Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7629/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(011)-2896/2023 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək ona məxsus olan və Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, 2 nömrəli sahə ünvanında yerləşən evinə əsassız olaraq Birlik tərəfindən hesablanmış 3.052,51 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktların ləğv edilməsi və ona hesablanmış 4.599,01 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətinin qismən təmin edilməsi, özünün qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi, mülki iş üzrə icraata qismən, yəni cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən 2022-ci ilin fevral ayı üzrə hesablanmış 2.540,16 manat məbləğində borcun silinməsi barədə hissədə xitam verilməsini, iddianın qalan hissəsi ilə bağlı məhkəmə baxışı iclasının xx.xx.2023-cü il tarixə, saat 15:20-yə təyin edilməsi qərara alınmışdır. İş üzrə iddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın qismən, yəni iş üzrə icraata xitam verilməsi hissəsində ləğv edilməsini və işin həmin hissədə yenidən iddia icraatında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı, cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 2.540,16 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə əvvəllər də məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının da baxışı predmeti olmuşdur (İş № 2(103)-7130/2022). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası həmin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə həmin iddianın rədd edilməsi qət etmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli istehlakçının qaz təsərrüfatının inventar aktından görünür ki, iddiaçıya məxsus evin həyətində 3 ədəd istixana mövcuddur. İstixanada gül əkilmişdir. Həmin istixanada təbii qazdan qeyri-qanuni istifadə edilmişdir. Aktı iddiaçının ailə üzvü Ağayev Ziyad da imzalamışdır. İddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir, həmin aktı iddiaçı mübahisələndirməmişdir. Bundan başqa, abonent saldosundan görünür ki, 2020-ci ilin may ayından 2022-ci ilin fevral ayında qədər iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə cəmi 210,90 manat pul ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, işin qeyd olunan halları ilə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi halı öz təsdiqini tapmışdır. İddiaçı hazırda yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd edilən həmin xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən 2022-ci ilin fevral ayı üzrə hesablanmış 2.540,16 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki, həmin tələb ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Belə olan halda müəyyən edilir ki, Rayon Məhkəməsi qeyd edilən tələb üzrə mülki işin icraatına xitam verməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızıdr. Beləliklə də, göstərilənləri nəzərə alan, MPM-nin 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-nin 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-7629/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7629/2023
19.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver