Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7608/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “daxili lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin və avtomobilin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2953/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin və avtomobilin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı-nin mülkiyyətində olan “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı-nə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 24.500 manat əsas lizinq borcu, 3080 manat lizinqdən istifadəyə görə faiz borcu, 1730 manat hesablanmış penya, cəmi 29.310 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin mülkiyyətində olan “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 24.500 manat əsas lizinq borcu, 4683 manat lizinqdən istifadəyə görə faiz borcu, 3530 manat hesablanmış penya, cəmi 32.733 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra İddiaçı bir daha iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin mülkiyyətində olan “BMW750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı-nə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə 24.500 manat əsas lizinq borcu, 4760 manat lizinqdən istifadəyə görə faiz borcu, 4930 manat hesablanmış penya, cəmi 34.210 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən X5 iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2953/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı-nin mülkiyyətində olan “BMW750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi İddiaçı-yə qaytarılması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13.816 (on üç min səkkiz yüz on altı) manat əsas lizinq borcu və 500 (beş yüz) manat cərimə olmaqla, cəmi 14.316 (on dörd min üç yüz on altı) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,Cavabdeh1 məhkəmə iclasında iddianı etiraf etmişdir və bu etiraf da məhkəmə protokoluna qeyd olunmuşdur. İş materiallarında və məhkəmə qətnaməsində Cavabdeh1 ilə X3 mülki münasibətləri xx.xx.2018-ci il tarixdə başlamışdır, Cavabdeh1 və İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1801/0504 saylı lizinq müqaviləsinə heç bir aidiyyəti yoxdur. Hətta bu faktdan da görünür ki, istər Yaşar, istər Sahil özlərinə məxsus olmayan əmlakı qanunsuz olaraq bir-birinə heç bir əsas, sənəd olmadan vermişdirlər, yəni bunların əməllərində həm mənimsəmə, həm də dələduzluq əlamətləri mövcuddur. Lakin məhkəmə bu faktları məhkəmə qətnaməsində əks etdirsədə, onların əməllərində heç bir qanun pozuntusu görməmişdir. Bundan başqa, məhkəmə cəmi 14316 manat pul məbləğinin tutulmasını qət etmişdir. Lakin məhkəmə qətnamədə mülki məcəlləyə istinad edərək Cavabdeh1 yaranmış öhdəliyin tamamilə icra etməməsini müəyyən etmişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia tam olaraq təmin edilməli, 24500 manatəsas lizinq borcu, 4760 manatlizinqdən istifadəyə görə faiz borcu, 4930 manathesablanmış penya, cəmi 34210 manatborcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manatdövlət rüsumu təmin olunmalıdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddia tələbinin təmin edilməmiş hissəində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən tmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi borcun müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəkə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli 1801/0504 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən və 1 nömrəli əlavədən görünür ki, İddiaçı ilə X4 (satıcı) və Cavabdeh1 (lizinq alan) arasında müqailə bağlanmışdır. Lizinq müqaviləsinə əsasən MMC ümumi dəyəri 35.000 manat olan “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 alaraq öz mülkiyyətinə keçirməklə, Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir.xx.xx.2018-ci il tarixli 1801/0504 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə 2 nömrəli əlavədən görünür ki, Cavabdeh1 (lizinq alan) 24.500 manat məbləğində borcu illik 26% hesablnılmaqla, 24 ay müddətinə İddiaçı-nə ödəməyi öhdəsinə götürmüşdür. 2 nömrəli əlavədən həmçinin görünür ki, müqavilənin bağlanma tarixi xx.xx.2018-ci il müqavilənin bitmə tarixi xx.xx.2020-ci il, lizinq məbləği 24.500 manat (əsas borc), faizlər üzrə 7177,94 manat, hər ay 1320 manat ödəniş etməklə cəmi isə 31678 manat ödənilməlidir. “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə İddiaçı-nə məxsusdur.xx.xx.2018-ci il tarixli, 1801/0504/ZM-01 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 lizinq müqaviləsi üzrə Cavabdeh1 İddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür.xx.xx.2019-cu il tarixli, PB-01/189 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı-yə xx.xx.2019-cu il tarixə lizinq məbləği üzrə 24.500 manat, lizinqdən istifadəyə görə 4683 manat faiz borcu, 3530 manat hesablanmış penya məbləği olmaqla, cəmi 32.733 manat məbləğində borcu vardır. Bundan başqa kollegiyaya təqdim edilmiş aktlara əsasən, “BMW 750İ” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə İddiaçı-yə geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında lizinq müqaviləsinə əsasən, müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh1 istifadəsinə və sahibliyinə versə də, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alan üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Beləliklə iddiaçının lizinq alan və zamindən öhdəliklərin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi lizinq müqaviləsi üzrə borcun tutulması hissəsində düzgün nəticəyə gəlsə də, məbləği düzgün hesablamamışdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli avtomobilin qaytarılmasına istinad etsə də, avtomobilin qaytarılması tarixi iş materiallarə ilə müəyyən edilmirdi. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş aktlara əsasən, mübahisəli avtomobil iddiaçıya xx.xx.2020-ci il tarixdə qaytarılmışdır. Birinci instansiya məhkəməsi borcun məbləğini hesablayarkən məbləği xx.xx.2019-cu il tarixədək hesablamışdır. Halbuki borc məbləği xx.xx.2020-ci il tarixədək hesablanmalıdır. Lizinq obyekti üçün ödənilməli olan gündəlik məbləğ 44 manat ((31.678÷24ay)÷30gün=43,99 manat) təşkil edir. Lizinq müqaviləsi üzrə öhdəliklərin icrası başlandığı vaxtdan yəni, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək olan gün sayı isə 559 gün təşkil edir. Belə olan halda borcun məbləği 559 gün üçün gündəlik 44 manat hesablamaqla əsas və faiz borcu 24596 manat müəyyən edilməlidir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Müqavilələrin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin cərimə borcunun tutulması hissəsində düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə məsrəfləri ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2953/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi borcunun tutulması hissəsində dəyişdirilməli, cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə ödənilməli olan əsas və faiz borcu 24596 manat məbləğində müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2953/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilsin. Cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı-nin xeyrinə ödənilməli olan borcu əsas və faiz borcu 24596 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7608/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7608/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver