Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7441/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “31.01.2020-ci il tarixli 053/K saylı əmrinin ləğv edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunmasına, 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək hər ay aldığı 1200 manat əmək haqqının və digər ödənişlərin, 06.11.2017 – 06.11.2020-ci illər üçün məzuniyyət pulunun, 06.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək hər ay əmək haqqından “195” hesabına tutulan məbləğin onun xeyrinə tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1290/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayəti mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı 31.01.2020-ci il tarixli 053/K saylı əmrinin ləğv edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunmasına, 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək hər ay aldığı 1200 manat əmək haqqının və digər ödənişlərin, 06.11.2017 – 06.11.2020-ci illər üçün məzuniyyət pulunun, 06.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək hər ay əmək haqqından “195” hesabına tutulan məbləğin onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1290/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı 31.01.2020-ci il tarixli 053/K saylı əmrin ləğv edilməsinə, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə vəzifəsinə bərpa olunmasına, 01.07.2019-cu il tarixdən işdən azad edilən tarixədək hər ay aldığı 1200 manat əmək haqqının və digər ödənişlərin, 06.11.2017-06.11.2020-ci illər üçün məzuniyyət pulunun, 06.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək hər ay əmək haqqından “195” hesabına tutulan məbləğin onun xeyrinə tutulmasına dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamdən İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinin tələbinə görə, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. İş materiallarından görünür ki, apellyasiya şikayəti iddiaçının nümayəndəsi və vəkili X1 tərəfindən imzalanmışdır. Lakin nümayəndənin adına verilmiş 23 sentyabr 2020-ci il tarixli etibarnamədə (iş v. 18) onun məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyəti göstərilməmişdir. MPM-nin 74-cü maddəsinin tələbləri baxımından məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar səlahiyyətin nümayəndəyə verilən etibarnamədə xüsusi qaydada, yəni ayrıca, aşkar və aydın şəkildə qeyd olunmasını tələb edir. Odur ki, qeyd edilən vəziyyəti nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti, iddiaçının adından buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş apellyasiya şikayəti isə MPMnin 363.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsaapellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1-ci maddəsində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayət vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1290/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7441/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7441/2021
07.07.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver