Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-746/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 7 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik hərəkətlərinin qanunsuz və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğvi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2786/2021 saylı işi üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, atası X3 07 iyun 2010-cu ildə vəfatı ilə əlaqədar Cavabdeh2 10 sentyabr 2020-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri,7 saylı Notariat ofisində aparılmış notariat hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri,7 saylı notariat ofisi tərəfindən həmin qanunsuz hərəkətlər nəticəsində Cavabdeh2 adına verilmiş 26 may 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən, iddia tələbinin artırılmasına dair ərizə ilə müraciət edərək, mübahisəli torpaq sahəsinin vərəsəlik haqqında şəhadətnamə əsasında 02.06.2021-ci il tarixində Cavabdeh2 adına aparılmış qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı şəhəri 7 saylı Notariat ofisi tərəfindən açılmış X4 dair qanun üzrə vərəsəlik hüququ haqqında notariat işinə daxil olan sənədlərə əsasən, 26 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X3 vərəsəsi Cavabdeh2 ünvan ünvanında yerləşən ümumi sahəsi 0.075 ha olan torpaq sahəsindən tam pay almışdır; daşınmaz əmlakın Dövlət reyestrindən 11.02.2021 -ci il tarixli çıxarışın surətinə əsasən, ünvan X3 mülkiyyətində olmuşdur; X5 07.06.2010-cu il tarixdə vəfat etmişdir; Ərizələrə əsasən, İddiaçı və Cavabdeh2 notariat ofisinə müraciət edərək, miras əmlakdan ona çatası payın verilməsini xahiş etmiş, X6 isə ərizə verərək, miras əmlakdan imtina etdiyini bildirmişdir; Bakı şəhəri 7 saylı Notariat Ofisinin 12.01.2021 -ci il tarixli məktubunun surətinə əsasən, İddiaçı Rafail qızının ünvan ünvanında yerləşən mirasın açılmasından altı ay keçdikdən sonra ərizə verildiyi üçün, sonuncunun ərizəsindən imtina olunmuşdur; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(003)-1436/2021 saylı qətnaməsinə əsasən İddiaçı mərhum atası X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 626C saylı ünvanda olan torpaq sahəsindən ona miras pay kimi çatmalı olan 1/3 hissədə payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə iddiası təmin edilməmişdir; qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.07.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 626C saylı torpaq sahəsi 02.06.2021-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətdədir (səh.15, 16,17, 23, 19, 21, 22, 45, 46, 114, 80) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2786/2021 saylı işi üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 29; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 159.1.1, 1145-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, Cavabdeh2 atasından qalan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 626C saylı miras əmlakı faktiki olaraq qəbul etməklə həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı 1990-cı ildə nikaha daxil olaraq, hazırkı vaxtadək ayrı ünvanda yaşamış, onun miras payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə iddiası təmin edilməmişdir. Bakı şəhəri 7 saylı notariat kontoru tərəfindən verilmiş 26 may 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsini tələb etməsi üçün qanuni əsaslar mövcud olmadığından iddia tələbi rədd edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246, 1291, 1243.2; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 82.3, 271.1, 218.1, 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi 1990-cu ildə İddiaçı əri X7 tərəfindən fərdi yaşayış tikintisi üçün alınsa da, torpaq qayınatası (İddiaçı atası)X3 adına rəsmiləşdirilmişdir. 07 iyun 2010-cu il tarixində Rəfail Məmmədov vəfat edir.O vəfat etdikdən on ildən çox vaxt keçdikdən sonra, digər qızı bu iş üzrə cavabdeh,torpaq alınan vaxt azyaşlı olmuş Cavabdeh2, torpaq sahəsinin faktiki olaraq böyük bacısı İddiaçı ailəsinə məxsus olduğunu bilsə də, aralarında yaranmış münaqişəyə görə 2020-ci il sentyabr ayının əvvəllərində 7 saylı Notariat ofisinə müraciət edərək, notarius V.Nadirovun məsləhəti ilə əvvəlki illər də daxil olmaqla ödəyərək, Mərdəkan Bələdiyyəsindən 08 sentyabr 2020-ci il tarixli vergi borcunun Cavabdeh2 tərəfindən ödnilməsinə dair bir arayış alır və torpaq sahəsinə faktiki sahiblik etdiyi görüntüsü yaratmaqla vərəsəslik işi açdırır. Daha sonra, həmin Notariat ofisində uzun illər yaranmış vergi borcunu bir dəfəyədən ödənilməsinə dair bir arayış alır və torpaq görüntüsü yaratmaqla vərəsəlik işi açdırır. Daha sonra,həmin Notariat ofisindən qanun üzrə vərəsəlik haqqında şəhadətnmə alır və mübahisəli torpaq sahəsini mülkiyyətinə keçirir.Bu zaman Cavabdeh2 bacısı İddiaçınm olduğunu notariusdan gizlədir, notarius da öz növbəsində vəzifə səlahiyyətlərinə səhlənkar yanaşaraq vərəsələrin dairəsini müəyyən etmək üçün tədbir görmür. Bundan sonra, vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmək əvəzinə notarius Vədat Nadirov məsələ barədə təsadüfən xəbər tutmuş İddiaçı səhv istiqamətə yönləndirərək, ona "vəkil" tutur və açıqaşkar perspektivsiz iddia tələbi ilə onun məhkəməyə müraciət etməsinə nail olur. Daha sonra, İddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə ilə bağlı hüquqi nəticələrin ləğv edilməsinə dair növbəti iddia tələbi ilə Xəzər rayon məhkəməsinə müraciət etsə də,İddiaçı iddia tələbi təmin edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı notariusun belə bir hüququnun olmadığını, notariusun qanunsuzluğa yol verdiyini, şəxsin ölümündən 10 il sonra vərəsəliyin qəbulunun mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 atasının sağlığında onun evini satdığından həmin torpaq sahəsini ona verdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh 7 saylı Dövlət Notariat Kontorunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə və Mülki Məcəllənin 139-140, 1145, 1243, 1246-1248, 1255, 1272-1273-1; Mülki Prosessual Məcəlləsinin 77, 82, 372, 385, 386, 388, 390-cu maddələrinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Apellyatorun şikayətində qeyd etdiyi dəlillər qanuni qüvvəyə minmiş məhkəmə aktına istinadən onun subyektiv hüququnun olmadığı şəraitdə əsassızdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli 2(003)-1436/2021 saylı qətnaməsinə əsasən İddiaçı mərhum atası X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 626C saylı ünvanda olan torpaq sahəsindən ona miras pay kimi çatmalı olan 1/3 hissədə payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə iddiası təmin edilməmiş, qətnamədən verilmiş apellyasiya şikayəti də təmin edilməmiş, qətnamənin qanuni qüvvəsinin alması müəyyən edilmişdir Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Belə olan halda iddiaçının mirası qəbul etməsi və bununla da onun məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ mövcud olmalıdır ki, hazırki iddia tələbinin müzakirəsi mümkün olsun. İşin hallarından görünür ki, İddiaçı və Cavabdeh2 notariat ofisinə müraciət edərək, miras əmlakdan ona çatası payın verilməsini xahiş etmiş, X6 isə ərizə verərək, miras əmlakdan imtina etdiyini bildirmiş, mirasın açılmasından altı ay keçdikdən sonra ərizə verildiyi üçün iddiaçının ərizəsindən imtina olunmuş, iddiaçının miras payın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə iddiası təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə belə hüququn mövcudluğu istisna edilmişdir. Yəni şəxsin (iddiaçının) mirası qəbul etməsi istisna edilmiş və bununla onun vərəsəlik hüquqlarının müdafiəsi tükənmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası mübahisə edilən dəlillərə münasibətdə iddianın təmin edilməsi üçün, habelə birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, kollegiya :q ə t e t d i İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2786/2021 saylı işi üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-746/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-746/2022
10.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver