Məhkəmə qərarları › İş №2(103)-7419/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7419/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7419/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, 3-cü şəxsin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-700/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsindən iş üzrə üçüncü şəxs "xxxx"ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 28 sentyabr 2020-ci il tarixdə və 12 oktyabr 2020-ci il tarixdə keçirilmiş hərracların nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011 )-327/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-19/20 saylı, 10 yanvar 2020-ci il tarixli icra sənədi üzrə ipotekaya qoyulan ünvan 2 ünvanında yerləşən mənzilin satlması ilə əlaqədar birinci hərrac 17 fevral 2020-ci il tarixdə keçirilmiş, hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 16 mart 2020-ci il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən 6 ay sonra tərəfindən İpoteka haqqında Qanunun 43.8-ci maddəsinin tələbi nəzərə alınaraq Səbail rayon məhkəməsində ipotekaya xitam verilməsi tələbinə dair iddia qaldırılmışdır.Məhkəmə prosesi zamanı bankın nümayəndəsi tərəfindən bildirilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzilin satlması ilə əlaqədar birinci hərrac 28 sentyabr 2020-ci il tarixdə keçiriləcəkdir. Həmin tarixədək əvvəllər təyin edilmiş (17 fevral 2020-ci il tarixdə və 16 mart 2020-ci il tarixdə) hərraclar pandemiya ilə əlaqədar olaraq keçirilməmişdir. Halbuki, həmin dövrdə pandemiya mövcud olmamışdır.Nəticədə yenidən hərrac keçirilmiş ilk hərrac 28 sentyabr 2020-ci il tarixə və ikinci hərrac isə 12 oktyabr 2020-ci il tarixə təyin edilmiş və keçirilmişdir. Beləliklə də qanunvericilikdə əmlakın satılmasına dair iki hərracın keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, cavabdeh təşkilat qanunvericilkdə nəzərdə tutulmayan 3-cü və 4-cii dəfə hərrac keçirilmişdir. Hesab edir ki, hazırda mübahisələndirdiyi hərracın keçirilməsində məqsəd bank tərəfindən 16 mart 2020-ci il tarixdə keçirilmiş hərracdan sonra qanunvericilikdə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün nəzərdə tutulmuş 30 günlük müddətin ötürülməsinin qarşısını almaqdır. Belə ki, hadisələrin məntiqi ardıcıllığından görünür ki, hazırda mübahisələndirdiyim hərraclar tərəfimdən Səbail rayon Məhkəməsində ipotekaya xitam verilməsinə dair iddia qaldırdıqdan sonra təşkil edilmişdir. Qeyd edilməsi zəruridir ki, tərəfımdoıı 2020-ci ilin iyun ayında hərrac təşkilatına müraciət edilmiş və hərracla bağlı məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh hərrac təşkilatının 12 iyun 2020-ci il tarixli məktubla bildirilmişdir ki, “ünvan 2 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 17.02.2020-ci il tarixində və 16.03.2020-ci il tarixə hərraclar təyin edilmişdir. Əgər sözügedən hərraclar keçirilməmişdirsə o zaman həmin hərracların keçirilməməsi qeyd olunmuş olardı.Həmçinin hazırkı iddia ərizəsinə əlavə edilmiş SMS bildirişin surətindən də görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar 17.02.2020-ci il tarixdə və 16.03.2020-ci il tarixdə hərrac keçirilmişdir. Bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd olunur ki, “İpoteka haqqında Qanunun” 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İpoteka haqqında Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-700/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi qət olunmuşdur. Həmin qətnamədən iş üzrə üçüncü şəxs "xxxx"ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə Nərimanov rayon məhkəməsinin 2(005)-700/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsini əsassız və qanunsuz hesab edirlər və aşağıda göstərilən əsaslara görə ləğv edilməli və iddiaçının iddiası təmin edilməməlidir.Belə ki, Nərimanov rayon məhkəməsi öz qərarını əsasən belə əsaslandırmışdır ki, "xxxx" MMC-nin 17.01.2020-ci il tarixli, 01, 01/2 nömrəli bildirişlərinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilə dair hərracın 17.02.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir.”Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna alınmış 01.09.2020-ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küşəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir.Hazırda ilkin hərracın keçirilməsi 28.09.2020-ci il tarixə təyin olunmuşdur.31.08.2020-ci il, 06.10.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərin surətində əsasən, sözügedən ipoteka əmlakı ilə bağlı müvafiq olaraq hərracın 28.09.2020ci il tarixdə və 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir.”Birja Yenilikləri”qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küşəsi, yerləşən 2 saylı evin 177 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. 15.10.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74 - 13/20 saylı, 10.01.2020-ci il tarixli məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küşəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilin təkrar hərracın baş tutması barədə “Birja yenilikləri” qəzetinin 15.10.2020-ci il nömrəsində elan dərc edilmişdir.”İpoteka Haqqında”Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz olmayan qiymətlə yəni 60562.5 manat olmaqla ipoteka saxlayana təklif olunur.Hazırda iddiaçı iddia edir ki, mübahisəli əmlaka dair hərrac təşkilatı tərəfindən ilkin hərrac 17.02.2020-ci il tarixə, təkrar hərrac 16.03.2020-ci il tarixə təyin edilsə də, sonradan bir daha 28.09.2020-ci il tarixə və 12.10.2020-ci il tarixə təkrar hərraclar təyin edilmiş və Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 177 saylı mənzilin həmin hərracda satılması baş tutmadığından 15.10.2020-ci il tarixdə "xxxx" ASC-yə təklif edilmişdir. Göründüyü kimi, hərrac təşkilatı tərəfindən mübahisəli mənzillə bağlı dörd dəfə hərrac keçirilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Bununla belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh MMC məhkəmə tərəfindən verilmiş 17.02.2020-ci və 16.03.2020-ci il tarixli hərraclarla bağlı sorğuya cavab verməkdən yayınmışdır.”Sonradan Nərimanov Rayon Məhkəməsi Mülki Məcəllənin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cu il tarixli qərarına istinad edərək, əsassız olaraq,müəyyən etmişdir ki “iddiaçı, 28 sentyabr 2020-ci il tarixli və 12 oktyabr 2020-ci il tarixli hərracların nəticələrinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Çünki yuxarıda qeyd edildiyi kimi, cavabdeh "xxxx" MMC tərəfindən iki dəfədən çox hərrac keçirməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, ipoteka predmeti olan mənzillərin 17.02.2020-ci il və 16.03.2020-ci il tarixlərdə satılmasına dair təyin edilmiş hərraclar keçirilməmiş, həmin hərracların keçirilməməsi isə pandemiya ilə əlaqələndirilmişdir. Lakin məhkəmə cavabdeh cəmiyyətin həmin faktla bağlı mövqeyini qəbul etmir, belə ki, karantin rejiminin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinətinin qərarları həmin tarixlərdə mövcud olmamışdır.” İlk növbədə bildirirlər ki, iddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və "xxxx" MMC işə cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldıraraq, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-19/20 saylı 10.01.2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 5 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac 17 fevral 2020-ci il tarixdə keçirilmiş hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 16 mart 2020-ci il tarixə təyin edilmişdir. İkinci hərracın keçirilməsindən sonra hərrac baş tutmamışdır və nəticədə qanunvericilyinin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 4 aydan çox zaman keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə olan halda ipotekaya xitam verilməlidir. Həmin iş üzrə məhkəmə araşdırılması zamanı "xxxx" MMCdən daxil olmuş 01.09.2020-ci il tarixli məktubdan aydın olmuşdur ki, ünvan 5 ünvanında yerləşən mənzilin icra sənədi icraatlarına daxil olmuş, ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. ünvan 5 ünvanında yerləşən mənzilin ilkin hərracının keçirilməsi 28.09.2020-ci il tarixinə təyin edilmişdir. Çünki həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın Azərbaycanda xüsusi rejim tətbiq edilməsinə dair qərarına əsasən dövlət və özəl sektora aid qurumlardan kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur. 28.09.2020-ci il tarixdə keçirilmiş hərrac isə baş tutmadığından 15% aşağı qiymətə 12.10.2020-ci il tarixə təyin edilmişdir. Səbail Rayon Məhkəməsi hesab etmişdir ki, ipoteka qoyan ikinci hərrac, yəni 12.10.2020-ci il tarixli hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka predmetini əldə etdiyindən iddiaçının banka qarşı belə iddiası əsassızdır. Beləliklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və "xxxx" MMC işə cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.01.2021-ci il tarixli 2(103)-1587/2021 saylı qətnaməsi lə iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi X2 həm Səbail Rayon Məhkəməsinə, həm də Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi iddia tələbi üzrə əsaslandırdığı hallar eyni olsa da, Səbail rayon Məhkəməsi təqdim olunmuş sübutları dəqiq araşdırmış və qanunvericiliyinin normalarını düzgün tətbiq edərək, ədalətli qərar qəbul etmişdir. Qeyd etmək istəyirik ki, Nərimanov Rayon Məhkəməsi qərar verərkən, nəzərə almamışdır ki,Səbail Rayon Məhkəməsinə "xxxx" MMC-dən daxil olmuş 01.09.2020-ci il tarixli məktubda ünvan 5 ünvanında yerləşən mənzillər üzrə ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar hərracların baş tutmamış elan edilməsi deyil, məhz keçirilməməsi qeyd olunmuşdur. Bunlar isə fərqli-fərqli anlayışlardır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.2,-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Həmin Qanunun 43.4-ci maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi ünvan 5 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar təyin olunmuş 17.02.2020-ci il və 16.03.2020-ci il tarixlərdə hərrac günləri “İpoteka haqqında” AR Qanununun 43.1-ci və 43.7-ci maddəsində sadalanan hallar baş verməmişdir. Çünki həmin ərəfədə Səbail rayon Məhkəməsinin qətnaməsində də əks olunduğu kimi AR Nazirlər Kabinetinin yanında Operativ Qərargahın Azərbaycanda xüsusi rejim tətbiq edilməsinə dair qərarına əsasən dövlət və özəl sektora aid qurumlardan kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur. Həmçinin hərracların baş tutmaması barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və hərrac təşkilatının internet saytında heç bir məlumat məlumat dərc etdirilməmişdir. Təəssüf ki, bank tərəfindən məhkəmə icraatı vaxtı iş üçün əhəmiyyət kəsb edən "xxxx" MMC-dən Səbail Rayon Məhkəməsinə daxil olmuş 01.09.2020-ci il tarixli məktubun surətinin, Səbail Rayon Məhkəməsinin 2(009)- 1706/2020 saylı 15 oktyabr 2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.01.2021-ci il tarixli 2(103)-1587/2021 saylı qətnamələrinin surətlərinin məhkəmə təqdim olunmasına, 17.02.2020-ci il və 16.03.2020-ci il tarixə təyin olunmuş hərracların baş tutmamış deyil, AR Nazirlər Kabinetinin yanında Operativ Qərargahın Azərbaycanda xüsusi rejim tətbiq edilməsinə dair qərarına əsasən təxirə salınması səbibilə keçirilməməsi və bu səbəbdən “İpoteka haqqında” AR Qanununun 43-cü maddəsinin tətbiq olunmasının yolverilməzliyi məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, Nərimanov Rayon Məhkəməsi tərəfindən qərəzli və ədalətsiz qətnamə qəbul edilmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iş üzrə üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X7 apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.01.2021-ci il tarixli 2(103)-1587/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2021-ci il tarixli 2(102)-3510/2021 saylı Qərarının surətlərinin məhkəmə təqdim edərək nəzərə alınmasını və apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-700/2021 saylı, 20.04.2021-ci il qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-700/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsi ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, "xxxx"MMC-nin 17.01.2020-ci il tarixli, 01, 01/2 nömrəli bildirişlərinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilə dair hərracın 17.02.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. ”Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna alınmış 01.09.2020- ci il tarixli cavab məktubunun surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küşəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilin hərracda satılması ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. Hazırda ilkin hərracın keçirilməsi 28.09.2020-ci il tarixə təyin olunmuşdur. 31.08.2020-ci il, 06.10.2020-ci il tarixli, 01, 02 nömrəli, bildirişlərin surətində əsasən, sözügedən ipoteka əmlakı ilə bağlı müvafiq olaraq hərracın 28.09.2020-ci il tarixdə və 12.10.2020-ci il tarixdə keçiriləcəyi bildirilmişdir. ”Birja Yenilikləri”qəzetlərinin təsdiq edilmiş surətindən görünür ki, X3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küşəsi, yerləşən 2 saylı evin 177 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. 15.10.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, Xətai Rayon İcra və Probasiya Şöbəsinin 17/74 - 13/20 saylı, 10.01.2020-ci il tarixli məktubuna əsasən ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küşəsi, yerləşən 2 saylı evin 177 saylı mənzilin təkrar hərracın baş tutması barədə “Birja yenilikləri” qəzetinin 15.10.2020-ci il nömrəsində elan dərc edilmişdir.”İpoteka Haqqında”Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz olmayan qiymətlə yəni 60562.5 manat olmaqla ipoteka saxlayana təklif olunur.Hazırda iddiaçı iddia edir ki, mübahisəli əmlaka dair hərrac təşkilatı tərəfindən ilkin hərrac 17.02.2020-ci il tarixə, təkrar hərrac 16.03.2020-ci il tarixə təyin edilsə də, sonradan bir daha 28.09.2020-ci il tarixə və 12.10.2020-ci il tarixə təkrar hərraclar təyin edilmiş və Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində yerləşən 2 saylı evin 177 saylı mənzilin həmin hərracda satılması baş tutmadığından 15.10.2020-ci il tarixdə "xxxx"ASC-yə təklif edilmişdir. Göründüyü kimi, hərrac təşkilatı tərəfindən mübahisəli mənzillə bağlı dörd dəfə hərrac keçirilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. 1-ci instansiya məhkəməsi Mülki Məcəllənin, “İpoteka haqqında”AR Qanununun normalarına, AR Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” AR Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” 28.10.2014-cu il tarixli qərarına istinad edərək, müəyyən etmişdir ki “iddiaçı, 28 sentyabr 2020-ci il tarixli və 12 oktyabr 2020-ci il tarixli hərracların nəticələrinin etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır.Çünki yuxarıda qeyd edildiyi kimi, cavabdeh "xxxx"MMC tərəfindən iki dəfədən çox hərrac keçirməklə qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, ipoteka predmeti olan mənzillərin 17.02.2020-ci il və 16.03.2020-ci il tarixlərdə satılmasına dair təyin edilmiş hərraclar keçirilməmiş, həmin hərracların keçirilməməsi isə pandemiya ilə əlaqələndirilmişdir. Lakin məhkəmə cavabdeh cəmiyyətin həmin faktla bağlı mövqeyini qəbul etmir, belə ki, karantin rejiminin tətbiqi ilə bağlı AR Nazirlər Kabinətinin qərarları həmin tarixlərdə mövcud olmamışdır.” İlk növbədə Kollegiya qeyd edir ki, iddiaçı X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və "xxxx"MMC işə cəlb edilməklə cavabdeh "xxxx"ASC- yə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldıraraq, ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iş üzrə iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-327/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar Xətai rayon İcra və Probasiya şöbəsinin 17/74-19/20 saylı 10.01.2020-ci il tarixli icra sənədi üzrə ipoteka qoyulan ünvan 6 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar birinci hərrac 17 fevral 2020-ci il tarixdə keçirilmiş hərrac baş tutmamış və ikinci hərracın keçirilməsi 16 mart 2020-ci il tarixə təyin edilmişdir.İkinci hərracın keçirilməsindən sonra hərrac baş tutmamışdır və nəticədə qanunvericilyinin tələbinə uyğun olaraq ipoteka predmeti banka təklif olunmuşdur. Artıq həmin zamandan 4 aydan çox zaman keçməsinə baxmayaraq bank tərəfindən ipoteka predmeti əldə edilməmişdir. Belə olan halda ipotekaya xitam verilməlidir. Həmin iş üzrə məhkəmə araşdırılması zamanı "xxxx"MMC-dən daxil olmuş 01.09.2020-ci il tarixli məktubdan aydın olmuşdur ki, ünvan 5 ünvanında yerləşən mənzilin icra sənədi icraatlarına daxil olmuş, ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar təyin olunmuş hərraclar keçirilməmişdir. ünvan 5 ünvanında yerləşən mənzilin ilkin hərracının keçirilməsi 28.09.2020-ci il tarixinə təyin edilmişdir.Cünki həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın Azərbaycanda xüsusi rejim tətbiq edilməsinə dair qərarına əsasən (13 mart 2020-ci il tarixli) dövlət və özəl sektora aid qurumlardan kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur.28.09.2020ci il tarixdə keçirilmiş hərrac isə baş tutmadığından 15% aşağı qiymətə 12.10.2020-ci il tarixə təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi hesab etmişdir ki, ipoteka qoyan ikinci hərrac, yəni 12.10.2020-ci il tarixli hərrac baş tutmadıqdan sonra 30 gün müddətində ipoteka predmetini əldə etdiyindən iddiaçının banka qarşı belə iddiası əsassızdır.Beləliklə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1706/2020 saylı 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi və "xxxx"MMC işə cəlb edilməklə cavabdeh "xxxx"ASC-yə qarşı ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən mənzilin ipotekasına xitam verilməsi və həmin mənzilin dövlət reyestrində qeydə alınmış yüklülüyün ləğv edilməsi barədə iddiası təmin edilməmişdir.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.01.2021-ci il tarixli 2( 103)-1587/2021 saylı qətnaməsi ilə iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.01.2021-ci il tarixli 2(103)-1587/2021 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2021-ci il tarixli, 2(102)-3510/2021 saylı Qərarı ilə dəyişdirilmədən saxlanmış və iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin 82.3-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını inztizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halları təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Daha sonra 1-ci instansiya məhkəməsi nəzərə almamışdır ki, Səbail Rayon Məhkəməsinə "xxxx" MMC-dən daxil olmuş 01.09.2020-ci il tarixli məktubda ünvan 5 ünvanında yerləşən mənzillər üzrə ölkədə təyin olunan karantin rejimi ilə əlaqədar hərracların baş tutmamış elan edilməsi deyil, məhz keçirilməməsi qeyd olunmuşdur.Bunlar isə fərqli-fərqli anlayışlardır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir :43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə;43.1.2. hərracın iştirakçısı olmadıqda;43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə;43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.Həmin Qanunun 43.2,-ci maddəsinə əsasən,bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.Həmin Qanunun 43.4,-ci maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.Həmin qanunun 43.5,-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.Həmin Qanunun 43.7,-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.Həmin Qanunun 43.8,-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, ünvan 6 ünvanında yerləşən mənzilin satılması ilə əlaqədar təyin olunmuş 17.02.2020-ci il və 16.03.2020-ci il tarixlərdə hərrac günləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1,-ci və 43.7,-ci maddəsində sadalanan hallar baş verməmişdir.Çünki həmin ərəfədə Səbail rayon Məhkəməsinin qətnaməsində də əks olunduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın Azərbaycanda xüsusi rejim tətbiq edilməsinə dair qərarına (13.03.2020-ci il tarixli) əsasən dövlət və özəl sektora aid qurumlardan kütləvi tədbirlərin təxirə salınması tələb olunmuşdur. Həmçinin, Kollegiya vacib olaraq qeyd edir ki, hərracların baş tutmaması barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və hərrac təşkilatının internet saytında heç bir məlumat məlumat dərc etdirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-700/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar