Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7414/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilk iddia üzrə iddiaçı X2 iştirakı ilə, ilk iddia üzrə iddiaçı X2 ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 Tarıyel oğlu, X11, X15, Şəki şəhəri 01 saylı Dövlət Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh X4 qarşı «borc və dəymiş maddimənəvi zərərin ödənilməsi» tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 270/2018 saylı işi üzrə xx.xx.2020-ci tarixli qərardadından ilk iddia üzrə iddiaçı X5 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-270/2018 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, Şəki rayon 1 saylı dövlət notariat kontorunda “xxxxxxxxxxx” ASC-nin adi adlı səhmlərinin bağışlanmasına dair xx xxxxxxxx 2013-cü il tarixli, 3M-1/346 sayla reyestrdə qeydə alınmış “Qiymətli kağızların bağışlama müqaviləsi” etibarsız hesab edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh X1 6200 ABŞ dolları məbləğində borcunun və 10000 manat məbləğində maddi və mənəvi zərərin tutularaq Cavabdeh2 ödənilməsinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin iş üzrə ilkin iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi Ələkbər-zadə Faiq Zakir oğlunun qətnamənin icrasının təmin etmə tədbiri barədə ərizəsi əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-270/2018 saylı qərardadı ilə ərizə təmin edilmiş, “xxxxxxxxxxx” ASC-nin, ona məxsus qiymətli kağızların (səhmlərin), cəmiyyətin mülkiyyətində və balansında olan daşınar və daşınmaz əmlakın üzərinə həbsqoyulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2221 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehler Cavabdeh2, X11, Səmədli ava«ımud Natiq oğlu və X12 tərəfindən verilmiş apelyasiya şiayəti təmin edilərək, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(075)-1347/2018 saylı qətnaməsi ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi, iddiaçı X2 cavabdehler Cavabdeh2, X11, X6 vərəsəsi X13 və X8, müstəqil tələb irəli sürməyən və üçüncü şəxs - ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə və maraqlı şəxs - Şəki rayon 2 saylı X7rşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və ondan yaranan hüquqi nəticələrinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlakın boşaldılaraq onun sərəncamına və mülkiyyətinə geri qaytarılması tələbinə dair” iddiasının təmin edilməməsiqət edilmişdir (iş.ll cild.səh.273). Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1745/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (iş.ll cild.səh.369). İlk iddia üzrə cavabdehlər Cavabdeh2 X11 hazırkı ərizə ilə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini və həbsin götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-270/2018 saylı işi üzrə xx.xx.2020ci tarixli qərardadı iləərizə təmin edilərək, "xxxxxxxxxxx” ASC-nin, ona məxsus qiymətli kağızların (səhmlərin), cəmiyyətin mülkiyyətində və balansında olan daşınar və daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 270/2018 saylı qərardadı ilə seçilmiş iddianın təmini tədbiri ləğv edilməsi, "xxxxxxxxxxx” ASC-nin, ona məxsus qiymətli kağızların (səhmlərin), cəmiyyətin mülkiyyətində və balansında olan daşınar və daşınmaz əmlakın üzərinə qoyulmuş həbs götürülməsi, həmin əmlak üzərindən həmin qərardadla qoyulmuş bütün qadağalar və məhdudiyyətlər götürülməsi qərara alınmışdır. İlkin iddia üzrə iddiaçı X5 qərardaddan şikayət verərək (Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.1 , 185.2, 185.3, 267.1, 268, 268.1, 269-cu maddələrinə istinadən) bununla əlaqədar qeyd etməyi zəruri bilir ki, məhkəmə bildirişi xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. əldə olan bütün imkanlardan istifadə edərək məhkəməni məlumatlandırmağına baxmayaraq məhkəmə iştirakı olmadan, dövlət başçısının tapşırıqlarını da gözardı edərək nə səbəbdənsə tələsik qərardad qəbul etmişdir. Təbii ki, bu fürsətdən həmişəki kimi öz xeyrinə istifadə edən Nəbi və Nicat dəstəsi yenidən qanunsuzluq etməyə nail olmuşlar. Məhkəmə iclası Cavabdeh2 və Hacıyev Nicatın heç bir qeydiyyatı olmayan ərizəsi əsasında aparılmışdır Bu isə effektiv məhkəmə müdafiəsi hüququnu kobud şəkildə pozmuşdur.Bir halı da qeyd etməyi zəruri bilir ki, məhkəmənin qanuni qüvvəsini aldığı barədə qeyd etdiyi mülki işdə mənim konstitusion hüquqları pozulduğundan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət vermişdir. Hazırda şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatındadır. Məhkəmə qərardad qəbul edərkən ərizəni rəsmi təqdim etməməklə ona qarşı etiraz və mülahizə təqdim etmək imkanlarını məhdudlaşdırmışdır. Məhz bu səbəbdəndə belə hesab edir ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Bu səbəbdəndə ləğv edilməli və ərizəyə yenidən baxılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-270/2018 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı X5 məhkəmə iclasının təxirə salınması barədə ərizəsinin təqdim edərək, apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 Tarıyel oğlu, X11, X15, Şəki şəhəri 01 saylı Dövlət Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh2 və X11 Bakı Apellyasiya Məhkəməsinə etiraz ilə müraciət edərək, Ü.A.İbrahimovun Bakı, Yasamal rayon Məhkəməsinə ünvanladığı şikayət ərizəsinin Yasamal rayon Məhkəməsi tərəfindən təmin olunmayaraq rədd edilməsi və müzakirə olunması üçün göndərildiyi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında xx.xx.2020-ci il tarixli, 2(075)-1347/2020 saylı qərardadın qüvvədə saxlanılmasının təmin olunmasını Məhkəmədən xahiş etdiyini bildirmişlər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb və MPM-nin 157, 158, 159.2, 163, 164, 386, 388, 397.2, 398-ci maddələrinə əsasən hesab edir ki, şikayətdə qeyd edilən dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad gələcəkdə icra sənədinin icrasını təmin etmək məqsədi ilə müvəqqəti səciyyə daşıyır, iddiaçının iddiası təmin edilməmiş , qətnamə qanuni qüvvəsin almış və konstitusiya icraatı barədə sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlk iddia üzrə iddiaçı X2 şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-270/2018 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7414/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7414/2020
28.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver