Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-750/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh Bünyat qızının iştirakı ilə, İddiaçı Cavabdeh Bünyat qızına qarşı “zəbt olunmuş sahədən qarajın götürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında yerləşən dəmir qarajın cavabdeh Cavabdeh vəsaiti hesabına götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərcinin İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər, xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə birgə ərizə ilə müraciət edərək, mübahisənin həlli ilə bağlı barışıq sazişi bağladıqlarını, sazişin şərtləri ilə razı olduqlarını və onun şərtlərinin yerinə yetiriləcəyini bildirərək, barışıq sazişini qəbul edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh, iddiaçı ilə aralarında notarial qaydada bağladıqları barışıq sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (maddə 191.2, 261.0.4). Apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv olunmalı və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261, 391 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh Bünyat qızı arasında xx xxxxxx 2020-ci il tarixdə notaial qaydada bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “1. Cavabdeh Bünyat qızı müraciəti əsasında Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 825 nömrəli Sərəncamı ilə avtomobillərin təmiri üçün 9-cu mkr, Yeni yaşayış massivinə qoyulmuş dəmir qarajın saziş notarial qayydada təsdiqləndiyi gün İddiaçı təhvil verilməsini, bu barədə gələcəkdə heç bir iddia qaldırmayacağını, eyni zamanda xx.xx.1994-cü il tarixli, 825 nömrəli Sərəncamın ləğv edilməsini, həmçinin İddiaçı məxsus torpaq sahəsinə və evinə gələcəkdə heç bir maneə yaratmayacağını öz üzərinə götürür.
2. Cavabdeh Bünyat qızı sazişin 1-ci bəndində qeyd edilən dəmir qarajı müaviləsiz icarəyə verdiyi X3 tərəfindən qarajın içindəki alətlərin və qarşısındakı estakadanın xx xxxxxx 2020-ci il tarixdədək başqa yerə daşınacağına zəmanət verir.
3. İddiaçı saziş notarial qaydada təsdiqləndiyi gün kompensasiya qismində 24.000 (iyirmi dörd min) manat pulu Cavabdeh Bünyat qızına verməyi, həmçinin sazişin şərtlərini tam icra etdiyi təqdirdə ona qarşı iddia qaldırmayacağını öz öhdəsinə götürür.
4. Bu sazişin 3-cü bəndində nəzərdə tutulan məbləğ İddiaçı tərəfindən Cavabdeh Bünyat qızına notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəniləcək.
5. Cavabdeh Bünyat qızı sazişin şərtlərini pozduğu təqdirdə saziş üzrə ona ödənilmiş 24.000 (iyirmi dörd min) manat pulu dərhal İddiaçı geri qaytaracağını öz üzərinə götürür.
6. Tərəflər sazişin şərtləri ilə razıdırlar, heç bir etirazları yoxdur.
7. Bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə 4 (dörd) nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və bir nüsxəsi Bakı şəhəri 32 saylı notariat ofisində saxlanılır, digər nüsxələr tərəflərə verilir, dördüncü nüsxə isə Bakı Apelyasiya Məhkəməsinə təqdim olunur”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-238/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh Bünyat qızına qarşı “zəbt olunmuş sahədən qarajın götürülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.