Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7472/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novurz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-28/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Rövşən Heybətov və Cavabdeh2la Bakı şəhəri 48 saylı Notariat Kontorunda “Toyota Land-Cruiser 200” minik markalı, universal tipli, 2012-ci il buraxılışlı, JTMHV05J604081908 ban nömrəli, qara rəngli, **-UD-*** (hazırda **-ZO-***) qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada həmin avtomobilin alınmasına görə ödədiyi 35.000 ABŞ dollarının Azərbaycan manatına məzənnəsi olan 55.300 manatın, 4 ədəd disk və 4 ədəd təzə təkərlərin alınmasına görə verdiyi 2.500 manatın, avtomobilin “tüninq” işlərinə görə ödədiyi 2.000 manatın, 200 manat usta xərcinin, məhkəmələrdə hüquqlarının müdafiə edilməsi üçün “xxxxxxxx” MMC-yə ödədiyi 1.000 manatın və dövlət rüsumu qismində ödədiyi 30 manatın, cəmi 61,030 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş qaydada razılaşdırılmış pul məbləğini ödəməklə mübahisəli avtomobili əldə etmiş, sonradan avtomobilin oğurluq olduğunu bilmiş, bununla da cavabdehlər tərəfindən aldadılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-28/2019 saylı qətnaməsi ilə “Toyota Land-Cruiser 200” minik markalı, universal tipli, 2012-ci il buraxılışlı, JTMHV05J604081908 ban nömrəli, qara rəngli, **-UD-*** (hazırda **-ZO-***) qeydiyyat nişanlı avtomobilə dair xx xxxxxx 2016-cı il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin avtomobilin alınmasına görə ödənilmiş 35.000 ABŞ dollarının qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, nümayəndəyə çəkilən xərcə görə ödənilmiş 1.000 manatın və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manatın Rövşən Heybətov və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəməxətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 133 manatın İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv, iddianın ona aid hissədə rədd olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, işin hallarına görə Cavabdeh2 Rövşən Heybətovla yaxın dostluq münasibəti olmuşdur. R.Heybətov 2016-cı ildə Azərbaycanda olmamış və ona zəng etmişdir ki, avtomobil satmaq məsələsini həll etsin. Rövşənin “Toyota Land-Cruiser” markalı, **- UD-*** qeydiyyat nişanlı avtomobili olmuş,“Turbo-az” saytında elan yerləşdirmişdir. İddiaçı zəng etmiş, avtomobilə baxaraq bəyənmiş və qiymət barədə razılaşmışlar. Bundan sonran Rövşən Heybətov Cavabdeh2 verdiyi etibarnamə əsasında sözügedən müqaviləni onun adından imzalamağı xahiş etmişdir. O, Rövşənin tapşırığına əsasən iddiaçı ilə avtomobilə dair alqı-satqı müqaviləsi imzalamış və müqavilə üzrə 35.000 ABŞ dolları pul Rövşənə ödənilmişdir. Müqavilə bağlanılarkən Cavabdeh2 tərəfdən heç bir əlaqə olmamış, o, heç bir xeyir götürməmişdir. Aldığı 35.000 dolları da Rövşənin özünə vermişdir. Əsas mülkiyyətçi Rövşən Heybətovun nümayəndəsi kimi onun tapşırığı üzrə həmin alqı-satqı müqaviləsini imzlamışdır. Burada onun hər hansıbir məsuliyyətindən söhbət gedə bilməz. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 13099/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-28/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (mübahisələndirilən hissələrdə). Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli, 2(102)-3575/2020 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13099/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı və cavabdeh Rövşən Heybətova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh2 aid iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)-28/2019 saylı qətnaməsi Cavabdeh2 aid iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən: **-UD-*** dövlət qeydiyyat nişanlı, “Toyota Land-Cruiser 200 minik” markalı nəqliyyat vasitəsi (bundan sonra – mübahisəli avtomobil) xx xxxxxx 2014-cü il tarixdə Heybətov Rövşən Qalib oğlunun (bundan sonra – birinci cavabdeh) adına qeydiyyata alınmışdır. xx xxxxxx 2016-cı il tarixdə birinci cavabdehin adından hərəkət edən Fərid Quliyev Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) sözügedən avtomobilə dair xx xxxxxx 2016-cı il tarixədək sərəncam vermək hüququ da daxil olmaqla, bütün səlahiyyətləri nəzərdə tutan etibarnamə vermişdir. xx xxxxxx 2016-cı il tarixdə birinci cavabdeh ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında mübahisəli avtomobilin alğı-satqısına dair müqavilə imzalanmışdır. Müqaviləni satıcının adından etibarnamə əsasında ikinci cavabdeh, alıcı kimi iddiaçı imzalamışdır. Tərəflərin ərizələri və alqısatqı müqaviləsi əsasında avtomobil iddiaçının adına sənədləşdirilmiş və ona yeni **-ZO-*** dövlət qeydiyyat nişanı, AC Seriyalı 531640 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Mübahisəli avtomobilin iddiaçıya satılması ilə bağlı danışıqları aparan və pulu alan şəxs ikinci cavabdeh olmuşdur. Sonradan məlum olmuşdur ki, mübahisəli avtomobil Kiyev şəhərində oğurlanmış, İNTERPOLun Baş Katibliyinin “ASF” sistemində xx xxxx 2014-cü il tarixdə qeydə alınmışdır və bununla əlaqədar Azərbaycan Respublikasında İNTERPOL-un Milli Mərkəzi Bürosu tərəfindən axtarışdadır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin ekspertizanın xx xxxxx 2018-ci il tarixli, 7585 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx xxxxxx 2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsində “Alıcının S.A.A. imzası” qrafasındakı imza iddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.1, 337.1, 337.2, 337.5, 157.7-ci maddələrinə istinad edərək, belə qənaətə gəlmişdir ki, baxılan iş üzrə mübahisə predmeti olan müqavilə etibarsızdır. Çünki, tərəflərin razılaşmasının mühüm şərtlərini özündə əks etdirən alğı-satqı müqaviləsi iddiaçının iradə bəyanını göstərən imza ilə təsdiqlənməmiş və iddiaçı cavabdehlər tərəfindən aldadılmışdır. Belə olan halda, iddiaçı həmin məbləğdə pulun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, baxılan iş üzrə mübahisəli avtomobilə dair iddiaçı ilə alğı-satqı müqaviləsinin birinci cavabdehin adından etibarnamə əsasında ikinci cavabdeh tərəfindən imzalandığı və avtomobilin dəyərinin sonuncuya ödənildiyi işin mübahisə olunmayan halıdır. Mülki Məcəllənin 359.1-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunun tələbindən görünür ki, təmsilçi vasitəsilə bağlanmış əqd təmsilçi üçün deyil, təmsil edilən üçün mülki hüquq və vəzifələr yaradır. Çünki əqdin təmsilçi vasitəsi ilə bağlanmasından asılı olmayaraq həmin əqdin tərəfləri üçüncü şəxs və təmsil olunandır. Bu baxımdan müqavilənin qarşı tərəfi əqd üzrə bütün tələblərini, o cümlədən əqd üzrə verdiklərini geri almağı yalnız müqavilənin qarşı tərəfindən tələb edə bilər. Bu zaman üçüncü şəxslərə münasibətdə əqd üzrə ödənilmiş pulun təmsilçi tərəfindən təmsil olunana verildiyi ehtimal edilir. Həmin pul təmsil olunana verilmədiyi halda həmin vəsaiti təmsilçidən tələb etmək hüququ təmsil olunana məxsusdur. Diqqətəlayiqdir ki, mülki qanunvericilik əqdin qarşı tərəfinin əqdin icrasını və ya dəymiş zərərin əvəzini təmsilçidən tələb etmək hüququnun olduğu halları birbaşa tənzimləyir. Belə əsaslara təmsil edilənin adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyətinin olmadığı və ya bu səlahiyyətin aşıldığı hallar aiddir (Mülki Məcəllənin 360.1-ci maddəsi). Baxılan iş üzrə iddiaçı belə halların mövcudluğuna istinad etməmiş və məhkəmələr tərəfindən bu hallar müəyyən edilməmişdir. Bununla yanaşı, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. Göründüyü kimi istinad olunan maddədə də etibarsız əqd üzrə alınanları qaytarmaq öhdəliyi məhz əqdin tərəflərinin üzərinə qoyulur. Buna baxmayaraq hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi etibarsız əqd üzrə ödənilmiş pul vəsaitinin əqdin tərəfi olan satıcı ilə yanaşı müştərək qaydada həm də təmsilçidən tutulmalı olduğunu qanuni və əsaslı hesab etməklə yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd edir ki, Mülki Məcəllənin 359.1-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunun tələbindən görünür ki, təmsilçi vasitəsilə bağlanmış əqd təmsilçi üçün deyil, təmsil edilən üçün mülki hüquq və vəzifələr yaradır. Çünki əqdin təmsilçi vasitəsi ilə bağlanmasından asılı olmayaraq həmin əqdin tərəfləri üçüncü şəxs və təmsil olunandır. Göründüyü kimi, müqavilənin qarşı tərəfi əqd üzrə bütün tələblərini, o cümlədən əqd üzrə verdiklərini geri almağı yalnız müqavilənin qarşı tərəfindən tələb edə bilər. Bu zaman üçüncü şəxslərə münasibətdə əqd üzrə ödənilmiş pulun təmsilçi tərəfindən təmsil olunana verildiyi ehtimal edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(007)- 28/2019 saylı qətnaməsi mübahisələndirilən-Cavabdeh2 aid iddianın qismən təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7472/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7472/2020
14.10.2020 · Müqavilələrin ləğv edilməsi - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver