Məhkəmə qərarları › İş №2(103)-7647/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7647/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7647/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı kompensasiya ödənilməklə paya mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)-3/2019 saylı qərardadından İddiaçı3 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-3/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı kompensasiya verilməsi yolu ilə paya mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu X2 küçəsində yerləşən 126 nömrəli evin açıq hərracda satılması, ilkin satış qiyməti 333400 manat müəyyən edilərək satışdan əldə olunan vəsaitin paylı mülkiyyətin mülkiyyətçiləri - İddiaçı3, X1, İddiaçı1 və Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)- 9974/2019 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinin geri qaytarılmasına dair ərizələri təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(004)-3/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia baxılmamış saxlanılmış, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara qaytarılması qərara alınmışdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. İddiaçı3 xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi verilərkən ödədiyi 30 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 3/2019-039 nömrəli qərardadı ilə İddiaçı3 ərizəsi təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adından xx xxxxxx 2014-cü il tarixli ödəniş qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul məbləğinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qaytarılması qərara alınmışdır. İddiaçı3 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və dövlət rüsumunun ancaq ona qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, o, iş üzrə digər iddiaçıların da nümayəndəsi olmuş və dövlət rüsumunu özü ödəmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 3/2019-039 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə İddiaçı3 xx xxxxxx 2020-ci il tarixli ərizəsini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə iddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən iddiaçılara qaytarılmalıdır. Çünki xx xxxxxx 2014-cü il tarixli ödəniş qəbzində 30 manat dövlət rüsumunu ödəyən şəxslər kimi hər üç iddiaçının, yəni İddiaçı1, İddiaçı2 və İddiaçı3 adları göstərilmişdir. Bu səbəbdən ödənilmiş 30 manat pul təkcə İddiaçı3 deyil, Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılmamış saxlanılmış mülki iş üzrə iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun birgə cavabdehlərə qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(004)- 3/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar