Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7449/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X9 İddiaçıların nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar X6, X7 və X4 Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(008)-3005/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X11 Ramiz qızı, X13 və X10 Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Həmçinin, X11 Ramiz qızı, X13 və X10 iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddianı təmin etmək üçün müvafiq tədbirlərin görülməsi, cavabdeh "Cavabdeh” X3 bank hesabında ("Bank Respublika” X18: M/H: AZ80NABZ********************, VÖEN: **********, Kod: 505668, İBAN:AZ54BRES********************) pul vəsaitinin üzərinə həbs qoyulması, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 29, 31 və 33, TŞıxəliyev küçəsi 6, Qarabağ küçəsi 30, 32 ünvanlarda tikdiyi binalarda sahəsi 83 kv.metr və artıq olan mənzillərin üzərində hər hansı əməliyyatların aparılmasına qadağa qoyulmasına və həmin mənzillərin üzərində hər hansı əməliyyatların aparılmasının başqa şəxslərə ötürülməsinə qadağa qoyulmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(008)-3005/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş,hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, cavabdeh "Cavabdeh” X3 bank hesabında ("Bank Respublika” X18: M/H: AZ80NABZ********************, VÖEN: **********, Kod: 505668, İBAN:AZ54BRES********************) olan pul vəsaiti üzərinə 13.530 (on üç min beş yüz otuz) manat məbləğində həbs qoyulmuşdur. Qeyd olunan qəradaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki iddianın təmin etmə tədbiri məhkəmə qətnaməsinin gələcəkdə İcrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prossesual tədbirdir.Lakin, bununla belə, iddianın təmini tədbirinin tədbiq edilməsi iddiaçının mənafeyinə uyğun olduğu halda heç bir formada cavabdehin mənafeyinə, onun işküzar fəaliyyətinə xələl gətirməməli, onun hüquqlarını pozmamalıdır. Qanunuvercilikdə iddianı təmin etmək tədbirlərinin tədbiq olunmasının məqsədi göstərilsə də, lakin bu tədbirlərin tədbiqinin zəruriliyinin meyarları müəyyən edilmir. Ona görə də işə baxan hakim iddianın təmin edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxarkən işin konkret hallarını nəzərə almalı və məsələyə iddianın əsaslığı prezumpsiyası baxımından yanaşmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki. iddianı təmin etmək tədbirlərinin görülməsi cavabdehin ayn-ayrı hüquqlarının məhdudlaşdırılmasına və işdə iştirak etməyən üçüncü şəxslərin mənafeyinin pozulmasına səbəb ola bilər. Buna görə də iddianı təmin etmək haqqında məsələ həll olunarkən yalnız iddiaçının deyil, işdə iştirak edən şəxs statusuna malik olub-olmamasından aslı olmayaraq digər şəxslərin də qanunla qorunan mənafeləri nəzərə alınmalıdır və iddianın təmin etmə tədbiri bilavasitə iddianın predmetindən aslı olaraq müəyyən edilməlidir heç bir formada cavabdehin mənafeyinə, onun işküzar fəaliyyətinə xələl gətirməməli, onun hüquqlarını pozmamalıdır.Lakin iş materiallarından və cavabdehin iddianın təmini barəsindəki ərizənin məzmunundan və həcmindən görünür ki, burada cavabdehin məqsədi tək gələcəkdə qətnamənin icrasını təmin etmək deyil ümumiyyətlə cavabdehin iş ahəngini pozmaq, onu iflic vəziyyətinə salmaq, məhkəmə vasitəsilə şirkətin özünə və onun faliyyətinə təziq göstərməkdən ibarətdir.Belə ki, müəssisənin bank hesablarının üzərinə həbsin qoyulması müəyyən çətinliklərin yaranmasına səbəb olmaqla, bir sıra məcburi ödənişlərin, o cümlədən də vergi ödənişlərinin, sosial ödənilərin, xidəmt göstərən ayrı ayrı təşkilatların müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə, müəssisədə işləyən işçilərin əmək haqqının ödənilməsinin məhdudlaşdırılmasına, işçilər əmək haqqı almaq imkanlarından məhrum olmasına səbəb olur. Bu hal tək həmin müəssisədə işləyən işçilərə deyil onların ailələrinin yaşayış tərzinə də öz mənvi təsirini göstərir. Cavabdehin bank hesablarında olan pul vəsaiti işçilərin əmək haqqlarına və digər məcburi ödənişlərin həyata keçirilməsinə yönəlməli olduğu halda, eyni zamanda cavabdehin mülkiyyətində olan əmlakı, o cümlədən təkcə real satış qiyməti 40.000 AZN, dövlət nömrə nişanı ** JM *** olan, FURQON tipli. MERSEDES BENZ yük avtomobili, real satış qiyməti 40.000 AZN, dövlət nömrə nişanı ** JM *** olan, MERSEDES BENZ yük avtomobili, real satış qiyməti 20.000 AZN. dövlət nömrə nişanı ** ZX *** olan. TENTLİ FURQON tipli KRONE YARİMQOŞQU mövcud olduğu halda süni çətinliklər yaradaraq onun bank hesabına həbs qoymaqla və İstənilən vasitələrlə müəssisəni iflic vəziyyətinə salmaq ən azı Azərbaycan dövlətinə, onun inkşafına, İqtisadiyyatına qarşı çıxmaq deməkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(008)-3005/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi R.Mirzəquliyeva şikayətə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri barədə ərizəni qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehə məxsus bank hesablarının üzərinə həbs qoyulması qəbul edilə biləcək qətnamənin gələcəkdə icrasının təminatını əks etdirir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(008)-3005/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7449/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7449/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver