Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-750/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, "xxxx" ASCyə, Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı iş üzrə Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, əmlak barədə ipotekaya xitam verilməsi X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, "xxxx" ASCyə, Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, əmlak barədə ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-187/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh6 və "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X27 ərAZisində yerləşən 0,05 ha ölçüdə torpaq sahəsi üzərində İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmAZ əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi kredit öhdəliklərinin təminatı olaraq "xxxx" ASC qarşısında ipoteka ilə yüklü edilmişdir.
2. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş “DaşınmAZ Əmlakın alqı-satqısına dair ilkin müqavilə”yə əsasən iddiaçı mülkiyyətində olan bu torpaq sahəsini ipoteka yüklülüyündən AZad edildikdən sonra 50.000 manat pula (iddiaçı 50.000 manata qiymətləndirmişdir) Cavabdeh3 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair onunla rAZılığa gəlmişdir. Müqaviləyə əsasən Cavabdeh3 torpağın satış məbləğindən 10.000 manat pulu hAZırda, 40.000 manat pulun isə torpaq sahəsinin alqı-satqısına dair əsas müqavilə bağlanarkən iddiaçıya ödəməyi öhdəsinə götürrmüşdür. xx.xx.2019-cu il tarixdə əmlak ipoteka yüklülülüyndən AZad edilmişdir.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh4 etibarnamə verərək, harada yerləşmədən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, bununla bağlı bütün əqdləri bağlamağı, o cümlədən almağı, satmağı, bağışlamağı və digər hərəkətləri etməyi sonuncuya etibar etmişdir. Etibarnamə 1 ay müddətinə verilmiş və xx.xx.2020-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçının arvadı Hüseynova nübar əli qızı isə bundan əvvəl, yəni xx.xx.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə qeyd edilən torpaq sahəsinin satılmasına etirAZ etmədiyini və gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.
4. Cavabdeh4 həmin etibarnamə ilə iddiaçının adından çıxış edərək, xx.xx.2019-cu il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş “DaşınmAZ əmlakın alqı-satqı müqaviləsi”nə əsasən qeyd edilən torpaq sahəsini 50.000 manata Cavabdeh3 satmış və bu pulun qalıq qalmış 42.000 manat hissəsini (8.000 manat xx.xx.2019-cu il tarixdə bağlanmış ilkin müqaviləyə əsasən ödənilmişdir) notariusun depozit hesabı vasitəsi ilə X12 ödəmişdir. Bundan sonra əmlaka dair Cavabdeh3 mülkiyyət hüququ daşınmAZ əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Cavabdeh3 ilə Cavabdeh5 arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış “DaşınmAZ əmlakın alqı-satqı müqaviləsi” nə əsasən Cavabdeh3 həmin torpaq sahəsini 5.000 manat pula Cavabdeh5 satmış və bu əmlaka dair sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmAZ əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Torpaq sahəsi Cavabdeh5 mülkiyyətində olan zaman onun üzərində olan fərdi yaşayış evi özəlləşdirilmiş (314,1 kv.m) və xx.xx.2020-ci il tarixdə onun mülkiyyəti kimi (torpaq sahəsi ilə bilrikdə) daşınmAZ əmlakın dövlət reyestrində qeydə alınmışdır.
7. Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X16) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən Cavabdeh5 əmlakı (fərdi yaşayış evini və torpağı) 170.000 manat pula Cavabdeh6 satmış, bu məbləğin 51.000 manat hissəsi Cavabdeh6 (alıcı-ipoteka qoyan) tərəfindən, 119.000 manat məbləğində hissəsi isə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh8 ASC tərəfindən Cavabdeh6 verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Eyni zamanda, Cavabdeh6 bu müqavilə üzrə yaranmış hüquqa əsasən qeyd edilən kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh8 ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Həmin əmlaka dair Cavabdeh6 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır, hAZırda da mülkiyyətindədir.
8. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh4 AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 7 il 6 ay müddətə AZadlıqdan məhrum etmə cəzası təyin edilmiş, AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh4 məhkəməyədək icraat zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 5 ay 26 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Cavabdeh4 üzərində qəti olaraq 7 il 4 gün müddətə AZadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh4 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2022-ci tarixdən hesablanmışdır. Həmin hökmdən zərərçəkmiş şəxslər İddiaçı Vekiloviç və Zeynalov Elmafr israfil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-580/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü onlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 1005/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh6 cavabdehlər İddiaçı, X13, X23, X14, X11, Hüseynov Vəkil Manuel oğluna və Hüseynov Vəkil Teymur oğluna qarşı “yaşayış sahəsindən çıxarılma, həmin yaşayış sahəsinə köçürülmə” tələbi qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X7, X17, X8, X5, Hüseynov Vəkil Manuel oğlunun və Hüseynov Vəkil Teymur oğlunun mübahisəli evdən və torpaq sahəsindən çıxarılması, evin və torpaq sahəsinin cavabdehlərin hesabına boşaldılması, evə və torpaq sahəsinə Cavabdeh6 köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olara Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29103)-691/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1906/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, "xxxx" ASC-yə, Bakı şəhəri 50 saylı Notariat Ofisinə, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, müddəti xx.xx.2019-cu il tarixə kimi şərtləşdirilmiş xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüquqları ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X27 ƏrAZisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ipoteka yüklülükdən AZad edildikdən sonra 50.000 manata Cavabdeh3 gələcəkdə satılması barədə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış 3M-1204 reyestr nömrəli daşınmAZ əmlakın alqı-satqısına dair ilkin müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh4 ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ serialı, ******* nömrəli, 4Ə-1560 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmAZ əmlakın əsas alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən qeydin ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh5 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X27 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin satılmasına dair 4Ə-135 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmAZ əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən qeydin ləğv edilməsi, Cavabdeh5 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X27 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində yerləşən 318,1 kv metr fərdi yaşayış evi üzərində AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X16) arasında Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli, xx.xx.2021-ci il tarixli, 4Ə-1054 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh6 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********955- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh8 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini işin yuxarıda göstərilən hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi əsasında kredit müqaviləsinin təminat kimi xüsusi mülkiyyət hüquqları ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X27 ərAZisində yerləşən 0,05 ha torpaq sahəsi "xxxx" ASCnin Neftçilər filialında ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. Kredit müqaviləsi üzrə borc vaxtında ödənilməsi təmin edilmirdi. Ailə daxilində həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş 314,1 kv.m fərdi yaşayış evinin satılması qərarına gəlinmişdir. Bununla əlaqədar olaraq o, qohumu X24 vasitəsi ilə makler Cavabdeh4 ilə tanış edilmişdir. Cavabdeh4 fərdi yaşayış evinə baxış keçirdikdən sonra fərdi yaşayış evinin satışını həyata keçirə biləcəyini bildirmişdir. Onun tərəfindən fərdi yaşayış evinə 340.000 manat məbləğində satış qiyməti müəyyən edilmiş, lakin evin çıxarışının olmadığı və 0,05 ha torpaq sahəsinin isə "xxxx" ASC-də ipoteka ilə yüklü olunduğu bildirilmişdir. Mövcud məsələnin pul vəsaiti hesabına həll olunacağı və girovdan AZad edilməsi kimi problemlərin həfif məsələ olduğu Cavabdeh4 tərəfindən ona bildirilmişdir. Sonradan fərdi yaşayış evinin alıcısı qismində Cavabdeh3 çıxış etmişdir. Fərdi yaşayış evinin 340.000 manat məbləğində alınmasına rAZılıq əldə edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 5 saylı "ASAN xidmət" mərkəzində notariat ofisində Cavabdeh3 bir ay müddətinə 7E- 27154 reyestr nömrəli etibarnamə vermiş (bütün əmlak və hüquqlarla bağlı), 0,05 ha torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsinin bağlanmasına rAZılıq əldə edilmişdir. 0,05 ha torpaq sahəsinin satış qiyməti 50.000 manat, 8.000 manat ödəniş notariusun depozit hesabı vasitəsi ilə, qalan 42.000 manat isə nağd formada ona borclarının bağlanması və torpaq sahəsinin girovdan AZad edilməsi üçün ödəniləcəyi barədə rAZılaşmışlar. O, Rusiya Federasiyasına gedəcəyini tərəflərə bildirmişdir. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə, bir ay müddətinə (xx.xx.2020-ci il tarixinədək) 24864 reyestr nömrəli etibarnamə verilmişdir (bütün əmlak və hüquqlarla bağlı). Alıcı qismində iştirak edən Cavabdeh3 6.000 manat pul vəsaitini torpağın alınması ilə bağlı beh kimi ona elə notariusda vermişdir. Sonradan Cavabdeh3 torpaq sahəsini 5.000 manat pula Cavabdeh5 satmış və sonuncu əmlaka dair çıxarış almışdır. Sonradan Cavabdeh5 torpaq üzərində olan fərdi yaşayış evinə dair də çıxarış əldə etmiş və xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh6 170.000 manata satmış və rəsmi olaraq 170.000 manat pul əldə etmişdir. O, işi ilə bağlı AZərbaycan Respublikasını tərk etmiş və 2021-ci ilin may ayında ölkəyə qayıtmışdır. Həmin vaxt Cavabdeh3 bank işçiləri ilə birlikdə gəlib, evin girov qoyulmasını və ona 300.000 manat pulun verilməsini təklif etdi. O da artıq evi satmaq fikrindən daşındığını söylədikdə Cavabdeh3 onu evin satılması ilə hədələmişdir. Bundan sonra onun evinə müxbirlərlə birlikdə özünü qAZi kimi təqdim edən Süleyman adlı şəxs gəlmiş və evin ona məxsus olduğunu, onların onun evində qanunsuz yaşadıqlarını bildirmişdir. Sonradan ona evlə bağlı hAZırda mübahisələndirdiyi digər müqavilələrin də bağlandığı məlum olmuşdur. Yaranmış vəziyyətlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmiş və faktla bağlı cinayət işi başlanılaraq, Cavabdeh4 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Həmin cinayət işi çərçivəsində Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 etirafedici ifadələr vermişdilər. X2 Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, AZadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
12. Cavabdeh6 iddiaya qarşı yAZılı etirAZ təqdim edərək, bildirmişdir ki, o, AZərbaycan Respublikasının Müdafiə NAZirliyinin hərbi qulluqçusu, Baş gizir kimi AZərbaycan Ordusunda xidmət etmişdir. Bununla belə, AZərbaycan Respublikasının ərAZi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəlpə partlaması zamanı (xx.xx.2020-ci il tarixdə) hər iki əli, sol budu, sol diz oynağı, sağ ayağı kor qəlpə yaraları ilə zədələnmişdir. Müvafiq reabilitasiya kursundan sonra xidmətini davam etdirmişdir. Uzun müddət orduda xidmət etdiyini, ailəli olmaqla, lakin şəxsi mənzilinin olmaması ilə bağlı o, dövlət ipotekası ilə fərdi mənzil almaq qərarına gəlmişdir. Beləliklə də, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, AİF/23 N°-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən o, Cavabdeh5 xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 3 ünvanda yerləşən 314,10 kv.m-dən ibarət fərdi yaşayış evini Cavabdeh8 ASC-nin Qara Qarayev filialında ipotekaya qoymaqla almışdır. HAZırki müqavilə bağlanan tarixdən etibarən o, həmin kredit borcu üzrə üzərinə düşən bank öhdəliklərini yerinə yetirir. İddiaçının etibarsızlığını tələb etdiyi müvafiq kredit və ipoteka müqavilələri tam qanuna uyğun bağlanılmış və iddiaçının hAZırki halda həmin müqavilələr üzrə tərəf olmadığından onun subyektiv hüququ yoxdur. Həm də bu gün də o, qeyd edilən müqavilələr üzrə kredit öhdəliyi ilə yüklənmişdir. Bunun bariz nümunəsi kimi bankın hAZırki mülki iş üzrə elektron sistemə yüklədiyi sənədlər onu deməyə əsas verir ki, o, vicdanlı şəkildə əmlakı əldə edəndir. İddiaçı vaxtı ilə xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müvafiq əqd imzalamaqla öz iradə ifadəsini bildirmişdir. Yəni, əmlak kompleksi olan yalnız torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuşdur, fərdi ev deyil. Eyni zamanda, müvafiq icra vərəqəsinə əsasən iddiaçı və onun ailə üzvləri məcburi qaydada əmlak kompleksindən çıxarılmış, həmin əmlak kompleksi onun əməli istifadəsinə verilməklə oraya köçürülmüşdür. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi hər hansı məhkəmə hökmünün və orada qeyd edilən şəxslərin verdiyi ifadələrin hAZırki iddia üzrə kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməklə onun xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışın ləğv edilməsinə dəlalət edə bilməz. Belə olan halda, iddia tam qanunsuz və əsassız olmaqla rədd edilməlidir.
13. Cavabdeh "xxxx" ASC iddiaya qarşı yAZılı etirAZ təqdim edərək, bildirmişdir ki, xx.xx.2021-ci il tarixli kredit və xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqavilələri bağlanarkən, Bank qanunveiricilikdə nəzərdə tutulan özündən asılı olan bütün hərəkətləri etmişdir. Bundan başqa iddiaçının ərizədə qeyd etdiyi hallardan da görünür ki, iddiaçının məruz qaldığı problemə görə cinayət icraatı qaydasında Cavabdeh4 barəsində ittihamedici hökm çıxarılmışdır. Həmin məhkəmə icraatı zamanı faktiki hallara qiymət verilərkən, Banka münasibətdə Bankın heç bir hüquqAZidd hərəkət etməsi aşkar edilməmişdir. Bank özündən asılı olan bütün hərəkətləri etmişdir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir (S.N.Məmmədovanın şikayəti üzrə AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2004-cü il tarixli qərar). Digər bir qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur (Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AZərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərar). “DaşınmAZ əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə əsasən daşınmAZ əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmAZ əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmAZ əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur.
14. Bundan sonra Cavabdeh6 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı 2022-ci ildən (Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 №-li qətnaməsi) bilirdi ki, o, iddiaçıya və ailə üzvlərinə qarşı mənzildən çıxarılma tələbi irəli sürmüşdür və həmin müddətdən etibarən bilirdi ki, (hətta iddiaçı həmin iş üzrə də qarşılıqlı iddia vermişdir) həmin fərdi yaşayış evi ilə bağlı mübahisə vardır. Lakin, bütün bunlara baxmayaraq iddiaçı, qanunvericiliklə müəyyən edilmiş müddətdə hAZırki iddia tələbini irəli sürməli olduğu halda öz iradə ifadəsini bildirərək həmin iddianı verməmişdir. HAZırki halda isə ilkin əqdin bağlanması tarixindən (xx.xx.2019-cu ildən) etibarən həmin əqdi vaxtında mübahisələndirmədiyindən və bunun üçün MM-lə müəyyən edilmiş 1 il müddəti ötürdüyündən hAZırki halda isə təxminən 4 ilə yaxın müddətin keçməyinə baxmayaraq yenə də iddianı qaldırmışdır. Eyni zamanda, hesab edir ki, Cavabdeh6lə "xxxx" ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi tam qanuni əsaslarla bağlanmış müqavilə olmaqla onun ləğvi və yaxud istənilən başqa üsullarla onun mübahisələndirilməsi üçün hər hansı əsas yoxdur.
15. Cavabdeh "xxxx" ASC də iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, cari iş üzrə preyudisial xarakter daşıyan Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 saylı qətnaməsindən aydın olur ki, İddiaçı qeyd edilən əmlakın "xxxx" ASC-də ipoteka müqaviləsi ilə yüklü edilməsi barədə məlumatlıdır (həmin qətnamənin 2-ci səhifəsi). xx.xx.2024-cü il tarixdə isə İddiaçı "xxxx" ASC-yə qarşı əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmüşdür. Preyudisial xarakter daşıyan qətnamədən aydın olur ki, iddiaçı Bankla Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə barədə ən AZı xx.xx.2022-ci ildən məlumatlıdır. Bu o deməkdir ki, cari iddia üzrə kəsici müddət ən geci xx.xx.2023-cü ildə bitmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq, iddia müddətinin tətbiq edilməsi əsası ilə iddianın "xxxx" ASC-yə münasibətdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 187/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, müddəti xx.xx.2019-cu il tarixə kimi şərtləşdirilmiş xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüquqları ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X27 ƏrAZisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ipoteka yüklülükdən AZad edildikdən sonra 50.000 manata Cavabdeh3 gələcəkdə satılması barədə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış 3M-1204 reyestr nömrəli daşınmAZ əmlakın alqı-satqına dair ilkin müqavilənin, Cavabdeh4 ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* nömrəli, 4Ə-1560 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmAZ əmlakın əsas alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh3 **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən qeydin ləğv edilməsi, Cavabdeh3 ilə Cavabdeh5 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X27 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin satılmasına dair 4Ə-135 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli daşınmAZ əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh5 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən qeydin ləğv edilməsi, Cavabdeh5 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X27 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində yerləşən 318,1 kv metr fərdi yaşayış evi üzərində AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X16) arasında Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli xx.xx.2021-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh6 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********955-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh8 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya verilməsi qət edilmişdir. (hakim X25)
17. Məhkəmə iddia tələbinin “müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında aparılmış dövlət reyestrindəki qeydlərin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının onun iradə ifadəsindən kənar əmlakından hAZırki iş üzrə cavabdeh olan fiziki şəxslər tərəfindən məhrum olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunmuşdur, bu halın əlavə araşdırılmasına zərurət aradan qalxmışdır. Fiziki şəxs olan cavabdehlərdən əmlak almaq niyyəti olmamış, onların niyyəti nəticə etibarı ilə əmlakı banka girov qoyub pul götürüb aralarında bölməkdən ibarət olmuşdur. Belə ki, qeyd edildiyi kimi, mübahisəli əmlaka iddiaçının adına öncədən vahid əmlak kimi çıxarış verilməmiş, çıxarış yalnız 0,05 ha torpaq sahəsinə olmuş, onun üzərində inşa edilmiş yaşayış evinə çıxarış verilməmişdir. Cavabdeh3 mübahisəli torpaq sahəsinə xx.xx.2019-cu il tarixdə çıxarış aldıqdan bir ay sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh5 torpaq sahəsini 5.000 manata, yəni şərti bir məbləğə satmış, sonuncu torpağa dair çıxarışı xx.xx.2020-ci il tarixdə almış, altı ay ərzində 314,10 kv metrdən ibarət olan fərdi yaşayış evinə sənədləri hAZırlamış və xx.xx.2020-ci il tarixdə vahid əmlaka dair çıxarış almışdır. Cavabdeh5 cinayəti işində verdiyi ifadəsindən məlum olmuşdur ki, o, evli olmadığından onun adına sənədləşdirmə işlərinin aparılması problemsiz olmuş, o, evi, torpaq sahəsini heç görməmiş, onların yerləşdiyi yeri belə bilməmiş, yalnız atasının məsləhəti ilə onun tanışı olan Cavabdeh3 xahişini icra etmişdir. Cavabdeh5 xx.xx.2020-ci il tarixdə çıxarışı aldıqdan 8 ay sonra xx.xx.2021-ci mənzili ipoteka yolu ilə Cavabdeh6 satmışdır. Cavabdeh6 məhkəmədə bildirmişdir ki, evi almaq istəyəndə sadəcə həyətindən evə baxmış, evin içərisinə baxmamış, vizual baxışdan evi bəyənmiş, sonra verdiyi məlumatı dəyişərək, evin birinci mərtəbəsinə baxdığını, lakin yuxarılara çıxmadığını qeyd etmiş, iddiaçı isə bu halın olmadığını demişdir. Cinayəti işində Cavabdeh6 evə Şamxal ilə birlikdə baxdığını, evi aldıqdan sonra evə köçməklə əlaqədar Şamxal ilə əlaqə saxladığını, sonuncun ailəsi ilə birlikdə yaşadığından 1 ay vaxt verməsini xahiş etdiyini, bir ay gözlədikdən sonra Şamxalın yenidən möhlət istədiyini, Şamxal evdə qaldığı üçün aylıq ödənişlərini edəcəyinə vəd verdiyini, lakin heç bir ödəniş etmədiyini, bundan sonra evə getdikdə orada başqa adamların yaşadığını gördüyünü, sonuncuların evin onlara məxsus olduğunu bildirdiyi barədə izahat vermişdir. Lakin, Cavabdeh5 cinayəti işində evi, torpaq sahəsini heç görmədiyini, onların yerləşdiyi yeri belə bilmədiyi barədə izahat vermişdir. Qeyd edildiyi kimi, Cavabdeh6 xx.xx.2021-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlanılmış, xx.xx.2021-ci il tarixdə çıxarış almış, xx.xx.2021-ci il tarixdə Cavabdeh5 qarşı evdən çıxarılmasına dair iddia qaldırmış və yalnız xx.xx.2022-ci il tarixdə tələbi İddiaçı və onun ailə üzvlərinə yönəltmiş, həmin ərizəyə Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərAZi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli mübahisəli evdə İddiaçı və onun ailə üzvlərinin yaşamaqları barədə məktubunu əlavə etmişdir. Yəni, Cavabdeh6 xx.xx.2021-ci il tarixdə 170.000 manat müqabilində əldə etdiyi evdə satıcının deyil, hAZırki iş üzrə iddiaçı olan İddiaçı və onun ailəsinin yaşadığını 11 ay sonra, xx.xx.2022-ci il tarixdə bilmiş, halbuki işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin evdə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarınadək İddiaçı və onun ailə üzvləri yaşamışdılar. Beləliklə, Cavabdeh6 ən AZı xx.xx.2021-ci il tarixdən (ipoteka üçün sənədlərin hAZırlanması bir neçə ay əvvəl başlanmışdır) xx.xx.2022-ci il tarixədək həmin evdə İddiaçı yaşadığını bilməmişdir, bu hal da onun evi heç görmədəyini, bununla da evi almaq niyyətininin olmadığın sübut edir. Bundan başqa, həmin evi ona göstərməli olan Cavabdeh5 evin harada yerləşməsi barədə məlumatının olmadığını bildirmişdir. Yəni, evin yerini bilməyən satıcı onu alıcıya göstərə bilməzdi. Beləliklə, Cavabdeh6 cinayət işi üzrə məhkəmədə, hAZırki mülki işin hAZırlıq iclasında bir-birinə ziddiyyətli məlumatlar vermişdir, bu hal da onun ümumiyyətli mübahisəli evi heç bir zaman (məhkəmə qətnaməsi icra edilənədək) görmədiynə dəlalət edir. Bundan başqa, hökmdən göründüyü kimi, Cavabdeh4 törətdiyi cinayətin tərkibini ilkin alqı-satqı müqaviləsindən sonuncu alqı-satqı və ipoteka müqaviləsinə kimi olan hərəkətləri yaratmışdır. Yəni, Cavabdeh8 ASC, Cavabdeh6 və Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi Cavabdeh4 törətdiyi cinayətin tərkib hissəsi olmuşdur. Bundan başqa, hərbiçi olan Cavabdeh6 ipoteka yolu ilə əldə etdiyi evi evə köçən gündən satışa çaxırtmışdır. Bu hal bir daha onun ev almaq niyyətinin olmadığına dəlalət edir. Qeyd edildiyi kimi, məhkəmə hökmü ilə Cavabdeh4 bir qrup şəxs tərəfindən İddiaçı maddi ziyan vurmaqla dələduzluq etdiyi müəyyən edilmiş, lakin həmin bir qrup şəxs barədə hökm çıxarılmamış, hAZırki iş üzrə cavabdehlər şahid qismində dindirilmiş və bununla da məhz onların Cavabdeh4 ilə eyni niyyətdə olduqları müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, Cavabdeh8 ASC-də mübahisəli evi ipoteka ilə yüklü edərkən, həmin evə baxış keçirməmişdir. Belə ki, Cavabdeh8 ASC tərəfindən evin fotoşəkilləri təqdim edilmiş, lakin iddiaçının verdiyi məlumata əsasən həmin fotoşəkillər zamanında Namiqlə Vüsal tərəfindən çəkilmişdir. Həmin fotoşəkillərin Bank tərəfindən çəkilməsi üçün evi satan Cavabdeh5 tərəfindən evin Banka təqdim edilməsi tələb olunur, lakin qeyd edildiyi kimi, Şamxal həmin evi heç bir zaman görməmiş, orada bir gün də olsun yaşamamışdır. Bundan başqa, məhkəmə hesab etmişdir ki, Bank tərəfindən evə baxış keçirilmiş olsaydı, evdə satıcının deyil, digər şəxslərin yaşadığı və evin mübahisəli olduğu müəyyən olunardı. Cinayəti işinə baxan məhkəmə Cavabdeh4 bir qrup şəxslə (hAZırki işdə fiziki şəxslər olan cavabdehlər nəzərdə tutulur) mübahisəli əmlakı "Kapital Bank” ASC-yə girov qoyub İddiaçı 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurduğu müəyyən edilmişdir. Yəni, məhkəmə xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin qanuniliyini müəyyən etməmiş, məhz həmin müqavilə də daxil olmaqla, bütün müqavilələrin iddiaçının aldatmaq yolu ilə bağlandığını müəyyən etmişdir. Yəni, məhkəmədə mübahisəli əmlakın iddiaçının mülkiyyətindən çıxması ilk addımdan son addıma kimi dələduzluğun obyekti kimi qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan müqavilələr (ilkin alqı-satqı müqaviləsi istisna olmaqala) uydurma əqd olmaqla onlara uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlərdir və onlar məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. İddiaçı öz iradəsinə zidd olaraq mülkiyyət hüququndan məhrum olmuşdur. Odur ki, birinci müqavilə istisna olmaqla, digər bütün müqavilələr etibarsız hesab edilməli və həmin müqavilələrin əsasında daşınmAZ əmlakı reyestrində aparılmış qeydlər ləğv edilməlidir. Belə ki, cavabdehlər reyestrdəki qeydlərin qeyri-dəqiq olduğunu bilirdilər və bu qeydlər ləğv edilməlidir.
18. Məhkəmə ilkin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə münasibətdə qeyd etmişdir ki, əsas müqavilənin xx.xx.2019-cu il tarixə kimi bağlanması nəzərdə tutulmuş, lakin əsas müqavilə İddiaçı adından Vüsal tərəfindən xx.xx.2019-cu il tarixdə (etibarnamənin qüvvədə olduğunun sonuncu günündə) bağlanmışdır. Artıq müəyyən edildiyi kimi, İddiaçı digər tərəf olan Cavabdeh3 həmin müqaviləni bağlamaq barədə təklif göndərməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Lakin, həmin müqavilə ilə Cavabdeh3 10.000 manat ödəməli olduğu halda, 40.000 manat pul ödəmiş və hAZırda İddiaçı həmin pulu Cavabdeh3 geri qaytarmağa hAZırdır. HAZırki mülki işdə Cavabdeh3 iki hAZırlıq iclasında iştirak etsə də, qarşılıqlı iddia verməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçı artıq öhdəliklərə xitam verilmiş müqavilənin etibarsız hesab edilməsini istəyir, həmin müqavilə etibarsız hesab edilməlidir.
19. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizələrə də münasibət bildirirərək qeyd etmişdir ki, birinci müqavilə istisna olmaqla, digər bütün müqavilələr əhəmiyyətsiz əqd olduğundan və onlar bağlandığı andan etibarsız olduğundan, hAZırda iddia yalnız əhəmiyyətsizliyin təsdiqi barədə olduğundan iddia müddəti tədbiq edilə bilməz.
20. Məhkəmə cavabdeh "Kapital Bank” ASC-nin “Cavabdeh4 elan edilmiş itiham üzrə onunla əlbir olmuş şəxslərə qarşı iddianın qaldırılmalı olması ilə bağlı” mövqeyinə münasibətdə qeyd etmişdir ki, əvvəla X15 və X20 iddiaçı ilə heç bir əlaqəsi yoxdur, X21 isə vasitəçi olmuş, onunla hər hansı bir müqavilə bağlanılmamışdır, hAZırki iddia pul tələbi barədə deyil, müqavilələrin etibarsızlığı barədə olduğundan ona qarşı iddianın hAZırki işdə irəli sürülməməsi məntiqlidir.
21. Məhkəmə öz mövqeyini “İnsan Hüquqlarının və Əsas AZadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, AZərbaycan Respublikası Konstitusiyasının 13-cü, AZərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7ci, 140-141-ci, 152-ci, 337-ci, 340-cı, 354-cü, 402-ci, “İpoteka haqqında” AZərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82.4-cü, 107-ci, 119.1-ci, 217.4-cü, 360-cı maddələrinə və AZərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra Plenum qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirAZın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh6 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
23. Cavabdeh6 apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirAZın və iddia müddətinin tətbiqi barədə ərizənin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, predusial əhəmiyyətə malik hökmdə iddiaçının əmlakından məhrum olmasına görə məhkum edilmiş şəxs Cavabdeh4 tərəfindən ona 300.000 manat ziyan vurulması, bu səbəbdən də İddiaçı zərərçəkmiş şəxs kimi tanınması təsbit olunmuşdur. Bununla da iddiaçının Cavabdeh4 qarşı ziyanın ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Buna baxmayaraq, İddiaçı həmin tələblə məhkəməyə müraciət etməyərək, müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair əsasız iddia tələbi irəli sürmüşdür. İşə baxan birinci instansiya məhkəməsi isə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı zərəçəkmiş şəxs kimi tanınmasına, eləcədə Cavabdeh6 sonuncu alıcı olaraq həmin fərdi yaşayış evini “vicdanlı ələd edən” şəxs olması faktlarına əhəmiyyət verməyərək, iddia tələbinin təmin edilməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Etibarsızlığı mübahisələndirilən xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqavilələri qanunvericiliyin tələblərinə tam riayət edilməklə bağlanmış və bunun əksini, yəni cavabdehin əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilməsini təsdiq edən hər hansı hal, sübut mövcud deyildir. O, əmlakı əldə edən zaman əqdin legitimsizliyi barədə mübahisə olmadığından, onun üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığından vicdanlı alıcı qismində qəbul olunmalıdır. Həmçinin, İddiaçı hAZırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən AZərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində nəzərdə tutulmuş 1 illik mübahisələndirmə müddətini də ötürmüşdür. Belə ki, mülki iş materillarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun hAZırkı iş üzrə İddiaçı və qeyrilərinə qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki işə baxılan zaman İddiaçı qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin onun mülkiyyətində olması məlum olmuşdur. Buna baxmayaraq, İddiaçı hAZırkı iş üzrə mübahisələndirilən alqı-satqı müqavilələrini həmin vaxt deyil, faktın ona məlum olduğu vaxtdan 1 ildən artıq müddət keçdikdən sonra mübahisələndirmişdir. İşə baxmış birinci instansiya məhkəməsi işə yalnız formal mülahizələr və ehtimallar əsasında baxmış, Mülki Məcəllənin 337-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmiş, bununla da məhkəmə tərəfindən həmin maddi hüquq normasının pozulmasına yol verilmişdir. Göründüyü kimi, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan xüsusatlar və iş üzrə əhəmiyyətli olan bütün faktiki hallar araşdrılmamış, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da iddia tələbinin təmin edilməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir.
24. Cavabdeh "Kapital Bank” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın ipoteka hüququna xitam verilməsi ilə bağlı hissədə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Cavabdeh "Kapital Bank” ASC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Şamxal ilə Süleyman arasında bağlanmış alqı-satqı müqaviləsinin uydurma əqd olmasını bildirərək əmlakın mülkiyyətçisinin başqa şəxs olması qənaətinə gəlmişdir. Lakin məhkəmə burada reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını unutmuşdur. Məhkəmənin “cavabdehlər reyestrdəki qeydlərin qeyri-dəqiq olduğunu bilirdilər” təsbitinin isə nəyə əsaslanması qeyri müəyyəndir. Belə ki, Konstitusiya Məhkəməsinin mövqeyindən bəlli olur ki, əqd bağlanarkən dövlət reyestrindəki yAZının qanuniliyinin yoxlanılması tələb edilmir, həmin yAZının mövcudluğu əqd üzrə vicdanlı kimi tanınmağa kifayət edir. Süleyman ilə Şamxal arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflər öz üzərinə düşən öhdəlikləri icra ediblər. Hətta alqı-satqıdan sonra evin boşaldılaraq təhvil verilməsi ilə bağlı Süleyman tərəfindən iddia qaldırılması onun bu evə sahiblik etmək niyyətində olmasını, yəni alqı-satqı münasibətlərinin uydurma olmamasını göstərir. Bundan irəli gələrək əmlakın ipotekaya qoyulması zamanı isə Bank tərəfindən vicdanlılığın pozulmasına dair hal mövcud olmamışdır. Belə ki, reyestr məlumatlarına əsasən əmlakın mülkiyyətçisinin Şamxal olduğu müəyyən edilmiş, bundan sonra alqısatqı və ipoteka müqaviləsi bağlanaraq mülkiyyət hüququ Süleymana keçmiş və onun tərəfindən əmlak ipotekaya qoyulmuşdur. Süleyman ilə Şamxal arasında bağlanmış alqısatqı müqaviləsi etibarsız hesab olunsa belə, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən Bankın ipoteka hüququ ilə əlaqədar maraqları qorunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən Cavabdeh6 iddiasına baxarkən tərəflər arasında bağlanmış müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin etibarlılığı məhkəmə tərəfindən yoxlanılmış və iddia təmin edilmişdir. Belə olduğu halda Cavabdeh6, Cavabdeh5 və Bank arasında bağlanmış müqavilənin etibarlılığı yenidən məhkəmə tərəfindən qiymətləndirilə bilməzdi. Məhkəmə mülki işə baxarkən səlahiyyət hədlərini aşaraq iş üzrə cavabdehləri cinayət əməli törətməkdə ittiham edərək təqsirsizlik prezumpsiyasını pozmuşdur. Məhkəmənin istinad etdiyi hökm yalnız Cavabdeh4 əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı olduğu halda məhkəmə iddia ərizəsinə baxarkən mülki iş üzrə cavabdehlərin əməllərinə cinayət hüququ mövqeyindən qiymət verərək, iddiaçının əmlakından məhrum olmasının hAZırki iş üzrə cavabdehlərin əməlləri nəticəsində olduğunu və bunun guya hökmlə də təsdiq edildiyini qeyd edir. Məhkəmə bu mövqeyini qətnamənin digər hissələrində də göstərmiş, hətta hökmlə müəyyən edilməyən halları hökmlə müəyyən edilmiş kimi təqdim etmişdir. Məhkəmə xx.xx.2021-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinin qanuniliyini müəyyən etməmiş, məhz həmin müqavilə də daxil olmaqla, bütün müqavilələrin iddiaçının aldatmaq yolu ilə bağlandığını müəyyən etmişdir. Yəni, məhkəmədə mübahisəli əmlakın iddiaçının mülkiyyətindən çıxmasını ilk addımdan son addıma kimi dələduzluğun obyekti kimi qiymətləndirilmişdir.” (18-ci səhifə, 4-cü abzas). Belə olduğu halda məhkəmə tərəfindən hökmlə müəyyən edilməyən hallara istinad edilməsi pozuntudur. Bundan başqa, iddia tələbi əqdin etibarsızlığı və bunun nəticəsi olaraq ipoteka hüququnun ləğv edilməsidir. İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəmədə cavabdeh qismində cəlb edilərkən artıq işin hallarından, o cümlədən alqısatqı və ipoteka müqaviləsinin mövcudluğundan, həmin müqavilənin icra olunduğundan məlumatlı idi. Lakin onun tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsi verilərkən yalnız xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsini tələb etmiş, yalnız xx.xx.2024-cü tarixli ərizəsində alqı-satqı və ipoteka müqaviləsi mübahisələndirmişdir. Belə olduğu təqdirdə Məcəllə ilə müəyyən edilmiş kəsici müddətin ötürüldüyü aşkardır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “qanuni qüvvəsini almış hökmlə müəyyən edilmişdir ki, bankdan kredit götürülüb bir neçə şəxsin arasında bölünmüşdür” (15-ci səhifə, 2-ci abzas). Məhkəmə bunu hökmlə müəyyən edilmiş hal kimi təqdim etsə də, əslində bu həmin işdə şahid qismində dindirilmiş bəzi şəxslərin ifadələridir. Bununla yanaşı həmin işdə şahid qismində dindirilmiş və hAZırki işdə cavabdeh olan Cavabdeh6 cinayət işi üzrə verdiyi ifadəsində pulun Şamxal tərəfindən götürüldüyünü bildirmişdir. Məhkəmə hökmlə müəyyən edilən şahid ifadələrinə istinad edərkən yalnız bir tərəflə bağlı ifadələri nəzərə almış, Şamxalın ifadəsində deyilənlərə qiymət verməmişdir. Bununla da məhkəmə Banqalor prinsiplərinin,həmçinin MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qətnaməsində qeyd edir ki, hadisələrin baş verdiyi zaman hAZırki iddianın məhkəməyə verilənədək və ondan da sonra 7-8 ay ərzində mübahisəli əmlakda İddiaçı ailəsi yaşayıb və bu işin mübahisəsiz halıdır. (13-cü səhifə, 7-ci abzas). Lakin məhkəmənin bu mövqeyi heç bir sübuta əsaslanmadan, yalnız iddiaçının şifahi bildirdiklərini ehtiva edir. Belə ki, Cavabdeh6 ifadəsindən məlum olur ki, o, evə baxarkən orada heç kimi olmamışdır. Həmçinin onunla alqı-satqı müqaviləsi bağlandıqdan sonra Şamxal evin təhvil verilməsi üçün ondan vaxt istəmiş, lakin bu, uzun müddət çəkdiyindən Şamxala qarşı evin boşaldılmasına dair iddia qaldırmış, bundan sonra evdə Manuelin və ailəsinin olduğunu müəyyən edərək, onları da cavabdeh qismində cəlb etmişdir. Manuelin və ailəsinin cavabdeh qismində cəlb edilməsi onların ötən müddət ərzində həmin evdə yaşadıqlarını təsdiqləyən mübahisəsiz hal deyildir. Belə ki, həmin şəxslərin o evi daha əvvəl tərk edib sonradan ora qayıdıb yaşamaqları da mümkün haldır. Belə olduğu halda həmin şəxslərin həmin evdə hansı müddətlərdə yaşadıqları mübahisəsiz hal hesab edilə bilməz. Bununla yanaşı onların həmin evdə yaşamış olması belə Cavabdeh6 tərəfindən evin almaq niyyətinin olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnamədə əmlaka bank tərəfindən baxış keçirilmədiyini, evin şəkillərinin Namiq və Vüsal tərəfindən çəkildiyini, evin Şamxal tərəfindən Süleymana təqdim edilmədiyini, hökmlə guya alqı-satqı və ipoteka müqaviləsinin dələduzluğun obyekti kimi qiymətləndirildiyini bildirərək bu əqdin uydurma əqd olması qənaətinə gəlmişdir. Halbuki qeyd edilənlər yalnız iş üzrə iştirak edən şəxslərdən bəzilərinin ifadəsinə əsaslanıb, digər şəxslərin ifadələri, təqdim edilmiş sənədlər (qiymətləndirmə aktı) nəzətə alınmamış, olmayan hallar barədə məhkəmə tərəfindən uydurmalar edilmişdir. Məhkəmə Cavabdeh4 barəsində olan hökmə preyudisial əhəmiyyətli yanaşaraq hətta həmin hökmlə müəyyən edilməmiş hallara istinad edərək nəticə çıxartsa da, iş üzrə preyudisial xarakter daşıyan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 saylı qətnaməsinə əhəmiyyət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirAZın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yAZılı etirAZ daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil4 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və tərəflərindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
28. İştirak etdiyi məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir.
29. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdirlər.
30. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirakı təmin edilmiş Cavabdeh4 izahatında bildirmişdir ki, Manuellə onun arasında pul haqq-hesabı olmuşdur. Bu ərəfədə Manuel evini satmaq istəyirdi. Evin 340.000 manata ona satılması ilə bağlı Manuellə aralarında rAZılıq əldə edildi. O, həmin pulu ona hissə-hissə ödəməli idi. Mənzil üzərində sərəncam verilməsi ilə bağlı Manuel tərəfindən ona etibarnamə verildi. Dostu olan Namiqlə aralarında da borc məsələsi var idi. Bununla bağlı Namiqlə aralarında rAZılıq oldu ki, Namiq ona mənzili ipotelaya qoymaqda və pul götürməkdə kömək etsin və əldə edilən puldan ona olan borcu qaytarsın. Bununla bağlı tərəfindən ona etibarnamə verildi. Daha sonra Namiq ona ipoteka yolu ilə Cavabdeh8 ASC-dən 80.000 manat pul götürdüyünü bildirdi. Halbuki daha sonra ona məlum oldu ki, o bankdan 120.000 manat pul götürmüşdür. Mənzil Manuelin mülkiyyətindən Namiqə, Namiqdən Şamxala, Şamxaldan isə Süleymanın mülkiyyətinə keçmişdir. Süleymana gəlincə isə o Qarabağ qAZisidir. Onun statusundan istifadə edərək illik 4% dərəcəsi ilə ipoteka krediti götürməsi mümkün olduğundan onu Namiq tapmışdır. Namiq ona bildirmişdi ki, o Süleyman adlı qAZi tapmış və ona öz adından ipoteka krediti götürməsi müqabilində 10.000 manat ödəniş etmişdir. Daha sonra isə aralarında əldə edilən rAZılığa əsasən Süleyman Manuelə etibarnamə verəcək və aylıq ödənişləri Manuel edəcəkdi. Nəticə etibarı ilə Süleymanın hAZırki məsələdə yeganə iştirakı məhz ödəniş müqabilində öz adına ipoteka kreditinin rəsmiləşdirilməsinə rAZı olmaq idi. O mübahisəli mənzili ümumiyyətlə görməyib, onu almaq niyyətində olmayıb və bunun üçün heç bir ödəniş etməyibdir.
31. Məhkəmə iclasının yeri və vaxtı barədə lAZımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdehlər Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər, Bakı şəhəri 50 və 53 saylı Notariat Ofisləri, habelə AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmişdirlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. AZərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirAZın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 144.1-ci maddəsinə əsasən daşınmAZ əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır; 148.1-ci maddəsinə əsasən daşınmAZ əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir; 148.2-ci maddəsinə əsasən daşınmAZ əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmAZ əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
33. AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmi; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
34. AZərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yAZılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.
35. “AZərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair AZərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Eyni zamanda, Mülki Məcəllənin 354.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, bu normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Nəticədə göstərilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.
36. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair “AZərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirAZlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
38. Konstitusiya Məhkəməsi Plenumunun “AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. HAZırkı apellyasiya şikayətlərində qətnamənin ləğv olunması xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə Cavabdeh8 ASC və Cavabdeh6 tərəfindən mübahisələndirdiyindən, qətnamə məhz onlara aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu hissədə qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən Cavabdeh8 ASC-nin apellyasiya şikayəti təmin edilməli, Cavabdeh6 apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilənin predmeti olan əmlaka dair Cavabdeh6 adına daşınmAZ əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Cavabdeh8 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorlardan tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə rədd edilməlidir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X27 ərAZisində yerləşən 0,05 ha torpaq sahəsi iddiaçının mülkiyyətində olmuşdur. İddiaçı Cavabdeh3 ilə həmin əmlakın alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə ilkin müqavilə bağladıqdan sonra xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən bu əmlakı 50.000 manata sonuncuya satmışdır. Həmin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən verilmiş etibarnamə əsasında onu bu münasibətlərdə təmsil edən X18 tərəfindən imzalanmışdır. Bu əmlaka dair mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata alındıqdan sonra Cavabdeh3 xx.xx.2020-ci il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən əmlakı Cavabdeh5 satmışdır. Torpağın mülkiyyətçisi olduqdan sonra Cavabdeh5 onun üzərində olan fərdi yaşayış evini də özəlləşdirmiş və bu əmlakı (torpaq və üzərində olan fərdi yaşayış evi) Cavabdeh6 və Cavabdeh8 ASC ilə aralarında xx.xx.2021-ci il tarixdə bağlanmış “Alqı-satqı və ipoteka müqaviləsi”nə əsasən 170.000 manat pula Cavabdeh6 satmışdır. Həmin məbləğin 51.000 manat hissəsi Cavabdeh6 (alıcı-ipoteka qoyan) tərəfindən, 119.000 manat hissəsi isə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh8 ASC tərəfindən Cavabdeh6 verilmiş kredit vəsaiti hesabına ödənilmiş və kredit öhdəliklərinin təminatı olaraq əmlak Cavabdeh8 ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin əmlaka dair Cavabdeh6 mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. HAZırda bu əmlak Cavabdeh6 mülkiyyətindədir və Cavabdeh8 ASC qarşısında ipoteka ilə yüklüdür.
42. İddiaçı həmin, o cümlədən xx.xx.2021-ci il tarixli müqavilənin hər hansı hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığını iddia edir və onların etibarsız hesab edilməsini, həmin müqavilələrə uyğun olaraq mülkiyyət hüququ ilə bağlı daşınmAZ əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsini və bu əmlak barəsində ipotekaya xitam verilməsini tələb edir.
43. Cavabdehlər Cavabdeh6 və Cavabdeh8 ASC iddianı qəbul etmirlər, real olaraq alqı-satqı və ipoteka müqaviləsi bağlandığını, bu münasibətlərdə vicdanlı davrandıqlarını, həmin əmlakın dəyərinin Cavabdeh5 ödənildiyini, bu səbəbdən onlara qarşı irəli sürülmüş tələblərin əsassız olduğunu bildirlər, əsassızlığı ilə yanaşı iddiaçı tərəfindən kəsici (iddia) müddətinin də ötürüldüyünü göstərirlər və kəsici (iddia) müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, bu əsasla da iddianın rədd edilməsini xahiş edirlər.
44. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi (müqavilə tərəfləri birinci instansiya məhkəməsinin bu mövqeyini mübahisələndirməmişdilər) həmin əsasla xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin də etibarsız hesab edilməsini şərtləndirmir. Hər bir halda, xx.xx.2021-ci il tarixdə bağlanmış “Alqı-satqı və ipoteka müqaviləsi”nin əhəmiyyətsiz əqd olduğunu və görünüş üçün bağlandığını sübut etmək yükü məhz iddiaçının üzərinə düşür.
45. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə bağlı ilk növbədə qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh4 AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və nəticə etibarı ilə 7 il 4 gün müddətinə AZadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu hökmdən zərərçəkmiş şəxslər İddiaçı Vekiloviç və Zeynalov Elmafr israfil oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-580/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü onlar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin icraat çərçivəsində bir sıra digər epizodlarla yanaşı Cavabdeh4 iddiaçının mülkiyyətində olmuş əmlakı xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə 170.000 manata həmin banka girov qoyub 118.000 manat çıxarıb iddiaçıya (zərərçəkmiş şəxsə) 300.000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi sübuta yetirilmişdir.
46. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş iddiaçı məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək, X9, Cavabdeh3 Nürəddin oğlunun, Cavabdeh5 və X10 bir qrup şəxs halında onun əmlakını dələduzluq yolu ilə ələ keçirməklə ona külli miqdarda, yəni 300.000 manat məbləğində maddi ziyan vurduqlarını, həmin şəxslərin barəsində qanuni tədbirlərin görülməklə ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etdiyini bildirmişdir. Eyni zamanda, Namiqin evə dair çıxarış alaraq evi Şamxal adlı şəxsə satdığını, Şamxalın evi Süleyman adlı şəxsə satdığını, evin Cavabdeh8 ASC-yə girov qoyulub külli miqdarda ipoteka ilə pul götürüldüyünü sonradan bildiyini vurğulamışdır. Həmin hökmdən verilmiş apellyasiya şikayətində isə artıq Cavabdeh6 da onun əmlakını dələduzluq yolu ilə ələ keçirməklə ona məxsus olan əmlakdan qanunsuz məhrum edən bir qrup şəxsə aid etmişdir.
47. Cavabdeh4 işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçıya məxsus evin bank qarşısında ipoteka ilə yüklü edilməsi müqabilində pul əldə etmək üçün Cavabdeh3 qAZi olan Cavabdeh6 müraciət etdiyini və onun öz adından ipoteka krediti götürməsi müqabilində ona 10.000 manat ödəniş etdiyini, aralarında əldə edilən rAZılığa əsasən Süleymanın Manuelə verdiyi etibarnamə müqabilində aylıq ödənişlərin Manuel tərəfindən edilməli olduğunu, nəticə etibarı ilə Süleymanın hAZırki məsələdə yeganə iştirakı məhz 10.000 manat ödəniş müqabilində öz adına ipoteka kreditinin rəsmiləşdirilməsindən ibarət olduğunu, onun mübahisəli mənzili ümumiyyətlə görmədiyini, onu almaq niyyətində olmadığını və bunun üçün heç bir ödəniş etmədiyini bildirmişdir. Lakin bundan əvvəl onun ipoteka müqaviləsini 10.000 manat müqabilində imzalanması barədə hər hansı fikir söyləməmişdir.
48. Cavabdeh3 da əmlakın ipoteka ilə yüklü edilməsi yolu ilə bankdan pul götürdüklərini, bu məsələdə iştirak etməyi Cavabdeh6 xahiş etdiyini, evin və torpaq sahəsinin heç vaxt bu şəxsə satılmadığını bildirir, lakin bunun müqabilində ona 10.000 manat pulun verildiyini qeyd etmir (hokmdə ifadəsi, şahidin dindirilməsi protokolu).
49. Cavabdeh5 Cavabdeh3 tapşırığı ilə əmlakın onun mülkiyyətinə keçdiyini, sonradan bu əmlakla bağlı formal ipoteka müqaviləsinin bağlandığını, o cümlədən ilkin ödəniş pulunun ödənildiyini, ilkin ödəniş məbləğinin borc götürüldüyünü, əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsindən sonra götürülən pulun bir hissəsi hesabına borcun qaytarıldığını, qalan məbləğin Namiq, Rizvan və Süleyman arasında bölündüyünü, həmin puldan ona hər hansı məbləğin verilmədiyini, mübahisəli əmlakda heç vaxt olmadığını, onun yerini bilmədiyini, Süleymana bu əmlakı göstərmədiyini, Süleymanla yalnız Cavabdeh8 ASC-də və notariat ofisində görüşdüyünü qeyd etmişdir. Lakin bu müqavilənin bağlanması, yəni tərəfi olması üçün Cavabdeh6 10.000 manat pulun veildiyini söyləmir (hokmdə ifadəsi, şahidin dindirilməsi protokolu).
50. Cavabdeh6 ev almaq istədiyini, bununla bağlı evlərin alqı-satqısı ilə məşğul olan Rizvan adlı şəxslə tanış olduğunu, həmin şəxsin Cavabdeh5 ev satdığını ona bildirdiyini, bundan sonra onunla əlaqə saxlayaraq, gedib evə baxdığını, hərbi qulluqçu olduğu üçün illik 8 % dərəcəsi ilə ipoteka krediti almaq hüququ olduğundan evi ipoteka qaydasında aldığını, evin rAZılşadırılmış dəyərinin 51.000 manat hissəsini ödədiyini, qalan məbləğin bank tərəfindən ödənildiyini, rəsmiləşdirmə aparıldıqdan sonra Şamxalın ondan 1 ay möhlət istədiyini, sonradan bir ay da möhlət istədiyini, bu səbəbdən evdə qaldıqları dövrdə evin ödənişlərin Şamxal tərəfindən banka ödənilməsi barədə rAZılığa gəldiklərini, lakin evdən çıxmadıqlarını, evə gedəndə orada başqa şəxslərin yaşadığını gördüyünü, onların çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırdığını və iddiasının təmin edildiyini, Cavabdeh3 isə ümumiyyətlə tanımadığını bildirmişdir (hokmdə ifadəsi, şahidin dindirilməsi protokolu).
51. Bununla belə, Cavabdeh6 xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsini görünüş üçün bağladığını, həmin əmlakın ona reallıqda satılmadığını yalnız X18, Cavabdeh3 Nürəddin oğlu və Cavabdeh5 bildirir. Lakin nəinki bu halı, ümumiyyətlə heç onun Cavabdeh3 ilə hər hansı münasibətinin olmasını təsdiq edən hər hansı sübut təqdim edilmir. Nəzərə alınmalıdır cinayət mühakimə icraatı çərçivəsində məhz Cavabdeh4 iddiaçıya maddi ziyan vurmaqla dələduzluq etməsi sübuta yetmiş, Cavabdeh5 isə Cavabdeh3 dostunun oğludur. Cavabdeh6 isə ümumiyyətlə onlar tərəfindən göstərilənləri etiraf etmir. HAZırda da xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə öhdəliklər onun tərəfindən icra olunur.
52. Cavabdeh5 istinad edərək, təqdim etdiyi xx.xx.2021-ci il tarixli yAZılı kredit müqaviləsi və bu müqavilənin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixli müqavilədə göstərilən 81.800 manat məbləğində pul isə məbləğ etibarı ilə xx.xx.2021-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinin bağlanması ilə bağlı ödənilən (51.000 manat) və verilən (119.000 manat) məbləğlərə uyğun deyil. Ümumiyyətlə qeyd edilən 51.000 manat pulun Cavabdeh6 tərəfindən ödənilməməsi, həmin pulun məhz başqa şəxslərə aid olan vəsait olması və sonradan onlara qaytarılması da öz təsdiqini tapmır.
53. Hər bir halda, bu məsələdə Cavabdeh6 digər cavabdehlərlə əlbirliyi olduğu halda, bu təkzib olunmAZ sübutlarla öz təsdiqini tapmalı idi. Lakin belə bir sübutların mövcudluğu müəyyən edilməmişdir. Bu tərəflər arasında üzləşmə istintaq hərəkəti də aparılmamışdır. Hüquqi nəticə etibarı ilə yalnız cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ifadələri, habelə Cavabdeh6 evlə bağlı ziddiyyətli fikirlər bildirməsi, habelə bir neçə ay ipoteka krediti üzrə ödənişlərin onun tərəfindən ödənilməməsi (bu məsələyə aydınlıq gətirmişdir) xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin onun tərəfindən hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanması qənaətinə gəlmək üçün əsas ola bilməz.
54. Həmin müqavilənin tərəfi olan Cavabdeh8 ASC-nin də bu münasibətlərdə, o cümlədən müqavilənin bağlanmasında vicdanlı davranışını istisna edən hər hansı hal mövcud deyil. Müqavilə bağlanan zaman əmlakın mülkiyyətçisi Cavabdeh5 olmuş, onun mülkiyyətçi olmasını şübhə altına alan, habelə bu əmlaka başqa şəxslərin iddiasının olmasını təsdiq edən hər hansı hal mövcud olmamışdır. Hüquqi nəticə etibarı ilə Cavabdeh8 ASC tərəfindən rəsmiləşdirmə bu sahəni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun aparılmış və müqavilə ilə müəyyən edilmiş məbləğ real olaraq Cavabdeh5 ödənilmişdir.
55. Məhkəmə kollegiyası Cavabdeh6 ilə bağlı xüsusilə onu da qeyd edir ki, bu şəxs müqavilənin görünüş üçün bağlandığını və əmlakın həqiqətən də iddiaçıya məxsus olduğunu bilsə idi, həmin evdən çıxarılma və evə köçürülmə tələbini Cavabdeh5 deyil, bir başa iddiaçı və onun ailəsinə qarşı qaldırmış olardı. Lakin o, ilk öncə bu tələbini məhz Cavabdeh5 qarşı qaldırmış, daha sonra tələbini dəqiqləşdirmiş və iddiaçı və onun ailə üzvlərini cavabdeh qismində müəyyən etmişdir. Nəticədə onun iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, iddiaçının, habelə onun ailə üzvlərinin həmin əmlakdan çıxarılması, əmlakın cavabdehlərin hesabına boşaldılması və Cavabdeh6 əmlaka köçürülməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29103)-691/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1906/2023 saylı, xx.xx.2023cü il tarixli qərarı ilə təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. HAZırki iddia isə bundan sonra qaldırılmışdır.
56. Nəzərə alınmalıdır ki, həmin icraat çərçivəsində də iddiaçı xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin tərəfi olan Cavabdeh5 əsl mülkiyyətçi olmadığını, onun və Cavabdeh6 vicdanlı əldə edən olmadığını bildirmişdir. Lakin aparılmış araşdırma nəticəsində yaşayış evi üzərində mülkiyyət hüququnun mübahisələndirilmədiyi, reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilmədiyi göstərilmişdir. Başqa sözlə, hüquqi nəticə etibarı ilə Cavabdeh6 əmlakı vicdanlı əldə edən şəxs olmasını istisna edən hər hansı hal müəyyən edilməmişdir. Qeyd edilənlər öz növbəsində xx.xx.2021-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinin Cavabdeh6 və Cavabdeh8 ASC tərəfindən hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasını istisna edir və bu baxımdan Cavabdeh8 ASC-nin apellyasiya şikayətinin təmin, Cavabdeh6 apellyasiya şikayətinin isə qismən (hAZırki iş üzrə icraata xitam verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir) təmin edilməsini şərtləndirir.
57. Məhkəmə kollegiyası Cavabdeh6 mülkiyyət hüququ ilə bağlı aparılmış qeydin ləğv edilməsi və əmlak barədə ipotekaya xitam verilməsi tələblərinin xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə münasibətdə törəmə tələb olmasını və müqavilənin etibarsız hesab edilməsi barədə tələbin əsassız olduğunu nəzərə alıb, belə qənaətə gəlir ki, qətnamə bu tələblərə münasibətdə də ləğv edilməli və iddia tələbləri həmin hissədə də rədd edilməlidir.
58. Məhkəmə kollegiyası 1 illik müddətin ötməsi səbəbindən iddia (kəsici) müddətin tətbiq edilməsi barədə ərizələrə münasibətdə birinci instansiya məhkəməsinin də mövqeyini nəzərə alıb, “AZərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AZərbaycan Respublikası Konstituisya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadən qeyd edir ki, hAZırki münasibətlərə müddət tədbiq edilə bilməz.
59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh8 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X16) arasında Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli, xx.xx.2021-ci il tarixli, 4Ə-1054 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh6 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********955-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh8 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh8 ASC-dən və Cavabdeh6 tutulması” hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə çıxarılmaqla iddia həmin hissələrdə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən apellyatorların özlərinə aid edilməlidir.
60. Göstərilənlərə əsasən və AZərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh8 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-187/2024 nömrəli qətnaməsi “Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X16) arasında Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli, xx.xx.2021-ci il tarixli, 4Ə-1054 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh6 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********955-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli qeydin ləğv edilməsi, Cavabdeh8 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh8 ASC-dən və Cavabdeh6 tutulması” hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə çıxarılsın. İddia həmin hissələrdə rədd edilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə AZərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.