Məhkəmə qərarları › İş №2(103)-7636/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7636/2021

04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7636/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İbayev sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Məryəm Faiq qızı Orucovanın katibliyi ilə, İddiaçı nümayəndəsi X10, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-199/2021 saylı mülki iş üzrə qəbul etdiyi 26.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdeh "xxxx" MMC-yə qarşı “pul” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən cavabdeh "xxxx" MMCdən 121388 (yüz iyirmi bir min üç yüz səksən səkkiz) manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə 40000 (qırx min) manatın, bank uçot dərəcəsinə görə hesablanmış 6069,4 (altı min altmış doqquz manat 40 qəpik) manatın, cəmi 167457,4 (yüz altmış yeddi min dörd yüz əlli yeddi manat 40 qəpik) manat pulun, dövlət rüsumü üçün ödənilmiş 30 (otuz) manatın, hesabdan çıxarış üçün banka ödənilmiş 5 (beş) manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri 6 №-li notariat kontorunda 08 mart 2018-ci il tarixli, notariat reystrində 3M-459 № ilə qeyd edilmiş müqavilə bağlamışlar. Bu müqaviləni “Mülkiyyətçi” İddiaçı adından 06 iyun 2012-ci il tarixli AR-1 seriyalı, 185850 №-li etibarnamə üzrə nümayəndəsi, oğlu X10 imzalamışdır. Həmin Müqavilənin predmetinə dair 1-ci bölməsinin 1.1-ci maddəsinə əsasən tərəflər "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 16.11.2017-ci il tarixli, 328 №-li sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş, qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binanın yaxınlığında Nobel prospekti 13A ünvanında 3 (üç) mərtəbəli, mansard və zirzəmisi ilə birlikdə “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə, həmin ərazidə inşa ediləcək binanın, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.metr olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m sahəsi olan təmirsiz mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”nin isə söküləcək yeni yaşayış sahəsini "İnşaat Konstruksiyaları” MMC-nin istifadə və sahibliyinə verməsinə dair qarşılıqlı öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2-ci bölməsində tərəflərin hüquq və vəzifələri nəzərdə tutulmuşdur. Müqavilənin həmin bölməsinin 2.1.1-ci maddəsinə əsasən “Mülkiyyətçi” söküntüsü nəzərdə tutulan evdə ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını və "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. “Mülkiyyətçi” Müqavilənin 2.1.2-ci maddəsinə əsasən yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsini təhvil verdiyi andan hər ay aylıq "xxxx" MMC-dən 8600 (səkkiz min altı yüz) manat məbləğində kirayə haqqı almaq hüququna malik olmuşdur. Müqavilənin 2.2.1-ci maddəsinə əsaən "xxxx" MMC bu müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin ayda 1 (bir) dəfə “Mülkiyyətçi”yə ödəməsini, 2.2.3-cü maddəsinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “Mülkiyyətçi”yə qeyri-yaşayış sahəsini təhvil verməyi öhdəlik kimi öz üzərinə götürmüşdür. “İnşaat Konstruksiyaları’' MMC 8600 (səkkiz min altı yüz) manat məbləğində kirayə haqqını “Mülkiyyətçi” İddiaçı oğlu, etibarnamə üzrə nümayəndəsi X4 adına “Yelo bank”da (Keçmiş Nikoil bank) açılmış hesabına 27 mart 2018-ci ildən 14 fevral 2019-cu il tarixə kimi ödəmişdir. Lakin "xxxx" MMC 08 mart 2018-ci il tarixli müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməmiş, kirayə haqqını 2019-cu ilin fevral ayından etibarən ödəməkdən boyun qaçırmışdır və bu günə kimi müqavilə öhdəliyini icra etməmişdir. “Yelo bank”dan təqdim olunmuş 10 fevral 2020-ci il və 13 fevral 2020-ci il tarixli “Hesabdan çıxarış”lardan da görünür ki, "xxxx" MMC 14 fevral 2019-cu ildən bu günə kimi onun etibarnamə üzrə nümayəndəsi X4 adına “Yelo bank”da açılmış hesaba kirayə haqqını köçürməmişdir. Cavabdehlə müqavilə bağlandığı gündən bu günə kimi 24 ay müddət keçmişdir. Bu 24 ay ərzində cavabdeh iddiaçı ona 206400 (iki yüz altı min dörd yüz) manat kirayə haqqı ödəməli olduğu halda, cəmi 85012 (səksən beş min on iki) manat ödəmişdir. Bu ödənişlər bankdan alınmış hesabdan çıxarış ilə də təsdiq olunur. "xxxx" MMC onun hüquqlarını pozmuş, 08 mart 2018-ci il tarixdə 6 №-li notariat kontorunda bağlanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Öhdəliklərini yerinə yetirmədikləri səbəbindən dəfələrlə "xxxx" MMC-nin direktoru Rauf Əhmədova bu barədə müraciətlər edilmişdir. Onlar isə rəsmi cavab verməmişlər. Cavabdeh iddiaçıya 08 mart 2018-ci ildən bu günə kimi öhdəlik kimi öz üzərinə götürdüyü hər ay üçün 8600 (səkkiz min altı yüz) manat kirayə haqqından 121388 (yüz iyirmi bir min üç yüz səksən səkkiz) manat borcu qalmışdır. Cavabdeh isə qalan borcunu ödəməkdən əsassız olaraq imtina edir, əsassız varlanır. Cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri pozmuşdur. Hələ də pozmaqda davam edir. Bunun nəticəsində iddiaçıya zərər dəymişdir. Buna görə də iddaçının əldən çıxmış faydaları olmuşdur. İddiaçıya əldən çıxmış faydaya görə 40000 (qırx min) manat məbləğində zərər dəymişdir. Cavabdeh "xxxx" MMC-də qanunvericiliyin normalarına əsasən öhdəliyi vaxtında icra etmədiyinə görə iddiaçıya dəymiş 40000 (qırx min) manat məbləğində əldən çıxmış faydanı ödəməlidir. "xxxx" MMC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyindən o, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında 121388 (yüz iyirmi bir min üç yüz səksən səkkiz) manat borca görə 6069,4 (altı min altmış doqquz manat 40 qəpik) AZN miqdarında bank uçot dərəcəsinə uyğun olaraq ödəməlidir. Beləliklə, "xxxx" MMC ona 08 mart 2018-ci il tarixli müqavilə üzrə öhdəlik kimi üzərinə götürdüyü kirayə haqqını müqavilə bağlandığı andan bu günə kimi ödəmədiyi 121388 (yüz iyirmi bir min üç yüz səksən səkkiz) manat məbləğində əsas borcu, 40000 (qırx min) manat məbləğində əldən çıxmış faydanı, 6069,4 (altı min altmış doqquz manat 40 qəpik) AZN miqdarında bank uçot dərəcəsini, cəmi 167457,4 (yüz altmış yeddi min dörd yüz əlli yeddi manat 40 qəpik) manat məbləğində pul vəsaitini ödəməlidir. Bu mübahisə məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 ilə cavabdeh "xxxx" MMC arasında bakı şəhəri 6 nömrəli Notariat Kontorunda 08 mart 2018-ci il tarixli Notariat Reyestrində 3M-459 №-li qeyd edilmiş müqavilənin ləğv edilməsi, X1 mülkiyyət hüququnun pozulması ilə əlaqədar ******* (bir milyon dörd yüz əlli min) manat pulun "xxxx" MMC ödənilməsi tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeb "xxxx" MMC arasında Bakı şəhəri, 6 №-li Notariat Kontorunda 18 mart 2018-ci il tarixli notariat reyestrində 3 M - 459 nömrə ilə qeyd edilmiş müqavilə bağlamışlar. Qeyd olunan müqavilənin predmetinə dair tərəflər "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu İcra Hakimiyyəti Başçısının 16.11.2017- ci il tarixli 328 №-li Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan yaşyış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək binanın yaxınlığında Nobel prospekti 13 A ünvanında 3 mərtəbəli mansart və zirzəmisi ilə birlikdə Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış seriya RX nömrəli ******* qeydiyyat tarixi 20.06.2013 qeydiyyat nömrəsi ********** olan “Mülikiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülikiyyətində olan 1140 kv.m qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə həmin ərazidə inşa ediləcək binanın təmirsiz 1,2,3-cü mərtəbələrində hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyriyaşyış sahəsinin (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.m sahəsi olan təmirsiz mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verilməsi, “Mülkiyyətçi”nin isə söküləcək yeni yaşyış sahəsinin "xxxx" MMC-nin istifadə və sahibliyinə verilməsinə dair qarşılıqlı öhdəliklər götürmüşlər. Həmin müqavilənin 2.1.1-ci maddəsinə əsasən mülkiyyətçi söküntüsü nəzərədə tutulan evdə ona məxsus qeyri-yaşayış sahəsinin boşaldılmasını və "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Mülkiyyətçi müqavilənin 2.1.2-ci maddəsinə əsasən yeni binanın tikintisi başa çatanadək qeyrı-yaşayış sahəsinin təhvilı verdiyi andan hər aylıq "xxxx" MMC-dən 8600 (səkkiz min altı yüz) manat məbləğində kirayə haqqı almaq hüququna malik olmuşdur. Tərəflər arasında bağlanmış 08 mart 2018ci il tarixli müqavilədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən cavabdeh "xxxx" MMCdən 121388 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə 40000 manat bank uçot dərəcəsinə görə hesablanmış 6069,4 manatın, cəmi 167457,4 manat pulun dövlət rüsumu üçün ödənilmiş 30 manatın, hesabdan çıxarış üçün banka ödənilmiş 5 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər arasında bağlanmış və Bakı şəhəri, 6 №-li Notariat Kontorunda 18 mart 2018-ci il tarixli notariat reyestrində 3M-459 nömrə ilə qeyd edilmiş müqavilə ləğv edilməli və tərəflərindən qaldırılan qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Xətai rayon İcra Hakimiyyəti Başçısının 16.11.2017-ci il tarixli 328 saylı Sərəncamın 1-ci bəndindən görünür ki, Xətai rayonunun sosial-iqtisadi inkşafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li Qərarını rəhbər tutaraq və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.07.2017-ci il tarixli X.A. 001 №-li müraciətini nəzərə alaraq, Xətai rayonu, Nobel prospekti 13 ünvanında yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyriyaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi Cəmiyyətin istifadəsinə verilmişdir. Bundan sonra, X2 ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri, 6 №-li Notariat Kontorunda 18 mart 2018-ci il tarixli notariat reyestrində 3M-459 nömrə ilə qeyd edilmiş müqavilə bağlamışlar. Yuxarıda qeyd olunduğu kimi tərəflər arasında bağlanmış həmin müqavilənin 2.1.2-ci maddəsinə əsasən yeni binanın tikintisi başa çatanadək qeyri-yaşayış sahəsinin təhvil verdiyi andan hər aylıq "xxxx" MMC iddiaçıya 8600 (səkkiz min altı yüz) manat məbləğində kirayə haqqının ödənilməsini öhdəliyinə götürmüşdür. Həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən yeni tikiləcək bünövrəsi qoyulduqdan sonra tikinti işləri 18-24 ay müddətində başa çatdırılmasını "xxxx" MMC öhdəliyinə götürmüşdür. Bununla belə bildirmək istəyir ki, dünya ölkələrinin səhiyyə sistemi və iqtisadiyyatına dağıdıcı zərbə vurmuş COVİD-19 Koranavirusu (pandemiya) sağlamlıqla bağlı narahatlıqlar, insanların mal və əmtəələrin hərəkətlərinə məhdudiyyətlər, biznes və istehləkçı inamının düşməsi, qlobal əmtəə bazarlarının və istehsalın çökməsi ilə müşahidə olunmuşdur. Artıq onun vurduğu zərərin nəticəsi olaraq 2008-ci ildən bəri dünyada müşahidə olunan ən kəskin böhranın baş verdiyi təsdiq olunmuşdur. Koronavirus ilə bağlı Azərbaycanda tədbiq olunan karantin rejimi digər sahələrə olduğu kimi daşınmaz əmlak bazarına da mənfi təsir göstərmişdir. Göstərilən hallara görə karantin rejimi elan olunduğu andan MMC-də artıq mənzil satışı dayandırılmışdır. İş rejimi ilə əlaqədar işçilərin işləməməsi və digər kirayə haqlarının ödənilməməsi və maliyyə böhranının yaranması müəssisəni iflic vəziyyətinə gətirib çıxarmışdır. Nəticədə, baş verən hadisələr və real iqtisadi durum, MMC-nin üzləşdiyi real iqtisadi böhran onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi imkanlarını məhdudlaşdırmışdır. Yəni başqa sözlə desək tikinti yarımçıq dayandırılmış, davam etdirilməsinin yaxın zamanlarda baş verməsi ehtimalları heçə endirilmiş və bu səbələrdən aylıq 8600 manat kirayyə haqqının davamlı olaraq naməlum zamana qədər uzadılması və ödənilməsi imkanları tükənmişdir. Təbii haldır ki, belə bir vəziyyətdə müqavilə üzrə öhdəliklər tərəflərindən pozulduğundan məsuliyyət üzərlərinə düşür və vəziyyətin belə bir hal alması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuş, ona ziyan dəymişdir. Lakin bununla belə nəzərə almaq lazımdır ki, heç kim dünya üzərində baş verən hazırkı real vəziyyətdən sığortalanmamış və belə bir iqtisadi böhranın baş verilməsini şəraitin bu cür dəyişəcəyini ehtimal etməmişdir. Bununla əlaqədar, dəymiş zərəri ödəməkdən ötəri mülkiyyətin ağlabatan dəyəri çərçivəsində kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə müəssisələrinə müraciət olunmuş və "xxxx" Qiymətləndirmə şirkətinin ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 A ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri ******* (bir milyon dörd yüz əlli min) manat təşkil etmişdir. Bundan əlavə "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 A ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri ******* (bir milyon beş yüz iki min dörd yüz) manat təşkil etmişdir. Eyni zamanda "xxxx" MMC-nin qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 A ünvanında yerləşən qeyri-yaşayış binasının bazar dəyəri ******* (bir milyon dörd yüz min) manat təşkil etmişdir. Nəticədə, hesab edir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi tamamilə söküldüyündən, həmin ərazidə yaşayış binasının tikilməsi nəzərdə tutlduğundan və buna görədə qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyət bərpa edilməsi mümkün olmadığından hesab edir ki, iddiaçıya dəymiş maddi ziyan bağlı ******* (bir milyon dörd yüz əlli min) manat miqdarında kompensasiya ödənilməlidir. Belə ki, qeyri-yaşayış sahəsinə məxsus, İnventar nömərəsi 11/1630 olan 20.06.2013-cü il tarixli “Texniki Pasrortun” 2-ci vərəqindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13 A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi (X2 ilə cavabdeh "xxxx" MMC arasında Bakı şəhəri, 6 №-li Notariat Kontorunda 18 mart 2018-ci il tarixli notariat reyestrində 3 M-459 nömrə ilə qeyd edilmiş müqavilədə göstərildiyi kimi 1114 kv.m deyil) 939.8 kv.m təşkil edir. Hansı kı, qeyd olunan ümumi sahənin 939,8 kv.m sahəsinin 567 kv.m sahəsi əsas sahə kimi, 372,8 kv.m sahə köməkçi sahə kimi, 49,2 kv.m sahə isə digər sahələr kimi, Seriya RX 018947 saylı 20.06.2013-cü il tarixli Çıxarışa əsasən isə Tikintialtı sahə kimi 217,1 kv.m göstərilmişdir ki, bu da kompensasiya kimi ödənilən məbləğin real bazar qiymətlərinə uyğun olmasını sübuta yetirmişdir. Bununlada, hər üç qiymətləndirmə şirkətinin nəticələrini nəzərə almaqla və orta rəqəmi müəyyən edməklə, qeyri-yaşayış sahəsinin real ölçülərini nəzərə almaqla ******* (bir milyon dörd yüz əlli min) manat qeyri-yaşayış sahəsinin ağlabatan və ədalətli dəyəri kimi qəbul edilə bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-199/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri 6 saylı Notariat Kontorundan bağlanmış 08 mart 2018-ci il tarixli, reyestrdə 3M-459 nömrəsi ilə qeyd edilmiş müqavilənin ləğv edilməsi, "xxxx" MMC tərəfindən İddiaçı ******* manat məbləğində pul ödənilməklə İddiaçı Bakı şəhəri, Nobel prospekti 13 A ünvanında yerləşmiş sahəsi 1140 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-199/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Covid 19 pandemiya ilə bağlı yaranmış iqtisadi böhran nəticəsində İnşaat Konstruksiyaları MMC üzərinə götürdüyü öhtəliyi icra edə bilmir və bu səbəbdən də İddiaçı hər ay8600 manat kirayə haqqını ödəyə bilmir. - əgər MMC kirayə haqqını ödəyə bilmirsə binanın qalan hissəsini necə inşa edəcəkdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki , MMC–nin onun mülkiyyət hüququnu pozmağa hüququ var və bunun üçün istədiyi kompensasiyanı ödəməsi kifayət edə bilər. Müqavilə üzrə ona məxsus əmlakın sahəsi 1482 kv.m təşkil edir, deməli təqribən qeyri-yaşayış sahəsinin kv.m 1079 manata qiymətləndirilmişdir. Ağ şəhər ərazisində qeyri-yaşayış sahəsinin dəyərinin 1079 manata olması inandırıcı ola bilməz. MMC-nin özünün təqdim etdiyi alqı-satqı müqavilələrinə əsasən həmin binada mənzillərin kv.m 1000 manatdan satılmışdır. Həmçinin MMC tərəfindən təqdim olunmuş müqavilələrə istinad edilməsi özlüyündə yanlışdır. Belə ki, həmin binanın Bulvar istiqamətinə baxan mənzillərin qiyməti ilə əks istiqamətə baxan mənzillərin qiymətləri fərqlidir və bu qiymətlər hər kv.m 1500 –dan 2500 manata qədər dəyişir. MMC-nin rəhbərliyinin əməlində cinayət tərkibinin olması açıq-aydın görünür və bu işdə ona bəzi qiymətləndirmə şirkətləridə yardım etmişdir. Belə ki, MMC tərəfindən təqdim olunmuş qiymətləndirmə rəylərində 1482 kv.m qeyri-yaşayış sahəsi ******* -1600000 manat civarında qiymətləndirilmişdir ki, bu da həqiqəti əks etdirmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-199/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-199/2021 saylı, 26.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk olaraq kollegiya qeyd edir ki, apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə bağlı hüquqi dəyərləndirmə apararkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, onunla cavabdeh "xxxx" MMC arasında 08 mart 2018-ci ildə imzalanmış müqaviləyə əsasən o, “Hüquqların dövlət qeydiyyatı haqqında” 20.06 2013-cü il tarixli RX № ******* saylı çıxarışa əsasən özünə mülkiyyət hüququ ilə məxsus olan 1140 kv.m. qeyriyaşayış sahəsini "xxxx" MMC-nin sərəncamına vermiş, bunun müqabilində "xxxx" MMC onun təqdim etdiyi qeyri-yaşayış sahəsinin yerində tikiləcək Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanda inşa edilmiş tikilinin 1-ci, 2-ci, 3-cü mərtəbələrində yerləşən 1482 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi, 86 kv.m yaşayış sahəsi ilə yanaşı, tikinti işləri başa çatanadək aylıq 8600 manat kitayə haqqı ödəməyi və tikinti işlərini 18-24 ay müddətində başa çatdırmağı öhdəsinə götürmüşdür. "xxxx" MMC 24 ay müddətində ona 206.400 manat kirayə haqqı ödəməli olduğu halda, 2019-cu ilin fevral ayına kimi həmin məbləğin 85012 manat hissəsini ödəmiş, qalan məbləği ödəməkdən imtina etmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də məhkəmədən tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən cavabdeh “İnşaaat Konstruksiyaları MMCdən 121.388 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə 40.000 manatın, cəmi 167.457,4 manat pulun, dövlət rüsumu üçün ödənilmiş 30 manatın, hesabdan çıxarış üçün banka ödənilmiş 5 manatın alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı daha sonra Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə istinad edərək iddia tələbini dəqiqləşdirmiş, məhkəmədən tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqavilədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyən cavabdeh “İnşaaat Konstruksiyaları MMC-dən 219.142 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə 60.000 manat, bank uçot dərəcəsinə görə 12.000 manat olmaqla ümumilikdə 291.142 manat məbləğində pul vəsaitinin, dövlət rüsumu üçün ödənilmiş 30 manatın, hesabdan çıxarış üçün banka ödənilmiş 5 manatın alınıb iddiaçıya ödənilməsi; Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv. metr qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə edilməklə həmin binanın 1, 2 və 3-cü mərtəbələrində - hər bir mərtəbədə 494 kv.metr olmaqla ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.metr sahəsi olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnuinh tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsi ilə əlaqədar aşağıdakı sübutlara istinad etmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № ******* saylı 20.06.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13A ünvanında yerləşən ümumi sahəsi 939,8 kv.m olan 3 mərtəbəli qeyri-yaşayış binası İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 4607 nömrəli vərəqində ********** №-si ilə il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışa əsasən torpaq sahəsinin mülkiyyət növü Dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadədədir. Tikintialtı sahə 217,1 kv.metrdir. - Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti başçısının 328 nömrəli, 16.11.2017-ci il tarixli Sərəncamından çıxarışın surətindən görünür ki, Xətai rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.07.2017-ci il tarixli X-A-001 №-li müraciətini nəzərə alaraq Xətai rayonu, Nobel prospekti 13 ünvanınfa yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. - "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri 6 saylı Notariat Kontorundan bağlanmış 08 mart 2018-ci il tarixli, reyestrdə 3M-459 nömrəsi ilə qeyd edilmiş müqavilədən görünür ki, "İnşaat Konstruksiyaları” MMC Bakı şəhəri Xətai rayonu icra Hakimiyyəti Başçısının 16.11.2017-ci il tarixli 328 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında istismar müddətini bitirmiş, qəzalı vəziyyətdə olan yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış bınasının tikintisini həyata keçirərək, bu binanın yaxınlığındakı Nobel prospekti 13 A ünvanında 3 (üç) mərtəbəli, mansard və zirzəmisi ilə birlikdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ÇİXARİŞ seriya RX № 0189647, qeydiyyat tarixi 20.06.2013, qeydiyyat nömrəsi ********** olan İddiaçı söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 1140 kv.m qeyriyaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə etməklə, həmin ərazidə inşa ediləcək binanın, təmirsiz 1-ci, 2-ci, 3-cü mərtəbələrdə hər mərtəbədə 494 kv.m olmaqla, ümumi sahəsi 1482 kv.m olan qeyri-yaşayış sahəsini (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3cü mərtəbədə 86 kv.m sahəsi olan təmirsiz mənzili İddiaçı mülkiyətinə verir, İddiaçı isə söküləcək qeyri-yaşayış sahəsini "xxxx" MMC-nin istifadə və sahibliyinə verir. Müqavilənin 2.1.2-ci və 2.2.2-ci maddələrinə əsasən "xxxx" MMC yeni binanın tikintisi başa çatanadək qeyri-yaşavış sahəsini təhvil verdiyi andan aylıq 8600 (səkkiz min altı yüz) manat kirayə haqqını verməyi və yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən İddiaçı qeyri-yaşayış sahəsini təhvil verməyi, İddiaçı isə söküntüsü nəzərdə tutulan evdə ona məxsus qeyri-yaşayış sahəsinni boşaldılmasını və "xxxx" MMC-a təhvil verməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı 3 gün ərzində 08 mart 2018-ci il tarixli müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı tədbirlər görmək üçün ərizəyə münasibət bildirilməsi, əks təqdirdə həmin müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı MMC məhkəməyə müraciət edəcəkdir. - "xxxx" MMC qiymətləndirmə şirkətinin 21 iyul 2020-ci il tarixli AZ15/07/01-20 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 13A ünvanında yerləşən qeyri-yaşayış binasının 21.07.2020-ci il tarixinə ümumilikdə bazar dəyəri ******* (bir milyon dörd yüz əlli min) manat təşkil edir. - "xxxx" MMC-nin 21 iyul 2020-ci il tarixli ekspert rəyindən görünür ki, aparılmış təhlil və hesablat nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13A ünvanında yerləşən 3 mərtəbəli, ümumi sahəsi 939,38 kv.m olan qeyriyaşayış binasının hazırkı bazar qiyməti ******* (bir milyon dörd yüz min) manat təşkil edir. - "xxxx" MMC-nin 20/İL/07-20 saylı 20 iyul 2020-ci il tarixli rəyindən görünür ki, qiymətləndirmə üçün təqdim edilmiş Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13A ünvanında yerləşən 3 mərtəbəli qeyri-yaşayış binası və müvafiq sənətlər şirkətin mütəxəssisləri tərəfindən öyrənilmiş, müqayisəli satış metodundan istifadə etməklə dəyəri müəyyən edilmişdir. Əmlakın dəyəri 20 iyul 2020-ci il tarixinə ******* (bir milyon beş yüz iki min dörd yüz) manat həcmində müəyyən edilmişdir. - “Legal Prime” Hüquq və Konsaltinq şirkətinin LP-007/21 saylı 25 yanvar 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13A ünvanda yerləşən qeyri-yaşayış binasının hazırkı bazar qiyməti ******* (bir milyon altı yüz min) manat təşkil edir. - "xxxx" MMC qiymətləndirmə şirkətinin AZ05/04/01-21 saylı 02 aprel 2021-ci il tarixli ekspert rəyindən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən "xxxx" MMC-yə məxsus olan ünvan 5 ünvanında yerləşən yaşayış binasının tikintisinin başa çatdırılması üçün 9079403,71 (doqquz milyon yetmiş doqquz min dörd yüz üç manat 71 qəpik) manat vəsait tələb olunur. - 03 oktyabr 2020-ci il tarixli 078003 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 19-cu mərtəbə, ümumi sahəsi 181 kv.m olan, 78 №-li mənzil izolə olunmuş 3 otaqdan ibarət olub bir pay kimi X5 verir. Müqavilə üzrə mənzilin dəyəri 181000 manat təşkil edir. - 03 oktyabr 2020-ci il tarixli 045002 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 12-ci mərtəbə, ümumi sahəsi 121,3 kv.m olan, 45 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi X5 verir. Müqavilə üzrə mənzilin dəyəri 121300 manat təşkil edir. - 02 dekabr 2020-ci il tarixli 075002 saylı müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13, F.Bayramov, A.Cəlilov, A.İsmayılov küçələrinin kəsişməsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 18-ci mərtəbə, ümumi sahəsi 121,3 kv.m olan, 75 №-li mənzil izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi X8 verir. Müqavilə üzrə mənzilin dəyəri 117000 manat təşkil edir. - “X6” MMC-nin 015/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında inşa edilmiş tikilinin 1- ci, 2-ci, 3-cü mərtəbələrdə yerləşən 1482 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırkı dövrə olan orta bazar qiyməti ******* (səkkiz milyon bir yüz yetmiş min) AZN təşkil edir. - “X6” MMC-nin 014/21 saylı qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında mövcud olmuş, ümumi sahəsi 939,8 kv.metr olan üç mərtəbəli qeyri-yaşayış binasının hazırkı dövrə olan orta bazar qiyməti ******* (beş milyon dörd yüz qırx min) AZN təşkil edir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq norması kimi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 390.1, 421.1-421.3. 422.1. 422.2, 422.4, 430.1 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarına və tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsini mübahisəli hüquq münasibətinə tətbiq etməli olmadığı halda tətbiq etmiş, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 390.1, 421.1-421.3. 422.1. 422.2, 422.4, 430.1 maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarına və tərəflər arasında bağlanmış 08 mart 2018-ci il tarixli müqaviləni mübahisəli hüquq münasibətinə düzgün tətbiq etsə də onların şərhində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının səhv təfsir edilməsinin əsas səbəbi isə məhikəmənin koronavirus pandemiyası ilə əlaqədar şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı gəldiyi nəticə olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilələrin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla bala nslaşdırılmış ortaq maraqdan çıxış edir. Bu cəhətdən İddiaçı ilə "xxxx" MMC arasında 08 mart 2018-ci il tarixdə müqavilə bağlanarkən tərəflər balanslaşdırılmış marağa nail olmalarını əsas götürmüşlər. Həmin müqaviləni bağlayan İddiaçı müqavilə bağlayarkən iqtisadi marağı mülkiyyətində olan köhnə tikilini "xxxx" MMC-yə təhvil verib iki il müdətində həmin MMC tərəfindən eyni ərazidə inşa olunan yeni tikilidə əvvəldən mülkiyyətində olan 1140 kv.m. sahədən 30 % artıq, yəni 1482 kv metr qeyri-yaşayış sahəsi və 3-cü mərtəbədə daha 86 kv. m. yaşayış sahəsi olan təmirsiz mənzil, həmçinin binanın inşa ediləcəyi müddətdə (18-24 ay) hər ay üçün 8600 manat kirayə haqqı əldə etməkdən ibarət olmuşdur. Müqavilə bağlayarkən "xxxx" MMC-nin iqtisadi maraqları İddiaçı məxsus daşınmaz əmlak üzərində sərəncam vermək hüququnu ələ keçirib, həmin daşınmaz əmlakı söküb yerində çoxmənzilli, hündürmərtəbəli bina inşa edib, mənzil və qeyri-yaşayış sahələri üzərində sərəncam verməklə qazanc əldə etmək olmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin mahiyyəti onda ifadə olunmuşdur ki, bu razılaşmada hər iki tərəfin mənafeyi qorunmuş, hər iki tərəf onun bağlanması ilə faydalanmağı nəzərdə tutmuşdur Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu müəyyən etdiyinə görə həmin müqavilə üzrə tərəflər müqavilə şərtlərinin məcburiliyi və icra edilməli olduğunu əsas tuaraq müqaviləni razılaşdıqları şərtlər əsasında icra etməli idilər. Müqavilə şərtlərinin məcburiliyi prinsipinə müvafiq olaraq tərəflər arasında bağlanmış müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olmuş və onun şərtləri bir qayda olaraq dəyişdirilməməli, tərəflər razılaşmış şərtlərə uyğun mmüqavilə üzrə öhdəliklərini yerinə yetirməli idilər. Müqavilə şərtləri dəyişdirilmədən onlara riayiət edilməsi mülki dövriyyənin sabitliyi, möhkəmliyi və dayanıqlığının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Müqaviləni bağlayarkən İddiaçı ona ümid bəsləmişdir ki, əvvəllər kirayə verərək pul əldə etdiyi qeyri yaşayış sahəsini "xxxx" MMC-nin sərəncamına verməklə həm aylıq 8600 manat kirayə haqqı əldə edəcək, həm də yeni tikiləcək binada 30 % faiz artıq olmaqla qeyri-yaşayış sahəsi və 86 kv.m yaşayış sahəsi əldə edəcəkdir. Mülki qanunvericiliyə müvafiq olaraq tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Qanunvericilik şəraitin elə dəyişməsini əhəmiyyətli hesab edir ki, tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Mülki Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər: - 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; Məhkəmə kollegiyası həmin şərtlə əlaqədar qeyd edir ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC qarşılıqlı iddiasında İddiaçı ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsini məhkəmədə xahiş edərkən məhz müqavilə bağlanarkən mövcud olan şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etmişdir. Şəraitin bu cür əhəmiyyətli dərəcədə dəyişməsini ölkədə koronavirus pandemiyasının yayılması və bununla bağlı görülən tədbirlərlə əlaqələndirmişdir. Lakin nəzərə almaq lazımdır ki, tərəflər arasında ləğv olunması xahiş olunan müqavilə 08 mart 2018-ci ildə bağlanmış, İddiaçı müqavilə üzrə götürdüyü dərhal yerinə yetirərək özünə məxsus olan evi "xxxx" MMC-nin sərəncamına vermişdir. "xxxx" MMC tikintini 18-24 ay, yəni ən geci iki il müddətinə yerinə yetirməyi və müqavilədə nəzərdə tutulan obyektləri İddiaçı təhvil verməyi öhdəsinə götürsə də, öhdəliyinə qismən yerinə yetirərək, binanı yarımçıq inşa etmiş, iki il müddətində aylıq 8600 manat kirayə haqqı ödəmək əvəzinə bir il müddətində 2019-cu ilin mart ayına kimi cəmi 85000 kirayə haqqı ödəyərək öhdəliklərini tam yerinə yetirməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin yerinə yetirilməli olduğu iki il müddəti, yəni 2020-ci ilin mart ayının 8-nə kimi olan dövrdə ölkə koronavirus pandemiyasının təsirinə məruz qalmamış, ölkədə koronovirusla bağlı məhdudlaşdırıcı tədbirlər 2020-ci ilin mart ayının 20-dən sonra tətbiq olunmağa başlamışdır. "xxxx" MMC isə 2019-cu ilin fevral ayından sonra İddiaçı Müseyb qızı ilı bağladığı müqavilənin şərtlərinə müvafiq olaraq aylıq 8600 manat kirayə haqqını ödəməkdən imtina etmişdir. Ona görə də koronavirusun yayılması ilə əlaqədar şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsinə istinad olunmaqla müqavilənin ləğvinin heç bir əsası mövcud deyildir. -Mülki Məcəllənin 422.2.2-ci maddəsinə əsasən şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; Həmin şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün müəyyən edilən müddətdə şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsi müəyyən edilməmişdir. Digər tərəfdən 2020-ci ilin mart ayının 20-dən sonra tətbiq olunmuş məhdudiyyətlər ictimai iaşə, təhsil, istirahət sahələri ilə bağlı olmaqla çoxmənzilli binaların tikintisinə aidiyyəti olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı tərəf olan "xxxx" MMC müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmək imkanına malik olmuş, onun müqavilə öhdəliklərini yerinə yetirməsi üçün əhəmiyyətli maneələr mövcud olmamışdır. Əslində "xxxx" MMC tikilməsi nəzərdə tutulan binanın 18 mərtəbəsini ucaltmaqla üzərinə götürdüyü öhdəliyin əhəmiyyətli hissəsini yerinə yetirmiş, İddiaçı təhvil verilməli olan qeyri-yayayış və yaşayış sahələri 1-3-cü mərtəbələrdə yerləşməklə demək ola ki, müqavilədə nəzərdə tutulan qaydada təhvil verilməyə hazırdır. "xxxx" MMC qarşılıqlı iddia ərizəsində tikinti obyektlərini deyil, aylıq 8600 manat kirayə haqqını ödəmək iqtidarında olmadığını bildirərək müqavilənin ləğv olunmasını xahiş edir. Onun dəlillərinin əsassızlığı özünün qarşı tərəfə 1.600.000 manat verməklə müqaviləni ləğv etmək istəyində də əks etdirir. Belə ki, müqavilənin ləğvi üçün 1.600.000 manat ödəmək iqtidarında olan və bunu arzulayan "xxxx" MMC üçüç aylıq 8600 manat kirayə haqqının ödənilməsi şəraitin əhəmiyyətli dəyişməsi kimi qiymətləndirilə bilməz. "xxxx" MMC həmin hərəkətləri ilə təsdiq edir ki, o, binanın tikintisini dayandırmaq niyyətində deyil, əksinə binadakı obyektləri müqavilə öhdəliklərinə əsasən İddiaçı təqdim etmək vəzifəsindən azad olmağa çalışır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” 07 sentyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir”. Eyni zamanda qeyd etmək lazımdır ki, pandemiya ilə əlaqədar dünyada iqtisadi böhranın yaranmasını tərəflər üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan hal kimi qiymətləndirmək ol maz. Belə ki, artıq bir neçə ildir ki, dünyada neftin qiymətinin aşağı düşməsi nəticəsində iqtisadi böhran mövcuddur. Azərbaycan dövlət apardığı məqsədyönlü iqtisadi siyasət nəticəsində iqtisadi böhranın təsirlərinə daha az məruz qalmağa nail olur. Ona görə də dünya miqyasında baş verən bu halın hər bir halda yeni böhranlar doğura biləcəyi istisna olunmur və tərəflər müqavilə bağlayarkən bu halı nəzərə almalı idilər. Bundan əlavə pandemiya ilə bağlı məhdudiyyət tədbirləri birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunduğu kimi Azərbaycanda 2020-ci ilin mart ayının 18-dən sonar tətbiq olunmaöğa başlamış və bu tədbirlər əmək fəaliyyətinin tam məhdudlaşdırılmasına, o ceümlədən tikinti işlərinin məhdudlaşdırılmasına səbəb olmamışdır. - 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; Həmin şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC müqavilə üzrə öhdəlikləri vaxtında yerinə yetirdiyi təqdirdə şəraitin əhəmiyyətli dəyişməsi ilə üzləşə bilməzdi. Hazırkı şəraitdə də Konstruksiyaları” MMC məhkəməyə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsinin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini pozacağı və ona müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olacağı qədər qədər zərər vuracağını təsdiq edə biləcək sübutlar təqdim etməmişdir. Həm də "xxxx" MMC-nin müqavilənin ləğvi ilə əlaqədar İddiaçı 1.600.000 manat verməyi öhdəsinə qoyulmasını xahiş etməsi qarşılıqlı iddia ərizəsində göstərdikləırini təkzib edir. Həmin Məcəllənin 422.2.4-cü maddəsinə əsasən işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Həmin şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həm işgüzar adətlərdən, həm də müqavilənin mahiyyətindən şəraitin əhəmiyyətli dəyişməsi riskinin hazırda mövcud olması qəbul olunsa belə. bu riski maraqlı tərəf kimi "xxxx" MMC daşımalıdır. Çünki onun istinad etdiyi koronovirus pandemiyası ilə bağlı şəraitin dəyişməsi müqavilə üzrə öhdəliklərin yerinə yetirilməl olduğu vaxtdan sonra, yəni 2020-ci ilin mart ayının 8-dən sonra yaranmağa başlamışdır. İşgüzar adətlərə, mülki qanunvericiliyə və müqavilənin mahiyyətinə görə "xxxx" MMC müqavilə öhdəliklərini 08 mart 2020-ci ilə kimi yerinə yetirməli idi. Məhəkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC 2020ci ilin iyun ayının 20-nə kimi müqavilənin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı qarşı tərəfə müraciət etməmişdir. Yalnız İddiaçı 05.03.2020-ci ildə kirayə haqqının tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra "xxxx" MMC 12. 08 2020-ci ildə qarşılıqlı iddianı məhkəməyə təqdim etmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, şəraitin dəyişməsi riski mövcud olsa belə onu "xxxx" MMC daşımalıdır və Mülki Məcəllənin 422.2.4-cü maddəsinə əsasən onun qarşılıqlı iddia tələbi təmin oluna bilməzdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır və Mülki Məcəllənin 422-ci maddəsi ilə müəyyən edilmiş şərtlər "xxxx" MMC ilə İddiaçı arasında 08 mart 2020-ci il tarixdə bağlanmış müqavilənin ləğvi üçün əsas yaratmır. Mülki Məcəllənin 422.3-cü maddəsinə əsasən əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Birinci instansiya məhkəməsi qətnaməsində müqavilənin ləğv olunması ilə yanaşı, İddiaçınnın mülkiyyətində olmuş və sökülərək yerində çoxmənzilli bina inşa edilmiş qeyri yaşayışsahəsinə görə 1.600.000 manatın "xxxx" MMC-dən alınıb verilməsini qət etməklə həmin normanın tələblərinə riayiət olunması görüntüsünü yaratmışdır. Lakin bu zaman tərəflərin müqavilə bağladıqları vaxt güddükləri iqtisadi maraqlar və mülki işdə olan sübutlar nəzərə alınmamışdır. Belə ki, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verərkən 1482 kv. metr həcmində qeyri-yaşayış sahəsi, 86 kv.metr yayayış sahəsi və həmin obyektlər təhvil verilənədək hər ay 8600 manat kirayə haqqı almaq kimi iqtisadi marağa malik olmuşdur. Mülki işdə olan “X7” MMC-nin 12 mart 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanda inşa edilmiş tikilinin 1-ci, 2-ci, 3-cü mərtəbələrində yerləşən 1482 kv.m ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin hazırki dövrdə olan orta bazar qiyməti 8.170.000 (səkkiz milyon bir yüz yetmiş min) manat təşkil edir. Əslində tərəflər arasında bağlanmış müqqavilənin ləğv edilməsi ilə İddiaçı 1.600.000 manat verilməklə o, 8.170.000 manat dəyərində gözlənilən mülkiyyətindən məhrum olur və həmin əmlak müqavilə öhdəliklərini yerinə yetirməyən "xxxx" MMC-nin sərənsamında qalır. Belə olan halda Mülki Məcəllənin 422.3-cü maddəsinin müəyyən etdyi “xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi”ndən söhbət gedə bilməz. Mülki Məcəllənin 424.5-ci maddəsi müəyyən edir ki, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi müqavə üzrə öhdəlikləri tərəflər 08 mart 2020-ci il tarixə kimi yerinə yetirməli idilər. İddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi dərhal yerinə yetirsə də, "xxxx" MMC 2019-cu ilin mart ayında öhdəliklərin icrasından yayınmışdır. Belə olan halda isə şəraiti əsaslı dərəcədə dəyişməsi baş vermişsə belə bu hal İddiaçı ona dəymiş zərəri tələb etmək hüququnu şərtləndirir. Mülki Məcəllənin 422.4-cü maddəsi müəyyən edir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Ona görə məhkəmə “müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olması” ifadəsinin şərhi üzərində dayanmağı da zəruri hesab edir. "xxxx" MMC-nin qarşılıqlı iddia ərizəsi ilkin olaraq onunla əsaslandırılmışıdr ki, “Yaşayış və qeyri-yaşayış binlarının lahiyələşdirilməsi haqqında Xətai rayon İcra Hakimiyyəti Başçısının 16.11.2017-ci il tarixli 328 saylı Sərəncamın 1-ci bəndindən görünür ki, Xətai rayon sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarını rəhbət tutaraq və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.07.2017-ci il tarixli X.A. 001 №li müraciətini nəzərə alaraq, Xətai rayon, Nobel prospekti 13 ünvanda yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri yaşayış bina və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələşdirilməsi üçün torpaq sahəsi Cəmiyyətin istifadəsinə verilmişdir. Bundan sonra İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında Bakıə şəhəri 6№-li Notariat Kontorunda 08 mart 2018-ci il tarixli notariat reyestrində 3M-459 nömrə ilə qeyd edilmiş müqavilə bağlanmışdır”. Beləliklə, "xxxx" MMC tərəfindən onlarla İddiaçı arasında bağlanmış 08 mart 2018ci il tarixli müqavilənin cəmiyyətin ictimai ehtiyacları ilə bağlılığı, dövlətin həmin layihələrin həyata keçirilməsini dəstəkləməsi təsdiq olunur. Belə olan halda "xxxx" MMC tərəfindən inşaası başlanılmış çoxmərtəbəli yaşayış binasının başa çatdırılması zəruriliyi göz qabağındadır. "xxxx" MMC əslində cəmiyyətin maraqlarına xidmət edən işi demək olar ki başa çatdırmaq mərhələsindədir. Mülki işin materialları ilə müəyyən edilir ki, layihələndirilən yaşayış binası 2 mərtəbə zirzəmidən ibarət olmaqla 20 mərtəbəli (3 mərtəbə (1, 2, 3) qeyri yaşayış sahəsi, 17 mərtəbə yaşayış) və mansardla nəzərdə tutulmuş, iki mərtəbə zirzəmi, 3 mərtəbə qeyri-yaşayış sahəsi, 15 mərtəbə yaşayış sahəsi üçün nəzərdə tutulmuş hissənin beton konstruksiyası quraşdırılmış, yaşayış sahələrinin yeddi mərtəbəsinin kərpiclə aralıqları tikilmişdir. "xxxx" qiymətləndirmə şirkətinin rəyinə əsasən 13.04 2021-ci ilə Xətai rayonu Afyəddin Cəlolov küçəsi 80d ünvanında tikilməkdə olan binanın ümumi bazar dəyəri 9.079.403, 71 manat müəyyən edimişdir. Qeyd olunanlar həmin binanın tikintisinin başa çatdırılması səmərəliliyinə dəlalət edir. Binanın tikintisinə olan ictimai tələbat, oraya sərmayə qoyub yaşayış və qeyri yaşayış sahəsi əldə etmək niyyətində olan şəxslər və "xxxx" MMC-nin maraqları binanın tikintisinin başa çatdırılması zəruriliyini tələb edir. "xxxx" MMC binanın tikintisini başa çatdırmaq üçün maddi imkana malik olmamasını bildirsə də, bu onun maddi imkana malik olmaması və tikintini yarımçıq qoymaq niyyətinə dəlalət etmir. Qarşılıqlı iddia maliyyə çatışmazlığı üzündən binanın tikintisinin yarışçıq qoyulmasından daha çox, ilkin iddiaçıların binanın tikintisi başa çatdıqdan sonra oradan 1482 kv.m. qeyri-yaşayış sahəsi və 86 kv yaşayış sahəsi almaqdan məhrum etmək istəyini ifadə edir. Belə ki, "xxxx" MMC 1.600. 000 manat məbləğində vəsaiti yarımçıq binanın inşasının başa çatdırılmasına yönəltmək əvəzinə, həmin vəsaiti məhkəmə aktına əsasən ilkin İddiaçı ödəməklə onu həmin binadan 08 mart 2018-ci il tarixli müqavilə əsasında əldə etməli olduğu qeyri-yaşayış və yaşayış sahələrindən məhrum etməyə çalışır. Qeyd olunanlar isə qarşılıqlı iddianın real vəziyyətə əsaslandığını deyil, COVİD-19 ilə bağlı yaranmış vəziyyətdən sui-istifadəyə yönəldiyinə dəlalət edir. Məhkəmənin diqqət yetirilməli olduğu məqamlardan biri də "xxxx" MMC-nin İddiaçı ilə bağladığı 08 mart 2018-ci il tarixli müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsi ilə bağlıdır. Mülki işin materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsində ləğv olunması xahiş edilən, İddiaçı ilə "xxxx" MMC arasında 8 mart 2018-ci il tarixdə bağlanmış müqavilənin 2.1.2-ci maddəsində İddiaçı hüququ kimi “yeni binanın tikintisi başa çatanadək qeyri yaşayış sahəsini təhvil verdiyi andan aylıq 8600 (səkkiz min altı yüz) manat kirayə haqqı almaq, 2.2.2-ci maddəyə əsasən "xxxx" MMC-nin vəzifəsi kimi “tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə qeyri yaşayış sahəsinə təhvil vermək” müəyyən edilmişdir. Müqqavilənin 08 mart 2018-ci il tarixdə bağlanması nəzərə alınarsa, "xxxx" MMC ən geci 08 mart 2020-ci il tarixə kimi binanın tikintisini başa çatdırmalı idi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC binanın tikintisinin COVİD-19 ilə əlaqədar gecikməsinə və sonradan qeyrimümkünlüyünə istinad etsə də, həmin dəlillər həqiqətə uyğun deyildir. Belə ki, COVİD-19un ölkə ərazisində yayılması və bununla bağlı tədbirlər 23 mart 2020-ciil tarixdən sonraya təsadüf edir. Bu xüsusat Bakı şəhər Nizami rayon məhkəməsinin mübühisələndirilən iş üzrə qəbul olunmuş 26 aprel 2021-ci il tarixli qətnaməsində də ifadəsini tapmışdır. Qətnamədə qeyq olunur: “məhkəmə hesab edir ki, mübahisənin ədalətli həlli üçün ilk öncə ölkədə koronovirus pandemiyasının yayılması nəticəsində yaranmış mövcud vəziyyətin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilib-qiymətləndirilməməsi məsələsinin aydınlaşdırılması məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın 23 mart 2020-ci il tarixli məlumatı ilə Dünyada yayılmış koronovirus (COVİD- 19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübələrini nəzərə alaraq, əhalinin sağlamlığının qorunması ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının , onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salmatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən xüsusi karantin rejimi elan edilmişdir. 23 mart 2020-ci il tarixi kimi ölkə vətəndaşlarından koronavirus pandemiyasına yoluxan olmamış, həmin tarixə kimi pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsiri demək olar ki, olmamışdır. Məsələn, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 13 mart 2020-ci iltarixli məlumatında deyilirdi: “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini diqqətə çatdırır: • ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınır, artıq təyin olunmuş tədbirlərin tarixi dəyişdirilir; • ölkə üzrə kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılır; • ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilir; (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla) • dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunur; • restoran və kafelərdə iş rejimi saat 21:00-dək müəyyən edilir və müvafiq dövlət strukturları tərəfindən bu məkanlar üçün açıqlanacaq qaydalara riayət olunması mütləqdir; • restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilir; • saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılır; • ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir; • aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır; • ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcəkdir; • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarəti qadağan edilir; • dövlət strukturlarında çalışan bütün şəxslərin və səhiyyə işçilərinin ölkədən kənara səfərləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi əsasında həyata keçirilə bilər; • dövlət və özəl sektorda çalışan şəxslərin ən vacib məqamlar istisna olmaqla ezamiyyə səfərlərinə məhdudiyyət tətbiq edilməlidir; • özəl tibb müəssisələri Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə (TƏBİB) koordinasiya şəraitində çalışmalı, yarana biləcək hər-hansı hallar üçün yüksək hazırlıq səviyyəsi təmin edilməlidir; • qeyd olunan müddətdə dövlət strukturlarının, özəl qurumların, bank və iaşə obyektlərinin və digər qurumların fəaliyyəti, vətəndaş müraciətlərinə baxılması, vətəndaşların qəbulu, daxili görüş və iclasların təşkili üçün xüsusi qaydalar işlənib hazırlanmalıdır; Koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslər barəsində cəza tədbirləri tətbiq olunacaqdır. Eyni zamanda ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir. Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunur. Belə ki, hazırda koronavirus zəminində yaranan fövqəladə şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır”. Qeyd olunanlar ona dəlalət edirdi ki, 2020-ci ilin mart ayının 8-nə kimi koronavirus pandemiyası ilə əlaqədar çoömərtəbəli binaların inşasına münasibətdə şərait 2018-ci ilin mart ayına münasibətdə əhəmiyyətli dəyişikliyə uğramamışdı. Bu xüsusatı 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu ilin yekunlarına dair müşavirədə söylədikləri də təsdiq edir: “Keçən il iqtisadi sahədə böyük müsbət nəticələr əldə edilmişdir. Bu nəticələr göstərir ki, bizim siyasətimiz düşünülmüş siyasətdir. Hesab edirəm ki, Azərbaycan 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələri uğurla icra etmişdir. Təkcə rəqəmlərə baxanda demək kifayətdir ki, 2019-cu il iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır, bu, böyük nailiyyətdir. Bu, onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar aparıcı beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir. Deyə bilərəm ki, bütövlükdə 2019-cu il dərin islahatlar ili olmuşdur həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində. Bu islahatlar inkişafımızın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Hesab edirəm ki, keçən il iqtisadi sahədə əldə edilmiş nəticələr qənaətbəxşdir. Beləliklə, ümumi daxili məhsul 2,2 faiz artmışdır, bu, yaxşı nəticədir, xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda bu artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artmışdır, ancaq qeyri-neft sektorunda sənaye istehsalı 14 faiz artmışdır. Bu da son illər ərzində sənaye sahəsində görülmüş işlərin təzahürüdür. Azərbaycanda sənaye istehsalı həm dövlət vəsaiti hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində artmışdır. Əminəm ki, bu artım bundan sonra da dayanıqlı olacaqdır”. Qeyd olunanlar İddiaçı ilə "xxxx" MMC arasında müqavilənin 8 mart 2018-ci il tarixdə iki il müddətinə bağlandığından tərəfləri öhdəliklərini layiqincə yerinə yetirdikləri halda Azərbaycanda pandemiya ilə bağlı tədbirlər başlanana kimi müqavilə şərtləri yerinə yetirilmiş olardı. Yəni müqavilə şərtlərinin icrasına pandemiyanın heç bir təsiri ola bilməzdi Məhz"xxxx" MMC-nin müqavilə şərtlərini yerinə yetirməməsi onun icrasının uzanmasına səbəb olmuşdur. İddiaçı müqavlə üzrə öhdəliyini dərhal yerinə yetirməsi 2018-ci ilin mart ayyından başlayaraq 2019-cu ilin fevral ayına kimi "xxxx" MMC-nin ona aylıq 8600 manat kirayə haqqı ödəməsi ilə təsdiqini tapır. Beləliklə müqavilə şərtlərinin vaxtında yerinə yetirilməsinə koronavirus pandemiyasının təsiri istisna olunur. Bu isə "xxxx" MMC müqavilə şərtlərini yerinə yetirməklə yanaşı, onun vaxtında yerinə yetirməməsinə görə də məsuliyyətini şərtləndirir və tərəflər arasında mübahisənin həlli zamanı koronavirus pandemiyası ilə əlaqədar şəraitin əsaslı surətdə dəyişməsinə istinad olunmasını istisna edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz... Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə kollegiyası ilkin iddia tələbinin “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv. metr qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə edilməklə həmin binanın 1, 2 və 3-cü mərtəbələrində - hər bir mərtəbədə 494 kv.metr olmaqla ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.metr sahəsi olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnuinh tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə çıxarılması” tələbi ilə əlaqədar qeyd edir ki, İddiaçı ilə İnşaat Konstruksiyaları” MMC arasında 8 mart 2020-vi il tarixdə bağlanmış müqavilə üzrə İddiaçı müqavilə öhdəlikləri tam yerinə yetirmiş, "xxxx" MMC tərəfindən isə müqavilə öhdəlikləri tam yerinə yetirilməmişdir. Lakin "xxxx" MMC-nin müqavilə üzrə öhdəliklıərindən azad olunması üçün əsaslar mövcud olmadığına görə MMC“Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 13 ünvanında cavabdeh tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 1140 kv. metr qeyri-yaşayış sahəsinin faktiki sahəsinə 30% əlavə edilməklə həmin binanın 1, 2 və 3-cü mərtəbələrində - hər bir mərtəbədə 494 kv.metr olmaqla ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.metr sahəsi olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnuinh tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi və bu öhdəlik yerinə yetirilənə kimi aylıq 8600 manat məbləğində kirayə haqqının ödənilməsini təmin etməlidir. Bununla belə inşa edilən binanın tikintisi tam başa çatdırılmadığına və bina istismara verilmədiyinə görə məhkəmə inşa edilən binada 1, 2 və 3-cü mərtəbələrində - hər bir mərtəbədə 494 kv.metr olmaqla ümumi sahəsi 1482 kv.m olan təmirsiz qeyri-yaşayış sahəsinə (lift və pilləkən qəfəsi ayrıca olmaqla) və 3-cü mərtəbədə 86 kv.metr sahəsi olan təmirsiz mənzilinə iddiaçının mülkiyyət hüququnuinh tanınması, həmin qeyri-yaşayış və yaşayış sahələrinin iddiaçının sərəncamına, istifadəsinə və sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini mümkün hesab etmir. Ona görə də İddiaçı iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, ilkin iddia üzrə İddiaçı iddia tələbi qismən, 15 fevral 2021-ci il tarixə kimi kirayə haqqının ödənilməsi hissəsində təmin olunmalı, “İnşaat Konstruksiyaları MMC-dən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 206 430 ( iki yüz altı min dörd yüz otuz) manat alınaraq İddiaçı verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin iş üzrə 2(007)-199/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə İddiaçı iddia tələbi qismən 15 fevral 2021-ci il tarixə kimi kirayə haqqının ödənilməsi hissəsində təmin olunsun. “İnşaat Konstruksiyaları MMC-dən kirayə haqqına görə 206.400 manat, dövlət rüsumuna görə ödənilmiş 30 manat, cəmi 206 430 ( iki yüz altı min dörd yüz otuz) manat alınaraq İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar