Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7563/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" açıq səhmdar cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: elektrik enerjisinin təchizatı, X6 qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X10, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iştirakı ilə İddiaçı "xxxx" ASC-nə qarşı “aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, məhəllə 528, ev 13V, mənzil 55 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 35, M4, m1) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 78 nömrəli reyestr kitabının 6753 nömrəli vərəqində xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 028480 nömrəli akta görə, ünvan 1 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman elektrik sayğacının sxeminə kənar xəttin daxil olduğu müəyyən edilmişdir.
3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”inə görə, NDM 028480 nömrəli akta əsasən fərdi yaşayış evinə sayğac sxemindən kənar xəttin daxil olduğu müəyyən edilmiş, istehlakçıya 3530 kvts 0,11 tarifi ilə və 3215 kvts 0,13 tarifi ilə, cəmi 806 manat sərfiyyat hesablanması qərara alınmışdır.
4. Energetika Nazirliyinin Enerji X2 Bakı X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, mənzil enerji təchizatı müəssisəsində **********V0055 abunə kodu ilə qeydiyyatdadır. Mənzilin elektrik enerjisi sərfiyyatının hesabatı tipi AMPY olan A48C984185 nömrəli 1 fazlı elektrik sayğacı vasitəsi ilə aparılır. "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixində binanın pilləkən meydançasında elektrik lövhəsində quraşdırılmış mənzilə aid A480984185 nömrəli elektrik hesabat sayğacından kənar X6 olunması barədə NDM 028480 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmiş akta əsəsən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə tədqiq edilmiş “X6 Qaydaları”nın (bundan sonra qaydalar) 8.17-1 -ci yarımbəndinin tələbinə uyğun olaraq xətdən axan faktiki güc 1,1 kvt qeyd edilməklə 365 gün müddətində yenidən hesablaşma aparılaraq hesabına 6745 kVts (dəyəri 606.25 manat) əlavə borc hesablanmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, sözügedən akt tərtib edildikdən sonra mənzilə elektrik enerjisi verilişinin dayandırılması və bərpa edilməsi hallarında Qaydaların 9.13-cü bəndinin 9.13-1 -ci və 9.13-3-cü yarımbəndlərinın tələbləri nəzərə alınmamış, tərəfindən Yasamal RETSİ-yə ünvanlanmış AERA-20-1620/22 nömrəli xx.xx.2022-ci il tarixli göstərişə əsasən mənzilə enerji verilişi bərpa edilmişdir.
5. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 029144 nömrəli akta görə, ünvan 4 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman elektrik sayğacının sxeminə kənar xəttin daxil olduğu müəyyən edilmişdir.
6. Energetika Nazirliyinin Enerji X2 Lənkəran X1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən 04 08 2022-ci il tarixində binanın pilləkən meydançasında elektrik lövhəsində quraşdırılmış mənzilə aid A480984185 nömrəli elektrik hesabat sayğacından kənar X6 olunması barədə NDM 029144 nömrəli akt tərtib edilmişdir. Tərtib edilmış akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005- ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş X6 qaydalarının (bundan soma qaydalar) 8.17-1-ci yarımbəndinin tələbinə uyğun olaraq sayğacdan kənar çəkilmiş elektrik naqilinin ən kəsiyinin buraxıla bilən maksimum cərayan 27 A olmaqla 43 gün müddətində yenidən hesablaşma aparılaraq hesabına 4291 kVts (dəyəri 537,95 manat) əlavə borc hesablanmışdır. Eyni zamanda elektrik hesabat sayğacından kənar X6nin təym edilməsi üçün komissiyanın yaradılması barədə müraciətə cavab olaraq bildirildi ki, 06 06.2022-ci il tarixində tərəfindən onun və "xxxx" ASC-nin Yasamal RETSİ-nin əməkdaşlarının iştirakı itə sözügedən elektrik lövhəsinə baxış keçirilərkən sayğacın qoşulma sxeminin 029144 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilərkən qeydə alınmış video görüntüdə əks olunmuş sxem ilə eyni olmadığı, yəni sözügedən video görüntüdə qeydə alınmış sayğacdan kənar çəkilmiş kabel xəttinin tərəfindən baxış keçirilərkən sayğacdan sonra quraşdırılmış 0,4 kV-luq avtomat açardan birləşdirildiyi müəyyən olmuşdur. Sözügedən aktın sızın iştirakı olmadan tərtib olunması iddiası ilə əlaqədar Qaydaların 8.35-ci bəndinin (Enerji təchızatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjıiəchizatı müəssışələrı. istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər) tələbinə uyğun olaraq enerji təchizatı müəssisəsinə qarşı iddia qaldıraraq məhkəməyə müraciət etmək hüququnuz vardır.
7. Abunə kodu **********V0055 olan abunə haqqında sənəddən görünür ki, NDM 028480 saylı və NDM 029144 saylı aktlara əsasən Yasamal rayonu, 528 kvartal, Ələkpərov, Ev(bina) 013V, mənzil 0055 ünvanına müvafiq olaraq 806,25 manat və 537,95 manat əlavə ödəniş hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. X16 "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin xx.xx.2022 tarixli NDM ******* saylı aktının ləğv edilməsi və həmin akt əsasında Ələsgər Ələkbərov küçəsi 13 V ünvanında yerləşən 55 saylı mənzilə hesablanmış 806,25 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci tarixində iki nəfər Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilinə gələrək özlərini "xxxx"ın əməkdaşı kimi təqdim edib, çox kobud surətdə mənzilə kənar xəttin gəldiyini bildirmiş, onlara bu xəttin sayğacından olduğunu desə də, ona “Kişi, bizim işimizi bizə öyrətmə" söyləmişlər. 2 mərtəbə onların ardınca aşağı düşsə də yalnız onlardan birinin adının Elşad olduğunu öyrənmişdir. Hansı ki, heç bu adda əməkdaşın aktda imzası yoxdur, iki saatdan sonra mənzildə olmağına baxmayaraq, qapıya akt qoyulmuşdur. Aktda qeyd olunanlar həqiqəti əks elətdirmir, mənzlinə sayğacdan kənar heç bir xətt gəlmir və heç vaxt gəlməyib, istifadə elədiyi enerjiyə görə vaxtında ödənişlər olunur. “Qanun pozuntusu" ona sözlə yox, əyani yerində göstərilməli idi. Bundan başqa, akt tərtib olunarkən onun iştrakı mütləq olmalıydı və o, aktı öz imzasıya təsdiq etməliydi. Bu akt kənarda, onun iştrakı olmadan və bilinmir hansı əməkdaşlar tərəfindən yazılıb. Heç bir izahat vermədən, heç bir yoxlama aparmadan birtərəfli qaydada ittiham edib və ardından qanun pozuntusu ilə tərtib olunan akt vasitəsi ilə vətəndaşı fakt qarşısında qoymaq onun hüquqlarını kobud pozur. Belə ki, günahı subut etmək borcu və məsuliyyəti onların üzərindədir. Bütün yuxarıda qeyd olunanlar aktın ləğv edilməsinə əsasdır. Onun mənzili 4-cü mərtəbədə, sayğaclar qutusu isə 2-ci mərtəbədə yerləşir. Qutunun qapısı həmişə açıqdır, nəzarətsizdir və çox bərbad vəziyyətdədir. Bir sözlə küçədə, binanın qarşısında blokda kim nə işlədirsə özləri birbaşa qoşulma edir. Ümumiyyətlə sayğaclar, xəttlər və göstəricilər mütamadi olaraq "xxxx"ın əməkdaşları tərəfindən yoxlanılır və nəzarətdə saxlanılır. Aktın tərtibindən bir gün sonra "xxxx"ın əməkdaşı ona zəng vuraraq bu aktla bağlı Nəzarət Departamentində şöbə rəisi Elman adlı əməkdaşa yaxınlaşmalı olduğunu bildirmiş, etiraz edib vətəndaşın heç bir məmurun yanına getməməli olduğunu söyləmişdir. Həmin tarixdə axşam saatlarında “X6 Qaydaları”na zidd olaraq onun elektrik enerjisi xəbərdarlıq olunmadan kəsilmiş, o vaxta qədər cərimə məbləği hələ də hesablanmamışdır. X17 Tənzimləmə Agentliyinə müraciətindən və onların bu məsələyə dərhal müdaxiləsindən sonra elektrik enerjisi 2 sutkadan sonra bərpa edildi və bu hal onlar tərəfindən kobud qayda pozuntusu kimi qeydə alındı. Ona qarşı olan hərəkətlər əsassızdır, qərəzlidi və hansısa maraqlardan qidalanır. Bütün sadalanan hallar aktın ləğv olunub borcun silinməsinə əsasdır.
10. X3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "xxxx" ASCnin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin xx.xx.2022 tarixli NDM 028480 saylı və 04 06.2022 tarixli NOM 029144 saylı aktlarının etibarsız sayılması, aktlara görə Ələsgər Ələkbərov 13 V, mənzil 55 ünvanında yerləşən mənzilinə hesablanmış 806,25 manat və 537,95 manat - cəmi 1344.2 manat məbləğində borcun silinməsi, ona dəymiş mənəvi ziyana görə 1000 manatın "xxxx" ASC-dən xeyrinə alınması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Həmin ərizə belə əsaslandırılmışdır ki, iddia ərizəsi verildiyi müddətdən sonra X7 Agentliyi tərəfindən onlara ünvanladığı 3 müraciəti əsasında 04 May 2022-ci il tarixli AERA-201664/22 saylı rəy verilmiş, rəydə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdərəsinin xx.xx.2022 tarixli AKT NDM 028480 saylı aktının tərtibatında "xxxx" ASC tərəfindən yol verilmiş kobud qanun pozuntuları və vətəndaşın (abonentin) qərəzli halda sayğacdan çıxan elektrik enerjisi xəttinin dibindən kəsilməsi faktının qanuna zidd olması bildirilmişdir. Aktın tərtibatı prosesi Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş '”X6 Qaydaları” ilə tənzimlənir və aktın tərtibatı zamanı "xxxx" ASC-nin əməkdaşları tərəfindən kobud şəkildə pozulmuşdur. "xxxx" ASCnin əməkdaşları özlərini təqdim etmədən, heç bir izahat vermədən, abonentə heç bir sübut (''qanun pozuntusunu") yerində göstərmədən, heç bir yoxlama aparmadan şifahi olaraq kənar xəttin olduğunu bildirib, təcili halda getmişlər. Ardından bir müddət sonra hazır tərtib olunmuş aktı qapıya qoymuşlar. O, aktın tərtibatı və imzalanması abonentin iştrakı olmadan və ondan xəbərsiz başqa bir yerdə olmuşdur. Aktda sayğacdan kənar çəkilmiş elektrik naqlilinin en kəsiyindən buraxılan maksimum cərəyan və gərginlik göstərilməli idi, o cümlədən, vurulmuş zərərin hesablanmış məbləği barədə ilkin məlumatı akta əlavə olunmalı idi. Bundan əlavə sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Sübut mötəbər olmalıdır. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin özünü Orxan kimi təqdim edən əməkdaşı yazılmış aktı həll eləmək üçün onun Nəzarət Departamentində şöbə rəisi Elman adlı əməkdaşa yaxınlaşmalı olduğunu bildirdi. Vətəndaşın heç bir məmurun yanına getməli olmadığına kəskin etirazından sonra həmin gün "xxxx" ASC tərəfindən sayğacdan çıxan naqil heç bir xəbərdarlıq edilmədən və aktlaşdənlmadən tam dibindən kəsildi. Bunu Elşad adında əməkdaş tərəfindən Nəzarət Departamentinin şöbə rəisi Elmanın əmri ilə edildiyi bildirildi. Naqilin kəsilmə anına hesablanmış cərimə məbləği hələ də yox idi. Kəsilən xətt isə bunların guya qeyd elədikləri "kənar xətt" yox sayğacdan çıxan naqildir. Yalnız X7 Agentliyinə müraciətindən və onların "xxxx" ASC-yə göndərilən yazılı və şifahi müraciətindən sonra "xxxx" ASC tərəfindən sayğacın plombu açılaraq naqil bərpa olunub və 52 saatlıq fasilədən sonra elektrik enerjisi verilmişdir. Bu qanun pozuntusu faktı Agentlik tərəfindən verilmiş rəydə öz əksini tapmışdır. İcraatda olan iş üzrə ilk məhkəmə iclası keçirildikdən dərhal sonra yəni xx.xx.2022 tarixində "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən mənzilinə daha bir əsassız və qanuna zidd akt yazılıb. Belə ki, birinci aktın tərtibatında olduğu kimi bu akt da qərəzli və kobud qanun pozuntusu ilə tərtib olunub və həqiqəti əks eləmir. 05.06.22-ci il tarixində saat 12:00 radələrində iki nəfər mənzilinə gələrək onun mənzilinə kənar xəttin gəldiyini bildirdilər. Eynilə birinci hadisədə olduğu kimi bu dəfə də o onlara xəttin blokun işıqlandırılınası olduğu və onun sayğacından qidalandığını bildirdi. Onlar ona akt yazacaqlarını bildirib çıxıb getdilər. Birinci cərimənin yazılmasından sonra mənzilinə gələn naqillərdə heç bir dəyişiklik etməmişdir. "xxxx" ASC-nin iddia elədiyi "kənar xətt" olduğu kimi öz yerindədir, və o heç kimə o naqilə toxunmağa və yaxud sxemində hansısa dəyişiklik etməyə imkan vermir. Öz belə əməllərini mübahisə predmeti olan və yeganə sübut sayılan həmin naqillərin gələcəkdə məhkəmə ekspertizası tərəfindən və ya Agentlik və ya başqa qurumlar tərəfindən yoxlanması və baxış keçirilməsi anına dəyişilmədən saxlanması ilə əsaslandırır. "xxxx" ASC-nin belə qanunsuz hərəkətləri barədə o X7 Agentliyinə rəsmi müraciət edərək kənar xəttin olub-olmaması faktının təyin olunması və qanun pozuntularının araşdırılmasını xahiş etdi. Agentlik əməkdaşlarının xx.xx.2022-ci tarixində keçirdikləri baxış və yoxlama zamanı sayğacdan kənar heç bir xətt aşkar olunmadı. O, onlardan mənzilinə daha bir aktın yazıldığını eşitdi. Agentlik əməkdaşları "xxxx" ASC tərəfindən təqdim olunmuş video görüntüləri araşdırarkən o həmin çəkilişlərin günün qaranlıq vaxtında, tələsik və gizli çəkildiyini aşkar elədi. O və Agentlik əməkdaşları (Fikrət m. və Namiq m.) baxışda iştirak edən "xxxx" ASC-nin əməkdaşından (Ziya m.) çəkiliş etmiş əməkdaşın gəlməyini və çəkiliş ilə bağlı suallara cavab, izah və şərh verməyini xahiş etsək də, "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin rəisi Elman bütün işçilərinin ezamiyyətdə olduğunu səbəb gətirərək imtina etdi. Baxışın nəticəsi olaraq Agentlik tərəfindən AKT tərtib edildi, lakin "xxxx" ASC-nin əməkdaşı onu da imzalamaqdan imtina etdi. Ondan xəbərsiz "xxxx" ASC tərəfindən ona tərtib olunmuş növbəti aktı əldə eləmək üçün Agentliyə rəsmi müraciət edib kömək etməklərini xahiş etdi. xx.xx.2022-ci il tarixində Agentlik onun müraciətinə cavab olaraq AERA 20-2106/22 saylı rəyi və "xxxx" ASC-nin NDM 029144 saylı aktını ona təqdim elədi. Rəydə evinə gələn bütün naqillərin onun sayğacına qoşulmuş açardan gəlməsi faktı öz əksini tapıb. Eynilə birinci aktda olduğu kimi "xxxx" ASC dəfələrlə aktı onun iştirakı olmadan tərtib edib. Lakin birinci dəfə aktda "iştrak etmədi" qeydi yazılmışdırsa, bu dəfə "imtina etdi" sözləri qeyd edilib. Aktı tərtib edən "xxxx" ASC-nin əməkdaşları akta yalan məlumatlar daxil edirlər və öz imzaları ilə təsdiq edirlər. Birincisi, aktın tərtib vaxtı xx.xx.2022-ci il tarixi saat 22:00 göstərilib, onlar isə onun mənzilinə xx.xx.2022-ci il saat 12:00-da gəliblər. İkincisi isə o, aktın tərtibatında iştirakdan və imzalamadığından heç bir halda imtina edə bilməzdi, çünki bunun üçün o, ən azından onların yanında olmalı idi. xx.xx.2022-ci il tarixində saat 18:00 dan 23:45 dək "Sərin" restoranında toy şənliyində olmuşdur. Evindən metro ilə gedib evinə metro ilə qayıtmışdır. Bu faktı çox rahat, sorğu vermək ilə təsdiqləmək olar. Belə ki, aşağıdakı saatlarda o, metronun Elmlər Akademiyası, Xalqlar Dostluğu və Koroğlu stansiyaslarının, vaqonun daxilindəki və "Sərin" restoranının video müşahidə kameralarına düşmüşdür. Göründüyü kimi bu dəfə də "xxxx" ASC-nin əməkdaşları ona qarşı yalan və qərəzli məlumatları akta əlavə edib qanunazidd olaraq ona cərimə tətbiq edirlər və hüquqlarımı pozurlar. Nədənsə "xxxx" ASC-nin video çəkilişləri həmişə gizli, tələsik olur və bilinmir kimlər tərəfindən nə zaman çəkilir. Eynilə birinci aktda olduğu kimi bu hərəktlərin arxasında duran bir əməkdaş tapılmır. Yalnız o deyiləm və xəbəri yoxdur cavabı verilir. Elektrik enerjisini kəsəndə Agentliyin "hansı İdarə kəsib?" sualına "xxxx" ASC-nin idarələri biri birinin boynuna atdı. Belə hərəkətlərə görə məsuliyyət daşıyan və cavab verən yoxdur. Nəticə olaraq vətəndaşların hüquqları pozulur və vətəndaşları incidirlər. Nədənsə bu qədər video çəkən "xxxx" ASC-nin əməkdaşları bir dəfə də olsun vətəndaşa qanun pozuntusunu yerində göstərib, sübut edən anı və ya aktın tərtibatı və imzalanmadan imtina anını video ilə qeydə almayıb. Əllərində bir bağlama aktı istədikləri kimi qanuna zidd tərtib edirlər, ittiham edirlər, cərimələr yazırlar - ardından hüquqları pozulan vətəndaş uzun müddət döviət qurumlarına o cümlədən məhkəmələrə ayaq döyüb öz günahsızlığını sübut etməlidir. "xxxx" ASC-nin əməkdaşlarının belə qanunsuz hərəkətləri barəsində X14, Prokurorluğa, Enerqetika Nazirliyinə və Prezident Administrasiyasına müraciətlər etmişdir. Prokurorluğa müraciətdən 3 gün sonra 10.06.22ci il tarixində "xxxx" ASC-nin əməkdaşları heç bir xəbərdarlıq eləmədən işləyən sayğacı kartla işləyən başqa sayğaca dəyişib gediblər. Hansı ki, köhnə və yeni sayğacın göstəriciləri qeydə alınıb vətəndaşın iştrakı ilə aktlaşdırılmalı idi. Bundan əlavə sayğac kart ilə işlədiyindən vətəndaşa verilməməsi yenə də Azərişığın ona qarşı qərəzli mövqeyini göstərir. l0.06.22-ci il tarixi cümə günü idi və kartsız mənzil ən azı 3 gün işıqsız qalmalı idi. Yalnız Prokurorluğun təcili müdaxiləsindən (saat 17:50-də) sonra kart dərhal ona təqdim olundu. Bu fakt da Prokurorluq tərəfindən qanun pozuntusu kimi qeydə alındı. Qeyd edir ki, sayğacın dəyişdirilməsinə heç bir səbəb yox idi və bu əməl dövlət büdcəsinə əlavə xərc və ziyandır. O, ardıcıl şikayətlər edən kimi "xxxx" ASC qısa bir zamanda sayğaclar qutusunu səliqəyə saldı, sayğacı dəyişdi. Bu əməllər izləri itirib, nəyisə sübut etmək imkanından məhrum etmək üçün görüldü. Sayğacın qutusunun əvvəlki və sonrakı vəziyyətini, o cümlədən bu problemə aid bəşqa faktları və sübutları məhkəməyə təqdim eləmək üçün video və foto çəkilişlər mövcuddur. Bundan əlavə 10.06.22-ci il tarixində 23:00-da ona "xxxx" ASC tərəfindən telefonuna 80.403 azn borcun olması barədə bildiriş gəldi. 199 qaynar xəttinə 2 dəfə müraciət etsə də, belə kosmik borc nə silinir, nə də ki yaranma səbəbi izah olunur. Öz növbəsində bu fakt ona mənəvi zərbə vurur, onu sarsıdır və ona qarşı psixoloji hücumdur. Bütün qeyd olunan qanun pozuntuları X7 Agentliyi tərəfindən verilən rəylərdə öz əksini tapıb və təsdiq olunub. Onun "xxxx" ASC-yə qarşı hər iddiasından və ya şikayətindən dərhal sonra ona qarşı hansısa qanuna zidd əməllər görür. Əhaliyə elektrik enerjisinin satışında "xxxx" ASC-nin yeganə təşkilat olduğundan onun onları başqa Şirkətə dəyişmək imkanı yoxdur və yalnız onlarla işləmək məcburiyyətindədir. Bundan məharətlə istifadə edən "xxxx" ASC dəfələrlə qeydə alınmış qanun pozuntularına baxmayaraq istədiyini istədiyi vaxt istədiyi kimi edir. Bundan əlavə, "xxxx" ASC-nin iddia elədiyi və video görüntülər ilə sübut eləməyə çalışdığı "kənar xətt" həqiqətdə onun sayğacından qidalanan blokun işıqlandırılmasıdır və onun mənzilinə daxil olmur. Bu fakt, "xxxx" ASC-nin Yasamal idarəsinin əməkdaşları tərəfindən dəfələrlə (sonuncu dəfə 24 dekabr 2021-ci il tarixində təsdiqlənib. Ümumiyyətlə, həmin video görüntülər sübut kimi sayıla bilməz. "Azərişıq” ASC-nin əməkdaşları hər iki halda onun mənzilinə gəlib onunla söhbət etdikləri halda, nədənsə "qanun pozuntusunu” ona yerində sübut edib, araşdırıb, mənzilinə aid olmasını sübut etməyiblər. Əvəzinə mənşəyi bilinməyən şübhəli video roliklər çəkirlər. Qorunmayan və mənzilindən uzaqda yerləşən açıq sayğaclar qutusu şəraitində belə roliklər istənilən abonentə qarşı çox rahat çəkilə bilər. X6 Qaydalarının 8.17 2- ci bəndinə əsasən Azərişıq mənim İştirakım ilə akt tərtib edib və aktın bir nüsxəsini ona təqdim etməli idi. Akt "Azərişıq” ASC-nin nümayəndəsi və tərəfindən imzalanmalı idi. Yalnız o aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparıb və yol verilmiş pozuntu texniki vasitələrlə alınmalı idi. O, izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə imzalamaqdan imtina etməyinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar akta əlavə olunmalı idi. Lakin qanunun bu tələblərinə "Azərişıq” ASC tərəfindən əməl olunmayıb, əksinə onun iştirakı olmadan istədikləri kimi akt tərtib edib, akta yalan məlumat əlavə edib öz imzaları ilə təsdiq ediblər. Aktın ona aid nüsxəsi indiyədək hələ də ona "Azərişıq” ASC tərəfindən təqdim olunmayıb. Beləliklə "Azərişıq” ASC-nin əməkdaşlarının özlərini təqdim etmədən, araşdırma və dəqiqləşdirmə aparmadan, vətəndaşa qanun pozuntusunu göstərib izah və sübut etmədən, vətəndaşın iştirakı və imzası olmadan birtərəfli akt yazıb qapiya qoyması, aktın qanuna uyğun olmayaraq tərtibi, akta yalan məlumatları daxil edib öz imzalan ilə təsdiq olunması, ardından qanunsuz hərəkətlər ilə elektrik enerjisinin sayğacdan kəsilməsi və vətəndaşa mənəvi ziyan vurması faktları aktın etibarsız sayılması, borcun silinməsi və mənəvi ziyanın ödənilməsinə əsasdır. Onun mənzilinə gələn bütün naqillər onun sayğacından qidalanır.
12. Məhkəmənin 28 iyul 2022-ci il tarixli protokol-qərardadı ilə X16 əsl iddiaçı qismində İddiaçı ilə əvəz olunmuşdur.
13. Cavabdehin nümayəndəsi X12 iddiaya etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunmuş **********V0055 kodun abunəçisi X4r. Cavabdeh ASC ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmamışdır. "Azərişiq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş baxış aktları və hesablanmış borc abunəçi X5 aiddir. Hər ay üzrə istifadə olunmuş elektrik enerjisinin hesabı abonenta təqdim edilir. Həmin qəbzdə abunə kodu **********V0055, abunəçinin adı isə X4r, ay ərzində isifadə olunmuş elektrik enerjisinin hesabı və ümumi borc qeyd edilir, İddiaçı Cavabdeh ASC-nin abonenti olmadığına qörə heç bir hüququ pozulmamışdır. İddiaçı iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi deyildir. Bundan başqa məhkəməyə təqdim edilmiş sübutlardan iddiaçıya məxsus sayağaca kənar xətt qoşulduğu aydın görünür. Belə olan halda "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş hər iki akt əsaslıdır və bu aktların etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli NDM 028480 saylı və xx.xx.2022-ci il tarixli NDM 029144 saylı aktların etibarsız hesab edilməsi, həmin aktlara əsasən ümumilikdə hesablanmış 1344,20 (bir min üç yüz qırx dörd manat, iyirmi qəpik) manat məbləğində borcun İddiaçı məxsus **********V0055 saylı abunə hesabından silinməsi, dövlət rüsumu kimi ödənilməli olan 43,44 manatın 33,44 (otuz üç manat qırx dörd qəpik) manatının "xxxx" ASC-dən tutularaq dövlət gəlirinə alınması, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırılmışdır:
15.1. İddiaçı ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmadığı müəyyən edilsə də, qeyd edilməlidir ki, iddiaçı elektrik enerjisi istehlakçısıdır və hazırda mübahisələndirilən aktlar onun üçün müvafiq vəzifələrin yaranmasına yönəldilib. 15.2. Məhkəmə baxışı zamanı toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********V0055) X6 qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, evə sayğacdan kənar xəttin daxil olması aşkar edilmiş, bununla əlaqədar NDM 028480 saylı və NDM 029144 saylı aktlar tərtib edilmiş və aktlara əsasən iddiaçıya müvafiq olaraq 806,25 manat və 537,95 manat əlavə ödəniş hesablanmışdır. Sayğac yoxlanılarkən iddiaçının və hal-şahidlərinin iştirakı təmin edilməmiş, Qaydaların tələblərinə riayət edilmədən müvafiq aktlar tərtib edilmişdir. 15.3. İşə baxılan zaman sayğacın binanın pilləkən meydançasında quraşdırılması müəyyən edilmişdir. “X6 Qaydaları”nın tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalıdır. Bununla əlaqədar qeyd edilməlidir ki, iddiaçıya məxsus sayğacda aşkar edilmiş qüsurların məhz iddiaçı tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində baş verməsinə dair hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktlardır. Həmin aktlar isə qüsurlu olduğundan qanuni hesab oluna bilməz.
16. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.2-ci, 23-cü, 1096-cı, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X6 Qaydaları”nın 7.6-cı, 7.11-ci, 8.32-ci bəndlərinə istinad etmişdir.
17. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
18. "xxxx" ASC-nin məhkəmə iclasında iştirak edən nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
20. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
21. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun
22. Maddə 17. ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X6 Qaydaları”
23. Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri- cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir.
24. Bənd 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır.
25. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X6 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X6yə görə yenidən hesablaşma aparmağa borcludur.
26. Bənd 8.33. Məişət abonenti tərəfindən X6də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
30. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən iddiaçı şikayət verməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
34. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.
35. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş elektrik enerjisinə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş elektrik enerjisinə görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, aktlara görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir və istinad etdiyi aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.
36. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas deyildir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2837/2022 saylı iş üzrə 09 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov