Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7491/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(004)-1919/2021 nömrəli qətnaməsindən iddiaçı Şükürov Kərim İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Şükürov Kərim İsfəndiyar oğlu cavabdeh "xxxx" BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" BOKT ASC ilə onun arasında bağlanmış 2015/00100 saylı, 03 avqust 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" BOKT ASC ilə onun arasında bağlanmış 2015/00100 saylı, 03 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 28 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 22.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi "xxxx" BOKT ASC ilə onun arasında bağlanmış 03 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ünvan 1 ünvanda olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2018ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh BOKT ASC-nin ona qarşı müqavilənin ləğvi, pulun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə onun arasında bağlanmış 03.08.2015- ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, ondan 21212,68 ABŞ dolları əsas borc, 6378,58 ABŞ dolları faiz borcu, 66 ABŞ dolları cərimə borcu, cəmi 27657,31 ABŞ dolları borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğdə pul vəsaiti Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulması, tələbin ona məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə yerləşən 94 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan pul vəsaitinin onun Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyətinə olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra, mənzilin satışından artıq qalan məbləğin ona qaytarılması, cavabdehin əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, ondan mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat Məhkəmə Ekspert Mərkəzinin, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 350 manat alınaraq S-Əmlak Qiymtləndirmə Ekspert Mərkəzi MMC-nin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 7993/2019 saylı, 18 dekabr 2019-cu il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyəti tərəfindən kredit borcu, faizlər və cərimə borcu həddən artıq şişirdilmiş və düzgün müəyyən edilməmişdir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsində müəyyən nöqsan olmuşdur. Lakin bu müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması demək deyildir. Düzdür müəyyən maddi çətinliklərlə, problemlərlə əlaqədar olaraq müqavilə üzrə öhdəliklərin icrasında problem yaranmış və onun həqiqətən də gecikdirilmiş borcu vardır. Lakin bu borc bank tərəfindən şişirdilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il, tarixli 2(004)- 1919/2021 nömrəli qətnaməsi ilə iddiaçı Şükürov Kərim İsfəndiyar oğlunun cavabdeh "xxxx" BOKT ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı Şükürov Kərim İsfəndiyar oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1919/2021 saylı iş üzrə 05.05.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Cavabdeh BOKT ASC ilə Şükürov Kərim İsfəndiyar oğlu arasında bağlanmış 2015/00100 saylı, 03 avqust 2015-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya illik 28 faiz dərəcəsi olmaqla 60 ay müddətinə 22.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi Cavabdeh BOKT ASC ilə Şükürov Kərim İsfəndiyar oğlu arasında bağlanmış 03 avqust 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, ünvan 1 ünvanda olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" BOKT ASC-nin cavabdeh Şükürov Kərim İsfəndiyar oğluna qarşı müqavilənin ləğvi, pulun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə cavabdeh Şükürov Kərim İsfəndiyar oğlu arasında bağlanmış 03.08.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Şükürov Kərim İsfəndiyar oğlundan 21.212,68 ABŞ dolları əsas borc, 6.378,58 ABŞ dolları faiz borcu, 66 ABŞ dolları cərimə borcu, cəmi 27.657,31 ABŞ dolları borc, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğdə pul vəsaiti “Finoko" Bank Olmayan Kredit X5 Çəmiyyətinin xeyrinə tutulması, tələbin Şükürov Kərim İsfəndiyar oğluna məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə yerləşən 94 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan pul vəsaitinin Şükürov Kərim İsfəndiyar oğlunun Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyətinə olan borcunun qaytarılmasına yönəldilməsi, borc ödənildikdən sonra, mənzilin satışından artıq qalan məbləğin Şükürov Kərim İsfəndiyar oğluna qaytarılması, cavabdehin əşyaları ilə birlikdə, ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması hissəsində təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Şükürov Kərim İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt şəhər məhkəməsinin 19 aprel 2018-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlundan mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat Məhkəmə Ekspert Mərkəzinin, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 350 manat alınaraq Əmlak Qiymtləndirmə Ekspert Mərkəzi MMC-nin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən müvafiq tələblə bağlı istər müqavilələrin imzalandığı 2015-ci il tarixdən istərsə də, müfaviq məhkəmə qətnamələrindən sonra iddia qaldırılmamaqla, hal-hazırda isə belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini buraxmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hətta iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş olsaydı belə, ümumiyyətlə iddia ərizəsində qeyd edilmiş əsaslar iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, Cavabdeh Bank Olmayan Kredit X5 Cəmiyyəti tərəfindən kredit borcu, faizlər və cərimə borcu həddən artıq şişirdilmiş və düzgün müəyyən edilməmişdir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsində müəyyən nöqsan olmuşdur. Lakin bu müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması demək deyildir. Müəyyən maddi çətinliklərlə, problemlərlə əlaqədar olaraq müqavilə üzrə öhdəliklərin icrasında problem yaranıb və onun həqiqətən də gecikdirilmiş borcu vardır. Lakin bu borc bank tərəfindən şişirdilmişdir. Göründüyü kimi, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmədən, işi, hərtərəfli, tam və obyektiv araşdırmadan tərəflərin qarşılıqlı münasibətləri üzrə yanlış hüquqi nəticəyə gəlmiş və tamamilə qanunsuz, əsassız, ədalətsiz qətnamə çıxarmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsində qeyd etdiyi kimi, iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Buna görə iddia müddətinin keçməsini nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası cavabdehin bu ərizəsini iddia müddətinin tətbiq edilməsi barədə ərizə kimi qiymətləndirərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini mümkün sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsinin baxışı zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Şükürov Kərim İsfəndiyar oğlu ilə cavabdeh Finoko BOKT ASC arasında bağlanmış 03.08.2015-ci il tarixli, 2015/00100-01 saylı istehlak krediti müqaviləsinə, bank iddiaçıya illik 28 faizlə, 60 ay müddətinə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2018 saylı, 19.04.2018-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, "xxxx" BOKT Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Şükürov Kərim İsfəndiyar oğlu arasında bağlanmış 13.08.2015-ci il tarixli, 2015/00100-01 saylı kredit müqaviləsi ləğv edilmiş, Şükürov Kərim İsfəndiyar oğlundan 21212.08 ABŞ dolları əsas borc, 6378.38 ABŞ dolları faiz borcu, 66 ABŞ dolları cərimə borcu, cəmi 27637.31 ABŞ dolları borcun, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və dövlət rüsumu üçün ödənilmiş 31 manat məbləğdə pul vəsaitinin Finoko BOKT ASC-nin xeyrinə tutulması, tələbin X1 məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə (binada) yerləşən 94 nömrəli mənzilə yünəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 50000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olıman pul vəsaiti Şükürov Kərim İsfəndiyar oğlunun Finoko BOKT ASC-yə olan borcunun qaytarılmasına yönədilməsi, borc ödənildikdən sonra, mənzilin satışından artıq qalan məbləğin Şükürov Kərim İsfəndiyar oğluna qaytarılması, iddia tələbinin cavabdehin əşyaları ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, 20 nömrəli evdə (binada) yerləşən 94 nömrəli mənzildən çıxarılması hissəsində təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1815/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-98/2018 saylı, 19.04.2018-ci il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh Şükürov Kərim İsfəndiyar oğlundan mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 50 manat Məhkəmə Ekspert mərkəzinin, əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 350 manatın alınaraq “S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi MMC-nin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Resublikası Ali Məhkəməsinin 2(102)-7993/2019 saylı, 18.12.2019-cu il tarixli qərarı ilə Cavabdeh Şükürov Kərim İsfəndiyar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 1815/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən müvafiq tələblə bağlı istər müqavilələrin imzalandığı 2015-ci il tarixdən istərsə də, müfaviq məhkəmə qətnamələrindən sonra iddia qaldırılmamaqla, hal-hazırda isə belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə müəyyən edilmiş müddəti buraxmışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hətta iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş olsaydı belə, ümumiyyətlə iddia ərizəsində qeyd edilmiş əsaslar iddianın təmin edilməsi üçün əsas ola bilməzdi. Belə ki, iddiaçı iddia ərizəsində ona bank tərəfindən hesablanmış əsas, faiz və dəbbə borcunun şişirdildiyini bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, sözü gedən hallara istər birinci instansiya məhkəməsi, istərsə də, yuxarı instansiya məhkəmələri tərəfindən artıq qiymət verilmiş və həmin məhkəmə qətnamələri qanuni qüvvələrini almışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbinin əsassız olduğu üçün rədd olunmasi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(004)-1919/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7491/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7491/2021
08.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver