Məhkəmə qərarları › İş №2(103)-7485/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7485/2020

16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7485/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh2-nin nümayəndəsi Mansur Osmanovun iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, Cavabdeh2, DƏDRX-nin 10 saylı X1 və Cavabdeh3nə qarşı “hərracın nəticəsinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ipoteka predmeti olan, Astara şəhəri, Həzi Aslanov küçəsi, 0,3254 ha torpaq sahəsində yerləşən 24 nömrəli qeyri-yaşayış sahəsinin (şadlıq sarayının) özgəninkiləşdirilməsi üzrə məhkəmə qətnaməsinə əsasən keçirilmiş hərracın nəticəsi etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apelyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh2-nin nümayəndəsi Mansur Osmanov isə apelyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apelyasiya şikayəti rədd olunmalıdır. Belə ki, iddiaçı ipoteka predmetinin mülkiyyətçilərindən biri olmuş, o, həmin əmlakı bankdan (Cavabdeh2-dən) alınmış kreditin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü etmiş, kredit qaytarılmadığına görə bank tutmanın əmlaka yönəldilməsi üçün məhkəmədə iddia qaldırmışdır. Astara Rayon Məhkəməsi tərəfindən 2(018)-35/2015 nömrəli mülki iş üzrə qəbul olunmuş xx.xx.2015-ci il tarixli qətnamə və həmin qətnamədən verilmiş apelyasiya şikayəti əsasında Şiravan Apelyasiya Məhkəməsi tərəfindən 2(106)- 1240/2015 nömrəli mülki iş üzrə qəbul olunmuş xx.xx.2015-ci il tarixli qətnamə ilə ipoteka predmetinə tutma yönəldilməsi qət olunmuşdur. Bundan sonra hərrac təşkilatı (cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC) hərrac keçirmiş, xx.xx.2019-cu il tarixli “hərracın yekunları barədə” protokol və eyni tarixli alqı-satqı müqaviləsi əsasında bank əmlaka mülkiyyət hüququ əldə etmiş, onun mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. İddianın iki əsası var: birinci, əmlakın qiyməti düzgün müəyyən edilməyib, onun qiyməti 1.000.000 manatdır; ikinci, hərrac keçirilərkən iddiaçı (mülkiyyətçi) lazımi qaydada məlumatlandırılmayıb. Birinci əsasla bağlı məhkəmə qeyd edir ki, əmlakın ilkin satış qiyməti ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamə ilə 265.000 manat müəyyən edilib, qətnamə qanuni qüvvəyə minib və əmlak həmin qiymətlə hərraca çıxarılıb. İkinci əsasla bağlı məhkəmə qeyd edir ki, bundan əvvəl işə apelyasiya qaydasında baxılarkən həmin əsasla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, lakin kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib və müəyyən edib ki, hərracın keçirilməsindən iddiaçının xəbəri olub, ona bildirişlər ünvanlanıb, lakin o, hərracda iştirak etməyib. Beləliklə, məhkəmə “İpoteka haqqında” Qanunun 42-ci maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apelyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar