Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7505/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elşən Kazımov və İlham Kərimlidən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh MTK və X1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 27.04.2021 və 28.04.2021-ci il tarixli qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İki qərardaddan şikayət verilib. Hər iki qərardad əvvəllər – 08.04.2021-ci il tarixli qərardadla tətbiq edilmiş iddianı təmin etmə tdbirinin ləğvi barədədər. Birinci qərardadla, yəni 27.04.2021-ci il tarixli qərardadla qərara alınıb ki, Cavabdeh MTK-nın 08.04.2021-ci il tarixli qərardaddan verdiyi şikayət qismən təmin edilsin, həmin qərardad cavabdeh Vüqar Yusifovun adına olan, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev № 17-də yerləşən 50 №-li mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi hissəsində ləğv edilsin və bu mənzillə bağlı qadağa götürülsün. İkinci qərardadla, yəni 28.04.2021-ci il tarixli qərardadla qərara alınıb ki, Cavabdeh MTK-nın 08.04.2021-ci il tarixli qərardaddan verdiyi şikayət təmin edilsin, həmin qərardad ləğv edilsin, Səbail rayonu, A.Abbaszadə küçəsi, ev № 17-də yerləşən 4 №-li mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülsün. İddiaçı hər iki qərardaddan ayrı-ayrılıqda şikayət verib. Hər iki şikayət rədd olunmalıdır. Belə ki, iddiaçı hər iki şikayətdə 3 dəlilə istinad edib. 1-ci dəlil ondan ibarətdir ki, Cavabdeh MTK-nın 08.04.2021-ci il tarixli qərardaddan verdiyi şikayətlərdə yalnız imza və möhür var, həmin şikayətləri kimin imzalaması və bu şəxsin MTK-da hansı vəzifə daşıması barədə məlumat yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətlər Cavabdeh MTK-nın dirktoru Araz Abduləzimov tərəfindən imzalanıb. Belə ki, həmin şəxsin etibarnamədəki (iş v. 106) imzası ilə şikayətlərdəki imzalar oxşardır. İmzalar MTK-nın möhürü ilə təsdiq edildiyinə, habelə MTKnın direktoru imzaların başqa şəxs tərəfindən icra edildiyini iddia etmədiyinə görə xətt ekspertizasının keçirilməsinə zərurət yoxdur. 2-ci dəlil ondan ibarətdir ki, Cavabdeh MTK 08.04.2021-ci il tarixli qərardaddan şikayətvermə müddətini ötürüb. Bununla bağlı məhkəmə qeyd edir ki, MTK məhkəməyə etdiyi müraciəti “şikayət” adlandırsa da həmin müraciət məzmunca iddianı təmin etmə tədbirinin ləğvi barədə müraciətdir. İddianı təmin etmə tədbirinin ləğvi barədə müraciət Mülki-Prosessual Məcəllənin 162-ci maddəsində nəzərdə tutulub, həmin müraciətin edilməsi üçün müddət müəyyən edilməyib: iddianı təmin etmə tədbiri qüvvədən düşənə qədər belə müraciətin edilməsi mümkündür. 3-cü dəlil ondan ibarətdir ki, 08.04.2021-ci il tarixli qərardadla tətbiq edilmiş iddianı təmin etmə tədbirinin, yəni özgəninkiləşdirməyə qoyulmuş qadağanın ləğv edilməsi üçün əsas yoxdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsi özözlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün əsas deyil. İddianı təmin etmə institunun məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, yəni qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısını almaq məqsədilə tətbiq edilə bilər. İddiaçı pul tələb edir. Mənzillərin özgəninkiləşdirilməsi o halda qadağan edilə bilər ki, müəyyən olunsun ki, qadağa tətbiq edilməsə pulun tutulması barədə qətnamənin icrası çətinləşəcək və ya qeyri-mümkün olacaq. Lakin bu hal müəyyən olunmur. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etmə tədbirini ləğv edib, 27.04.2021 və 28.04.2021-ci il tarixli qərardadların ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı hər iki şikayəti rədd olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 27.04.2021 və 28.04.2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7505/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7505/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver