Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7621/2020 27.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının vəkili Teymur Qasımovun, Cavabdeh2 ASC-nin nümayəndəsi Nazim Babayevin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və qeyrilərinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsi) “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair 2(005)- 758/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220, 12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsinə dair xx xxxx 2019-cu il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 33 nömrəli protokolun, qeyd olunan yaşayış sahəsinə dair cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)-81/2018 nömrəli qətnaməsinə əsasən, X2 Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyinin icrası məqsədi ilə tələbin bank qarşısında ipoteka ilə yüklü edilmiş X4 ilə onun paylı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasına yönəldilməsi qət edilmiş və icra sənədi verilmişdir. Qiymətləndirmə hesabatı ilə əmlakın ilkin satış qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilmiş, bundan sonra əmlakın satılması üçün hərrac keçirilmiş və bank əmlakı hərracda 286875 (iki yüz səksən altı min səkkiz yüz yetmiş beş) manata almışdır. Bununla bağlı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqavilə və hərracın yekunları barədə eyni tarixli protokol tərtib olunmuş, həmçinin Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti qeyd olunan yaşayış sahəsini xüsusi mülkiyyət kimi öz adına dövlət qeydiyyatından keçirmişdir. Qeyd olunan müqavilənin və protokolun mövcudluğundan icra məmuru vasitəsi ilə xx xxxxxx 2019-cu il tarixdə evdən çıxarılmalarının tələbi zamanı məlumat əldə etmişdir. Qeyd edilməlidir ki, o, X4 ilə xx xxxxx 1982-ci il tarixdən xx xxxxx 2017-ci il tarixədək rəsmi nikahda olmuşdur. Nikahda olduqları müddətdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasını əldə etmişlər və qeyd olunan əmlak xx xxxx 2006-cı il tarixdə əri X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Göründüyü kimi, sözügedən yaşayış sahəsi ilə bağlı aparılmış alqı-satqı müqaviləsi tərtib olunmuş hərracın yekunları barədə protokol və verilmiş çıxarış hüquq və vəzifələrinə toxunmuşdur. Hesab edir ki, X4 ilə nikahları dövründə əldə etdikləri evə dair hərraclar keçirilərkən qanunla müəyyən olunmuş qaydada hərracın keçirilməsi qaydalarına riayət olunmadığından və hərrac düzgün keçirilmədiyindən hərracın yekunları üzrə alqı-satqı müqaviləsi və hərracın yekunları barədə protokol etibarsız hesab olunmalı, həmçinin yaşayış sahəsinə dair Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Qeyd edilməlidir ki, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 140408-8xx-xx/1089 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı X4 tərəfindən bank qarşısında Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının ipotekaya qoyulması barədə tərəflər arasında bağlanmış ipoteka müqaviləsində yaşayış sahəsinin dəyəri 930.000 (doqquz yüz otuz min) manat göstərilmişdir. Bundan başqa, dəfələrlə fərdi yaşayış sahəsi ilə bağlı qiymətləndirilmələr aparılmış və “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2016-cı il tarixli, 157 nömrəli hesabatında Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında yerləşən fərdi yaşayış evinin tələb və təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 500.000 (beş yüz min) manat təşkil etməsi, “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2016-cı il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində isə sözügedən daşınmaz əmlakın bazar dəyərinin 820.000 (səkkiz yüz iyirmi min) manat təşkil etdiyi qeyd olunmuşdur. Hesab edir ki, “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” hesabat tərtib olunarkən qiymətləndirici tərəfindən qanunvericiliyin yuxanda qeyd edilən tələblərinə riayət olunmamış, mübahisəli obyektin qiyməti həmin tələblərə müvafiq əsaslandırılma aparılmadan təyin edilmişdir. Qiymətləndirici daşınmaz əmlaka dair zəruri olan bütün sənədlərlə tanış olmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər müəyyən edilməmiş, əmlakın real dəyərinin müəyyən edilməsi üçiin analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, uyğun əmlakların müqayisəli təhlili aparılmamış və əmlakın bazar dəyəri qeyri-obyektiv təyin edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Apelyasiya baxışı zamanı iddiaçının vəkili şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh2 ASC-nin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdehlər və üçüncü şəxs iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində istifadədə olan 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət 15/15 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı xx xxxxx 2008-ci il tarixdə notariat qaydada təsdiqlənmiş ərizə verərək bildirmişdir ki, X3 məxsus Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsində istifadədə olan 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət 15/15 nömrəli fərdi yaşayış evinin satılmasına və ya ipoteka qoyulmasına, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə götürmüşdür, bunu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeydşərtsiz tərk edəcəkdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 140408-8xx-xx/1089/İ nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx xxxxx 2008-ci il tarixli, 140408-8xxxx/1089 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrası ilə bağlı X4 tərəfindən Bank qarşısında Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının ipotekaya qoyulması barədə tərəflər arasında bağlanmış müvafiq müqavilədə yaşayış sahəsinin dəyəri 930.000 manat göstərilmişdir. “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxxx 2016-cı il tarixli mütəxəssis rəyinin surətinə əsasən, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının bazar dəyəri 820.000 manat təşkil etdiyi qeyd olunmuşdur. Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 264530 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X4 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2- 2(103)- 81/2018 nömrəli qətnaməsinə əsasən, apelyasiya şikayətləri qismən təmin edilərək, hazırki iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-21/2011 nömrəli, xx xxxxxx 2011-ci il tarixli qətnaməsi cavabdeh X1 iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas və cərimə borcunun tutulması tələbinin təmin edilməsi hissəsində, tələbin cavabdeh X2 mülkiyyətində olan - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv.metr olan qeyri-yaşayış binasının (Məişət evi) 2/10 hissəsinə, “VAZ- 2106” markalı **-LE-*** dövlət nömrə nişanlı minik avtomobili, “VAZ 21074” markalı 10- FX909 i/o dövlət nömrə nişanlı minik avtomobili, “Hyundai Accent” markalı **-RF-*** dövlət nömrə nişanlı minik avtomobili, “Mersedes 200” markalı **-DT-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi hissəsində, əmlaklar üzərində cavabdeh X2 mülkiyyət hüququna xitamın verilməsi hissəsində, ünvan 3 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2001,3 kv.metr olan qeyri-yaşayış binasının (Məişət evi) 2/10 hissəsinin boşaldılması hissəsində ləğv edilməsi, əsas və cərimə borcunun tutulması hissəsində tələbin qismən təmin edilməsi, cavabdeh X1 iddiaçı Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas kredit borcu üzrə 378.317,26 (üç yüz yetmiş səkkiz min üç yüz on yeddi manat iyirmi altı qəpik) manat, cərimə borcu üzrə 40.000 (qırx min) manat və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun tutulması, əsas və cərimə borcunun tutulması tələbinin qalan hissədə rədd edilməsi, borcun ipoteka predmeti olmayan cavabdeh X2 mülkiyyətində olan digər əmlaklarına - ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 2.001,3 kv.metr olan qeyriyaşayış binasının (Məişət evi) 2/10 hissəsinə, “VAZ-2106” markalı **-LE-*** dövlət nömrə nişanlı minik avtomobili, “VAZ 21074” markalı **-FX-*** i/o dövlət nömrə nişanlı minik avtomobili, “Hyundai Accent” markalı **-RF-*** dövlət nömrə nişanlı minik avtomobili, “Mercedes 200” markalı **-DT-*** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, əmlaklar üzərində cavabdeh X2 mülkiyyət hüququna xilamın verilməsi və ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 2.001,3 kv.metr olan qeyri-yaşayış binasının (Məişət evi) 2/10 hissəsinin boşaldılması tələblərinin rədd edilməsi, ipoteka predmeti olan cavabdeh X3 məxsus ünvan 5 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının ilkin satış qiymətinin 450.000 (dörd yüz əlli min)manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 6 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binası açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdeh X4 əmlakı tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin əmlakdan məcburi qaydada çıxarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubu ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2- 2(103)-81/2018 nömrəli icra vərəqəsinə əsasən müvafiq əmlakın hərraca çıxarılaraq satılması sifariş verilmişdir. Cavabdeh1 MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 02/04 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişi ilə xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmiş, qeyd edilən əmlakla bağlı hərracın keçirilməsi barədə məlumat xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən ünvanda Elman Məmmədov adlı şəxs tərəfindən qəbul edilmişdir. “Kaspi” qəzetinin xx xxxxxx 2019-cu il tarixli, 231 (3604) nömrəli buraxılışında ünvan 6 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının 450.000 manat qiymətinə hərraca çıxarılması və müvafiq hərracın keçirilməsinin xx xxxxxx 2018-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat dərc edilmişdir. Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixli 02/04-1 nömrəli bildirişi ilə xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilmiş qeyd edilən əmlakla bağlı təkrar hərracın keçirilməsi barədə məlumat xx xxxxxx 2019-cu il tarixdə qeyd edilən ünvanda Məmmədova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. “Kaspi” qəzetinin xx xxxxxx 2019-cu il tarixli 024 (3622) nömrəli buraxılışında ünvan 6 ünvanında 0,07263 hektar torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı, 220,12 kv.metr yaşayış, 207,79 kv.metr köməkçi sahədən ibarət yaşayış binasının 382.500 manat qiymətinə (450.000/15%=67.500; 450.000-67.500=382.500) təkrar hərraca çıxarılması və müvafiq hərracın keçirilməsinin xx xxxxxx 2019-cu il tarixə saat 11:00-a təyin edilməsi barədə məlumat dərc edilmişdir. Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 33 nömrəli Hərracın yekunları barədə protokoldan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 81/2018 nömrəli icra vərəqəsinin və Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2018-ci il tarixli sifariş məktubunun icrasına əsasən X3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427,91 kv.metr ümumi sahəsi olan yaşayış binasının ilkin hərrac qiyməti 450.000 (dörd yüz əlli min) manat müəyyən edilmiş, ilkin hərrac baş tutmadığından, əmlak təkrar hərraca ilkin satış qiymətindən 15% aşağı olan qiyməti 382.500 (üç yüz səksən iki min beş yüz) manat müəyyən edilmiş, lakin təkrar hərrac da baş tutmadığından əmlak təkrar hərrac qiymətindən 25% aşağı, yəni 286.875 (iki yüz səksən altı min səkkiz yüz yetmiş beş) manat qiymətə tələbkar Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə təklif edilmiş və qəbul edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən, X3 məxsus olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 15/15 ünvanında 0,07263 ha torpaq sahəsində yerləşən 2 və 1 mərtəbəli, 10 otaqlı 427,91 kv.metr ümumi sahəsi olan yaşayış binası 286.875 manat qiymətə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)- 2303/2019 nömrəli qətnaməsinə əsasən, iddiaçı X2 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Rayon İcra və Probasiya şöbəsi) “hərracın yekunları barədə protokolun, alqısatqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-10615/2019 nömrəli qətnaməsinin surətindən və məzmunundan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(005)-2303/2019 nömrəli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 297/2020 nömrəli qərarının surətindən və məzmunundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 415.1-ci və 415.2-ci maddələrinə görə, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016-cı il tarixli, 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi” Qaydalarının 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Qaydaların 9.25-ci bəndinə görə fiziki şəxslərə ünvanlanmış “Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” və “İcra qeydi bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli sifarişli məktublarünvançıya şəxsən verilir. Ünvançı olmadıqda, poçt göndərişi onunla bir ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvançının yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Bu halda ünvançının əvəzinə məktubu alan şəxs sifarişli xəbərnamədə öz soyadını, adını, atasının adını, ünvançıya münasibətini və ya tutduğu vəzifəni göstərməlidir. Qaydaların 9.28-ci bəndinə əsasən xəbərnaməli poçt göndərişləri şəxsən ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə verilir. Poçt göndərişini alan şəxs öz soyadını, adını, atasının adını və ünvançıya münasibətini göstərməklə xəbərnamədə imza edir. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən kollegiya qeyd edir ki, ipoteka predmeti olmuş əmlaka tutmanın yönəldilməsi məqsədilə Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “Cavabdeh1 MMC-nin qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. İddiaçı hazırkı iddia ərizəsində və apelyasiya şikayətində hərracın nəticələrini mübahisələndirməsinə dair qeyd etdiyi dəlillər ilə əvvəllər onun əri X4 tərəfindən həmin hərracın nəticələrini mübahisələndirməsinə dair qaldırdığı və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə qiymət verilmiş iddia tələbində gətirdiyi dəlillər eynilik təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən işə baxan məhkəmə kollegiyası iddiaçının əsas gətirdiyi, mənzillə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verməməsi, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələblkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin bildirişlər hazırkı iddia üzrə iddiaçının ünvanına rəsmi qaydada təqdim olunmuş, onun əmlakın hərraca çıxarılmasından tam olaraq xəbəri olmuş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəməyə tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillərə münasibətdə nəzərə alınmalıdır ki, mübahisə predmeti olan evin ilkin qiyməti qanuni qüvvədə olan qətnamə ilə müəyyən edilmişdir və ona görə də həmin qiymət hazırkı işdə mübahisələndirilə bilməz. Qeyd edilən hərrac isə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş və bununla bağlı xx xxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli bildirişlərlə iddiaçıya məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, işin tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, hazırkı iş üzrə mübahisələndirilən hərrac bu məsələni tənzimləyən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Tələbin əsaslı olması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının əri digər məhkəmə mübahisəsi zamanı eyni hərracı mübahisələndirmiş və iddiası təmin edilməmişdir. Bu barədə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verilmiş və qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən, hazırkı iş üzrə apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-758/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7621/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7621/2020
27.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver