Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7417/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh X4 X3 Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1881/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh X4 X3 Cəmiyyətinə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, “Cavabdehbank” ASC ilə onun arasında bağlanmış xx xxxx 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO “Cavabdehbank” ASC ilə onun arasında xx xxxx 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən LPO “Cavabdehbank” ASC tərəfindən ona illik 19 % olmaqla 48 ay müddətinə evin təmiri məqsədi ilə 24.400 ABŞ dolları kredit verilmişdir. Daha sonra xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsində 251A nömrəli binada yerləşən, 179,18 m2 ümumi sahədən ibarət 223 nömrəli mənzil 2011-ci il 02 sentyabr tarixli 847/11/PB nömrəli ipoteka müqaviləsinə xx.xx.2015-ci il tarixli 3 nömrəli əlavə ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borcların illik 19 % olmaqla ödənilməsi çətinlik yaratdığından cavabdeh orqanla müqaviləyə əlavə və dəyişiklik edilməsi üçün razılığa gəlmişlər. Bundan sonra xx xxxx 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavə edilmişdir. Həmin əlavəyə əsasən kreditin faiz dərəcəsi aşağı endirilmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, kreditin faiz dərəcəsi 14 %-ə endirilmişdir. Kredit müqaviləsinə əlavə edilsə də, faiz dərəcəsi yenə də yüksək olmuşdur. O, xx xxxx 2015-ci il tarixli 0180/15/PB saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavəyə imza edərkən faiz dərəcəsinin yüksək olmasından məlumatlı olmamışdır. Hazırda faiz dərəcəsi yüksək olduğundan, kredit müqaviləsi üzrə borcların ödənilməsi onun vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirmişdir. LPO “Cavabdehbank” ASC vicdanlıq prinsipinin tələblərini pozaraq ona kredit müqaviləsi üzrə borc verilən zaman yüksək faizlər müəyyən etmişdir. Sözügedən kredit müqaviləsində qeyd edilənlər onun iradə ifadəsini və razılığını əks etdirmədiyindən, kredit müqaviləsi əhəmiyyətli yanılmanın təsiri altında bağlandığından etibarsız hesab edilməlidir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1881/2020 saylı, 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1881/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən hərtərəfli araşdırılma aparılmadan, qeyri-obyektiv şəkildə şəxsi mülahizələr əsasında qərar qəbul edilmişdir. Belə ki, o, 02 iyun 2015-ci il tarixli, 0180/15/PB saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavəyə imza edərkən faiz dərəcəsinin yüksək olmasından məlumatlı olmamışdır. Hazırda faiz dərəcəsi yüksək olduğundan, kredit müqaviləsi üzrə borcların ödənilməsi onun vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirmişdir. “Cavabdehbank” ASC vicdanlılıq prinsipinin tələblərini pozaraq ona kredit müqaviləsi üzrə borc verilən zaman yüksək faizlər müəyyən etmişdir. Sözügedən kredit müqaviləsində qeyd edilənlər onun iradə ifadəsini və razılığını əks etdirmədiyindən, kredit müqaviləsi əhəmiyyətli yanılmanın təsiri altında bağlandığından etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması ilə çıxarılmışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1881/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh X4 X3 Cəmiyyətinin nümayəndəsi Cahangir Mahmudov İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1881/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiаçı İddiaçı apelyasiya şikayətində iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən qəbul еdilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni bütünlüklə mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Məhkəmə kollegiyası Cavabdeh BOKT ASC-nin nümayəndəsi Cahangir Mahmudovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, “Cavabdehbank” ASC ilə İddiaçı arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış 0180/15/PB saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı evin təmiri məqsədilə 48 ay müddətinə, illik 19% olmaqla 24.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə kоllеgiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi üçün əsasların olmamasını, iddiaçı tərəfindən iddiasının əsaslarını təsdiq edən mötəbər və təkzibolunmaz sübutların məhkəməyə təqdim etməməsini, habelə əksinə cavabdehin təqdim etdiyi sübutlara əsasən, iddiaçı ilə müqavilələr bağlanarkən bank tərəfindən qanunun tələblərinin və iddiaçının hüquqlarının pozulmamasını qeyd etməklə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.4.-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.2.-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. İşdən görünür ki, İddiaçı iddiasının əsaslarını təsdiq edən sübutları, habelə kredit müqaviləsinin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsi ilə bağlı hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin cavabdeh İddiaçı apelyasiya şikayətinin xx.xx.2015-ci il tarixli, 0180/15/PB saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavəyə imza edərkən faiz dərəcəsinin yüksək olmasından məlumatlı olmadığını, “Cavabdehbank” ASC vicdanlılıq prinsipinin tələblərini pozaraq ona kredit müqaviləsi üzrə borc verilən zaman yüksək faizlər müəyyən etdiyini, sözügedən kredit müqaviləsində qeyd edilənlərin onun iradə ifadəsini və razılığını əks etdirmədiyini, kredit müqaviləsinin əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı barədə dəlilinə münasibət bildirərək, həmin dəlili əsassız hesab edir. Belə ki, xx.xx.2015-ci il tarixli, 0180/15/PB saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavə İddiaçı tərəfindən şəxsən imzalanmış, müqavilənin və müqaviləyə əlavənin imzalanması zamanı ona qarşı hər hansı bir təsir və zorakılığın edilməsi müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh İddiaçı hazırki əqdi, bağlandıqdan 4 il 6 aydan artıq, xx.xx.2016-cı il tarixli 01 nömrəli əlavəni isə 3 ildən artıq bir müddət keçdikdən sonra mübahisələndirməsi apelyasiya şikayətinin onun tərəfindən formal olaraq verildiyinə dəlalət edir. Odur ki, iddia tələbinin cavabdehin apelyasiya şikayətinə əsasən təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, sosial ədalət prinsipi əsas tutularaq İddiaçı iddiasının rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1881/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi faktlar nöqteyi-nəzərdən qanuni və əsaslıdır, iddiaçının apelyasiya şikayəti heç bir sübutla öz təsdiqini tapmayan formal mülahizədən ibarət olmaqla, həmin qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1881/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7417/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7417/2020
13.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver