsinə dair Bakı şəhəri 31 saylı notariat kontoruna müraciət etmişdir. Həmin vaxt qeydiyyat vəsiqəsində mülkiyyətçi kimi mərhum atası Çingiz Əzimov göstərildiyindən, xx xxxxxxx 2016-cı il tarixdə notariat hərəkətlərini aparmaqdan imtina edilməsi haqqında qərar verilmişdir. Cavabdeh İddiaçı2 iddiaya etiraz edir və bildirir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə mübahisəli evin ¼ hissəsinə mərhum atası Tahir Əzimovun vərəsəlik hüququ tanınmış və o, atasının hüquqi varisidir. X24 mərhum nənəsi Fəridə Əzimovanın hüquqi varisi olsa da, onun özü tərəfindən sübut kimi təqdim olunan şahid ifadələri və digər tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, babasının vəfatından sonra mübahisəli evdə formal qeydiyyatda olsalar da, öz ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşamışlar. Mərhum babasının ölümü ilə vərəsəlik açıldıqdan sonra miras qoyanın hər hansı bir əmlakının idarə olunmasında iştirak etməyərək mirası faktiki olaraq qəbul etməmiş və notariat orqanına vərəsəliyin qəbulu ilə bağlı ərizə ilə müraciət etməmişlər. Cavabdeh X17 da iddiaya etiraz edir və onun mövqeyi cavabdeh İddiaçı2 ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı2 cavabdeh Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi R.Məmmədhüseynov küçəsi, 21 saylı fərdi yaşayış evinin atası X8 miras qalmış ¼ hissəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilmiş hesab olunması və həmin mirasa vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 miras qalmış ünvan 1 ünvanında yerləşən mülkün ¼ hissəsini yalnız birinci növbəli vərəsəsi olan mərhumə anası X19 tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(003)-1485/2019 saylı qətnaməsi ilə İddiaçı2 iddiası təmin, İddiaçı1 iddiası isə rədd edilərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, 21 saylı fərdi yaşayış evinin atası X8 miras qalmış ¼ hissəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasa onun vərəsəlik hüququnun tanınması qət edilmişdir. Üçüncü şəxs İddiaçı1 həmin qətnamədən apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)12195/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi üçüncü şəxsə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs İddiaçı1 həmin qətnamədən kasasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1402/2020 saylı qərarı ilə kasasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-12195/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı2 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsi, 21 saylı fərdi yaşayış evinin atası X8 miras qalmış ¼ hissəsinin qəbul edilməsi faktı müəyyən edilmiş və həmin mirasa vərəsəlik hüququ tanınmışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının Mülki Məcəllənin 1243-cü maddəsinə əsaslanaraq miras əmlakın ¼ hissəsinə dair iddia irəli sürməsi əsassızdır və həmin iddia tələbləri sübutlar araşdırılmadan rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X3 qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-132/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar