Məhkəmə qərarları › İş №2(103)-7524/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7524/2020

30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7524/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-639/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 Mənzil 39 ünvanda yerləşən mənzilə Cavabdeh, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2002-ci il təvəllüdlü X2 və xx.xx.2004-cü il təvəllüdlü X3 ilə birlikdə 8000 manat məbləğində kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 31, mənzil 39-a aid özəlləşmənin etibarsız sayılması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-8232/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsinin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-8232/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8232/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından Cavabdeh verdiyi şikayətin təmin edilməməsi, həmin qərardadın dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1440/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Cavabdeh şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8232/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qərardadında göstərilmişdir ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə var və onlara birlikdə baxılması mübahisənin daha tez və düzgün həll edilməsinə qulluq edə bilər. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-639/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsinin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-639/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-639/2020 saylı, xx.xx.2020cu il tarixli qərardadından Cavabdeh verdiyi şikayətin təmin edilməməsi, həmin qərardadın dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti qəbul etməyərək, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-639/2020 saylı, xx.xx.2020-cu il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Kollegiya qarşılıqlı iddia ərizəsini mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin tələbi baxımından qəbul edilə bilməz. Belə ki, MPM-nin 155.1-ci maddəsində qeyd edilmişdir ki, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Lakin iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı yalnız İddiaçı olmasına baxmayaraq, qarşılıqlı iddia həm ilkin iddia üzrə iddiaçıya, həm də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı verilmişdir. Bu isə yuxarıda qeyd olunan MPM-nin 155.1-ci maddəsinin tələbi baxımından yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edir ki, “qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qaytarmaqlam düzcün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-639/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya hikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar