Məhkəmə qərarları › İş №2(103)-7633/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7633/2021

13.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7633/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3712/2021 saylı mülki işi üzrə 07.05.2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Döavlət Neft şirkəti Cavabdeh İB tərəfindən 9720 m3 və 8856 m3 həcmində itirilmiş qaz sərfiyyatına görə ona qanunsuz olaraq hesablanmış cari 1666,10 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, 10.10.2018-ci il tarixli iddiaçının “Gasrep” sənədinə əsasən, iddiaçının hesabında (kod: **********30000) 2020-ci ilin noyabr ayı üzrə 885,6 manat, dekabr 2018-ci il üzrə isə 972 manat borc daxil edilmiş, hazırda cari borc məbləği 1666.1 manat təşkil edir (iş.səh.15), 09.10.2018-ci il tarixli iddiaçının “Abonent saldosu”ndan (abonent kodu: **********30000) görünür ki, iddiaçının abonent hesabında qalıq və aktlar bölməsinə 2018-ci il dekabr ayıüzrə 972 manat, 2020-ci il noyabr ayıüzrə isə 885,6 manat cari borc olması göstərilmişdir(səh.12), “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 09.10.2010-cu il il tarixli ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda “İTRON G-4” markalı 1002AQ**********8 nömrəli qaz sayğacı çıxarılaraq, yeni “İTRON G-4” markalı 1802AZ**********09 nömrəli qaz sayğacı quraşdırılmışdır (səh7), “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.02.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda sayğacı deşərək rezin boru vasitəsilə sayğacdan kənar xətt çəkilməsi barədə nöqsan qeyd edilmişdir (səh.11), Cavabdeh İB-nin 28.02.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair Tələbnamənin surətindən görünür ki, itirilmiş qazın bərpası üzrə aparılmış hesabat üzrə 8856 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır (səh.10). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3712/2021 saylı mülki işi üzrə 07.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 1 ünvanı üzrə **********30000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1666 manat 10 qəpik məbləğində borc silinməsi və Cavabdehndən 30 manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. QətnamədəAzərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1; «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13; «Qazdan istifadə Qaydaları»nın 4.6, 4.7, 4.8-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının sayğaca müdaxilə etməsi halı, həmçinin sayğacdan kənar təbii qazdan istifadə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməlidir . Cavabeh apellyasiya şikayəti verərək Xətai Rayon Məhkəməsinin 07.05.2021- ci il tarixli 2(011)-3712/2021 saylı qətnaməsinin ləğv edib İddiaçı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edərək Cavabdeh İB-nin apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125.7; Azərbaycan Respublikası MPM-nin 14.2, 385.1.1, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı mənzilinə dəfələrlə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, vətəndaş sayğaca müdaxilə edərək təbii qazdan istifadə edir. Barəsində aktlar tərtib edilərək, itirilmiş qaza görə hesabatlar aparılaraq 1666,10 manat borc hesablanmışdır.Bilindiyi kimi əsasən qaldırılmış iddiaların mahiyyəti qaz xəttinə müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii, bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyriqanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidirBazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar - faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X5”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində “Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub. Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir.Məhkəmə qəbul etmədiyi bu borcu araşdırmamış, bununla bağlı məhkəmə hər-hansı ekspertiza keçirməmiş, abonent bazasına bunu yazan texnik və operatorları şahid qismində məhkəməyə dəvət etməmiş qeyri-obyektiv qərar qəbul etmişdir. Məhkəmənin bu növ hərəkəti anlaşılan deyil.Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdiyimiz qanunun və qaydaların tələblərinin tətbiq edilməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 vəsastəti təqdim edərək qeyd etmişdir ki, İddiaçı ilə ''Azərıqaz” İsielısalai Birliyi arasında bağlanmış müqaviləyə görə Birlik tərəfindən mütəmadi olaraq iddiaçının yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsində yerləşən yaşayış evi təbii qazla təchiz olunur. **********30000 saylı istehlakçı kodunda yaranmış 1666 manat 10 qəpik məbləğin silinməsi tələbinə dair iddiaçının Xətai rayon məhkəməsində qaldırdığı iddia 2(011)-3712 2021 saylı qətnamə ilə təmin edilmiş və 1666.10 manat borcun silinməsi qət edilmişdir.Məhkəmə tərəfindən araşdırma aparılmamış, borcun təhqiqi istiqamətində, əldə olan fotoşəkillər əsasında mülki iş üzrə ekspertiza keçirilməmişdir. Həmçinin borc məbləğinin yaranma səbəbinin güya sayğaca müdaxilə faktına görə yarandığı nəticəsinə gəlinmişdir. Halbuki bu borc 28 fevral 2020-ci il tarixli dəymiş ziyan hesabatından ******* saylı aktdan və fotoşəkildən də məlum olur ki, istehlakçının sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qeyri-qanuni yolla istifadəsi nəticəsində yaranmışdır. Xətai rayon məhkəməsi borcun siiinməsini qət edərkən səhv qənaətə gəlmişdir.Bu səbəbdən iddiaçının sayğacdan kənar əlavə xət vasitəsilə təbii qazdan istifadə etməsinin həmçinin dəymiş ziyan məbləğinin sənədlər əsasında müəyyən edilməsi üçün ekspertizanın keçirilməsi zəruridir.İdiaçının yaşadığı Sabunçu rayonu. Maştağa qəsəbəsi, S.Vurğun küçəsində yerləşən yaşayış evinin yerləşdiyi ünvanda sayğacdan kənar qaz xəttinin və ya onun izlərinin olub olmaması istehlakçının 1666.1 0 manat məbləğin sayğacdan kənar qaz xəttindən istifadə nəticəsində və ya sayğaca müdaxilə edilməsi nəticəsində yaranmasının araşdırılması, mənzildə istifadə olunan qaz işlədicilərin maksimal saatlıq qaz sərfi, onların orta günlük iş rejimi, hesabat müddəli nəzərə alınmaqla itirilmiş təbii qazın həcmini və miqdarını müəyən edilməsi kimi suallar qoyulmalıdır. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsədə cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Qeyd edilməlidir ki, cavabdeh ekspertiza keçirilməsi barədə vəsatət verməklə tələb etdikləri pul vəsaitlərinin yaranma əsaslarının şübhə altına almaqla qətnamənin düzgünlüyün bir daha təsdiq etmiş olmuşlar. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli və iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3712/2021 saylı mülki işi üzrə 07.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar