Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7528/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2309/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş 2008-ci il buraxılışlı, WDCYR70F77X169319 ban nömrəli, “MERCEDES BENZ G55” markalı, ** CV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onunla Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli və 2010-cu il buraxılışlı 2BXJAEC11AV000140 şassi nömrəli “SPYDER” markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosiklə dair Cavabdeh1la Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, habelə həmin nəqliyyat vasitələri barədə E.Xanlarov ilə bağlanmış xx xxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında aparılmış bütün qeydiyyatların ləğv edilməsi, “MERCEDES BENZ G55” markalı ** CV *** (sonrakı ** EX ***) dövlət qeydiyyat nömrə nişanlı avtomobilə və “SPYDER” markalı 10 B 292 dövlət qeydiyyat nömrə nişanlı motosiklə İddiaçı ilə Cavabdeh1 1/2 hissədə barabər paylarının (mülkiyyət hüquqlarının) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2309/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Kollegiya qeyd edir ki, İddiaçı nümayəndə və vəkilləri Vəkil1, Vəkil2 və Cavabdeh1 vəkili Vəkil3 ayrı-ayrılıqda məhkəməyə ərizələr ünvanlayaraq göstərmişlər ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3439/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, F.İsayevə, F.Mehralıyevə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi” tələbinə dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi təmin edilərək cavabdeh İddiaçı “xxxxxxxxxx” QSC-də olan hesabdan çıxarılmış 49800 manat məbləğində əmanətin ½ hissəsinə iddiaçı Cavabdeh1 mülkiyyət hüququ tanınmış, cavabdehdən 24900 manatın alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Odur ki, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə həmin mülki işin Bakı Apellyasiya Məhkəməsinin digər hakimi R.Eyvazovun icraatında olduğunu və hazırkı mülki işlə əlaqəli olması səbəbindən onların bir icraatda birləşdirilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13137/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, F.İsayevə, F.Mehralıyeva qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə icraat hazırkı işə baxılıb həll edilənədək dayandırılmışdır. Belə olan halda Məhkəmə hesab edir ki, hazırkı mülki iş əlaqəli olan “İddiaçı cavabdehlər Cavabdeh1, F.İsayevə, F.Mehralıyeva qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia tələbi ilə bağlı 2(103)-539/2020 saylı mülki iş”lə bir icraatda baxılması üçün birləşdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-7528/2020 saylı mülki iş, onunla əlaqəli olan İddiaçı cavabdehlər Cavabdeh1, F.İsayevə, F.Mehralıyeva qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı “əmlak bölgüsü” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə 2(103)-539/2020 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7528/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7528/2020
21.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver