Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-753/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “behin ikiqat tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “behin ikiqat tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2832/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. RX seriyalı, ******* nömrəli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır.
2. Cavabdeh (nümayəndəsi X6) ilə İddiaçı (nümayəndəsi Vəkil) arasında bağlanmış xx.xx.2024-cü il tarixli Beh müqaviləsinin surətindən görünür ki, beh verən İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinə dair beh alan Cavabdeh 170.000 manat pulu notariusun depozit hesabı vasitəsilə beh verir. Beh verən xx.xx.2024-cü il tarixədək əmlakın tam dəyərini, yəni ******* manatı alqı-satqı müqaviləsi bağlanan zaman ödəməlidir.
3. Cavabdeh ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Beh müqaviləsinin surətindən görünür ki, beh verən X7 ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 137 kv.m hissəsinə dair beh alan Cavabdeh 5000 (beş min) manat pulu notariusun depozit hesabı vasitəsilə beh verir.Beh verən xx.xx.2024-cü il tarixədək əmlakın tam dəyərini, yəni ******* (üç milyon doqquz yüz on min) manatı alqısatqı müqaviləsi bağlanan zaman ödəməlidir. X6 ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən borc verən X6 borc alan X3 85000 manat 00 qəpik məbləğində, xx.xx.2024-cü il tarixədək qaytarılması şərtilə pul borc verir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixində daşınmaz əmlakın bir hissəsinin (ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyriyaşayış sahəsinin 216.5 kv.m hissəsinin) alqı-satqısı ilə əlaqədar beh müqaviləsi bağlanılmışdır. Həmin beh müqaviləsi əsasında cavabdehə (nümayəndəsi D.Rzayevə) 170.000 (yüz yetmiş min) manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin şərtinə əsasən alqı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixinə qədər bağlanmalıdır. 08 aprel 2024cü il tarixində nümayəndəsi X4 məlumat verib behlə təmin edilmiş əmlakı (əmlakın bir hissəsini) almağa hazır olduqlarını bildirmiş və Bakı şəhəri 54 saylı notariat ofisində görüşmüşlər. Pul vəsaiti hazır vəziyyətdə notariat ofisində yerləşən "xxxx" ASC-nin şöbəsinə təqdim edilmək üçün hazır gətirilmişdi. Buna baxmayaraq nümayəndəsi telefonla apardığı onlara məlum olmayan danışıqlardan sonra elan etdi ki, o, əmlakı satmaq fikrindən daşınmışdır. Bu səbəbdən də həmin gün alqı-satqı baş tutmadı. Xatırlatmaq istəyir ki, beh müqaviləsinin 1.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsini bağlamaq öhdəliyi xx.xx.2024-cü il tarixinə qədər cavabdeh tərəfindən icra olunmadıqda behin iki misli beh verən İddiaçı ödənilməlidir. Bu səbəbdən də cavabdehə təklif edilmişdir ki, alqısatqı müqaviləsini bağlamaq üçün ona münasib olan tarix barədə iddiaçıya rəsmi məlumat verilsin.
4. Cavabdeh nümayəndəsi Dadaş Rzayev tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, təmsil etdiyi şəxslə (Cavabdeh) onun təmsil etdiyi şəxs İddiaçı arasında Ü.Hacıbəyov küçəsi, 27 ünvanda yerləşən 476,8 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında ilkin razılaşma daşınmaz əmlakın alqısatqısı üzrə agent X2 vasitəçiliyi ilə 2023-cü ildə əldə olunub. Həmin razılaşmaya görə təmsil etdiyi şəxs qeyri-yaşayış sahəsini yalnız bütövlükdə sata biləcəyini bəyan edib. Alıcı qismində çıxış edən İddiaçı və X7 isə obyekti bütövlükdə, amma 3 yerə bölməklə hissə-hissə alacağını bildiriblər. Beləliklə, ümumi sahəsi 476,8 kv.m olan qeyri-yaşayış sahəsinin alqısatqısı bütövlükdə 4,100,000 ABŞ dolları ekvivalentində manata İddiaçı satılması razılaşdırılıb. Alıcı obyekt üçün razılaşdırılmış məbləği bir dəfəyə ödəmək imkanı olmadığından onu 3 ayrı-ayrı hissə şəkilndə 2024-cü ilin avqust ayının sonunadək alacağını vəd etmişdir. Alqı-satqının rəsmiləşdirilməsi tarixlər üzrə aşağıdakı kimi razılaşdırılmışdır: 1) Birinci alqı-satqı əməliyyatı - sahəsi 123,3 kv.m olan, hazırda icarədə olan və Optika dükanı kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin mart ayında həyata keçiriləcək, 2) 2-ci alqı-satqı əməliyyatı sahəsi - 137 kv.m olan, həmin dövrdə icarədə olan və paltar mağazası kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin may ayında həyata keçiriləcək, 3) 3-cü alqı-satqı əməliyyatı isə - sahəsi 216,5 kv.m olan, hazırda icarədə olan və Kimyəvi təmizləmə məntəqəsi kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin avqust ayında həyata keçiriləcək. Bu razılaşmaya uyğun olaraq Alıcı tərəfindən obyektin bütövlükdə alınacağına zəmanət kimi sonuncu alınacaq obyekt (216,5 kv.m) üçün 170,000 azn beh ödənilib və bu barədə notariusda müvafiq beh müqaviləsi bağlanıb. Həmin beh məbləğinin 50%-i dərhal alqı-satqı prosesinə vasitəçilik edən daşınmaz əmlak agenti Orucov Elçinə ödənilib. Eyni zamanda birinci alqısatqı əməliyyatı üçün də 5,000 azn beh ödənilib və müvafiq beh müqaviləsi imzalanıb. 8 aprel 2024-cü ildə təmsil etdiyi İddiaçı vasitəçi Orucov Elçinlə birlikdə ilkin razılaşmaya görə alqı-satqısı 3-cü növbədə həyata keçirilməli olan 216,5 kv.m qeyriyaşayış sahəsi üçün 1,700,000 ABŞ dolları ekvivalentində manat gətirdiyini bildirib və alqısatqı əqdinin bağlanmasını tələb edib. Bununla da Alıcı və daşınmaz əmlak üzrə agent birlikdə ilkin razılaşmanı pozublar. Ona görə də təmsil etdiyi Satıcı bu mərhələdə obyektin sözügedən hissəsini satmaqdan imtina edib. Satıcı razılaşdırılmış şərtlərin Alıcı tərəfindən pozulmasını potensial olaraq Alıcı və vasitəçi tərəfindən aldadılmaq cəhdi kimi qiymətləndirir və belə düşünməyə əsas var. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, bütövlükdə qeyri-yaşayış sahəsinin razılaşdırılmış qiyməti (4,100,000 ABŞ dolları ekvivalentində manat) beh müqaviləsində göstərilmiş müddətdə, yəni 31 avqust 2024-cü ilədək Alıcı tərəfindən ödənilmədiyi halda Alqı-satqı əməliyyatı baş tutmamış hesab olunacaq və beh müqaviləsinin şərtlərinə görə beh məbləği geri qaytarılmayacaq.
5. Cavabdeh tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixində beh müqaviləsi bağlanmışdır. Həmin beh müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinin İddiaçı satılması nəzərdə tutulmuşdur. Beh müqaviləsinin bağlanması üçün əsas olan razılaşmanın şərtlərinin icrası ilə əlaqədar tərəflər arasında yaranmış anlaşılmazlığın həlli üçün İddiaçı tərəfindən Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ilə müraciət edilmişdir. Hazırkı müraciət ilə bildirir ki, xx.xx.2024-cü il tarixli beh müqaviləsi çərçivəsində alqı-satqının həyata keçirilməsinə razıdırlar. Göstərilən beh müqaviləsinin tərəfi olaraq İddiaçı tərəfindən hazırkı məktuba xx.xx.2024-cü il tarixinədək rəsmi cavab verilməsini xahiş edir və bildirir ki, bu məktuba cavab verilməməsi İddiaçı tərəfindən beh müqaviləsinin icrasından imtina edilməsi kimi qəbul ediləcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 340.000 manat pul vəsaitinin, hüquqi xidmətə görə 500 manat haqqın, 630,5 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın (Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 27 ünvanında yerləşən ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216.5 kv.m hissəsinin) iddiaçı tərəfindən gələcəkdə əldə olunmasını nəzərdə tutan xx.xx.2024-cü il tarixli beh müqaviləsi bağlanılmışdır. Notarial formaya əməl olunmuşdur. Həmin beh müqaviləsi əsasında cavabdehə 170.000 manat məbləğində beh verilmişdir. Beh müqaviləsinin şərtinə əsasən alqı-satqı müqaviləsi xx.xx.2024-cü il tarixinə qədər bağlanmalıdır və əmlakın tam dəyəri 2.890.000 manat müəyyən edilmişdir. 08 aprel 2024cü il tarixində iddiaçı cavabdehə (nümayəndəsi X4) məlumat verilməklə behlə təmin edilmiş əmlakı almağa hazır olduğunu bildirmiş və Bakı şəhəri 54 saylı notariat ofisində görüş baş tutmuşdur. Pul vəsaiti hazır vəziyyətdə notariat ofisində yerləşən "xxxx" ASC-nin şöbəsinə təqdim edilmək üçün hazır gətirilmişdir. Buna baxmayaraq cavabdehin nümayəndəsi telefonla apardığı onlara məlum olmayan danışıqlardan sonra elan etdi ki, cavabdeh beh müqaviləsinin şərtlərini icra etmək istəmir. Bu səbəbdən də həmin gün alqısatqı baş tutmamışdır. Bundan sonra iddiaçının nümayəndəsi cavabdehə müvafiq məzmunda pretenziya məktubu göndərmişdir (pretenziya məktubu iddia ərizəsinə əlavə edilmişdir). Həmin pretenziyada beh müqaviləsinin şərtləri qeyd olunmaqla alqı-satqı müqaviləsinin bağlanılması üçün cavabdehə münasib olan tarix barədə iddiaçıya rəsmi məlumat verilməsi təklif olunmuşdur. Bundan sonra cavabdeh iddiaçının nümayəndəsinə cavab məktubu göndərərək bildirmişdir ki: onun 15 aprel 2024-cü il tarixli məktubunuza cavab olaraq bildirirəm ki, təmsil etdiyi şəxslə (Cavabdeh) onun təmsil etdiyiniz şəxs İddiaçı arasında Ü.Hacıbəyov küçəsi, 27 ünvanda yerləşən 476,8 kv.m qeyri-yaşayış sahəsinin alqı-satqısı haqqında ilkin razılaşma daşınmaz əmlakın alqısatqısı üzrə agent X2 vasitəçiliyi ilə 2023-cü ildə əldə olunub. Həmin razılaşmaya görə təmsil etdiyi şəxs qeyri-yaşayış sahəsini yalnız bütövlükdə sata biləcəyini bəyan edib. Alıcı qismində çıxış edən İddiaçı və X7 isə obyekti bütövlükdə, amma 3 yerə bölməklə hissə-hissə alacağını bildiriblər. Beləliklə, ümumi sahəsi 476,8 kv.m olan qeyri-yaşayış sahəsinin alqısatqısı bütövlükdə 4,100,000 ABŞ dolları ekvivalentində manata İddiaçı satılması razılaşdırılıb. Alıcı obyekt üçün razılaşdırılmış məbləği bir dəfəyə ödəmək imkanı olmadığından onu 3 ayrı-ayrı hissə şəkilndə 2024-cü ilin avqust ayının sonunadək alacağını vəd edib. Alqısatqının rəsmiləşdirilməsi tarixlər üzrə aşağıdakı kimi razılaşdırılıb: 1) Birinci alqı-satqı əməliyyatı – sahəsi 123,3 kv.m olan, hazırda icarədə olan və Optika dükanı kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin mart ayında həyata keçiriləcək, 2) 2-ci alqı-satqı əməliyyatı sahəsi – 137 kv.m olan, həmin dövrdə icarədə olan və paltar mağazası kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin may ayında həyata keçiriləcək, 3) 3-cü alqı-satqı əməliyyatı isə - sahəsi 216,5 kv.m olan, hazırda icarədə olan və Kimyəvi təmizləmə məntəqəsi kimi fəaliyyət göstərən obyektlə 2024-cü ilin avqust ayında həyata keçiriləcək. Bu razılaşmaya uyğun olaraq Alıcı tərəfindən obyektin bütövlükdə alınacağına zəmanət kimi sonuncu alınacaq obyekt (216,5 kv.m) üçün 170,000 AZN beh ödənilib və bu barədə notariusda müvafiq beh müqaviləsi bağlanıb. Həmin beh məbləğinin 50%-i dərhal alqı-satqı prosesinə vasitəçilik edən daşınmaz əmlak agenti Orucov Elçinə ödənilib. Eyni zamanda birinci alqısatqı əməliyyatı üçün də 5,000 AZN beh ödənilib və müvafiq beh müqaviləsi imzalanıb. 8 aprel 2024-cü ildə təmsil etdiyiniz İddiaçı vasitəçi Orucov Elçinlə birlikdə ilkin razılaşmaya görə alqı-satqısı 3-cü növbədə həyata keçirilməli olan 216,5 kv.m qeyriyaşayış sahəsi üçün 1,700,000 ABŞ dolları ekvivalentində manat gətirdiyini bildirib və alqısatqı əqdinin bağlanmasını tələb edib. Bununla da Alıcı və daşınmaz əmlak üzrə agent birlikdə ilkin razılaşmanı pozublar. Ona görə də təmsil etdiyi Satıcı bu mərhələdə obyektin sözügedən hissəsini satmaqdan imtina edib. Satıcı razılaşdırılmış şərtlərin Alıcı tərəfindən pozulmasını potensial olaraq Alıcı və vasitəçi tərəfindən aldadılmaq cəhdi kimi qiymətləndirir və belə düşünməyə əsas var. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirir ki, bütövlükdə qeyri-yaşayış sahəsinin razılaşdırılmış qiyməti (4,100,000 ABŞ dolları ekvivalentində manat) beh müqaviləsində göstərilmiş müddətdə, yəni 31 avqust 2024-cü ilədək Alıcı tərəfindən ödənilmədiyi halda Alqı-satqı əməliyyatı baş tutmamış hesab olunacaq və beh müqaviləsinin şərtlərinə görə beh məbləği geri qaytarılmayacaq. Beləliklə, cavabdeh öz məktubunda açıq mətnlə bəyan etmişdir ki, gətirdiyi formal və həqiqətə uyğun olmayan dəlillərə əsaslanaraq xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş beh müqaviləsinin şərtlərini pozur və ödənilmiş behi mənimsəyir. Bu açıq iradə ifadəsi ilə cavabdeh açıq-aşkar şəkildə iddiaçının hüquqlarını pozmuş və yaranmış mübahisənin məhkəməyə daşınmasını zəruri etmişdir.
8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2832/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Vüsalə Müsayeva)
9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmunun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-349-cu maddələrində göstərilmiş əsasların heç biri mövcud olmamış, iddiaçının cavabdeh tərəfindən aldadılması faktı sübuta yetirilməmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491-ci, 492-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 119.1-ci, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 18 mart 2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Beh müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notarial formada bağlanmışdır. Birinci instansiya məhkəməsi isə "tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmanın pozulması" kimi əsassız mövqeyində belə "ümumi razılaşma"nın hansı formada (şifahi, sadə-yazılı, notarial) olması barədə heçnə qeyd etməmişdir. İş materiallarında "ümumi razılaşma" adlı notarial formalı əqd olmadığından daşınmaz əmlakın üzərində sərəncam verilməsini şərtləndirən hər-hansı etibarlı əqdin olmadığı sübut olunur. Bununla da ortaya çıxır ki, qətnamə maddi hüquq normasının pozulması ilə qəbul olunmuşdur. Sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmiş beh müqaviləsinə, cavabdehin beh müqaviləsindən açıqca imtinasını əks etdirəm xx.xx.2024-cü il tarixli məktubuna, cavabdehin sonradan peşman olub beh müqaviləsinin şərtlərini icra etmək istəməsini əks etdirən xx.xx.2024-cü il tarixli məktubuna obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmamışdır. Bunun əvəzinə birinci instansiya məhkəməsi "alqı-satqının baş tutmamasıməhz hazırki iş üzrə tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmadan kənarlaşmalara görə olmuşdur" kimi absurd, ziddiyyətli, heç bir sübutla təsdiq olunmayan formal mülahizələrə əsaslanmışdır. Bununla da birinci instansiya məhkəməsi prosessual hüquq normasının tələbini pozmuşdur. Sübut qismində birinci instansiya məhkəməsinə təqdim edilmiş beh müqaviləsi, cavabdehin beh müqaviləsindən açıqca imtinasını əks etdirəm xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin sonradan peşman olub beh müqaviləsinin şərtlərini icra etmək istəməsini əks etdirən xx.xx.2024-cü il tarixli məktubu beh müqaviləsi üzrə beh alanın öhdəliklərinin icra olunmaması tərəfimizdən sübut olunmuşdur. Buna baxmayaraq cavabdeh irəli sürdüyü etirazını təsdiq edən hər-hansı sübutu təqdim etməmişdir. Məhkəmə bunu nəzərə almadan iddianırədd etmişdir. Bununla da birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsinə dair etirazın məzmununa uyğun əsaslandırılmışdır. ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, həmin dəlillər əsaslı sayıla bilməz.
23. Birinci instansiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi, hazırki iş üzrə tərəflər arasında digər şəxslərin də iştirakı ilə danışıqlar aparılmış və nəticədə ümumi sahəsi 476,8 kv.m olan qeyri-yaşayış sahəsinin mərhələli şəkildə alqı-satqısı barədə razılaşma olmuşdur. Hazırki iş üzrə tərəflərin, habelə digər şəxslərin iştirakı ilə eyni tarixdə, yəni 8 yanvar 2024-cü il tarixdə Cavabdeh iştirak etdiyi iki beh müqaviləsi və bir borc müqaviləsi imzalanmışdır. Hazırki iş üzrə iddiaçı (nümayəndəsi qismində Vəkil) tərəfindən imzalanmış beh müqaviləsində tərəflər ümumi sahəsi 476.8 kv.m olan qeyri-yaşayış sahəsinin 216,5 kv.m sahəsinin və X2 imzaladığı beh müqaviləsində isə həmin qeyriyaşayış sahəsinin 137 kv.m hissəsinin xx.xx.2024-cü il tarixədək dəyəri tam ödənilməklə alqı-satqısının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırki mərhələdə irəli sürülən tələbin əsaslığı ilə bağlı məsələni araşdırıb birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, beh müqaviləsinin özündə, habelə qanunvericilikdə beh müqaviləsini tənzimləyən normaların tələbinə görə beh verənə behin ikiqat qaytarılması yalnız beh müqaviləsinin icra edilməməsində beh alan tərəfin məsuliyyəti müəyyən edildikdə mümkündür. Hazırki iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün birinci növbədə alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəf müəyyən edilməlidir.
24. İddiaçı tərəf müqavilə şərtlərinə əməl etmək niyyətini açıq aşkar göstərərək cavabdehin təqsirindən müqavilə bağlanmadığını iddia edir və cavabdeh tərəf müqavilə öhdəliyini pozaraq müqavilənin icra edilməsindən yayındığından behin iki mislinin ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf bunu həmin müqavilələrin etibarsız olması ilə əsaslandırmış, bu baxımdan da müvafiq iddia ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. Beh müqaviləsinin şərtlərinə əsasən alqı-satqı müqaviləsinin bağlanması üçün son müddət xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Lakin, həmin müddətdə alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Belə ki, tərəflər arasında mübahisə məhkəmə araşdırmasının predmetinə çevrildiyindən müddətə riayət edilməsi mümkün olmamışdır.
25. İşin hallarına əsasən müəyyən edilir ki, tərəflər arasında beh müqaviləsi 8 yanvar 2024-cü il tarixdə bağlanmaqla beh müqaviləsi üzrə icranın xx.xx.2024-cü il tarixədək baş tutması nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən alqı-satqının mərhələli şəkildə razılaşdırılması inkar edilsə də, icrası məhz xx.xx.2024-cü il tarixədək həyata keçirilməli olan alqı-satqı üçün tərəflərin məhz 8 aprel 2024-cü il tarixdə həmin alqı-satqı ilə bağlı notariat orqanında görüşməsi inkar edilmir. Həmçinin iddiaçı tərəf təkidlə bildirir ki, tərəflər 8 aprel 2024-cü il tarixdə notariusda məhz beh müqaviləsində nəzərdə tutulmuş sahənin alqı-satqısı üçün görüşmüşlər, lakin alqı-satqı cavabdeh tərəfindən pozulmuşdur. Göründüyü kimi cavabdeh tərəflərin razılaşmasında nəzərdə tutulmuş icradan boyun qaçırmamışdır. Cavabdehin də nümayəndəsinin 8 aprel 2024-cü il tarixdə məhz mərhələli alqı-satqının həyata keçirilməsi üçün notariusda iştirakı onu deməyə əsas verir ki, cavabdehin də alqı-satqının həyata keçirilməsində niyyəti olmuşdur. Lakin, cavabdehin iştirakına baxmayaraq alqı-satqının baş tutmaması məhz hazırki iş üzrə tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmadan kənarlaşmalara görə olmuşdur. Belə ki, iddiaçı tərəfin cavabdehə ünvanladığı pretenziyaya cavab olaraq cavabdehin xx.xx.2024cü il tarixli məktubunda tərəflərin ümumi razılaşmaları tam əks olunmuşdur.
26. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçı məhkəməyə müraciət etməzdən və iş məhkəmə müstəsivində mübahisələndirilmədən də öncə cavabdeh tərəflərin və digər şəxslərin də iştirak etdiyi ümumi razılaşmanın məhz qarşı tərəfin davranışı ilə əlaqədar pozulmasına dair mövqeyini aydın şəkildə ifadə etmişdir. İşin mübahisə edilməyən hallarından göründüyü kimi, iş məhkəmə müstəvisində mübahisələndirilən mərhələdə belə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya müraciət edilmiş, bir daha beh müqaviləsinin icrası təklif edilmişdir. Lakin, iddiaçı tərəfindən bu məktuba cavabda tam olaraq razılıq ifadə edilməmişdir. Son icra müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmiş alqı-satqının məhz 8 aprel 2024-cü il tarixdə hissə-hissə və mərhələli icrasını mümkünsüz edən hal cavabdehə aydın olduğundan cavabdeh həmin məqamda və sonradan beh müqaviləsindən imtina etməli olmuşdur. Belə ki, cavabdeh özünə məxsus qeyri-yaşayış sahəsini hissə-hissə olmaqla mərhələli şəkildə satmağı düşünmüş, lakin 8 aprel 2024-cü il tarixdə ən son mərhələdə satılması razılaşdırılmış hissəsinin iddiaçı tərəfindən dəyəri ödənilməklə alqı-satqısına dair təklif onda haqlı narazılığa əsas vermişdir. Cavabdehin 29 may tarixli təklifinə iddiaçı tərəf müsbət cavab verməmiş, bunun səbəbinin məhkəmədə verilmiş iddia tələbinin olması, əmlak üzərində həbsin olması və yalnız barışıq sazişi qaydasında edə biləcəklərini bildirmişlər. Kollegiya qeyd edir ki, hər bir halda ümumilikdə icra müddəti xx.xx.2024-cü il tarixədək nəzərdə tutulan müqavilə üzrə may ayında edilən təkliflə razılaşmamaqla iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməmişdir.
27. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2832/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.