Məhkəmə qərarları › İş №2(103)-7455/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7455/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7455/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin - Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“borc”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1482/2023 saylı işi üzrə 28 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı MMC xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********23061 XİAOMİ REDMİ 9 markalı telefon üçün 294.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə borcu olmaqla, ümumilikdə 324 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə iddiası (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 449, 600.1, 600.5-ci maddələrinin tələblərinə istinadən) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1482/2023 saylı işi üzrə 28 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. 2.İşin icraatı zamanı müəyyən edilmişdir: -"xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********23061 XİAOMİ REDMİ 9 markalı telefon almış və nəticədə 324 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 534.6 manat altmış qəpik manat (yəni 18 ay x 29.7 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********23061 XİAOMİ REDMİ 9 markalı telefon üçün ümumilikdə, 324 manat olmaqla ondan 294.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 29.4 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 240 manat təşkil edir . Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir (iş səh.5-8). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. İddiaçı apellyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-1482/2023 saylı qətnaməsinin ləğv olunaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 Hüquqları Konvensiyasının 6; 19 sentyabr 1995-ci il tarixli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 3, 5, 21; Azərbaycan Respublikası Mülki Məcəllənin 149, 150, 152, 588, 589; Mülki Prosessual Məcəllənin 14, 47, 84, 88, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı MMC xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İmei kodu **********23061 XİAOMİ REDMİ 9 markalı markalı telefon üçün 294.6 manat ödənilməmiş hissə, 29.4 manat cərimə borcu olmaqla, ümumilikdə 324 manat borc və 30 manat ödənilməmiş dövlət rüsumun ondan tutulması ilə bağlı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə iddianı qəbul edərək iddiaçının tələblərinə uyğun e2(009)-1482/2023 saylı qətnamə çıxarmışdır. Ancaq nə iddiaçının məhkəməyə müraciətindən, nə də məhkəmə prosesindən xəbəri olmamışdır, çünki ona sözügedən məhkəmədən heç bir məktub gəlməmişdir. Belə ki, onun yalnız icra məmurunun borcun ödənilməsi ilə bağlı tələbindən sonra xəbəri olmuşdur. Həmin an məhkəməyə müraciət edərək sənədlərin təqdim edilməsini tələb edərkən, sözügedən çağırış məktublarının ona göndərilməməsi bir daha təsdiq olunmuşdur. Məhkəmənin səhlənkar hərəkətindən onun məhkəmədə iştirak etməsi və öz hüquqlarını müdafiə etməsi mümkün olmamışdır. İşin faktiki halları ilə bağlı onu qeyd edir ki, tərəfindən sözügedən mobil telefonun alınması ilə bağlı xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, telefon tərəfindən qəbul edilmiş, ancaq telefonun qüsurları olması ortaya çıxmışdır. Bu səbəbdən xx.xx.2022; xx.xx.2022; xx.xx.2022-ci il tarixlərdə toplamda 3 dəfə "xxxx" MMC-yə müraciət edilmişdir. Ancaq hər müraciətdən cəmi bir gün sonra “hazır olması ilə bağlı” geri dönüş edilmişdir. Bir gün ərzində hansı təmir tədbirləri görülə bilər ki? Bu da özlüyündə sözügedən qurumun işdən boyun qaçırmasının bir sübutudur. Belə ki, heç bir problem həll edilmədən mobil telefon ona qaytarılmışdır. Sübut əhəmiyyəti daşıdığından həmin Təmir aktları qoşma olaraq məhkəməyə təqdim ediləcəkdir. Hüquqlarının bu qaydada həyata keçirilməsinin mümkün olmayacağını gördüyündən, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antihisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinə müraciət etmiş, xx.xx.2022-ci il tarixdə AİBNDX-10/09-y/3772 №-li “Müraciətin icraata götürülməsi haqqında”, xx.xx.2022-ci il tarixli AİBNDX-10/09-y/4009 №-li “Müraciətinin icra müddətinin uzadılması haqında”sözügedən inzibati orqandan ona cavab gəlmişdir. Cavabdeh tərəfindən pretenziya verilməsi ilə bağlı ona heç bir xəbərdarlıq edilməmişdir. Məhkəmə pretenziyanın verilməsi və ya ona çatması ilə bağlı heç bir araşdırma etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçı "xxxx" tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə etiraz daxil olmuş, etirazda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.5, 445.1, 567, 568.1, 597.1; Mülki Prosessual Məcəllənin 367.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, sözügedən İmei kodu **********23061 XİAOMİ REDMİ 9 markalı telefon servisə müraciət etməmişdən əvvəl 10 ay cavabdehin istifadəsində olub, daha sonra cavabdehin ilk müraciəti xx.xx.2022-ci il tarixdə olub. Həmin tarixdə sözügedən telefonu “Servis Link“ tərəfindən qəbul edilmişdir və xx.xx.2022-ci il tarixdə XİAOMİ şirkətin rəsmi servisinə göndərilmişdir. Cavabdeh tərəfindən bildirilən qüsurwhatsappda görüntülü danışmaq olmur, wifı zəif tutur. Cihaz rəsmi servisdə yoxlanılıb və istifadə nəticəsində yaranmış korlanma aşkarlanıb, rəsmi zəmanət əsasında təmir olunmuşdur (plata dəyişilib). Cavabdehin ikinci müraciəti xx.xx.2022-ci il tarixində olub, bildirilən qüsur-whatsappda görüntülü danışmaq olmur, ümumiyyətlə görüntülü danışıq zamanı problem olur, cihaz söndürüb yandırmağa ehtiyac olur. Cihaz XİAOMİ şirkətin rəsmi servisində yoxlanılıb və hər hansı qüsur aşkar olunmayıb. Cavabdehin üçüncü müraciəti xx.xx.2022-ci il tarixində olub, bildirilən qüsursayta daxil olan zaman çox gec daxil olur və ya daxil olmur, görüntülü danışıq zamanı səs və görüntü gəlmir, danışıq zamanı zəng öz- özünə sonlanır daha sonra zəng getmir. Cihaz XİAOMİ şirkətin rəsmi servisində yoxlanılıb və müştəri məmnuniyyətini nəzərə alaraq proqram təminatı yenilənib. Həmçinin hal-hazırda da sözügedən telefon cavabdehin istifadəsindədir. Yuxarıda sadalanan hallar nəzərə alınaraq apellyasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir.

5. Mülki Prosesual Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Apellyasiya baxışının hədləri: 6.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 7.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385, 386, 404, 420, 421.3, 425, 560, 567-589, 600-601; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76, 77, 80-82, 106.2, 119, 217.4, 385- 390-cı maddələri üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) ziddiyyətli dəlillərinə münasibətdə qətnamənin (qismən) ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Cavabdeh mobil telefonda texniki cəhətdən qüsurların olduğunu bildirsə də bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı isə telefonun zəmanətə müvafiq təmir olunduğunu bildirmişdir.Yəni zəmanət müddətində cavabdehin istehlak hüquqları qorunmuş və bu hallar nisyə alqı-satqı müqaviləsinin qüvvəsinə təsir etməmişdir. Müqavilənin icra müddəti bitdiyindən ondan irəli gələn tələblərin irəli sürülməsi üçün (pozuntunun aşkar göründüyü nəzərə alınaraq) pretenziya qaydasına riayyət edilməsinə zərurət qalmamışdır. 8.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 9.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 10.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır 11.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1482/2023 saylı işi üzrə 28 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar