Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7504/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı vəkili X11 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – onun cavabdehlə ümumi birgə mülkiyyətində olan “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşının xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlak üzərində iki azyaşlı uşaqlarının diqqətəlayiq mənafeləri nəzərə alınmaqla 2/3 hissəsinə iddiaçının payının, 1/3 hissəsinə isə cavabdehin payı müəyyən edilməklə, avtomaşının hərracdan satılması və satışdan əldə olunan vəsaitin paylara mütənasib bölünməsi, cavabdeh tərəfindən bankdan çıxarılmış 2000 manat pulun səkkiz il (2012-2020-ci illə) üçün hesablanmış faizlə birlikdə X7 adına açılmış hesaba qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə olunmuş “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunmuş 30.000 manat pul vəsaitinin iki azyaşlı uşaqlarının diqqətəlayiq mənafeləri nəzərə alınmaqla 2/3 hissəsinə onun payının, 1/3 hissəsinə isə cavabdehin payının müəyyən edilməklə, həmin pul vəsaitinin payına düşən hissəsinin cavabdehdən alınaraq ona verilməsi və qalan hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə rəsmi nikaha daxil olmaqla evlənmiş və onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü qızları X12 və xx.xx.2014-cü il təvəllüdlü oğulları X9 olmuşlar. İddiaçı cavabdehlə birlikdə ümumi təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Cavabdeh heç bir səbəb göstərmədən mütəmadi olaraq evdə dava salır, iddiaçının qadınlıq ləyaqətini alçaldır, uşaqlara qarşı pis rəftar göstərirdi. İddiaçı ailənin dağılmaması naminə onun bütün hərəkətlərinə dözürdü. Buna baxmayaraq o, hərəkətlərini davam etdirirdi. Cavabdeh iddiaçını aldadaraq, güya işdə onun adına qeydə alınmış avtomaşından xidməti işində istifadə etdiyi üçün ona yanacağa görə əlavə güzəştlər ediləcəyi adı ilə iddiaçıdan notariat qaydada etibarnamə verilməsi lazım olunduğunu bildirib, xx.xx.2019-cu il tarixdə iddiaçını Abşeron rayon 1 saylı Notariat Ofisinə apararaq istifadəsində olan 2014-cü il buraxılışlı, “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşın barədə məzmunu ona aydın olmayan ərizəni imzalatdırmışdır. Bir müddət sonra iddiaçıya məlum olub ki, Cavabdeh avtomaşını xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən öz yaxın qohumu X3 adına keçirməklə onu aldatmışdır. İddiaçı ondan bu barədə soruşduqda demişdir ki, ona lazım olan sənədi aldı, bundan sonra heç nə edə bilməz. İddiaçı xx.xx.2019-cu il tarixdə Notariat ofisinə gəlib və həmin ərizəni ləğv etdirib. Cavabdeh bildirib ki, ərizəni ləğv etdirmişəm. O, da iddiaçıya demişdir ki, maşını satmışdır. Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı –cavabdehlə birgə nikah dövründə əldə olunmuş “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunmuş 30.000 manat pul vəsaitinin iki azyaşlı uşaqlarının diqqətəlayiq mənafeləri nəzərə alınmaqla 2/3 hissəsinə onun payının, 1/3 hissəsinə isə cavabdehin payının müəyyən edilməklə, həmin pul vəsaitinin payına düşən hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə iddiası təmin edilməmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli əlavə qətnaməsi ilə isə, İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən bankdan çıxarılmış 2000 manat pulun səkkiz il (2012-2020-ci illər) üçün hesablanmış faizlə birlikdə X7 adına açılmış hesaba qaytarılmasına dair iddia tələbi də təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin, həmçinin əlavə qətnamənin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh isə apellyasiya şikayətinə etiraz edərək, qətnamələrin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, o, avtomobili 15.000 manata atasının bibisi nəvəsinə satmış, iddiaçının avtomobilin satılmasından xəbəri olmuş və ona nottariat kontorunda ona verdiyi ərizənin mahiyyəti izah edilmişdir. O, sözügedən avtomobilin alınması üçün borc götürmüş və avtomobil satıldıqan sonra pulun bir hissəsini borclarına ödəmiş, bir hissəsini isə ailənin ehtiyyaclarına xərcləmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək kollegiya hesab edir ki,şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı Cavabdeh qarşı – cavabdehlə birgə nikah dövründə əldə olunmuş “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşının satışından əldə olunmuş 30.000 manat pul vəsaitinin iki azyaşlı uşaqlarının diqqətəlayiq mənafeləri nəzərə alınmaqla 2/3 hissəsinə onun payının, 1/3 hissəsinə isə cavabdehin payının müəyyən edilməklə, həmin pul vəsaitinin payına düşən hissəsinin cavabdehdən alınaraq ona verilməsi barədə iddiası qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2010-cu il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Səmədova” soyadı verilmişdir. İş materiallarında olan Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)- 325/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış akt qeydləri kitabında 1755 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında xx.xx.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, mülkiyyətçi Cavabdeh “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili əldə edən X1. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli İddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, Cavabdeh məxsus olan “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka qoyulmasına və satılmasına heç bir etirazının olmamasını bildirmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X17 məhkəməyə ünvanladığı cavab məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqavilənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixində satıcı Cavabdeh “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı X1. Sonradan xx.xx.2020-ci il tarixində satıcı X8 “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili alıcı X4 28.000 manata satmışdır. Həmin məktuba əlavə edilmiş avtomobilin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışdan görünür ki, “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil ilkin olaraq Cavabdeh adına qeydiyyata alınmış, sonra satılaraq X3 adına qeydiyyata alınmış, daha sonra sonuncu tərəfindən satılaraq hazırda da qeydiyyatda olmaqla, X2 adına qeydiyyata alınmışdır. İşin müəyyən edilmiş hallarına əsasən, mübahisəli “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin birgə nikahda olduqları zaman cavabdehin adına əldə edilmiş və birgə nikah davam edən zaman, yəni xx.xx.2019-cu il tarixdə Mİrzəli Məmmədova satılmış və avtomobil satılan zaman İddiaçı notarial qaydada təsdiq edilmiş razılığı alınmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s); ər arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (maddə 32.1, 32.2). Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (maddə 37.1-37.2). Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının sürdükləri faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; Belə ki, “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin tərəflərin birgə nikahları dövründə alındığı işin mübahisəsiz halıdır. Hazırda iddiaçı həmin avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 2/3 hissəsini tələb etməkdədir. Kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilin satılmasına notariat ofisində etiraz etməyinə dair ərizə imzalamışdır. Cavabdeh “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobili əldə edən X6 xx.xx.2019-cu il tarixində 15 000 manata satmışdır. Bundan sonra Cavabdeh 2019-cu ilin sentyabr ayının əvvəlində iddiaçıya qarşı nikahın pozulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh avtomobilin satışından əldə olunmuş vəsaitin ailənin ehtiyyaclarına xərcləndiyini irəli sürməkdədir. Kollegiya, avtomobilin satışından əldə olunmuş vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi barədə Cavabdeh irəli sürdüyü arqumenti əsassız hesab edir. Belə ki, birincisi, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir; Cavabdeh isə irəli sürdüyü arqumenti təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi isə, işin hallarından avtomobilin xx.xx.2019-cu il tarixdə satıldığı, 2019cu ilin sentyabr ayında isə Cavabdeh nikahın ləğvi barədə məhkəmədə iddia qaldırdığı, həmçinin iddiaçının xx.xx.2019-cu il tarixdə notariat ofisinə müraciət edərək avtomobilin satılmasına razılıq verməsi barədə ərizəni ləğv etdirdiyi məlum olur və belə olan halda satışdan əldə olunan vəsaitin ailə ehtiyaclarına xərcləndiyini qəbul etmək ağlabatan və ədalətli deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. Buna görə də kollegiya hesab edir ki, avtomobilin satışından əldə edilmiş 15 000 manat pul vəsaitinin ½ hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Kollegiya hemçinin, qeyd edilən avtomobilin satışından əldə edilən pul vəsaitinin 2/3, 1/3 nisbətində bölünməsini ədalətli hesab etmir. Belə ki, qanunvericilikdə yetkinlik yaşına çatmamış uşağın tərəflərdən biri ilə yaşamasını payların qeyri-bərabər bölünməsi üçün əsas kimi nəzərdə tutmamışdır; ikincisi isə, Cavabdeh üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi müəyyən olunmamışdır. İddiaçı digər diqqətəlayiq mənafeyinin də müəyyən olunmadığını nəzərə almaqla kollegiya hesab edir ki, bölgünün bu cür qeyri-mütənasib aparılması ədalətli deyildir və qeyd edilən avtomobilin satışından əldə edilən pul vəsaitinin bərabər bölünməsi işin hallarına daha uyğundur. Kollegiya iddia tələbinin “cavabdeh tərəfindən bankdan çıxarılmış 2000 manat pulun səkkiz il (2012-2020-ci illər) üçün hesablanmış faizlə birlikdə X7 adına açılmış hesaba qaytarılması” hissəsini tələbini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Belə ki, iddiaçı bu tələbinin əsaslı hesab olunmasına imkan verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellayasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli əlavə qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Toyota Camry” minik markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomobilinh satışından əldə edilmiş 15 000 (on beş min) manatın ½ hissəsi, yəni 7500 (yeddi min beş yüz) manatı alınaraq İddiaçı ödənilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3378/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7504/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7504/2020
14.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver