Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7404/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “Cavabdeh” İB tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev, iş N 2(011)-3800/20) iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəf xx xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vemişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh “Cavabdeh” İB həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, “Dövlət rüsumu haqqında” Qanunda dövlət rüsumunun tez və ya gec ödənilməsi barədə məhdudiyyət yoxdur. Həmin qanunda ödəniləcək dövlət rüsumunun vahid forması vardır ki, orada da kimin adından ödənilməsi və hansı məhkəmə üçün ödənilməsinin göstərilməsi kifayətdir. Həmin qanunda dövlət rüsumu ödənilərkən faktiki işin (işin nömrəsinin, adının) göstərilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə öz mülahizələri əsasında qərardad qəbul edərək işin mahiyyəti üzrə baxılmasından imtina etmişdir. “Cavabdeh” İB Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən dövlət müəssisəsidir. Gələcəkdə yarana biləcək maliyyə sıxıntılarının baş vermə ehtimalı, o cümlədən məhkəmə işlərində operativlik, həmçinin konkret müddət Birlik tərəfindən nəzərə alınaraq apelyasiya və kassasiya şikayətlərinin verilməsində yarana biləcək ləngimələrin, risklərin qarşısının alınması üçün dövlət rüsumlarının öncədən ödənilməsi təmin edilir. Əlbəttə ki, burada əsas vacib olan ödənilən məbləğin dövlət büdcəsinə daxil olmasıdır ki, bu da onlar tərəfindən təmin edilmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apelyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apelyasiya şikayətinin verilməsi üçün ödənilməsi göstərilən həmin dövlət rüsumuna dair qəbzin həqiqiliyini (doğruluğunu), onun məhz bu iş üzrə ödənilmiş dövlət rüsumu barədə qəbz olduğunu aydınlaşdırmaq qeyri-mümkündür. Belə ki, apelyasiya şikayətinin verilməsindən ötrü dövlət rüsumunun ödənilməsinə dair qəbzdən (qəbz № 524581143) görünür ki, həmin rüsum xx.xx.2019-cu il tarixdə ödənilmişdir. Halbuki İddiaçı cavabdeh “Cavabdeh” İB qarşı “borcun silinməsi” barədə iddia ərizəsi Xətai Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş və qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti isə xx.xx.2020-ci il tarixdə verilmişdir. Göründüyü kimi, apelyasiya şikayətinin verilməsinə dair dövlət rüsumu şikayətdən təxminən bir il üç ay əvvəl ödənilmişdir. Belə olan vəziyyətdə həmin rüsumun məhz xx.xx.2020-ci il tarixli qətnamədən verilmiş apelyasiya şikayətinə görə ödənilməsi qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti qaytarılarkan mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Cavabdeh” İB-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7404/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7404/2020
30.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver