Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7606/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-7606/2022 (Açar sözlər: müqavilənin etibarsız sayılması) Bakı şəhəri, 13 dekabr 2022-ci il Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Ağamehdi oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı və bağışlama müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3197/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı: a) Birinci instansiya məhkəməsində icraat:
1. İddiaçı cavabdehlər Cavabdeh3 Ağamehdi oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh3 Ağamehdi oğlu ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən evin 74 mənzilinin bağışlanmasına dair müqavilənin və Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən evin 74 mənzilinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və İddiaçı Cavabdeh3 Ağamehdi oğlunun övladlarıdır. Keşlə qəsəbəsi, Gəncə küçəsi 14 ünvanında yerləşən ata mülki satılaraq, alınan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qasımov 15A ünvanında yerləşən evin 74 saylı mənzili xx.xx.1998-ci il tarixdə alınmışdır və mənzilə dair mülkiyyət hüquqları Cavabdeh3 Ağamehdi oğlunun adına qeydiyyata alınmışdır. Lakin Cavabdeh3 Ağamehdi oğlu həmin mənzili digər oğlu Cavabdeh1 bağışlamış və onun adına çıxarış verilmişdir. Cavabdeh1 həmin mənzili Cavabdeh2 satmışdır. İddiaçı hesab edir ki, qeyd edilən müqavilələr etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh1 bağışlanmış ünvan 1 ünvanında yerləşən evin 74 mənzildən və ünvan 3nda yerləşən 133 saylı mənzildən İddiaçı düşən məcburi payların müəyyənləşdirilməsi, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı verilməsi barədə qətnamənin çıxarılmasına dair iddia məhkəmə baxışındadır. Cavabdehlər məhkəmə mübahisəsi olduğu halda, hüquqlarından sui-istifadə edərək, təxirə salmadan mənzilə dair alqı-satqı müqaviləsi bağlayırlar ki, İddiaçı məcburi pay almaq hüququndan istifadə edə bilməsin. Belə ki, Cavabdeh3 Ağamehdi oğlunun Cavabdeh1 başqa xx.xx.2010-cu ildə anadan olmuş İddiaçı olduğu halda, sonuncunun qanuni nümayəndəsi olan Nümayəndənın razılığı olmadan həmin mənzili Cavabdeh2 sata bilməzdi. İddiaçı ünvan 1 ünvanında yerləşən evin 74 mənzildə doğulub, boya-başa çatmışdır, halhazırda 11 yaşı var. Bundan başqa Cəfərov X7 Toğrula xx.xx.2019-cu ildə atası olduğu müəyyən edilmişdir. Atalıq müəyyən edilməklə İddiaçı Cavabdeh3 Ağamehdi oğlunun əmlaklarına vərəsəlik hüququ yaranmışdır. Odur ki, iddiaçının qanuni nümayəndəsi hesab edir ki, mübahisəli mənzilə dair əqdin bağlanıldığı zaman onun razılığı alınmalı idi. Eyni zamanda, iddiaçının qanuni nümayəndəsi həmin mənzilin təmirini öz şəxsi vəsaiti hesabına aparmışdır. Mənzilin təmirinə 20000 manat məbləğində pul xərcləmişdir. Cavabdeh3 Ağamehdi oğlu qanunazidd hərəkətləri ilə mülki qanunvericiliyin tələblərini pozmuş və nəticədə iddiaçının hüquqlarına və qanuni mənafelərinə xələl gətirmişdir. Belə ki, İddiaçı qanunla qorunan vərəsəlik hüquqlarını, ailə üzvü olaraq, mənzildən yararlanmaq, istifadə etmək və vərəsəlik payı almaq imkanlarının məhdudlaşdırdığı üçün, bağışlama müqaviləsi bağlandığı andan etibarsız sayılır. Həmin müqavilənin etibarsız hesab edilməsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış alqı-satqı müqaviləsinin və nəticələrinin ləğv edilməsinin əsaslarını yaradır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3197/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (Hakim: Əminə Abbasova). Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, iddia tələbimin artırılmasının yaranmış zərurətlə bağlı Cavabdeh3 Ağamehdi oğlunun cavabdeh qismində işə cəlb edilməsi barədə vəsatət verilmişdir. Cavabdehin nikahdan doğulmuş oğlu – İddiaçı Cavabdeh3 Ağamehdi oğlunun övladıdır. Cavabdeh1 evi satanda İddiaçı razılığı olmalıdır. Belə ki, sözügedən mənzil Cavabdeh1 adına özəlləşmədən əvvəl həmin mənzil Cavabdeh3 Ağamehdi oğlunun olmuşdur. Əsaslı təmir işlərini öz şəxsi vəsaiti hesabına apamışdır. Cəfərov X10 rayon Məhkəməsində iddia qaldıraraq, “mənzildən çıxarılma barədə” iddia tələbi ilə müraciət edərək, bildirmişdir ki, sözügedən ev atası Cavabdeh3 vaxtilə Keşlə qəsəbəsində yerləşən ata-baba evinin satışından sonra, öz payına düşən pul vəsaiti hesabına almışdı. Məqsəd odur ki, ailə qurduqdan sonra, gələcəkdə həmin evə yaşayacaq. Bu tələblə müraciət etsə də, onların planı ayrı idi. Mülki nikahdan doğulmuş, İddiaçı vərəsəlikdən məhrum etmək və evi satmağa nail olmuşdur. İki evi də - ünvan 4 ünvandaki evi və Suraxani ray., Hövsan qəs., ev Qasımov 15 A, m.74 ünvandaki mənzili böyük oğlunun adına keçirmiş, balaca azyaşlı İddiaçı mirasdan məhrum etmişdir. AR MM-nin 1159.1.3. maddəsində yazılır ki, bu sonuncuların nəvələri,nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. AR MM-nin 1159.3-cü maddəsində yazılır ki, üçüncü növbədə—həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. AR MM-nin 1287.1-ci maddəsində yazılır ki, əgər vərəsənin mayası bağlanmışdırsa, lakin o hələ doğulmamışdırsa, mirasın bölüşdürülməsi yalnız həmin vərəsənin doğumundan sonra mümkündür. AR MM-nin 1287.2-ci maddəsində yazılır ki, əgər mayası bağlanmış, lakin hələ doğulmamış vərəsə sağ doğularsa, qalan vərəsələr mirası yalnız ona düşən payı ayırmaqla bölüşdürə bilərlər. Yeni doğulanın mənafelərinin müdafiəsi məqsədi ilə onun nümayəndələri bölgüdə iştiraka dəvət edilməlidirlər. Bildirirəm ki, Keşlə qəsəbəsi, ünvan 5 ünvanda yerləşən ata mülki satılaraq, alınan Suraxani rayonu, Hövsan qəsəbəsi, ev Qasımov 15 A, 74 saylı mənzil xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, mülkiyyət hüquqları Cavabdeh3 Ağamehdi oğluna dövlət qeydiyyatına alınmışdır. Lakin, Cavabdeh3 Ağamehdi oğlu həmin sözügedən mənzil digər oğlu Cavabdeh1 bağışlamış və onun adına çıxarış verilmişdir. Həmin mülki iş üzrə iddia tələbini xahiş hissəsinə artıraraq, “ARƏMDK yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışın, ETİBARSİZ HESAB EDİLMƏSİ barədə” ilə əvəz edilsin. Ev bağışlananadək yararsız vəziyyətdə olmuşdur. Cavabdeh3 Ağamehdi oğlunun razılığı ilə mən evi övladının mənafeyini nəzərə alıb, əsaslı təmir etmişdir. Belə ki, 20 000 (iyirmi min) manat pul xərcləmişdir. Çünki, o aralarında olan razılaşma ilə bildirmişdir ki, bu ev oğlu Toğrulun, digər ev isə o biri oğlunundur. Cavabdeh də təbii olaraq, ona inanmışdır. O isə, mülki hüquqlardan sui-istifadə edərək, övladlarının qanun qarşısında bərabərlik hüququnu pozaraq, İddiaçı mövcud əmlaklardan, xüsusilə yaşayış sahəsindən məhrum etmək yolunu tutmaqla, öz azyaşlı övladının qanunla qorunan hüquqlarını pozmuşdur. Cavabdeh1 ləyaqətsiz vərəsə kimi özünü aparır. “Cavabdeh1, Cavabdeh3 Ağamehdi oğlu tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində, ev 15 a, 74 nömrəli mənzil bağışlanmaqla, İddiaçı,yəni digər eyni hüquqlu övladın hüquqları pozulmuşdur. Odur ki, həmin bağışlanma müqaviləsi İddiaçı qanunla qorunan vərəsəlik hüquqlarını, digər halda, ailə üzvü olaraq, mənzildən qərarlanma, istifadə və vərəsəlik payı almaq imkanlarını məhdudlaşdırdığı üçün, bu müqavilə bağlandığı andan etibarsız sayılır. Həmin qanunda nəzərdə tutulan etibarsızlıq bu mənzillə bağlı Cavabdeh1 tərəfindən mənzil qonşusu Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin və nəticələrin ləğv edilməsinin əsaslarını yaradır. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli AR MM-nin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq AR MM-nin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına qaytarılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüquqi olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüquqi olan şəxslərin məcburi payların artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüququnu bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini AR MM-nin 1193-cü maddəsinə sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir. AR MM-nin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli: Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyə edənin uşaqları, valideynləri və arvadı (əri) belə pay miras qoyanın idarəsindən asılı olmadan əldə edirlər. Lakin, vəsiyyətnamə olmadığı təqdirdə olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin mövqeyinə görə, bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin adıçəkilən qərarı üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasa daxil ola biləcək əşyanın bağışlanması halında vərəsəlik hüququ baxımından bağışlanmış əşya mirasa daxil olsaydı, məcburi paya hüququ olan şəxsin məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilməsi hüququ saxlanılır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-4964/21 saylı, xx.xx.2021-ci il tarixli Qərarında göstərilən şərhə əsaslanaraq, İddiaçı nənə və babasının ölümündən sonra, atası Vaqifə çatmış mənzilin bağışlanmasında hüquqların pozulması baş verməsi tam təsdiqlənir. Belə halda, nənə və babadan çatan Vaqif tərəfindən bağışlanmış əmlakda T. Cəfərovun məcburi əmlak payının müəyyən edilməsi hüququ başqa cür qoruna bilmədiyindən məhkəmə qaydasında hüququn pozulmasının qarşısının alınması zərurəti yaranır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə bamayaraq onlar kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
10. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
11. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
12. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
13. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
14. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
15. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Belə ki, mülki iş materiallarında olan Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 tam mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən evin 74 mənzil Cavabdeh1 bağışlanmışdır. Həmin müqavilənin bağışlanması zamanı Cavabdeh3 arvadı X3 mənzilin bağışlanmasına etiraz etmədiyinə dair ərizə təqdim etmişdir.
22. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən evin 74 mənzili 35600,00 manata Cavabdeh2 satmışdır. Mənzilin alqısatqısı zamanı Cavabdeh1 arvadı X4 mənzilin satılmasına etiraz etmədiyinə dair ərizə təqdim etmişdir. Mənzilin dəyəri notariusun depozit hesabına mədaxil edilmişdir.
23. İş materiallarında olan B.S.Həsənov, Nümayəndə, X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2008-ci il tarixli aktın surətindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin 2-1247 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsi əsasən X5 uşağı ilə birlikdə Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi 74a ünvanında yerlən evin 74 saylı mənzilindən çıxarılmalı idi. X18 mənzili tam boşaldıb, qapının üstündə olan qıfılı da çıxarıb aparmış, oboy və pol sökülmüş, elektrik lampaları çıxarılmış, mənzildə heçnə qalmamışdır. Boş mənzili tələbkarın etibarnamə üzrə nümayəndəsi Nümayəndə təhvil aldı.
24. İş materiallarında olan ünvan 6 ünvanında qeydiyyatda olan X6, ünvan 7 ünvanında qeydiyyatda olan X8 və ünvan 8 ünvanında qeydiyyatda olan X9 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Nümayəndə 2008-ci il tarixdən bu günkü günə qədər ailə üzvləri ilə birlikdə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 15A, mənzil 74-də müvəqqəti qeydiyyat vəsiqəsi ilə yaşayır. Nümayəndə mənzilə köçərkən mənzil tam təmirsiz olmuşdur. Həmin mənzil tam olaraq, Nümayəndə tərəfindən təmir edilmişdir.
25. İş materiallarında olan xx.xx.2007-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh3 ona aid mülki işləri və cinayət işlərinin aparmağı və bu tapşırığın yerinə yetirilməsi əlaqədar olan bütün hərəkətləri etməyi Nümayəndə etibar edir.
26. İş materiallarında olan ünvan 9 ünvanında yerləşən evin 74 mənzilin əsaslı təmir işlərinin smeta sənədinin surətindən görünür ki, təmir işlərinin dəyəri 17387,5 manat təşkil etmişdir.
27. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə əsasən və qeyd edilən maddi hüquq normalarının tələblərini rəhbər tutmaqla qeyd edir ki, İddiaçı atası Cavabdeh3 münasibətdə məcburi pay almaq hüququna malik olan şəxslərin sırasına daxil olsa da, onun məcburi pay tələb etmək hüququ yaranmamışdır.
28. Belə ki, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir, miras isə miras qoyan fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Belə olan halda, əşyanın bağışlamasından iki ildən artıq müddət keçməmiş olsaydı iddiaçı onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payının tamamlanmasını tələb edə bilərdi. Bunun əksi olaraq, iddiaçının gələcəkdə məcburi pay almaq hüququn əmələ gəlməsi ehtimalına əsaslanaraq, mənzilin mülkiyyətçisi olan Cəfərov X2 iradə ifadəsi nəticəsində bağlanılmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəxsin dövlət tərəfindən tanınan və qorunan konstitusion hüququ olan mülkiyyət hüququnun lüzumsuz dərəcədə məhdudlaşdırılması demək olardı.
29. Kollegiya həmçinin qeyd edir ki, Cavabdeh3 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın bağışlama müqaviləsinin və Cavabdeh1 ilə X16 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqısatqı müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə müvafiq qaydada bağlanılmışdır və həmin müqavilələrin etibarlılığını şübhə altına alan Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş hallardan hər hansı biri mövcud deyil.
30. Kollegiya, mənzilin iddiaçının qanuni nümayəndəsi tərəfindən təmir edilməsi ilə bağlı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, qeyd edir ki, qanunvericilikdə əmlaka dair bağlanılmış müqavilələrin etibarsızlığının əmlakın mülkiyyətçisi olmayan şəxs tərəfindən təmir edilməsi kimi əsası müəyyən edilməyib.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.
32. Kollegiya həmin Qərara istinadən qeyd edir ki, bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir. Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ərarvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır. Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür. Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir. ... Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: - tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; - əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; - əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; - həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi.
33. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
36. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
37. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3197/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev