Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7523/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Vahid Sadıqovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Çingiz Dibirovun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, İddiaçı aid olan, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ş.İskəndərov küçəsində yerləşən mənzildə (abonent kodu: **********00110) təbii qazdan istifadəyə görə Cavabdeh tərəfindən hesablanmış 2.964,89 manat borc silinsin. Xəzər Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı apellyasiya şikaytinin əsaslı olduğunu, Cavabdeh nümayəndəsi Çingiz Dibirov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. 27.01.2017-ci tarixdə iddiaçıya aid ünvana qaz sayğacı quraşdırılıb və müvafiq akt tərtib olunub (iş v. 8). Eyni tarixdə tərəflərin arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanıb (iş v. 11). Bundan sonra cavabdeh tərəfindən iddiaçıya 2.964,89 manat borc hesablanıb. Borcun məbləği cavabdehin iddiaçıya verdiyi 27.01.2017-ci il tarixli bildiriş-xəbrdarlıqda göstərilib (iş v. 5). Həmin sənəddə daha sonra qeyd olunub ki, borc ödənilməyəcəyi təqdirdə sayğac kartı bloklaşdırılacaq. İddiaçı bildirir ki, qaz sayğacı quraşdırlana qədər ona aid olan ünvanda sayğac olmayıb, quraşdırılmış sayğaca isə müdaxiə etməyib, ona görə də 2.964,89 manat borc hesablanması əsassızdır. Cavabdeh iddiaya etiraz edir, etirazını onunla əsaslandırır ki, 2.964,89 manat borc çoxmənzilli bina sakinlərinin kollektiv sayğacının göstəricilərinə əsasən yaranmış borcdur. Həmin sayğacın göstəricilərinə əsasən hesablanan ümumi borc hər ay bina sakinlərinin arasında bölünürdü. İddiaçı məcburi köçkündür, məcburi köçkünlərin istifadə etdiyi qaza görə borc müəyyən olunmuş limit əsasında Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən ödənilir. Limitdən artıq olan borc sakinlər tərəfindən ödənilməlidir. Hər bir abonentə ayrıca sayğac quraşdırıldıqdan sonra binadakı ümumi sayğacın göstəricilərinə əsasən limitdən artıq olan borc sakinlər arasında bölünüb, nəticədə İddiaçı borcu 2.964,89 manat təşkil edib. Cavabdeh istinad etdiyi hallara dair zəruri sənədləri (ümumi sayğacın göstəricilərini, binadakı abonentlərini sayını və s.) məhkəməyə təqdim etməyib. Cavabdehin şifahi məlumatı əsas götürülməklə iddiaçının 2.964,89 manat pul ödəmək vəzifəsi müəyyən oluna bilməz. İddiaçının 2.964,89 manat pul ödəmək vəzifəsinin yaranması üçün Mülki Məcəllənin 14-cü maddəsində müəyyən edilmiş əsaslar yoxdur, odur ki, həmin borc silinməlidir. Beləliklə, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. Təbii qazdan istifadə ilə bağlı Cavabdeh tərəfindən İddiaçı (abonent kodu: **********00110) hesablanmış 2.964,89 manat borc silinsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7523/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7523/2021
27.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver