Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-752/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Nümayəndə1, onun nümayəndəsi-vəkili X8, Cavabdeh vəkili X12, cavabdeh Bakı şəhəri 53 saylı Notariat Kontorunun xüsusi notariusun nümayəndəsi-vəkili X15 iştirakları ilə, İddiaçılar Nümayəndə1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh və Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-655/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı Nümayəndə1tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3 Nəsimi RayonMəhkəməsinəmüraciətedərək,Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən, 111 saylı evin 8 saylı mənzilinin X9 tərəfindən Cavabdeh bağışlanmasına dair Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən xx xxxx 2016-ci il tarixdə 4Ə-640 saylı reyestr üzrə təsdiq edilmiş bağışlanma müqaviləsinin və həmin bağışlanma müqaviləsi əsasında Cavabdeh adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ildə Nümayəndə1 X9 ilə nikah bağlamışdır. Birgə nikahdan 2 övladları var: İddiaçı2 (xx.xx.2008-ci il təvəllüdlü) və İddiaçı3 (xx.xx.2012-ci il təvəllüdlü). 2016-ci ilin fevral ayından arvadı X9 ağır xəstəliyə tutulmuşdur. xx.xx.2016-ci ildə İ.A.Şatskayaya “German Hospital” Xəstəxanasında səhv diaqnoz qoyulmuş və cərrahi əməliyyat keçirilmişdir. Həmin əməliyyatdan sonra İ.Şatskayanın vəziyyəti kəskin formada pisləşməyə başlamışdır. xx.xx.2016-ci ildə Bakı Baş Səhiyyə X16 Mərkəzində yenidən əməliyyat olunmuşdur. xx.xx.2016-cı ildə İ.A.Şatskaya ağır vəziyyətdə X10 hospitalizə olunmuş, ona “Sol kürək nahiyyəsinin primitiv neyroektodermal tumoru. Yumurtalığa mts İV mərhələ” diaqnozuqoyulmuşdur. xx.xx.2016xx.xx.2016-ci il tarixlərdə Ukrayna, Kiyev şəhərində yerləşən “LİSOD” X2 müalicə almışdır. Ukraynadan Bakıya ağır vəziyyətdə qayıtmış, vəziyyəti kəskin pisləşmiş və xx.xx.2016-ci il tarixdə yenidən X10 çox ağır vəziyyətdə hospitalizə olunmuşdur. xx.xx.2016-ci il tarixində X9 vəfat etmişdir. Hal-hazırda iddiaçılar yaşadıqları Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 111 saylı evin, 8 nömrəli mənzil - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* nömrəli, xx.xx.2006-ci il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə X3 məxsus olub. Bir müddət öncə Nümayəndə1 məlum olmuşdur ki, yuxarıda qeyd olunan mənzil İ.A.Şatskaya tərəfindən xx.xx.2016-ci il tarixdə anası Cavabdeh bağışlanmışdır. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontoru tərəfindən təsdiq olunmuş 4Ə-640 saylı Bağışlanma müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, Şatskaya İ.A. xx.xx.2016-ci ildən çox ağır vəziyyətdə X11 hospitalizə olunmuşdur. Bu fakt Klinikanın verdiyi epikrizdə də öz əksini tapmışdır.İ.Şatskayanın sol kürək nahiyyəsində diametri 30 sm olan açıq yara, yumurtalığında isə İV mərhələdə mts mövcud idi. İ.A.Şatskaya 2016-ci ilin fevral ayından ağır yataq xəstəsinə çevrilmiş, mövcud olduğu vəziyyəti toksikorezorbtiv atəş kimi qiymətləndirilmişdir. Ağrılara dözə bilməyən İ.Şatskaya yüksək dozalarda çox ağır narkotik tərkibli ağrıkəsici dərmanlar vurulurdu. Həm ağır xəstəlik, həm təyin olunan dərmanlar İ.Şatskayanı tanınmaz xala salmışdır. İ.A. Şatskaya daim halsız, yuxululuğa meyilli, bəzən özündə olmayan xəstəyə çevrilmişdir. Hərdən öz hərəkətlərinə rəhbərlik edə bilməyən İ.A.Şatskaya özü bunu bilirdi və Nümayəndə1 bildirmişdir ki, artıq uşaqları onun yanına aparmasın, çünki hərəkətlərinə cavabdeh ola bilmirdi. Nümayəndə1 bütün günü işləyib uşaqlara baxdığına görə arvadının yanında xəstəxanada daim anası N.A.Şatskaya qalırdı. Cavabdeh arvadının bu ağır vəziyyətindən istifadə edərək xx.xx.2016-ci il tarixdə bütün sənədləri hazırlayıb, xx.xx.2016-ci ildə isə Bakı şəhəri 53 saylı notariat kontorunun nümayəndəsini X5 dəvət edərək, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən X6 daşınmaz əmlakın bağışlanma müqaviləsini imzalatdırmışdır. Arvadı İ.A.Şatskaya ağır xəstəliyə tutulduğu vaxtdan Nümayəndə1 bir nəçə dəfə bildirimişdi ki evi oğlu İddiaçı3a bağışlamaq istəyir, lakin buna baxmayaraq, öz qanuni azyaşlı vərəsələri vərəsəlikdən məhrum edərək, Nümayəndə1 xəbəri olmadan yaşadıqları evi qəflətən anasına bağışlayıb. Nümayəndə1 əmindir ki, arvadının anası Cavabdeh Aleksandrovna təkcə qızının anlaqsız vəziyyətindən yox, həmçinin aldatma yolu ilə də bağışlanma müqaviləsini bağlamışdır. X9 öz evini oğlu İddiaçı3a bağışlanma adı ilə müqaviləyə qol çəkib, lakin anası N.A.Şatskaya Bakı şəhəri 53 saylı notariat kontorunun nümayəndəsi ilə birləşib aldatma yolu ilə bağışlanma müqaviləsini öz adına rəsmilləşdirmişdir. Bunu təsdiq edən elə Bakı şəhəri 53 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli vəkil sorğusuna cavab məktubudur. Cavab məktubunda qeyd olunur ki, X9 ilə İddiaçı3 arasında xx.xx.2016-ci il tarixli, 4Ə-640 nömrəli bağışlanma müqaviləsi bağlanılmışdır, lakin nədənsə məktubun əlavəsində anasının adına olan bağışlanma müqaviləsi tikilmişdir. Öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən vəziyyətdə X4 adından aldatma yolu ilə bağlanılmış bağışlanma müqaviləsinin nəticəsində qanun üzrə olan vərəsələr – iddiaçılar məhrum edilib. xx.xx.2016-cı il tarixində X7 X1 adından bağlanılmış və Bakı şəhəri 53 saylı notariat kontorunun nümayəndəsi tərəfindən təsdiq olunmuş 4Ə-640 nömrəli bağışlanma müqaviləsi arvadının iradə ifadəsini əks etdirmir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-655/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ekspert məhkəmə iclasında dindirilsəydi və ya iş üzrə əlavə ekspertiza təyin edilsəydi, ziddiyyətli məqamlara aydınlıq gətirilə bilərdi. Müqavilə bağlanarkən İrina Şatskaya öz hərəkətlərini dərk etmək iqtidarında olmamış və aldadılaraq bu qanunsuz müqavilə bağlanılmışdır. Nəticədə isə iddiaçıların hüquqları kobud surətdə pozulmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh vəkili Sadiq Abışov nümayəndəsi-vəkili şikayətə etiraz edərək şikayətin təmin olunmamasını və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-655/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 53 saylı Notariat Kontorunun xüsusi notariusun nümayəndəsi-vəkili Eynar Əliyev bildirmişdir ki, o,Bakı şəhəri 53 saylı Notariat Ofisi adından çıxış edir. Belə ki, bütün sənədləşmə işləri onlar tərəfindən tam qanuna uyğun tərtib edilmişdir. İddiaçı Nümayəndə1 Valdimiroviçin mərhum arvadı X9 özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 111 saylı evin, 8 nömrəli mənzili anası, yəni iş üzrə cavabdeh olan Cavabdeh bağışlayaraq tam anlaqlı vəziyyətdə olmuşdur. Belə ki, müqavilə rəsmiləşdirilərkən tərəflərin fəaliyyətli qabiliyyətli olması, öz hərəkətlərini idarə etmək və hərəkətlərinin mənasını və nəticəsini başa düşmək iqtidarında olması yoxlanılır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isəapellyasiya şikayəti verməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yazılı sübutlar əsasında müəyyən edilir ki, Nümayəndə1 ilə X1 arasında xx xxxxxx 2006-cı il tarixdə nikah bağlanaraq bu barədə Nəsimi rayon VVADQ Şöbəsinin akt qeydləri kitabında 612 saylı qeyd aparılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində istifadədə olan 0.18026 ha torpaq sahəsində yerləşən 111 nömrəli, 5 mərtəbəli binada yerləşən 42.1 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 16846 nömrəli vərəqində xx xxxxxxxx 2006-cı ildə qeydiyyata alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ev 111, 8 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 164 nömrəli reyestr kitabının 16846 nömrəli vərəqində xx xxxx 2016-cı ildə qeydiyyata alınmışdır. X9 xx xxxxxxx 2016-cı ildə “yumurtalıqlara MTS” səbəbindən Bakı şəhərində vəfat etmişdir. xx xxxx 2016-cı il tarixdə X9 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi ev 111, 8 nömrəli mənzili anası Cavabdeh bağışlamışdır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X17-Təcrübi və Tədris Mərkəzinin 998 saylı xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, İ.A.Şatskaya xx xxxx 2016-cı ildə Mərkəzi Klinikaya olduqca ağır vəziyyətdə daxil olmuşdur. Daxil olarkən huşu aydın, yuxululuğa meyilli olmuş, kimyəvi dərmn müalicəsi planlaşdırılmışdır. xx xxxx 2016 və xx xxxx 2016-cı il tarixlərdə ümumi vəziyyəti ağır olsa da, tibbi kartada bu dövrdə xəstənin psixi vəziyyəti təsvir edilmədiyindən onun öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarında olub-olmaması haqqında dəqiq fikir söyləmək mümkün olmadı. 30 iyun və xx xxxx 2016-cı il tarixlərdə İ.A.Şatskayaya doxorubicin (sitostatik şiş əleyhinə antibiotik), ifosfamid (sitostatik şiş əleyhinə kimyəvi terapiya üçün preparat), məsna (mukolitik və oksazafosforinlərin sitotksik təsirini azaltmaq üçün) preparatları təyin olunmuşdur. Həmçinin işin apellyasiya baxışı keçirilmiş ekspertizanın nəticəsi - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X13” publik hüquqi şəxsin 33 saylı xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, İ.A.X14 müalicə alarkən, ona təyin edilmiş doxorubicin, ifosfamid, mesna dərman preparatlarının hər üçü kimyəvi terapiya məqsədi ilə xərçəng xəstəliklərində istifadə olunan dərman preparatlarından olub. Doxorubiçin şiş hüceyrələri olan üzv və toxumalarının ətrafındakı ilitihabi prosesin aradan götürülməsi üçün; ifosfamid preparatı birbaşa şiş hüceyrələrəinə təsiri üçün, mesna isə ifosfamid preparatının qəbulundan sonra sidik kisəsindən qanaxma riskinin azaldılması və xərçəng hüceyrələrinin ətrafına yığışmış kimyəvi təsir edən dərman preparatlarının yuyulması məqsədi ilə təyin edilir. L.A.Şatskaya xx.xx.2016-cı il tarixdə Mərkəzi Klinikaya olduqca ağır vəziyyətdə daxil olarkən huşunun aydın olmasına baxmayaraq, yuxululuğa meyilli olmuş, 30.06. və xx.xx.2016-cı il tarixlərdəki psixi vəziyyəti haqqında tibbi kartada qeydiyyat aparılmasa da, ona təyin edilmiş ifosfamid dərman preparatının annotasiyasına uyğun olaraq, preparat birbaşa şiş hüceyrələrinə təsir etsə də, əks təsiri orqanizmin bütün sistemlərinə (ürək-qan-damar, mədə-bağırsaq, sidik-cinsiyyət), o cümlədən də mərkəzi və periferik sinir sistemlərinə olur. Bu zaman huşun alaqaralması, baş ağrıları, koma tipli tutmalar, ensefalopatiya kimi hallar baş verir. Belə olan halda isə şəxs məqsədyönlü hərəkətlər etmək, o cümlədən də öz hərəkətlərini dərk edərək, onları idarə etmək iqtidarında olmaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasları, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (maddə 14). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1). Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (maddə 324.1). Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur» (maddə 666.1). «Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, bağışlama etibarlıdır» (maddə 668.1). Mübahisə predmeti olan xx xxxx 2016-cı tarixli bağışlama müqaviləsində qeyd olunur ki, Hədiyyə verən, yəni X9 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.1 kv.m yaşayış sahəsi 29.07 kv.m olan 2 otaqlı mənzili hədiyyə alan, yəni Cavabdeh mülkiyyətinə verir. Müqavilə Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi Hüseynov Əli tərəfindən təsdiq edilib. Müqaviləni tərəflər şəxsən özləri notariusun iştirakı ilə imza ediblər. Tərəflərin şəxsiyyəti müəyyən edilib, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11,09.2000-ci il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 39-cu bəndinin 2-ci hissəsinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. Qeyd olunanların məntiqi davamı olaraq o da nəzərə alınmalıdır ki, Bakı şəhəri 53 saylı Notariat Kontorunun xüsusi notariusun nümayəndəsi-vəkili bütün sənədləşmə işlərinin onlar tərəfindən tam qanuna uyğun tərtib edildiyini; müqavilə rəsmiləşdirilərkən tərəflərin hər hansı birinin fəaliyyətli qabiliyyətli olmaması: öz hərəkətlərini idarə etmək və hərəkətlərinin mənasını və nəticəsini başa düşmək iqtidarında olmamasına dair şübhə yaranmadığı; X1 özünə məxsus olan mənzili Cavabdeh bağışlayaraq tam anlaqlı vəziyyətdə olduğunu bildirmişdir. Kollegiya apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın rəyi ilə bağlı qeyd edir ki, qeyd olunan rəy özündə ehtimali xarakter daşıyır. Rəy konkret nəticəyə gəlmək üçün qəti deyildir. Xəstəyə - İ.A.Şatskaya təyin olunan dərman preparatlarının onun əqli vəziyyətinə təsir etməsi, hətta bu təsir nəticəsində anlaqsız vəziyyətə düşməsi sadəcə bir gümandır. Sadalananlar onu deməyə əsas verir ki, mərhum İ.Şatskaya iradə ifadəsini bildirməklə öz mülkiyyətində olmuş mənzili cavabdehə bağışlamış və tərəflərin arasında bağlanmış xx xxxx 2016-cı il tarixli bağışlama müqaviləsi Qanunun tələblərinə riayət edilməklə bağlanmışdır. Müqavilə iddiaçı tərəfindən könüllü imzalanmış, müqavilə imzalanarkən aldatma, zor, hədə təsiri altında yanılma hallarının mövcudluğu, əqdin uydurma və ya yalan olması iş materialları ilə sübut edilməmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh qızı İ.A.Şatskaya tərəfindən ona bağışlanmış - hazırki mübahisənin obyekti olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 111 saylı evin, 8 nömrəli mənzili nəvələri (iddiaçının İ.A.Şatskaya ilə birgə nikahından olan uşaqlar) xx.xx.2012-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 vəsiyyət etmişdir; həmin vəsiyyətnamə xx xxxxxx 2017ci il tarixdə 32 saylı notatriat kontorunun xüsusi notariusu E.A.İmanlı tərəfindən təsdiq edilmişdir. Həmçinin qeyd ediməlidir ki, iddiaçı tərəf əqdin etibarsızlığına dair hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Qeyd olunanlar kontekstində Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-655/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-752/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-752/2020
04.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver