Məhkəmə qərarları › İş №2(103)-749/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-749/2020

14.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-749/2020 14.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsilə, Şərafət Asif qızı Məmmədovadan və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Şamxal Mehdi oğlu Ariflinin katibliyi Cavabdeh1 ASC-nin nümayəndəsi X4 Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh1" ASC-yə və Cavabdeh2 qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ASC, Cavabdeh2, İddiaçı arasında bağlanmış “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 iş adamı kimi tanınmış və uzun müddətdir ki, iddiaçı ilə normal dostluq münasibətləri olmuşdur. Sabunçu rayonu ərazisində “Nilufər” adında şadlıq sarayı Tapdığın və tanışının şərikli mülkiyyətində olmuşdur. Tanışı şadlıq sarayında olan payını satmaq istədiyindən, o, şərikinin payını alıb şadlıq sarayının tam sahibi olmaq istəmişdir. Lakin həmin hissəni almağa imkanı çatmadığından kredit götürmək üçün Cavabdeh1 ASC-yə müraciət etmiş, bankdan ona əvvəlcə kredit veriləcəyini bildirsə də, sonradan adının qara siyahıda olduğu üçün kredit verə bilməyəcəklərini, amma başqa bir tanışı olarsa onun adına kredit verə biləcəklərini bildirmişlər. Cavabdeh2 hazırki iş üzrə iddiaçının adına Cavabdeh1 ASC-dən kredit götürülməsinə razılıq verilməsini xahiş etmiş və heç bir narahatçılıq keçirməməsini, bankla danışaraq razılıq əldə etdiyini və kredit qrafiki üzrə vaxtlı-vaxtında ödəyəcəyini bildirmişdir. İddiaçı Cavabdeh2la uzun müddət dostluq etdiyini nəzərə alaraq onun xahişi ilə razılaşmış və onunla Cavabdeh1 ASC-yə getmişdir. Daha sonra Cavabdeh1 ASC-də İddiaçı anket məlumatları götürülmüş və qısa müddət ərzində ona cavab veriləcəyi bildirilmişdir. Bir müddət sonra Cavabdeh2 İddiaçı bankın rəhbərliyinin ona kredit verməsinə razılıq verdiyini, lakin bunun üçün girov əmlakın qoyulmasına ehtiyac yarandığını bildirmişdir. X6 dediklərinə etiraz etməyərək girov əmlak qoya biləcəyini qeyd etmiş və Cavabdeh1 ASCdə bir neçə sənəd imzalamışdır. Eyni zamanda iddiaçıya kredit verilməsi üçün formal olaraq Cavabdeh2 kredit borcunun bir hissəsinin İddiaçı tərəfindən ödənilməsinə öhdəlik götürməyi üçün müqavilə bağlamalı olduqlarını bildirmişlər. Həmçinin bankın əməkdaşları və Cavabdeh2 iddiaçıya bu müqavilənin formal bağlandığını bildirmişlər. Bir müddət sonra Cavabdeh2 iş üzrə iddiaçıya müraciət edərək kreditin verilməsindən imtina olunduğunu, kredit verilmədiyinə görə onun borcunun bir hissəsinin ödənilməsi ilə bağlı bağlanmış müqaviləyə də xitam verildiyini qeyd etmişdir. Lakin 2019-cu il mart ayında İddiaçı məlum olmuşdur ki, Cavabdeh1 ASC iddia ərizəsi ilə Binəqədi rayon Məhkəməsinə müraciət edərək ondan 150.000 manat məbləğində borcun və 30 manat məbləğində rüsumun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra məlum olmuşdur ki, Cavabdeh1 ASC-nın əməkdaşları və Cavabdeh2 hazırki iş üzrə İddiaçı aldadaraq xx xxxx 2018-ci il tarixli müqaviləni imzalanıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı iddia ərizəsi ilə eyni məzmuna malik olan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamədə İddiaçı onu aldadılmasını təsdiqləyən mötəbər sübutların məhkəməyə təqdim etmədiyini əsas gətirərək iddia tələbini rədd etmişdir. Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayaraq bildirir ki, mülki işin materiallarında İddiaçı aldadılması ilə bağlı kifayət qədər mötəbər sübutlar vardır. İlk öncə onu bildirirlər ki, digər Cavabdeh2 iddianı qəbul edərək həqiqətən bank tərəfindən ona yeni kredit veriləcəyi vəd edilərək onların aldadıb qeyd olunan müqaviləni bağladığını bildirmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə onları aldatmaqla bağlanmış olması “Cavabdeh1sı” ASC-nin xx xxxx 2018-ci il tarixli KOS və İri Kreditlər üzrə Böyük Kredit Komitəsinin 244 saylı Qərarını qəbul etməzdilər. Belə ki, qeyd olunan qərarda müəyyən hərəkətlərin edilməsi müqabilində faiz borcunun, o cümlədən İddiaçı ötürülmüş olan 150000 manatın silinməsi nəzərdə tutulmuşdur. Beləliklə Cavabdeh2 iddianı etiraf edərək, onların bank tərəfindən aldadıldığını, həmçinin, həmin borcu özü tərəfindən ödəniləcəyi bildirərək öz vəziyyətini ağırlaşdırması, Bankın faizlərin silinməsi ilə bağlı qərar qəbul etməsi, bir daha İddiaçı aldadılmasını sübut etmiş olur. Beləliklə, işin yuxarıda qeyd olunan faktiki hallarından və qanunvericiliyin sadalanan normalarından da göründüyü kimi onunla Cavabdeh1 ASC və X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli “kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilə” onu aldatmaqla bağlandığından etibarsız hesab edilməlidir. Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnamənin ləğv olunmasına və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həqiqətən iddiaçı ilə uzun müddətdir ki, normal dostluq münasibətlərinə olmuşlar. Sabunçu rayonu ərazisində “Nilufər” adlı şadlıq sarayı onun bir tanışının şərikli mülkiyyətində olmuşdur. Şərikinin payını satmaq istədiyindən və həmin payı alıb şadlıq sarayının tam sahibi olmaq üçün Cavabdeh1 ASC-yə kredit ayrılması üçün müraciət edilmişdir. Əvvəlcə kredit veriləcəyi vəd edilsə də, bank tərəfindən daha sonra müəyyən səbəblərə görə çətinlik yaranmasını bildirərək, başqa şəxsin adına kreditin verilməsinin mümkün olması bildirilmişdir. İddiaçı ilə banka müraciətlərinə cavab olaraq onun anket məlumatları götürülmüş və qısa müddət ərzində cavab veriləcəyi bildirilmişdir. Daha sonra kreditin verilməsi üçün girov əmlak tələb olunduğu bildirilmişdir. Buna cavab olaraq onun anket məlumatları götürülmüş və qısa müddət ərzində cavab veriləcəyi bildirilmişdir. Buna cavab olaraq bir neçə əmlak tərəfindən Banka girov qoyulması üçün təqdim olunmuş, lakin Bank tərəfindən formal olaraq bir neçə əmlak Banka girov qoyulması üçün təqdim olunmuş, lakin Bank tərəfindən formal olaraq Bankın ona qarşı olan tələbinin bir hissəsinin İddiaçı keçməsi barədə müqavilə bağlanması zərurətinin olması bildirilmişdir. Onlar öz növbəsində kreditin veriləcəyini güman edərək belə bir əsası olmayan bir müqavilə bağlamağa razılıq vermişlər. Lakin daha sonra kreditin verilməsindən imtina olunmuş və bildirilmişdir ki, hazırki müqaviləyə ehtiyac qalmadığından xitam veriləcəkdir. Belə ki, qeyd olunan tələbin ona qarşı olması barədə 2 saylı Bakı inzibati İqtisadi məhkəməsinin qətnaməsinə əsasən həmin tələb hüququnun Bank tərəfindən yaranması təsbit olunmuşdur. Həmin qətnamədən həmin müddətdə apellyasiya şikayəti verilmiş və hazırki müqavilə bağlandığı zaman Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasında məhkəmə icraatı mövcud idi və bu barədə Bankın məlumatı olduğu üçün müqaviləyə xitam veriləcəyi bildirilmişdir. Səbail Rayon Məhkəməsinin qətnamədə sərgilədiyi mövqeyi ilə qismən razılaşaraq bildirmək istəyir ki, məhkəmə Mülki qanunvericiliyin tələblərinə istinad edərək Mülki Məcəllənin tələblərini pozmaqla bağlanmış əqdin etibarsız olmasını rəhbər tutaraq, hazırki əqdin müqavilə azadlığı prinsipi çərçivəsində hərəkət edərək kredit üzrə faiz öhdəliklərinin ötürülməsi barədə müqavilə bağlanması zamanı “aldatma” olmamasını qeyd etmiş və həmçinin iddia tələbləri çərçivəsində hüququn tətbiqinə cavabdehlik daşıdığını bildirmişdir. Məhkəmə burada qeyd edir ki, müqavilənin aldarma yolu ilə bağlanmasına istinad edərək verilmiş iddiaya münasibət bildirərək həmin müqavilənin aldatma yolu ilə bağlanmaması və könüllü iradə ifadəsi bildirilərək hazırki müqavilə bağlanmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək bildirmişdir ki, etiraf edir ki, pul ona verilib. Pulu o, ödəyəcək. Müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qətnaməsi ilə artıq hazırkı müqavilədə göstərilən məbləğ ondan tutulmuşdur. Qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında artıq tələb əmlaka yönəldilmiş və əmlak satılaraq borcun bir hissəsi ödənilmişdir. Müqavilə bağlanarkən həm o, həm də İddiaçı aldadılmışdır. Cavabdeh1 ASC-nin nümayəndəsi X8 məhkəmə kollegiyasının iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iştirak edən tərəflərin izahatını, sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-1934/2019 saylı qətnaməsi Cavabdeh2 və İddiaçı Əbdulhəsən oğluna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli “kredit öhdəliklərinin ötürülməsinə dair” müqaviləyə əsasən həmin müqavilə Cavabdeh2 kreditorla bağladığı 140408-857- 23/1089 saylı xx xxxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında olan həmin kredit müqaviləsindən irəli gələn 294.944 manat faiz öhdəliyini qismən, yəni 150.000 manat məbləğini üçüncü şəxsə verilməsi münasibətlərini tənzimləyir. Müqaviləyə uyğun olaraq üçüncü şəxs tərəfindən müvafiq öhdəliyin icrası kreditorun tələbinə əsasən hissə-hissə və ya tam şəkildə icra edilir. Həmin Müqavilənin 3.02-ci bəndinə əsasən üçüncü şəxs bu müqaviləni imzalamaqla borclunun 140408-8xx-xx/1089 saylı xx xxxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış müqavilənin 1.1-ci bəndində qeyd edilmiş məbləğdə olan və ona ötürülmüş faiz öhdəliyini Kreditor qarşısında öhdəliyi icra etməyi öhdəsinə götürür. Bu müqavilənin 3.02-ci bəndinə uyğun olaraq kreditordan müvafiq bildirişi aldıqdan sonra bildirişdə qeyd edilmiş müddət ərzində bu müqavilənin 1.1-ci bəndində qeyd edilən pul vəsaitini kreditora ödəməlidir. 3.04-cü bəndinə əsasən bu müqaviləni imzalamaqla onun kreditor qarşısında olan bu müqavilənin 1.1-ci maddəsində qeyd edilmiş kredit müqaviləsinə əsasən əsas borc üzrə hesablanmış 150.000 manat məbləğində faiz öhdəliyinin üçüncü şəxsə verilməsinə razıdır. Müqavilənin 4-cü bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və 14 ay müddətinə xx.xx.2019-cu il tarixədək bağlanılır. İş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli KOS və İri Kreditlər üzrə Böyük Kredit Komitəsinin 244 saylı Qərarı əsasən Cavabdeh2 kredit üzrə 449,517 manat əsas borc məbləğindən 85.000 manat dərhal ödənilməsi, qalıq məbləği xx.xx.2020-ci il tarixədək tam olaraq banka qaytarması, ilk 3 ayın müştəri 2.000 manat, 3 ay bitdikdən sonra ən azı 5.000 manat ödəməli olduğu, 2(82)-21/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli, 2 sayl İnzibati-İqtisadi Məhkəməsinin icrasının müvəqqəti dayandırılması, nəzərdə tutulan ödənişlərin gecikdirildiyi və ya xx.xx.2020-ci il tarixədək qalıq məbləğ banka tam qaytarılmadıqda, qeyd olunan qətnamənin icrasının bərpa edilməsi qərara alınmışdır. Həmçinin həmin qərarla nəzərdə tutulmuş borcun tam qaytarıldıqdan sonra hesablanmış faiz və cərimələrin silinməsi qərara alınmışdır. Mülki iş materiallarına əlavə edilmiş Binəqədi rayon Məhkəməsinin xx xxxxx 2019cu il tarixli, 2(001)- 2350/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 ASC-nin iddiası təmin edilmiş, İddiaçı 150.000 manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh1 ASC-nin xeyrinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il, 2-2(103)- 81/2018 saylı qətnaməsinin surətinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-21/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər İsmayılov Rövşən Mövsüm oğlu və X2 tərəfindən apellyasiya şikayəti verilmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2(082)-21/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçı Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx xxxxx 2008-ci il tarixli 140408-8xx-xx/1089 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 iddiaçı Cavabdeh1 ASC-nın xeyrinə 465.317,26 manat məbləğində kredit borcu, 294.944 manat məbləğində faiz borcu, 155.073,85 manat dəbbə pulu, cəmi 915.335,11 manat vəsaiti və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, tələbin bank qarşısında ipoteka yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.m köməkçi sahədən ibarət yaşayış binasına və cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi, 2001,3 kv.m olan qeyri yaşayış binasının (məişət evi) 2/10 hissəsinə, VAZ-2106 markalı ** LE *** dövlət nömrə nişanlı minik avtomobili, VAZ- 21074 markalı ** FX ***1 i/o dövlət nömrə nişanlı minik avtomobili, Hyundai Accent markalı ** RF *** dövlət nömrə nişanlı minik avtomobili, Mersedes 200 markalı ** DT *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, həmin əmlaklar üzərində Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilməsi, ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 vı 1 mərtəbəli, 10 otaqlı, 220.12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış binası və cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv.m qeyri-yaşayış binasının 2/10 hissəsinin boşaldılması, tələbin yönəldiyi əmlakların açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunmuş pul vəsaitindən banka olan borcunun tutulması, iddianın 100.000 manat dəbbə pulu hissəsində rədd edilməsi, tərəflərdən 250 manat ekspertiza xərcinin tutularaq “X3” İctimai Birliyinin hesabına keçirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-2(103)-81/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2(82)-21/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi Cavabdeh2 iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə əsas və cərimə borcu tutulması tələbinin təmin edilməsi hissəsində, tələbin Cavabdeh2 mülkiyyətində olan – ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv.m olan qeyriyaşayış binasının 2/10 hissəsinə, VAZ- 2106 markalı ** LE *** dövlət nömrə nişanlı minik avtomobili, VAZ-21074 markalı ** FX ***1 i/o dövlət nömrə nişanlı minik avtomobili, Hyundai Accent markalı ** RF *** dövlət nömrə nişanlı minik avtomobili, Mersedes 200 markalı ** DT *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi hissəsində, əmlaklar üzərində Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilməsi hissəsində, ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220.12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış binası və cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv.m qeyri-yaşayış binasının 2/10 hissəsinin boşaldılması hissəsində ləğv edilməsi, əsas və cərimə borcun tutulması hissəsində tələbin qismən təmin edilməsi, Cavabdeh2 iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə əsas kredit borcu üzrə 378.317,26 manat, cərimə borcu üzrə 40.000 manat və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, əsas və cərimə borcunun tutulması qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmçinin borcun ipoteka predmeti olmayan Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv.m olan qeyri-yaşayış binasının 2/10 hissəsinə, VAZ-2106 markalı ** LE *** dövlət nömrə nişanlı minik avtomobili, VAZ-21074 markalı ** FX ***1 i/o dövlət nömrə nişanlı minik avtomobili, Hyundai Accent markalı ** RF *** dövlət nömrə nişanlı minik avtomobili, Mersedes 200 markalı ** DT *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, əmlaklar üzərində Cavabdeh2 mülkiyyət hüquqlarına xitam verilməsi hissəsində, ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220.12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış binası və cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv.m qeyri-yaşayış binasının 2/10 hissəsinin boşaldılması tələblərinin rədd edilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 1 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220.12 kv.m yaşayış, 207,79 kv.m köməkçi sahədən ibarət yaşayış sahəsinin ilkin satış qiymətinin 450.000 manat müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən qeyd etmişdir ki,tərəflər yazılı formada kredit üzrə faiz öhdəliklərinin ötürülməsinə dair müqavilə bağlamışlar. Müqaviləyə əsasən kreditor Cavabdeh1 ASC və Cavabdeh2 arasında bağlanmış 140408- 8xx-xx/1089 saylı xx xxxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında olan həmin kredit öhdəliklərindən irəli gələn 294.944 manat faiz öhdəliyindən qismən, yəni 150.000 manat məbləğini üçüncü şəxsə verilməsi münasibətləri tənzimlənmişdir. İddiaçı bu müqaviləni imzalamaqla borclunun 140408-8xx-xx/1089 saylı xx xxxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 150.000 manat məbləğdə olan və ona ötürülmüş faiz öhdəliyini kreditor qarşısında icra etməyi öhdəsinə götürmüşdür. Sonradan İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 tərəfində aldadıldığına istinad edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdmişdir. Qanunvericilikdə etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə, müvafiq maddələrdə qruplaşdırılmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd bağlanarkən özündə daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin (o cümlədən öhdəliklərin ötürülməsinə dair müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmuşdur və əsaslı olaraq aşağıdakı hüquq normaları tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Eyni Məcəllənin329.1 və 329.2-cimaddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» xx xxxxx 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi digər tərəfin əqdi bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddia üzrə iddiaçının öhdəliyin ötürülməsinə dair müqavilənin etibarsızlığı ilə bağlı aldadılmasına dair əsas kimi göstərdiyi hallar işə məhkəmədə baxılarkən öz təsdiqini tapmadığından həmin dəlil əsaslı hesab edilə bilməz. Qeyd edilməlidir ki, müqavilə iddiaçı tərəfindən imzalanmışdır və bu o deməkdir ki, müqavilənin məzmunu, əvvəlki müqavilənin tərəfləri, üzərinə götürmüş olduğu öhdəliyin həddi ona aydın olmuşdur. Müqavilə bağlanarkən tərəflər hər ikisi, o cümlədən iddiaçı müstəqil şəkildə iradəsini ifadə etmişdir. Həmin müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin heç bir şərti pozulmamış, müqavilənin forma və məzmununa dair tələblərə riayət edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İlkin iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaçı X1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1381/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar