Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7623/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi və vəkili X8, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9, Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qadağan edilməsi və mənzilin mülkiyyətinə verilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxx” MMC ilə aralarında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qadağan olunması, müqavilə predmeti olan mənzili onun mülkiyyətinə vermək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında ona məxsus mənzilin cavabdeh “xxxxxxxxxxxxx” MMC tərəfindən ona təhvil verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, valideyni ilə birgə uzun müddət Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsi, 17 ünvanında yaşamışdır. 2017-ci ilin aprel ayında cavabdeh təşkilat bildirmişdir ki, dövlət tərəfindən ərazidə yeni bina tikintisi üçün onlara Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı verilmişdir. Onlar qarşılıqlı razılığa gələrək qərara almışlar ki, yaşadıqları mənzil “xxxxxxxxxxxxx” MMC-yə təhvil veriləcək, əvəzində isə MMC atası X13 və ona iki mənzil verəcəkdir. Bu zaman o, daha böyük mənzil istəmiş və cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin nümayəndələri ona bildirmişlər ki, əlavə ödəniş edəcəyi təqdirdə ona 2 (iki) otaqlı 83,26 kv.m. ölçüdə mənzilin verilməsi mümkündür. Hətta razılığa gəlmişlər ki, o, aylıq kirayə haqqından imtina etsin. Beləliklə, xx xxxxx 2017-ci il tarixdə bu şərtlər əsasında aralarında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən o, 20 ay müddətində əlavə olaraq 10.000 manat ödəməli idi. Bu barədə əlavə olaraq 20 aylıq ödəmə cədvəli tərtib olunmuş və o, “xxxxxxxxxxxxx” MMC qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirmişdir. Bu barədə ona xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli 2 ədəd maliyyə arayışı verilmişdir. Həmin arayışlara əsasən onun şirkətə borcu yoxdur. Beləliklə, onun tərəfindən müqavilə öhdəliyi tam həcmdə yerinə yetirilsə də, cavabdeh tərəf heç bir əsas olmadan ona xx xxxxxx 2019-cu il tarixli məktub göndərərək müqaviləni yerinə yetirməkdən imtina edir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 36 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, “Nərimanov rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı Qərarına uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 412 saylı sərəncamına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2016-cı il tarixli 02/05-İ764M saylı rəyinə əsasən, ünvan 2 və 19 ünvanlarında yerləşən torpaq sahəsində mövcud yaşayış evlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün 0,535 ha torpaq sahəsi Cavabdeh-nin istifadəsinə verilmişdir. Yuxarıda göstərilən sərəncamların icrası ilə əlaqədar olaraq ünvan 3 və 19 ünvanlarında sakinlər “xxxxxxxxxxxxx” MMC ilə müqavilə bağlayaraq ərazidən köçürülmüşlər. O, cümlədən Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsi ev 17 mənzil 12-nin mülkiyyətçisi X17 da müqavilə bağlamaqla köçürülmüşdür. X17 müqavilə bağlayan zaman bildirmişdir ki, ona məxsus mənzilin müəyyən bir hissəsini oğlunun adına keçirəcək, ona görə də oğlunun adına müqavilə bağlamağı xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında xx xxxxx 2017-ci il tarixli 36 saylı müqavilə bağlanmasına baxmayaraq, Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsi ev 17, mənzil 12-nin mülkiyyətçisi X18 cavabdehlə bağlanmış müqaviləyə razılıq verməmişdir. Buna görə də Cavabdeh müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, 25 iyul 2019cu il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, “xxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 5, 17 və 19 ünvanlarında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının “B” girişində 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m 1 (bir) ədəd mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin “xxxxxxxxxxxxx” MMC-nin üzərinə qoyulması, “xxxxxxxxxxxxx” MMCnin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat və 10 (on) manat məbləğində dövlət rüsumlarının müvafiq olaraq iddiaçılara aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X5 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi və digər Azərbaycan Respublikasının Qanunundan irəli gələn maddi və prosessual hüquqlarını pozmuşdur. Aşağıda qeyd olunanlarla birinci instansiya məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə işin mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddiası əsassız olduğundan rədd edilməli və qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin iddia tələbi əsaslı olduğundan qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Nərimanov rayonu M.Sənani küçəsi 17 və 19 ünvanlarında sakinlər “xxxxxxxxxxxxx” MMC ilə müqavilə bağlayaraq ərazidən köçürülmüşlər və həmçinin Nərimanov rayonu Möhsün Sənani küçəsi 17, mənzil 12-nin mülkiyyətçisi X14 müqavilə bağlamaqla köçürülmüşdür. Nərimanov rayonu Möhsün Sənani küçəsi 17, mənzil 12-nin mülkiyyətçisi Faviz İsayev müqavilə bağlayan zaman bildirmişdir ki, ona məxsus mənzilin müəyyən bir hissəsini oğlunun adına keçirəcək və ona görə də oğlunun adına müqavilə bağlamağı xahiş etmişdir. Beləliklə iddiaçı ilə cavabdeh arasında xx xxxxx 2017-ci il tarixdə 36 saylı müqavilə bağlanmışdır. Ancaq müqavilənin bağlanmasına baxmayaraq Nərimanov rayonu Möhsün Sənani küçəsi 17, mənzil 12-nin mülkiyyətçisi Faviz İsayev cavabdehlə bağlanmış müqaviləyə razılıq verməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Nərimanov rayonu Möhsün Sənani küçəsi 17, mənzil 12-nin mülkiyyətçisi Faviz İsayevə məxsus fərdi evdə yaşaması və həmin evdən ona payın çatdırılması bilavasitə mülkiyyətçi Faviz İsayevə aid olan məsələdir. Yəni ilkin olaraq ata, oğul münasibətləri və həmin mübahisəli evdə hansı hüququn əldə olunması onlara aid olduğundan qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-yə aid deyil. Qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC Nərimanov rayonu Möhsün Sənani küçəsi 17, mənzil 12-də yerləşən fərdi evin əvəzində çatan nədir oda tərəflərə verilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin əsassız olduğundan ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1075/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi “xxxxxxxxxxxxx” MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh “xxxxxxxxxxxxx” MMC-yə aid edilmişdir. Qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X19 və vəkili Nərimanzadə Qətibə Nəriman qızı kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3057/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər İlqar Xələfov (sədrlik edən məruzəçi), Gündüz Quliyev və Zaur Əliyev) cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin kassasiya şikayətinin qismə təmin edilməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1075/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3057/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarında şərh edilən göstərişə əsasən ünvan 5, 17 və 19 ünvanlarında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının “B” girişində 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m mənzilin satıldığı X16 cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. Hazırki apelyasiya icraatı zamanı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X20 apelyasiya şikayətinin dəqiqləşdirilməsinə dair əlavə vermiş və apelyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmə hər iki müqaviləni, yəni Faviz İsayev və onun oğlu İddiaçı müqavilələrini araşdırmadığına görə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, ilk öncə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan 1 otaqdan ibarət, 17 saylı mənzilin mülkiyyətçisi Faviz İsayevlə xx.xx.2017-ci il tarixdə 36 №-li müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən X12 ÖM № 107648 mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20% əlavə etməklə təmirsiz 2 ədəd В blokunun 9-cu mərtəbəsində 2 otaqlı 83.26 kv.m, В blokunun 9-cu mərtəbəsində 1 otaqlı 47.5 kv.m mənzilləri mülkiyyətçi Faviz İsayevin mülkiyyətinə verməyi MMC öhdəsinə götürmüşdür. Mülkiyyətçi 20 ay müddətində 10.000 manat “xxxxxxxxxxxxx” MMC-yə ödəməli idi. Göründüyü kimi evin mülkiyyətçisi Faviz İsayevlə “xxxxxxxxxxxxx” MMC müqavilə bağlayan zamanı (xx.xx.2017-ci il tarixli, 36 №-li müqavilə) 2 mənzilin verilməsi öhdəlik götürmüşdür. Sonradan həmin müqavilə ləğv olunmadan evin mülkiyyətçisi Faviz İsayevin övladı ilə eyni tarixli, eyni nömrəli В blokun 9-cu mərtəbəsində 2 otaqlı 83.26 kv.m mənzilə eyni şərtlərlə müqavilə bağlanmışdır. Lakin, həmin müqavilənin bağlanmasına evin mülkiyyətçisi olan Faviz İsayev razılıq verməmişdir. Hətta bununla bağı evin mülkiyyətçisi olan Faviz İsayevin 3 gün ərzində notarial təstiq olunmuş ərizəsinin təqdim edilməsi İddiaçı xahiş olunmuşdur. Məhkəmə bu iki müqaviləyə düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, evin mülkiyyətçisi olan Faviz İsayevin müqaviləsində 2 mənzil olmuşdur, sonradan həmin mübahisəli 2 otaqlı 83.26 kv.m olan mənzilə dair Faviz İsayevin ərizəsi əsasında ona 80.000 manat kompensasiya ödənilmişdir, oda öz növbəsində həmin mənzildən imtina etmişdir. İddiaçılə bağlanan xx xxxxx 2017-ci il tarixli, 36 №-li müqavilədə göstərilmiş Seriya ÖM 107648 nömrəli qeydiyyat vəsiqəsindəki mənzil onun mülkiyyətində olmamış və mülkiyyətçi Faviz İsayevin həmin müqavilənin bağlanmasına razılığı olmamışdır. Bu halı birinci instansiya məhkəməsində üçüncü şəxs qismində cəlb edilmiş Faviz İsayevdə təstiq etmişdir. Göründüyü kimi İddiaçı söküntü üçün “xxxxxxxxxxxx” MMC-yə mənzil təhvil verməmişdir. Lakin birinci instansiya məhkəməsi bu hala düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa, mübahisəli olan В blokunun 9-cu mərtəbəsində 2 otaqlı 83,26 kv.m mənzilə dair Faviz İsayevə 80.000 manat kompensasiya ödənildikdən sonra həmin mənzil X1 və hazırda həmin mənzilə dair dövlət reyestrindən onun adna çıxarış olmaqla həmin mənzildə yaşayır. X16 vicdanlı alıcı olmuş, çünki həmin mənzilin əvvəlki sahibinə kompensasiya ödənilmişdir və həmin mənzilin başqa şəxsə satılmasına notarial təstiq olunmuş ərizəsi əsasında razılıq vermişdir. Apelyasiya şikayətinin dəqiqləşdirilməsinə dair əlavədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin əsassız olduğundan ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X20 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, həm İddiaçı ilə həmdə Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi ev 17, mənzil 12-nin mülkiyyətçisi X17 ilə “xxxxxxxxxxxxx” MMC arasında xx xxxxx 2017-ci il tarixdə 36 saylı müqavilə bağlanmışdır. X3 həmin müqaviləyə xitam verilməsini xahiş etmiş və hər iki mənzilin dəyərinin ona ödənilməsini xahiş etmiş və bu səbəbdən də, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənzil verilməsindən imtina edilmişdir. İddiaçı Nərimanov rayonu Möhsün Sənani küçəsi 17, mənzil 12-nin mülkiyyətçisi Faviz İsayevə məxsus fərdi evdə yaşaması və həmin evdən ona payın çatdırılması bilavasitə mülkiyyətçi Faviz İsayevə aid olan məsələdir. Yəni ilkin olaraq ata, oğul münasibətləri və həmin mübahisəli evdə hansı hüququn əldə olunması onlara aid olduğundan qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-yə aid deyil. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X6 cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, göstərdilər ki, ünvan 2, mənzil 12 plana düşdüyü üçün “xxxxxxxxxxxxx” MMC onlarla iki ayrı-ayrı müqavilə bağlamışdır. Müqavilənin biri iddiaçı ilə 2 (iki) otaqlı mənzilə, digəri isə iddiaçının atası Faviz İsayevlə 1 (bir) otaqlı mənzilə görə bağlanmışdır. Bu müqavilələr cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin ofisində onun, atası Faviz İsayevin və cavabdehin səlahiyyətli şəxsinin iştirakı ilə bağlanmışdır. Hazırda apelyasiya baxışında cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin təqdim etdiyi 36 saylı müqavilə saxtadır və onun belə müqavilədən xəbəri olmamışdır. İddiaçı evin tələb edən vaxt cavabdeh “xxxxxxxxxxxxx” MMC evi ona verməkdən imtina etdiyi üçün o, məhkəməyə müraciət etməli olmuşdur. Mübahisəyə birinci instansiya məhkəməsində və əvvəlki apelyasiya icraatında baxılan vaxt cavabdeh “xxxxxxxxxxxxx” MMC belə bir müqavilənin olması, atasının müqavilədən imtina etməsi, evin əvəzində atasına pul ödənilməsi, evin başqa şəxsə satılması barədə hər hansı bir məlumat verməmiş, məhkəmələrə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən də, hesab edirlər ki, həmin sənədlər sonradan tərtib edilmişdir. Ona görə də, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Eyni zamanda məhkəmə kollegiyasına yazılı vəsatət təqdim edərək “xxxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsləri barəsində müvafiq tədbirlərin görülməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etdilər. Apelyasiya məhkəməsinin iclasında, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, həm oğlu İddiaçı ilə həmdə Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsi ev 17 mənzil 12-nin mülkiyyətçisi kimi onunla “xxxxxxxxxxxxx” MMC arasında xx xxxxx 2017-ci il tarixdə 36 saylı müqavilə bağlanmışdır. Sonradan o, həmin müqaviləyə xitam verilməsini xahiş etmiş və hər iki mənzilin dəyərinin ona ödənilməsini xahiş etmişdir. Bunun müqabilində 2 (iki) otaqlı 83,26 kv.m mənzilin dəyəri olan 80.000 manat ona ödənilmişdir. Oğlu İddiaçılə bağlanmış müqavilə onun razılığı ilə bağlanmadığından ləğv edilməsi barədə ərizə vermişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Bunda əlavə üçüncü şəxs X18 məhkəmə tərkibi tərəfindən verilən suallara cavabında həqiqətən ilkin olaraq cavabdeh “xxxxxxxxxxxxx” MMC ilə özü arasında 1 (bir) otaqlı mənzilə ayrı, oğlu İddiaçılə isə 2 (iki) otaqlı mənzilə ayrı müqavilələr bağlanmışdır. Lakin sonradan o, başqa oğlanlarınada pay vermək istəməsi ilə əlaqədar iddiaçı olan oğlu Romana mənzilin satılmasını təklif etmiş, o, isə razılaşmamışdır. Buna görə də, evin mülkiyyətçisi üzü olduğu üçün cavabdeh “xxxxxxxxxxxxx” MMC-yə müraciət etmiş, cavabdeh “xxxxxxxxxxxxx” MMC iki mənzilə dair onunla yeni müqavilə bağlamışdır. Lakin sonradan o, həmin mənzili cavabdeh “xxxxxxxxxxxxx” MMC-yə qaytarmış və pul almışdır. İki otaqlı mənzilə görə əlavə olan 10.000 manat pulu iddiaçı olan oğlu Roman ödəmişdir. İstədiyi vaxt həmin 10.000 manat pulu ona qaytara bilər. Apelyasiya məhkəməsinin iclasında, cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, “xxxxxxxxxxxxx” MMC ilə arasında bağlanmış 70 saylı, xx xxxxxx 2019-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən ünvan 5 17,19-da “xxxxxxxxxxxxx” MMC tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 70,80 kv.m olan, 2 (iki) otaqlı 118 №-li mənzilin dəyəri olan 90.000 (doxsan min) manatı ödəyərək almışdır. Həmin mənzilə dair onun adına xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Həmin mənzilin əvvələr kimə satılması barədə onun məlumatı olmamışdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Məkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yоxlamalıdır. Bununla əlaqədar оlaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tоxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir”. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4pelyasiya şikayətində, həmçinin “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili X20 apelyasiya şikayətinin dəqiqləşdirilməsinə dair əlavədə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd оlunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 nоyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Mübariz Məmmədov tərəfindən verilmiş apelyasiya şikayəti, həmçinin “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi və vəkili İlqar Əliyev tərəfindən verilmiş apelyasiya şikayətinin dəqiqləşdirilməsinə dair əlavə təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən еdildi ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı valideyni X18 ilə birgə uzun müddət Bakı şəhəri Nərimanov rayonu M.Sənani küçəsi, 17 ünvanında yaşamışdır. 2017-ci ilin aprel ayında tərəflərin qarşılıqlı razılığına əsasən iddiaçı və onun atasının yaşadıqları mənzil “xxxxxxxxxxxxx” MMC-yə təhvil verilmiş, əvəzində isə “xxxxxxxxxxxxx” MMC iddiaçının atası X13 və ona ayrıayrılıqda iki mənzil verəcəyinə razılaşmışdır. İddiaçı daha böyük mənzil istədiyindən, cavabdeh “xxxxxxxxxxxxx” MMC tərəfindən iddiaçıya təklif olunmuşdur ki, 20 ay müddətində əlavə olaraq “xxxxxxxxxxxxx” MMC-yə 10.000 manat ödəniş etməklə ona 2 otaqlı 83,26 kv.m. ölçüdə mənzilin verilməsi mümkündür və iddiaçı bu təkliflə razılaşdığından, xx xxxxx 2017-ci il tarixdə bu şərtlər əsasında tərəflər arasında müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiacı İddiaçı 20 ay müddətində əlavə olaraq 10.000 manatı ödəmə cədvəlinə əsasən ödəyərək “xxxxxxxxxxxxx” MMC qarşısında götürdüyü öhdəliyi tam yerinə yetirmiş və bu barədə ona xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli maliyyə arayışları verilmişdir. İddiaçı tərəfindən müqavilə öhdəliyi tam həcmdə yerinə yetirilsə də, “xxxxxxxxxxxxx” MMC ona müqaviləni yerinə yetirməkdən imtina barədə xx xxxxxx 2019-cu il tarixli məktub göndərmişdir. Bundan sonra mübahisə predmeti olan mənzil X1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilərək ilk iddia tələbinin rədd edilməsindən, qarşılıqlı iddia tələbinin isə təmin edilməsindən ibarət olduğundan apelyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilk iddia və qarşılıqlı iddia tələbləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin və apelyasiya şikayətinin dəqiqləşdirilməsinə dair əlavənin dəlilləri nəzərə alınmaqla mülki iş materiallarını tədqiq edərək aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, ÖM seriyalı, 107648 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 12 kv.m olan 1 (bir) otaqdan ibarət, 17 saylı mənzil tam mülkiyyət hüququ ilə X13 məxsusdur. Bu barədə 1229 saylı reyestr kitabının 184602 səhifəsində xx.xx.2002-ci il tarixdə 30/184602 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan, İddiaçı ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış 36 saylı, xx xxxxx 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxxxxxxxxx” MMC ünvan 5nin 17 və 19 ünvanlarında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə hormoniyasını itirmiş vəziyyətdə olan və mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan ÖM seriyalı, 107648 nömrəli mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümümi sahəsinə 15-20% əlavə etməklə təmirsiz 1 (bir) ədəd “B” blokunun 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi 20 (iyirmi) ay müddətində 10.000 (on min) manat “xxxxxxxxxxxxx” MMC-yə ödəməlidir. İş materiallarında olan, İddiaçı ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış 36 saylı, xx xxxxx 2017-ci il tarixli müqaviləyə əlavədən (ödəniş cədvəli) görünür ki, İddiaçı 20 (iyirmi) ay müddətində, aylıq 500 (beş yüz) manat olmaqla, cəmi 10.000 (on min) manat pulu xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxx 2019-cu il tarixədək ödəməlidir. İş materiallarında olan, 36/01 saylı, xx xxxxx 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən “xxxxxxxxxxxxx” MMC-yə ünvan 5nin 17 və 19 ünvanlarında inşa edilən yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m olan, 2 (iki otaqlı) mənzil üçün 5.000 (beş min) manat ödənilmişdir. Həmin arayış “xxxxxxxxxxxxx” MMC-nin direktoru A.Q.Təhməzov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq olunmuşdur. İş materiallarında olan, 36/02 saylı, xx xxxxxx 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı tərəfindən “xxxxxxxxxxxxx” MMC-yə ünvan 5nin 17 və 19 ünvanlarında inşa edilən yaşayış binasının “B” girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m olan, 2 (iki otaqlı) mənzil üçün 5.000 (beş min) manat ödənilmişdir. İddiaçı şirkətə borcu yoxdur. Həmin arayış “xxxxxxxxxxxxx” MMC-nin direktoru A.Q.Təhməzov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq olunmuşdur. İş materiallarında olan, “xxxxxxxxxxxxx” MMC-nin direktoru A.Q.Təhməzov tərəfindən İddiaçı ünvanlanmış 1/25 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, “xxxxxxxxxxxxx” MMC ÖM seriyalı, 107648 nömrəli qeydiyyat vəsiqəsi əsasında İddiaçı atası X13 məxsus fərdi yaşayış evinin ümumi sahəsinə 15-20% əlavə edilməklə “B” girişinin 9-cu mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m olan, 2 (iki) otaqlı 1 (bir) ədəd mənzili mülkiyyətçiyə verməsini öhdəsinə götürmüş, göstərilən qeydiyyat vəsiqəsi üzrə mülkiyyətçi X9 3 (gün) ərzində notarial qaydada razılığı olmalı, olmadığı təqdirdə tərəflər arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli 36 saylı müqaviləninin birtərəfli qaydada ləğv olunacağı bildirilmişdir. Məhkəmə kоllеgiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi üçün əsasların olmamasını, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC tərəfindən iddiasının əsaslarını təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməməsini, habelə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının müqavilənin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsini qeyd etməklə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2.-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Vacib əhəmiyyətli yanılma dedikdə şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdirsə; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud olmaması hesab edilir (Mülki Məcəllənin 347.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3-cü maddələri). Yuxarıda qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən də göründüyü kimi, hər bir şəxs arzuladığı və qanunvericilik baxımından yol verilən əqdi bağlayarkən iradə sərbəstliyinə malikdir və əqdin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Heç kəs iradəsinə zidd olan əqdin bağlanmasına məcbur edilə bilinməz. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən torpaq sahəsinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqd bağlanarkən mülki qanunvericiliyin tələblərinə riayət edilməsi zəruridir, əks halda həmin əqd mübahisələndirilərək etibarsız sayıla bilinər. Əqdin etibarsızlığının növlərindən biri də vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində əqdin bağlanmasıdır. Həmin hallarda qanunvericilikdə dəqiq təsbit olunmuşdur. İşdən görünür ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC iddiasının əsaslarını təsdiq edən sübutları, habelə müqavilənin bağlanmasına təsir edilmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində həmin iddianı irəli sürməməsi ilə bağlı hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir. Həmçinin işin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı xx xxxxx 2017-ci il tarixdən başlamış, lakin qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx xxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. X21 Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Bundan başqa məhkəmə kоllеgiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə şərtlərinə əsasən götürdüyü öhdəlikləri yerinə yetirməsini, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin isə müqavilədə nəzərdə tutulmamış müddəaya əsaslanmasını, yəni mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X9 üç gün ərzində notarial qaydada razılığının tələb olunduğunu əsas gətirərək mənzilin təhvil verilməsindən imtina etməklə müqavilənin və mülki qanunvericiliyin tələblərini pozmasını qeyd etməklə qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.4.-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Bundan başqa hazırki apelyasiya baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1075/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 ünvan 4 17 saylı ünvanda yerləşən evə dair xx xxxxx 2017-ci il tarixdə bağlanmış 36 və 37 saylı müqavilələrə xitam verilməsi, həmçinin həmin müqavilələrdə göstərilən 1 otaqlı və 2 otaqlı mənzillərin əvəzinə pul ödənilməsi barədə ərizələr əlavə etmişdir. Həmçinin işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC tərəfindən məhkəmə kollegiyasına X18 ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış 36 saylı, xx xxxxx 2017-ci il tarixli müqavilənin surəti təqdim edilmişdir. Belə ki, iş materiallarında olan, X18 ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış 36 saylı, xx xxxxx 2017-ci il tarixli müqavilənin surətindən görünür ki, “xxxxxxxxxxxxx” MMC ünvan 5nin 17 və 19 ünvanlarında yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə hormoniyasını itirmiş vəziyyətdə olan və mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan ÖM seriyalı, 107648 nömrəli mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümümi sahəsinə 15-20% əlavə etməklə təmirsiz 2 (iki) ədəd “B” blokunun 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m, “B” blokunun 9-cu mərtəbəsində 1 (bir) otaqlı 47,5 kv.m mənzilləri Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülkiyyətçi 20 (iyirmi) ay müddətində 10.000 (on min) manat “xxxxxxxxxxxxx” MMC-yə ödəməlidir. İş materiallarında olan, X9 “xxxxxxxxxxxxx” MMC-yə ünvanladığı notarial qaydada təsdiq edilmiş (xx.xx.2019-cu ildə Reyestrdə 8İ-4048 № ilə qeyd edilib) ərizədən görünür ki, Faviz İsayev xx xxxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxxx” MMC ilə ünvan 5 ev 17 ünvanında yerləşən evə dair bağlanmış 37 saylı müqaviləyə xitam verilməsini xahiş edir və müqavilənin istənilən şəxslə bağlanmasına etiraz etmir.(İş vər.173) İş materiallarında olan, X9 “xxxxxxxxxxxxx” MMC-yə ünvanladığı xx xxx 2019-cu il tarixli ərizədən görünür ki, Faviz İsayev xx xxxxx 2017-ci il tarixdə bağlanmış 37 saylı müqaviləyə xitam verilməsini, müqavilədə göstərilən 47,5 kv.m olan 1 otaqlı mənzildən imtina etdiyini və əvəzində ona 55.000 (əlli beş min) AZN məbləğindəpul pul verilməsini xahiş etmişdir.(İş vər.174) İş materiallarında olan, X9 “xxxxxxxxxxxxx” MMC-yə ünvanladığı notarial qaydada təsdiq edilmiş (xx.xx.2019-cu ildə Reyestrdə 8İ-6900 № ilə qeyd edilib) ərizədən görünür ki, Faviz İsayev xx xxxxx 2017-ci il tarixdə “xxxxxxxxxxxxx” MMC ilə ünvan 5 17 ünvanında yerləşən evə dair bağlanmış 36 saylı müqaviləyə xitam verilməsini xahiş edir və müqavilənin istənilən şəxslə bağlanmasına etiraz etmir.(İş vər. 207) İş materiallarında olan, X9 “xxxxxxxxxxxxx” MMC-yə ünvanladığı ərizədən görünür ki, Faviz İsayev xx xxxxx 2017-ci il tarixdə bağlanmış 36 saylı müqaviləyə xitam verilməsini, müqavilədə göstərilən 83,26 kv.m olan 2 otaqlı mənzildən imtina etdiyini və əvəzində ona 80.000 (səksən min) AZN məbləğindəpul pul verilməsini xahiş etmişdir.(İş vər.175;205) İş materiallarında olan, kassa məxaric orderindən görünür ki, X13 “xxxxxxxxxxxxx” MMC tərəfindən 80.000 (səksən min) AZN məbləğində pul ödənilmiş və Faviz İsayev həmin məbləğdə pulu qəbul etmişdir. (İş vər. 206) İş materiallarında olan, X16 ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış 70 saylı, xx xxxxxx 2019-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “xxxxxxxxxxxxx” MMC ünvan 5 17 və 19-da inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m olan, 2 (iki) otaqlı 118 №-li mənzili X10 verməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 90.000 (doxsan min) manat qiymətləndirilmişdir. İş materiallarında olan, X10 verilmiş 56 saylı, xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, “xxxxxxxxxxxxx” MMC tərəfindən ünvan 5nin 17 və 19 ünvanında inşa edilən yaşayış binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m olan, 2 (iki) otaqlı 118 saylı mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5, ev 17,19-da yerləşən ümumi sahəsi 70,80 kv.m olan 118 saylı mənzil tam mülkiyyət hüquq ilə X7 xüsusi mülkiyyətindədir. Bu barədə reyestr kitabına, xx xxxxxx 2020-ci il tarixdə qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş və yuxarıda sadalanan sübutları təhlilil edərək müəyyən etmişdir ki, X18 ilə “xxxxxxxxxxxxx” MMC arasında xx xxxxx 2017-ci il tarixdə “B” blokunun 9-cu mərtəbəsində 1 (bir) otaqlı 47,5 kv.m mənzilə dair 37 saylı müqavilə, İddiaçı ilə “xxxxxxxxxxxxx” MMC arasında isə eyni tarixdə “B” blokunun 9-cu mərtəbəsində 2 (iki) otaqlı 83,26 kv.m mənzilə dair 36 saylı müqavilə, yəni ayrı-ayrılıqda 2 müqavilə bağlanmışdır. Lakin, hər iki müqavilə qüvvədə olduğu halda sonradan “xxxxxxxxxxxxx” MMC tərəfindən həm 1 (bir) otaqlı 47,5 kv.m mənzilə, həm də 2 (iki) otaqlı 83,26 kv.m mənzilə dairxx xxxxx 2017-ci il tarixliyeni məzmumda 36 saylı müqavilə tərtib edilmişdir.(İş vər.193) Məhkəmə iclası zamanı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi İlqar Əliyevə yuxarıda göstərilənlərlə bağlı izah verilməsi təklif olunsada, nümayəndə yalnız tərəflər arasında bir müqavilənin, yəni 36 saylı müqavilənin bağlandığını, 1 (bir) otaqlı 47,5 kv.m mənzilə dair37 saylı müqavilənin isə mövcud olmadığını bildirmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi İlqar Əliyev 37 saylı müqavilənin mövcud olmadığını bildirsədə, ünvan 5 17 ünvanında yerləşən evə dair bağlanmış 11 aprel 2017-ci il tarixli 37 saylı müqavilənin həqiqətən mövcud olması iş materiallarında olan 37 saylı müqaviləyə xitam verilməsi, həmçinin 37 saylı müqavilədə göstərilən 47,5 kv.m 1 (bir) otaqlı mənzilin əvəzində 55.000 (əlli beş min) AZN məbləğində pulun ona ödənilməsini xahiş etməsi barədə Faviz İsayevin “xxxxxxxxxxxxx” MMC-yə ünvanladığı notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli və xx xxx 2010-cu il tarixli ərizələri ilə də tam öz təsdiqini tapmışdır (İş vər.173; 174). Buda ona dəlalət edir ki, 37 saylı müqavilənin mövcud olmaması barədə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC məhkəməyə heç bir mötəbər və təkzibedilnəz sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmcinin qeyd edir ki, “xxxxxxxxxxxxx” MMC-nin direktoru Amil Təhməzov İddiaçı ünvanladığı 1/25 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubda mənzilin təhvil verilməsi üçün mülkiyyətçi X9 üç gün ərzində notarial qaydada razılığının tələb olunduğunu qeyd etsədə, tərəflər arasında bağlanmış 2 (iki) otaqlı 83,26 kv.m mənzilə dairxx xxxxx 2017-ci il tarixli 36 saylı müqavilədə belə bir müddəa nəzərdə tutulmamışdır. Odur ki, “xxxxxxxxxxxxx” MMC həmin razılığın olmamasını əsas gətirərək mənzili təhvil verməkdən imtina etməkdə haqlı olmamışdır. Bundan başqa cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi İlqar Əliyev apelyasiya şikayətinin dəqiqləşdirilməsinə dair əlavədə xx xxxxx 2017-ci il tarixli 36 №-li müqaviləyə əsasən ünvan 4ndə yerləşən ümumi sahəsi 12 kv.m olan 1 otaqdan ibarət, 17 saylı mənzilin mülkiyyətçisi Faviz İsayevin mülkiyyətinə ÖM № 107648 saylı çıxarışda göstərilmiş ümumi sahəsinə 15-20 % əlavə etməklə təmirsiz 2 ədəd В blokunun 9-cu mərtəbəsində 2 otaqlı 83.26 kv.m, В blokunun 9-cu mərtəbəsində 1 otaqlı 47.5 kv.m mənzillərin “xxxxxxxxxxxxx” MMC-nin verdiyini, mülkiyyətçinin 20 ay müddətində 10.000 manat “xxxxxxxxxxxxx” MMC-yə ödəniş etdiyini, yalnız bundan sonra həmin müqavilə ləğv olunmadan evin mülkiyyətçisi Faviz İsayevin oğlu ilə eyni tarixli, eyni nömrəli В blokun 9-cu mərtəbəsində 2 otaqlı 83.26 kv.m mənzilə eyni şərtlərlə müqavilə bağlandığını, yəni Faviz İsayevlə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış müqavilənin İddiaçılə “xxxxxxxxxxxxx” MMC ilə arasında bağlanmış müqavilədən əvvəl bağlandığını göstərsədə, bunula bağlı məhkəməyə heç bir mötəbər və təkzibedilnəz sübutlar təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası onuda qeyd etməyi zəruri hesab edir ki, cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmiş, qarşılıqlı iddia ərizəsi vermiş və qarşılıqlı iddia ərizəsinə İddiaçılə bağlanmış 36 saylı müqavilənin surətini əlavə etmişdir. Həmin müqavilədə bir ədəd 2(iki) otaqlı mənzilin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Lakin, cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi nə birinci instansiya məhkəməsində izahatlarında, nə qarşılıqlı iddia ərizəsində, nə də apelyasiya şikayətində, həmçinin apelyasiya məhkəməsinin iclaslarında izahatlarında müqavilənin İddiaçılə deyil, onun atası Faviz İsayevlə bağladığını, iddiaçının atası Faviz İsayevin müqavilədən imtina edib pulun aldığı və bu barədə müvafiq notarial qaydada ərizələr verdiyini, nə də mübahisəli mənzilin başqa bir şəxsə satıldığı barədə hər hansı bir məlumat verməmiş, hətta qeyd edilənləri kassasiya şikayətində də mübahisələndirməmişdir. İşə kassasiya icraatında baxılan vaxt yuxarıda qeyd edilən sübutları kassasiya məhkəməsinə və ikinci apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəqiqləşdirilməsi barədə ərizəyə əlavə etmişdir. Hazırki apelyasiya icraatı zamanı cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi yuxarıda qeyd edilmiş sübutları birinci instansiya məhkəməsində və əvvəlki apelyasiya icraatı gedişində təqdim edilməməsinin səbəblərini ağlabatan dərəcədə izah edə bilməmişdir. Buna görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 371-ci maddəsinin tələbləri baxımından hesab edir ki, cavabdeh “xxxxxxxxxxxxx” MMC tərəfindən kassasiya icraatı gedişində və sonradan hazırki apelyasiya icraatında təqdim etdiyi yeni sübutların mübahisənin həlli üçün sübut kimi qəbul edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası eyni zamanda onuda qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan (iş vər.201) X16 ilə “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış 70 saylı, xx xxxxxx 2019-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqavilədə ünvan 5 17 və 19-da inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 11-ci mərtəbəsində, ümumi sahəsi 83,26 kv.m olan, 2 (iki) otaqlı 118 №-li mənzilin Vüsal Zamanova satıldığı qeyd edilmişdir. Eləcə də, X7 adına verilmiş Çıxarışda ünvan 5, ev 17,19-da yerləşən 118 saylı mənzilin ümumi sahəsi 70,80 kv.m göstərilmişdir (iş vər.200). Lakin, istər İddiaçı, istərsə də cavabdeh “xxxxxxxxxxxxx” MMC tərəfindən təqdim edilmiş 36 saylı, xx xxxxx 2017-ci il tarixli müqavilələrdə eyni ünvanda inşa edilən binanın В blokun 9-cu mərtəbəsində yerləşən 2 otaqlı 83.26 kv.m mənzil mübahisələndirilir. Qeyd olunan 36 saylı, xx.xx.2017-ci il tarixli və 70 saylı, xx.xx.2019-cu il tarixli müqavilələrdə göstərilən 2 otaqlı 83.26 kv.m mənzillərin və Vüsal Zamanovun adına verilmiş Çıxarışda ünvan 5, ev 17,19-da yerləşən ümumi sahəsi 70,80 kv.m olan 118 saylı mənzilin eyni mənzillər olması barədə cavabdeh “xxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi məhkəmə kollegiyasına heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlərə əsasən apelyasiya şikayətinin və apelyasiya şikayətinin dəqiqləşdirilməsinə dair əlavənin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Belə ki, mülki qanunvericiliyin normaları baxımından cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” MMC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, çünki cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş və müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Buna görə də apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2008/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-7623/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7623/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver