Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7438/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)-2186/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxx 2015-ci il tarixli AL-1098 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxx 2015-ci il tarixli AL-1098 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxx 2016-cı il tarixə 835,56 manat əsas, 540,24 manat mükafat və həmin günə hesablanmış 184,69 manat dəbbə pulu, 2336 manat dəymiş zərər, ümumilikdə 3896,49 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı 488202 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (iş.səh.23), İddiaçı MMC ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AL-1098 saylı daxili lizinq müqaviləsi (səh.20), İddiaçı MMC ilə X6, Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, AL-1098 saylı digər öhdəliklərin ötürülməsi müqaviləsi (səh.4), xx.xx.2015-ci il tarixli lizinq ödənişləri cədvəli (səh.5), “Samand Se” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı MMC tərəfindən aparılmış təhvil təslim barədə xx.xx.2015-ci il tarixli təhvil-təslim aktı (səh.6), xx.xx.2018-ci il tarixli “Servis Mərkəzi” tərəfindən verilmiş qüsur aktı (səh.13), xx.xx.2019-cu il tarixli, 415 saylı İddiaçı MMC tərəfindən tərtib olunmuş arayışı (səh.88), xx.xx.2018-ci il tarixli 889 saylı İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu (səh.18) sübut kimi tədqiq olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2186/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 835,56 manat əsas, 540,24 manat mükafat, 184,69 dəbbə pulu, 2336 manat dəymiş zərər, ümumilikdə 3896,49 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "İddiaçı” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4 ; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 424.3, 424.2, 421.3, 421.3, 441.3, 421.2, 448.2, 445.2.1, 445.2.2, 445.1, 443.1, 442, 747.1-i maddələrinə istinadən qeyd edilmişdir ki,İddiaçı MMC xx.xx.2015-ci il tarixli, AL-1098 saylı daxili lizinq müqaviləsi üzrə mülkiyyətində olan 2015-ci il buraxılışlı, “Samand Se” minik markalı, **- AN-*** dövlət qeydiyyat nişanlı, avtomobili X2 müvəqqəti istifadəsinə vermiş, daha sonra Cavabdeh xx.xx.2015-ci il tarixli, AL-1098 saylı öhdəliklərin ötürülməsi müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və avtomobil onun müvəqqəti istifadəsinə verilmişdir. Lakin Cavabdeh öhdəliklərin ötürülməsi müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməmiş, yəni lizinq obyektindən istifadə üçün nəzərdə tutulan şərtləşdirilmiş ödəniş haqqını iki dəfədən artıq ödəməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2186/2019 saylı qətnaməsini ləğv edərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəlləsinin 386, 387.1, 384.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, sözügedən Məhkəmə qətnaməsi ilə qismən razı deyildir, məhkəmə işin faktiki və hüquqi hallarını araşdırmadan, düzgün nəticəyə gəlməmiş, etdiyi ödənişlər nəzərə alınmamış və mükafat olaraq nəzərdə tutulmuş 540.24 manat borcun harda qaynaqlandığı bəlli deyil. Liziniq obyektin “İddiaçı“ MMC-yə təhvil verərkən sadəcə 835.56 manat borcumun olduğun bildirmişdilər. Dəymiş ziyan hissəsi ilə ümumiliklə razı deyildir. Çünki avtomobili təhvil-təslim aktı ilə idarəetməyə götürərkən avtomobilin KASKO sığorta ödənişi üçün müəyyən məbləğ alınmışdır. Bildirlmişdir ki, əgər avtomobilə ziyan dəyərsə dəymiş ziyanı sığorta ödəyəcək, əgər ziyanı ödəyəcəkdisə o zaman sığorta haqqı niyə alınırdı. Burda belə bir nəticəyə gəlmək olarki iddiaçı sığorta şirkətindən sığorta haqqın almış və daha çox gəlir əldə etmək üçün qansuz olaraq cavabdehdən pul əldə elmək istəyir. Bundan savayı iddia ərizəsində dəymiş zərər 2336 mant kimi göstərilmişdir. Lakin zərər həddən artıq şişirdilmişdir. Faktiki olaraq dəymiş zərər 1000 manatı aşmazdır. Cavabdeh dəymiş zəzər hissəsi ilə razı deyil və məkhəmə texniki ekspertiza keçirilməmiş sadəcə iddiaçı tərəfin dəlilərinə əsaslanaraq qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, avtomobili lizinq müqaviləsi vasitəsilə əldə etdiyini, bundan sonra avtomobil qəzası olduğunu, qarşı tərəfin təmir xərclərinin sığorta şirkəti tərəfindən ödənildiyini, ancaq öz avtomobilinin təmirinə maddi imkanı çatmadığından avtomobili lizinq şirkətinə təhvil verildiyini, sonradan ondan xəbərsiz qüsur aktının tərtib edildiyini, lakin təhvil-təslim aktrını itirdiyini bildirmişdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, avtomobilin təmir olunması barədə məlumatın omadığını, qarşı tərəfin ödənişləri tam olaraq həyata keçirmədiyini və borcundan xəbəri olduğunu, hətta son ödənişə qədər etibarnaməsinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası MM-nin 424, 425, 446, 385-388, 560, 747-5.1, 747- 5.2.1, 748-1.1; MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 107-125, 217.4, 372, 385, 386, 388, 390, 420-ci maddələrinə istinadən qeyd edilməldir ki, birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti rədd edilməldir. Diqqətə çatdırılmalıdır ki, müqavilənin və tələb edilən məbləğin mübahisələndirilməsi səciyyəsini daşıyan apellyasiya şikayətində cavabdeh tərəfindən dəlillərə münasibətdə qeyd edilıməlidir ki, mükafatın mövcudluğu müqavilə ilə müəyyən edlir, avtomobilin KASKO sığortası və ya onun bağlanması üçün hər-hansı məbləğin ödənilməsi sübuta yetirilmir, cavabdehin müəyyən edilmiş mülki məsuliyyəti üzrə apellyasiya şikayyətinin yekun qayyəsi məbləğlərin yüksəkliyi təşkil etsədə onun əksini sübut edən (buna işarə edən) sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayəti əsassız olduğundan onun üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2186/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7438/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7438/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver