Məhkəmə qərarları › İş №2(103)-7649/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7649/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7649/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı icarə müqaviləsinin ləğv edilməsi, fərdi yaşayış evinin boşaldılması və maddi zərərin ödənilməsi tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və Cavabdeh2 qarşı müqavilə öhdəliyin icrası barədə qarşılıqlı iddia tələbinə tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)-1279/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından ilk iddia üzrə İddiaçı nümayəndəsi vəkil X5 tərəfindən verilmiş apellyasiya şikayətlərinəəsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuş məktubda qeyd edilri ki, Yasamal Rayon Məhkəməsinin icraatında olmuş 2(004)-1279/20 saylı mülki uzrə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1-nin şikayəti daxii olmuşdur. Bu səbəblə 2(004)-1279/20 saylı mülki işin Yasamal Rayon Məhkəməsinə göndərilməsinin təmin edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALİR: Mülki iş məhkəmə baxışından çıxarılsın və şikayətə səlahiyyət həddində qiymət verilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar