Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7427/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehiştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)- 4188/2018 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı xeyrinə Cavabdeh 2527,40 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh xx xxxx 2019-cu il tarixdə apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instransiya məhkəməsində iddia tələbinə baxılan zaman cavabdehin iştirakı təmin edilməmiş, işin bir sıra hallarına birtərəfli qiymət verilmişdir. Bundan əlavə, cavabdehin iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(003)4188/2018 saylı qətnaməsindən xəbəri olmamış, qətnamənin surətini yalnız Xəzər Rayon İcra və Probasiya Şöbəsinin xx xxx 2019-cu il tarixli xəbərdarlıq məktubunu aldıqdan sonra məhkəməyə ərizə ilə müraciət edərək almışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-4188/2019 saylı qərardadı ilə qətnamədən şikayət vermə müddəti keçdiyinə görə apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və apelyasiya şikayətinin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 4188/2018 saylı qərardadı ilə şikayət əsassız hesab edilərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə şikayət əsassız olduğuna görə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti düzgün olaraq geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarına əlavə edilmiş Cavabdeh iş materialları ilə tanış olması və qətnaməni alması barədə ərizəsindən görünür ki, cavabdeh xx xxxx 2019-cu il tarixdə iş materialları ilə tanış olmuş və qətnamənin surətini almış, lakin qətnamədən xx xxxx 2019-cu il tarixdə apelyasiya şikayəti vermişdir. Göründüyü kimi, cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apelyasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-4188/2018 saylı qərardadı qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh şikayəti təmin edilməsin. Apelyasiya şikayətinin geri qaytarılması haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)-4188/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7427/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7427/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver