Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7653/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1424/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Cavabdeh ASC-yə qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə zidd olduğu üçün 13.12.2019-cu il tarixli müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərinin bağlandığı andan etibarsız hesab edilməsi; taksit əməliyyatının bərpa edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53- cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə zidd olduğu üçün 13.12.2019-cu il tarixli BRED1694833A102 saylı kredit kartına dair müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərinin bağlandığı andan etibarsız hesab edilməsi; taksit əməliyyatının bərpa edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması; ödənişin gecikməsinə görə Cavabdeh ASC tərəfindən tutulmuş cərimə, faiz və xidmət haqqı məbləğinin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ASC arasında 13 dekabr 2019-cu il tarixli BRED1694833A102 nömrəli kredit kartına dair müqavilə, "xxxx" MMC ilə isə «Kart vasitəsi ilə kreditin verilməsinə dair» 13 dekabr 2019-cu il tarixli müqavilə imzalanıb. Müqaviləyə əsasən ona 1.200 manat limiti olan kredit xətti açılıb və «BirKart» kartından son istifadə müddəti 30.11.2022-ci il tarixədək müəyyən edilib. 2020-ci ilin yanvar ayında «BirKart»ın tərəfdaş mağazası «Kontakt Home» mağazalar şəbəkəsindən «BirKart» vasitəsi ilə 159 manat 98 qəpik məbləğində çaydan, 299 manat 99 qəpik məbləğində Ariston firmasına məxsus su qızdırıcı, mart ayında isə 569 manat 99 qəpik məbləğində Samsung firmasına məxsus paltaryuyan almışdır. İlk iki məhsulu 12 ay taksitlə (hissəli ödəniş), paltaryuyanı isə 24 ay taksitlə almışdır (Qəbzdə də taksit, 24 aya ödəmə sözləri qeyd edilmişdir). Hər üç məhsul üzrə «BirKart» vasitəsi ilə aylıq olaraq ümumi məbləğdə ödəniş etmiş, bütün ödənişlər vaxtında edilmişdir. Hər dəfə telefon nömrəsinə gələn sms bildirişlər əsasında öncə ilk iki məhsul üzrə fevral ayı üzrə cəmi 40 manat, paltaryuyan alandan sonra isə üç məhsula görə 2020-ci ilin aprel ayı üzrə 65 manat, may ayı üzrə 63 manat, iyun ayı üzrə 64 manat, iyul ayı üzrə 62 manat, avqust ayı üzrə 65 manat, sentyabr ayı üzrə 40 manat, oktyabr ayı üzrə isə həmişəkindən çox – 75 manat ödəniş etmişdir. Hər dəfə sms bildirişlərdə qeyd edilən məbləğləri yuvarlaşdıraraq, qeyd edildiyindən artıq ödənişlər etmişdir. Oktyabr ayı üzrə həmişəkindən çox məbləğ (75 manat) barədə sms bildiriş gəldikdə bunu aydınlaşdırmaq üçün «BirKart»ın 196 məlumat mərkəzinə zəng etmişdir. Ona artıq üç məhsulun yox, iki məhsulun taksitlə olduğu, aldığı məhsullardan ən bahalı olanını (569 manat 99 qəpik) isə nağd ödəməli olduğu bildirilib. Məhsulları aldığı yer üzrə cavabdehin İnşaatçılar filialına müraciət etdikdə, ona bildirilmişdir ki, iyul ayında aylıq məbləği səksən qəpik az ödədiyinə görə taksit əməliyyatı qeyri-taksit əməliyyatına (nağd ödəniş) dəyişdirilib. Lakin burada sual doğuran bir sıra məqamlar var ki, əgər iyul ayında səksən qəpik az ödəmə olubsa, o zaman nə üçün avqust ayında ödəmə qeyri-taksitlə yox, həmişəki kimi taksitlə aparılıb? Nə üçün sentyabr ayında həmişəkindən az məbləğ (39 manat) ödənilməsi ilə bağlı sms bildiriş gəlib? Bu qaranlıq qalan suallarına cavab verə bilməyiblər. Səksən qəpiyə görə taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsini qanunsuz hesab etdiyi üçün ödənişin əvvəlki vəziyyətinin bərpa edilməsi üçün cavabdehə həm rəsmi (yazılı), həm də elektron poçt ünvanına, eyni zamanda cavabdehin rəhbərliyinə məktublarla müraciətlər etmişdir. Cavabdehin müraciətinə email vasitəsi ilə verdiyi cavabında kredit müqaviləsinə istinad edilməklə bildirilmişdir: «28.03.2020-ci il tarixdə 569 manat 99 qəpik məbləğdə həyata keçirdiyiniz əməliyyat taksit əməliyyatları çərçivəsində 24 ay müddətinə bölünmüşdür. İyul ayının 1-dən 10-dək taksit borclarınız üzrə ödənilməli borc məbləği 62 manat 08 qəpik, faiz hesablanan əsas borc üzrə 0,80 manat, faiz borcu üzrə 0,14 manat təşkil etmişdir. Tərəfinizdən 08.07.2020-ci il tarixdə 62 manat ödəniş həyata keçirilmişdir. Qeyd olunan aylıq ödəniş natamam ödənildiyindən və tam ödənişi 20 gündən artıq gecikdirdiyiniz üçün taksit əməliyyatınızın qalıq borcu qeyri-taksit əməliyyat kimi formalaşmışdır». Cavabdehin bildirdikləri ilə razılaşmadığı üçün Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərinin dəyişdirilməsini istəmişdir. Lakin bu müraciətinə də eyni cavab verilib və Müqavilənin dəyişdirilməsindən imtina olunub. Cavabdehin istinad etdiyi Müqavilənin 10.8.1-ci bəndində qeyd edilib ki, BirKartla aparılan hər bir taksit əməliyyatı, əməliyyatın aparıldığı opsiyaya uyğun ayların sayına bölünərək aylıq bərabər hissələrlə (faizsiz) ödənilir. Amma müştəri taksit əməliyyatlar çərçivəsində müvafiq əməliyyat üzrə aylıq ödənişinin (borcunun) ödənilməsini 20 gün gecikdirərsə, müvafiq taksit əməliyyatının ödəniş forması dəyişdirilir və qeyri-taksit əməliyyatları üzrə bu müqavilədə nəzərdə tutulmuş ödəniş formasına keçirilir (müvafiq taksit əməliyyatının bütün qalıq borc məbləği qədər kredit yaranır və güzəşt müddəti olmayan əməliyyatlara aid edilir). Bu halda müştəridən əməliyyat məbləğinin 1 faizi qədər xidmət haqqı tutulur və borca əlavə edilir. Müqavilənin 10.8.2.1-ci bəndində isə deyilir ki, …istifadə edilmiş məbləğ güzəşt müddəti ərzində natamam ödənildikdə və ya ümumiyyətlə ödənilmədikdə istifadə edilmiş məbləğə və ya ödənilməmiş hissəsinə bu Müqavilə ilə nəzərdə tutulmuş kredit xəttinin illik faiz dərəcəsi ilə gündəlik faizlər hesablanır. Bu halda güzəşt müddəti ərzində borcun qalığına gündəlik hesablanmalı olan faizlər də Müştərinin faiz borcuna əlavə olunur. Aşağıdakılara görə Müqavilənin qeyd edilən bəndləri qanunsuz və əsassızdır: Standart şərtli müqavilənin birtərəfli dəyişdirilməsinin yolverilməzliyi. Cavabdeh ona Müqavilə formasını təqdim edib və o da, onu təqdim edildiyi şəkildə imzalamışdır. Buna görə də, Müqavilə Mülki Məcəllənin 417- 420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış müqavilədir. Bu hər bir şəxs üçün eyni müddəa və şərtlərin müəyyən edilməsi, müqavilə tərəflərinin müəyyən qədər qeyri-bərabər vəziyyətdə olmaları, müştərinin Müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olması, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilməməsi, iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyətində qalması ilə bağlıdır. Bu yanaşma, Konstitusiya Məhkəməsi Plenumunun ««İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair» 06 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyindən irəli gəlir. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, təbii inhisar subyekti ilə bağlanan müqavilə normativ xarakterli aktla tənzimləndiyindən hər bir şəxs üçün standart, yəni eyni müddəa və şərtlərlə müəyyən edilir. Bu növ müqavilənin tərəfləri müəyyən qədər qeyri-bərabər vəziyyətdə olurlar. İstehlakçı müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olur, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilmir. Xidmətlər daxili bazarda yalnız təbii inhisarçı tərəfindən verildiyindən şəxs iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyəti ilə üzləşir. Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısını alınmaması üçün) mümkün olsun. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu baxımdan, Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə), müştərinin isə xeyrinə təfsir edildiyindən taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi barədə cavabdehin hərəkətinin geriyə dönüşü həyata keçirilməli və əməliyyat (taksit) əvvəlki vəziyyətdə saxlanılmalıdır. Bundan başqa, Mülki Məcəllənin 420.1.4-cü maddəsinin tələbinə görə, standart müqavilədə digər tərəf üçün qeyri-məqbul olan təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar daxil edilməsi yolverilməzdir və bu hal müqavilənin standart şərtlərinin etibarsız sayılmasına əsasdır. Qeyd olunmuş maddənin mətnindən göründüyü kimi, inhisarçı mövqeyində olan şirkətə onun tərəfindən təklif edilən xidməti birtərəfli dəyişdirmək və ya həmin xidmətin göstərilməsindən imtina etmək hüququ verən standart şərtli müqavilənin hər hansı müddəası etibarsızdır. Həmçinin qeyd edilməlidir ki, qanun bu cür müddəaların etibarsızlığını əlavə olaraq onunla şərtləndirmişdir ki, «bu barədə razılaşma müqavilənin digər tərəfi (yəni müştəri) üçün qeyri-məqbul olsun». Azərbaycan Dilinin İzahlı Lüğətində (Şərq-Qərb nəşriyyatı, İİİ Cild, 2006) «qeyri-məqbul» sözünə dair verilmiş izahdan görünür ki, qeyd olunan söz «qəbul edilməyən», «bəyənilməyən, yararsız» mənalarından istifadə edilir. «Qəbul edilməyən» mənasında şərtin qeyriməqbul olması onun müştəri tərəfindən şüurlu və aşkar surətdə qəbul olunmadığını nəzərdə tutur. Yəni, bu məna baxımından şərtin «məqbul» olması üçün belə şərt müştəri tərəfindən əlavə olaraq imzalanmalı və ya həmin şərt xüsusi (müqavilənin digər şərtlərindən fərqlənən və şəxsin diqqətini cəlb edən) şriftlə yazılmalıdır. Taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi barədə Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndləri isə xüsusi şriftlə yazılmayıb. «Bəyənilməyən və ya yararsız» mənasında şərtin qeyri-məqbul olması onun müştəri üçün əlverişsiz, ziyanlı olduğunu nəzərdə tutur. Bu baxımdan şərtin «məqbul» olması üçün belə şərt müştəriyə hər hansı üstünlük və ya fayda verməlidir. Cavabdehə birtərəfli qaydada taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi ilə bağlı hüquq verən Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərini müştəri olaraq qəbul etmədiyindən (qeyd olunan müddəa adi şriftlə yazılıb və o, həmin bəndi ayrıca olaraq imzalamamışdır), eləcə də ona hər hansı üstünlük və fayda vermədiyindən və tamamilə əlverişsiz olduğundan məqbul hesab edilə bilməz. Ona görə də, Müqavilənin sözügedən bəndləri etibarsız hesab edilməlidir. Bundan başqa, Mülki Məcəllənin 420.2-ci maddəsinin tələblərinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı hüququn müqavilənin bir tərəfinə verilməsi və yalnız bir tərəfin mülahizəsindən asılı edilməsi müqavilənin digər tərəfi üçün zərərli olan haldır. Bu cür xüsusi hüquqdan istifadə etməklə müştərinin vəziyyətinin pisləşdirilməsi isə birmənalı olaraq vicdanlılıq prinsipinə ziddir. Onunla Müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək etimadından sui-istifadə edib. Əlavə olaraq bildirir ki, aylıq ödəniş üç məhsul üzrə ümumi məbləğlə ödənildiyi halda, taksit əməliyyatının qeyri-taksit əməliyyatına keçirilməsi zamanı cavabdehin nağd ödənişi aldığı üç məhsuldan məhz ən bahalı avadanlığa aid edib ondan 569 manat 99 qəpiyin ödənilməmiş hissəsi (470 manat) nağd ödəməsini tələb etməsi də qanunsuzdur. Mülki Məcəllənin 420.3.4-cü maddəsinə əsasən təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası üçün ona müddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyin etmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar. Cavabdeh iyul ayı üzrə ödəniş zamanı 80 qəpik borcun olması barədə ona hər hansı xəbərdarlıq da etməyib. Mülki Məcəllənin 420.3.8-ci maddəsinə əsasən təklif etmiş tərəfin, öhdəliyi hissəhissə icra etdiyi halda müqavilənin digər tərəfini bütövlükdə müqavilənin icra edilməməsi üçün zərərin əvəzinin ödənilməsini tələb etmək barədə müddəalar etibarsız sayılır. Müqavilə Mülki Məcəllənin 347.2.2-ci maddəsinə əsasən də etibarsızdır. Belə ki, həmin maddəyə görə şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdirsə, bu, vacib əhəmiyyətli yanılmadır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd isə belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndləri Mülki Məcəllənin 339.2-339.3-cü maddələrinə əsasən də etibarsızdır. Həmin maddələrə görə şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndləri həm də Mülki Məcəllənin oferta ilə bağlı 408-ci maddəsinə də ziddir. Həmin maddəyə görə müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır (Mülki Məcəllənin 408.1-ci və 408.2-ci maddələri). Lakin cavabdeh rəsmi internet səhifəsində «BirKart» barədə yerləşdirdiyi elanda (reklamda) Müqavilənin əsas şərtlərindən biri olan taksit əməliyyatının qeyri-taksit əməliyyatına keçirilməsi və qeyri-taksit əməliyyatları çərçivəsində borcların ödənişi barədə heç bir məlumat əks edilməyib. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hesab edir ki, cavabdeh iyul ayı üzrə səksən qəpik borc qalması barədə ona bilərəkdən xəbərdarlıq etməyib. Çünki qəpiyə görə taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi cavabdehin müştərini tələyə salıb onu nağd ödənişə məcbur etməsi üçün bir vasitədir və cavabdeh öz maraqlarını güdüb. Missiyası vətəndaşların həyatının hər bir dönəmində ölkənin sosial-iqtisadi rifah halını yüksəltmək olan (cavabdehin rəsmi saytında bankın missiyası olaraq belə qeyd edilib) bank ağır müqavilə şərtləri ilə vətəndaşları çıxılmaz vəziyyətə salırsa, burada hansı sosial rifahdan danışmaq olar? Dürüstlüyü dəyərlərindən biri hesab edən, bunun həmişə və hər zaman, hətta heç kəsin müşahidə etmədiyi halda belə yalnız düzgün olan addımı atmaq, ölkənin qanunlarına və qaydalarına hörmətlə yanaşmaq, heç vaxt şirkətin maraqlarını şəxsi mənfəət naminə qurban verməmək, müştəriləri qarşısında vicdanlı olmaq və onların etimadını qazanmaq demək olduğunu bildirən cavabdeh əslində öz mənafeyini müştərinin maraqlarından üstün tutmaqla dəyərlərinə sadiq olmadığını göstərmiş olur. Cavabdehin fəaliyyəti nə missiyasına, nə özü üçün seçdiyi dəyərlərə qətiyyən uyğun deyil. Görünən odur ki, cavabdehin - bankın maraqları hər şeydən üstündür. Qəpiyə görə taksiti (hissəli ödənişi) ləğv etmək cavabdehin müştərisinə həm də hörmətsizliyidir. Cavabdeh maliyyə maraqlarını düşünür, lakin nüfuzunu, etibarlılığını və müştəri güvənini, müştərinin maddi durumunu, ölkənin indiki durumunu düşünmür. O, 40 illik jurnalist təcrübəsi olan təqaüdçüdür. Nağd ödəniş etməyə, əsassız yerə faiz ödəməyə maddi imkanı yoxdur. O, məhsulları ona görə «BirKart» kartı ilə almışdır ki, ödənişləri hissə-hissə etsin. Çünki, cavabdehin rəsmi saytında da qeyd edilib ki, "xxxx" MMC-nin yaradılmasının məqsədi əhalinin maliyyə resurslarına çıxış imkanlarının daha da yaxşılaşdırılması, xüsusilə nağdsız ödənişlərin stimullaşdırılması üçün kart məhsullarının onlar üçün əlçatan nöqtələrdə satılmasıdır. Bunun əksinin olduğunu bilsə idi, əsla müqavilə bağlamaz, «BirKart» kartı almazdı. Onsuz da səkkiz aydan artıqdır ki, koronavirus pandemiyasının yaratdığı problemlər bir yandan, Vətən Müharibəsinin ağrısı bir yandan, üstəlik, cavabdehin ədalətsizliyi də bir yandan. Bütün çətinliklərə görə dövlət vətəndaşının həyatını asanlaşdırmağa çalışdığı bir zamanda (kredit borclarının silinməsi) bank vətəndaşa problem yaradır. Müqavilənin mübahisəli bəndləri müqavilədə xüsusi olaraq göstərilməmiş, müqavilə bağlanarkən cavabdeh istehlakçı olaraq ona həmin bəndlər barədə zəruri və düzgün məlumat verməyərək onu aldatmış, bununla da «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun da tələblərini pozmuşdur. Qanunun 13.1, 13.7, 18.0.5-ci maddələrinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, cavabdeh tərəfindən isteşlakçı olaraq onun hüquqları pozulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən müqavilənin 10.8.1-ci və 10.8.2.1-ci bəndləri qanunvericiliyə zidd olduğundan etibarsız hesab edilməlidir. Müqavilənin 16-cı bəndinə əsasən bu müqavilənin hər hansı bəndinin qismən və ya bütünlüklə etibarsız, yaxud Azərbaycan Respublikası qanunvericiliyinə zidd olması müəyyən edildikdə, sözügedən etibarsız bənd və ya onun etibarsız hissəsi bu müqavilədən çıxarılmış hesab ediləcək.
4. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1424/2021 saylı, 12.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ceyhun Tağıyev).
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1424/2021 saylı, 12.04.2021-ci il qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6.1-ci maddəsində təminat verilən ədalətli məhkəmə araşdırması hüququmu pozub. Həmin maddəyə əsasən, hər kəs, onun miilki hüquq və vəzifələri nıüəyymı edilərkən... qan un əsasuula yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Nəsimi Rayon Məhkəməsi işi araşdırmayıb, işə baxılması zamanı hakim müstəqil olmayıb. Məkəmə işə birtərəfli qaydada baxıb, iddiaçının izahatlarına və məhkəməyə təqdim etdiyi sənədlərə əhəmiyyət verməyib, yalnız bankın nümayəndəsinin izahatı əsasında qətnamə qəbul edib. Məhkəmə işə hüquq bərabərliyinə əsasən deyil, bankın üstün mövqeyinə əsasən baxıb. X4 bankın tərəfində olması onun məhkəmə iclaslarında işlətdiyi ifadələrdə də özünü göstərib. Hakimin elə ilk məhkəmə iclasında “Belə baxanda, faiz olmasa bank nədən qazanmalıdır?”, sonrakı məhkəmə iclasında “Siz düşünürsüz ki, hamı kredit götürüb qaytarmamalıdır, bank da ziyan çəkməlidir?” kimi ifadələri ilə bankı müdafiə edərək, bankın nümayəndəsi qismində çıxış edib. X6 ölkənin aparıcı bankı olan bütün əməliyyatlar zamanı, o cümlədən hesabdan hər dəfə pul çıxarılanda belə faizlər tutan (KİV-lərdə və sosial şəbəkələrdə bu bankdan şikayətlər hədsiz çoxdur, bankla bağlı yazılanlardan biri isə budur: “Kapital Bank hətta bankomaları yanından keçənlərdən də faiz tutur”), bütün dövlət rüsumlarının ödənildiyi Kapital Bankı elə müdafiə edib ki, sanki acından ölən birini müdafiə edir. Əslində bankın nümayəndəsi M.Məmmədovun məhkəmədə iştirakına ehtiyac olmayıb, çünki X6 bankı məhkəmə iclaslarında çox gözəl təmsil edib. İndi də keçək müstəqil olmayan hakim Ceyluın Tağıyevin Azərbaycan Respublikasının qanunlarını ayaq altına atan qətnaməsinə. Məhkəmə qətnaməsinin əsaslandırma hissəsi demək olar ki, yoxdur. Məhkəmə yalnız bankın nümayəndəsinin izahatına əsasən qətnamə qəbul edib. Bankın nümayəndəsinin məhkəməyə təqdim etdiyi etirazının yarısını əqdin və öhdəliyin anlayışı tutur. Məhkəmənin qətnamədə əsaslandığı etirazda bildirilir: 70.07.2020-ci il tarixində ödəniş tam edilçədiyi üçin 21 gün gecikmə yaranıb. Belə ki, iddiaçıya 03.07.2020-ci il tarixdə bank tərəfindən sms göndərilərək 63 manat 02 qəpik aylıq borcunun olması barədə məlumat verilmişdir. İddiaçı 08.07.2020-ci il tarixdə 62 manat ödəməklə aylıq ödənişini natamam etmişdir ". İddiaçı ilə bank arasında 13.12.2019-cu il tarixli kredit karına dair müqaviləyə əsasən son müddəti 30.11.2022ci il tarixinədək olan kredit xətti ayrılıb. İddiaçı 2020-ci ilin yanvar ayında 159.98 manat məbləğində çaydan, həmin ayın ortalarında 299.99 manat məbləğində suqızdırıcı, mart ayında isə 569.99 manat məbləğində paltaryuyan almışdır. İlk iki məhsul üzrə ödəniş məbləğləri 12 ay, paltaryuyan üzrə isə 24 ay faizsiz, taksitə (hissəli ödəniş) bölünüb. Hər üç məhsul üzrə bankın “BirKart* kartı vasitəsilə aylıq olaraq 60 manat civarında ümumi məbləğdə ödəniş etmişdir, bütün ödənişlər vaxtında edilib (qəbzlər məhkəməyə təqdim olunub). Hər dəfə də ödəniş zamanı sıns bildirişlərdə qeyd edilən manat və qəpiklə olan məbləğləri yuvarlaqlaşdıraraq qeyd edildiyindən artıq ödənişlər etmişdir. İddiaçı 2020-ci ilin oktyabr ayı üzrə həmişəkindən çox - 75 manat borcun olması barədə sms vasitəsilə məlumat almışdır. Bunu aydınlaşdırmaq üçün bankın 196 məlumat mərkəzinə zəng etmişəm. İddiaçıya bildirilib ki, iyul ayında aylıq məbləği 80 qəpik az ödədiyinə görə artıq üç məhsulu yox, iki məhsulu hissə-hissə ödəyə bilər, aldığı məhsullardan ən bahalı olan 569.9 manat məbləğində paltaryuyanı isə nağd və ya fazilə ödəməlidir, oktyabr ayında həmişəkindən yox məbləğin olması da məhz faizlə bağlıdır. Bu iddiaçıya bildirilməsəydi, o faizlə ödənişlər etməkdə davam edəcəkdi. 2020-ci ilin iyul ayında 80 qəpik az ödədiyinə görə hissəli ödənişin nağd ödənişə keçirildiyini bankın elektron poçtuna gələn cavabında da bildirilib. Lakin məhkəmə iclasında iştirak edən bankın nümayəndəsi isə bildirib ki, iddiaçı 1 manat 02 qəpik ödəmə etmədiyimə görə hissəli ödəniş nağd ödənişə keçirilib. Bankın iki ayrı əməkdaşı tərəfindən iddiaçıya müxtəlif məbləğlə bağlı borcun olduğu deyilib. Məhkəmə bu ziddiyyətli cavabları araşdırmayıb. Məhkəmə onu da araşdırmayıb ki, əgər iyul ayında səksən qəpik və ya 1 manat az ödəmə olubsa, o zaman nə üçün avqust ayında ödəmə həmişəki kimi taksitlə aparılıb? Nə iyun sentyabr ayında həmişəkindən az məbləğ (39 manat) barədə bildiriş gəlib və iddiaçıdan yenə də nağd ödəniş tələb edilməyib? Nə üçün iyul ayında olan cüzi məbləğdə borca görə yalnız oktyabr ayında nağd ödəniş edilməsi istənilib? Bu qaranlıq qalan sualların heç birinə aydınlıq gətirilməyib. Hətta iddiaçının 1 manat borcu olsaydı belə bu hissəli ödənişin nağd və ya faizli ödənişə keçirilməsi üçün əsas ola bilməz. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra elmiş, həmişə bütün kreditlər üzrə ödənişləri tam və vaxtında, hətta müəyyən edilən məbləğdən artıq ödəmişdir. Bankın bunları nəzərə almadan 80 qəpiyə və ya 1 manata görə iddiaçıdan nağd ödəniş tələb etməsi qanunsuzdur. Deməli, iddiaçının 5 və ya 10 qəpik borcu olsaydı, bank yenə də iddiaçıya güzəşt etməyəcək və krediti iddiaçıdan nağd ödəməyini tələb edəcəkdi. Aylıq ödəniş üç məhsul üzrə ümumi məbləğlə ödənildiyi halda, taksit əməliyyatının qeyritaksit əməliyyatına keçirilməsi zamanı bankın nağd ödənişi aldığı üç məhsulda məhz ən bahalı avadanlığa aid edib iddiaçıdan 569.99 manatın ödənməmiş hissəsini birdəfəyə nağd ödəməyini tələb etməsi qanunsuzdur. Mülki Məcəllənin 420.3.8-ci maddəsinə əsasən, təklif etmiş tərəfin, öhdəliyi hissə-hissə icra etdiyi halda müqavilənin digər tərəfini bütövlükdə müqavilənin icra edilməməsi üçün zərərin əvəzinin ödənilməsini tələb etmək barədə müddəaları etibarsız sayılır. Bank iyul ayı üzrə ödəniş zamanı 80 qəpik və ya 1 manat borcun olması barədə iddiaçıya hər hansı xəbərdarlıq elməyib. Halbuki, Mülki Məcəllənin 420.3.4-cü maddəsinə əsasən, təklif etmiş tərəfi müqavilənin digər tərəfini xəbərdar etməyə və ya öhdəliyin icrası it çiin ona mitddət verməyə dair (öhdəliyin icrası barədə xəbərdaretmə; müddət təyinetmə) qanunla nəzərdə tutulan vəzifədən azad edən müddəalar etibarsız saydır. Əgər iddiaçı oktyabr ayında həmişəkindən yüksək məbləği ödəməli olmağı barədə qısa bildiriş almasaydı, faizlə ödənişlər etməkdə davam edəcəkdi. Bank öz maraqlarını güdərək qanunvericiliyin tələblərinə əməl etməyib. İyul ayı üzrə xırda məbləğdə borc olması barədə bank iddiaçıya bilərəkdən xəbərdarlıq etməyib, çünki qəpiyə görə taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi bankın müştərini tələyə salıb onu nağd və ya faizli ödənişə məcbur etməsi üçün bir vasitədir. Daha sonra etirazda qeyd edilib: "Bankla müştəri arasında imzalanmış müqavilə ilə kredit kartı və ondan istifadə qaydaları, öhdəliklərin icrası üsulu əvvəlcədən müfəssəl şəkildə təsvir olunmuşdur. Borclu müqavilə tanış olmuş, müqaviləni imza elməklə müqavilə şərtlərini qəbuletmiş və bunu öz imzası ilə təsdiq etmişdir ". Buna uyğun olaraq məhkəmə qətnamədə qeyd edib: "...tərəflər müqaviləni sərbəst şəkildə, iradə ifadələrinə müdaxilə olunmadan bağlamışlar ". Bəli, müqavilə könüllü bağlanır. Bununla belə, məlumdur ki, kredit müqaviləsində bank güclü, vətəndaş (müştəri) isə zəif tərəfdir. Yəni, vətəndaş bir qayda olaraq kredit şərtlərinin müəyyən edilməsinə təsir edə bilmir. Kredit müqaviləsinin mətnini bank hazırlayır, müştəri isə onu imzalayır. Müştəri məhz bankın yaratdığı fürsətdən - istədiyi məhsulları alıb, həmin məhsullar üzrə hissəli ödəniş imkanı verən kartdan yararlanmaq üçün kredit müqaviləsini imzalayır. Hissəli ödəniş imkanı verən karta yiyələnməyi çoxları istədiyindən, vətəndaşlar həm sevincindən, həm də tələsdiklərindən müqavilə şərtləri ilə tanış olmurlar, müqaviləni imzalayırlar. Hissəli ödəniş imkanı verən kredit kartı ilə bağlı vətəndaşlar müxtəlif yollarla, o cümlədən reklam vasitəsilə şirnikdirilir. Digərləri kimi iddiaçı da həmin reklam əsasında banka müraciət elmişdir. Bank başqaları kimi iddiaçıya da kredit müqaviləsini təqdim edib və iddiaçı onu təqdim edildiyi şəkildə imzalamışdır. Buna görə də kredit müqaviləsi Mülki Məcəllənin 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış müqavilədir. Yəni, bir müqavilə formasını bank bütün müştəriləri üçün hazırlayıb təqdim edir, vətəndaşlara isə onu yalnız imzalamaq qalır, vətəndaş müqavilənin şərtlərinin dəyişdirilməsinə təsir edə bilmir. Müqavilənin standart müqavilə olması hər bir şəxs üçün eyni müddəa və şərtlərin müəyyən edilməsi, müqavilə tərəflərinin qeyri-bərabər vəziyyətdə olmaları, müştərinin müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olması, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilməməsi, iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyətində qalması ilə bağlıdır. Bu yanaşma Konstitusiya Məhkəməsi Plenumunun "İnzibati icraat haqqında" Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair" 06 oktyabr 2012-ci il tarixli qərarındakı hüquqi mövqeyindən irəli gəlir. Həmin qərarda formalaşdırılmış hüquqi mövqeyə görə, təbii inhisar subyekti ilə bağlanan müqavilə normativ xarakterli aktla tənzimləndiyindən hər bir şəxs üçün standart, yəni eyni müddəa və şərtlərlə müəyyən edilir. Bu növ müqavilənin tərəfləri müəyyən qədər qeyri-bərabər vəziyyətdə olurlar. İstehlakçı müqaviləni oldıığu kimi qəbul etmək məcburiyyətində olur, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilmir. Mülki Məcəllənin 420.2-ci maddəsinin tələblərinə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdan prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərəri idirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı hüququn müqavilənin bir tərəfinə verilməsi və yalnız bir tərəfin mülahizəsindən asılı edilməsi müqavilənin digər tərəfi üçün zərərli olan haldır. Bu cür xüsusi hüquqdan istifadə etməklə müştərinin vəziyyətinin pisləşdirilməsi isə birmənalı olaraq vicdanlılıq prinsipinə ziddir. İddiaçı ilə kredit müqaviləsini bağlayarkən bank məhz, vicdansızlıq nümunəsi göstərərək etimadımdan sui-istifadə edib. Müqavilənin 10.8.1-ci və 10.8.2.1-ci bəndləri Mülki Məcəllənin 339.2-339.3-cü maddələrinə əsasən də etibarsızdır. Həmin maddələrə görə şəxs əqd hallanması məqsədilə aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Qanunvericiliyin tələbinə əsasən müqavilə birtərəfli olaraq onu hazırlayanın xeyrinə, digərinin ziyanınadırsa, vicdanlılıq prinsiplərinə ziddirsə, həmin müqavilə etibarsızdır. Belə halda bank iddia edə bilməz ki, müştəri müqaviləni imzalayıb deyə, mütləq onu icra etməlidir. Etirazda daha sonra qeyd edilib: "Bank müqavilə şərtlərini ümumiyyətlə dəyişməmiş, əvvəlcədən qarşılıqlı razılıq əsasında müəyyən edilmiş müqavilə şərtlərini işin faktiki hallarına uyğun tətbiq etmişdir. Bankın hansı səbəbdən bu qənaətə gəldiyi anlaşılmır. Çünki nə iddia ərizəsində, nə də iddiaçının nümayəndəsinin məhkəmə iclaslarında izahatında bankın müqavilə şərtlərini sonradan dəyişməsi barədə heç nə qeyd edilməyib. Əgər bankın nümayəndəsi iddia ərizəsində istinad edilmiş Mülki Məcəllənin 420.1.4-ci maddəsini nəzərdə tutursa, bankın nümayəndəsi həmin maddəni səhv anlayıb. Bankın nümayəndəsinin izahatına əsaslanan məhkəmə də dolayısı ilə qanunun səhv təfsir edib. Mülki Məcəllənin qeyd edilən maddəsində deyilir ki, standart müqavilədə digər tərəf üçün qeyriməqbul olan təklifi etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən müddəalar daxil edilməsi yolverilməzdir və bu hal müqavilənin standart şərtlərinin etibarsız sayılmasına əsasdır. Qeyd olunmuş maddənin mətnindən göründüyü kimi, banka onun tərəfindən təklif edilən xidməti birtərəfli dəyişdirmək və ya həmin xidmətin göstərilməsindən imtina etmək hüququ verən standart şərtli müqavilənin hər hansı müddəası etibarsızdır. Burada dəyişdirmə barədə müqaviləyə daxil edilmiş müddəalardan söhbət gedir. Qanun bu cür müddəaların etibarsızlığını əlavə olaraq onunla şərtləndirib ki, “bu barədə razılaşma müqavilənin digər tərəfi (müştəri) üçün qeyri-məqbul olsun”. Azərbaycan Dilinin İzahlı Lüğətində (Şərq-Qərb nəşriyyatı. 111 Cild, 2006) “qeyri-məqbul" sözünə dair verilmiş izahdan görünür ki, qeyd olunan söz, “qəbul edilməyən”, “bəyənilməyən, yararsız” mənalarında istifadə edilir. “Qəbul edilməyən” mənasında şərtin qeyri-məqbul olması onun müştəri tərəfindən şüurlu və aşkar surətdə qəbul olunmadığını nəzərdə tutur. Yəni, bu məna baxımından şərtin “məqbul" olması üciin belə şərt müştəri tərəfindən əlavə olaraq imzalanmalı və va həmin sərt xüsusi (müqavilənin dgər şərtlərindən fərqlənən və şəxsin diqqətini cəlb edən) şriftlə yazılmalıdır. ‘‘Banklarda kredit risklərinin idarə edilməsi Qaydalarfnın 9.3cü bəndinə əsasən, kredit müqaviləsinin azı aşağıdakılar asan oxunan və aydın şəkildə göstərilir: kreditin təyinatı; kreditin şəklləri (kreditin məbləği, valyutası, müddəti, faktiki illik faiz dərəcəsi, komisyon haqları (əgər nəzərdə tutulursa), bank tərəfindən tələb olunan digər ödənişlər). Faktiki illik faiz dərəcəsinin hesablanması bu Qaydalara 2 nömrəli əlavədə müəyyən edilmiş metodologiya əsasında aparılır: kreditin gecikdirilmə şərtləri; ödəniş cədvəli; tərəflərin hüquq və vəzifələri; vaxtından əvvəl ödənişlərin bank tərəfindən tələb edilinəsi şərtləri; kredit müddəti ərzində müqaviləyə əlavə və dəyişikliklərin edilməsi qaydası; tərəflərin məsuliyyəti; mübahisələrin həlli qaydası. Lakin kredit müqaviləsinin qeyd edilən bəndləri, xüsusilə də taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi barədə Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərinə asan oxunan şəkildə, nə də xüsusi şriftlə yazılıb. Kredit kartının imkanlarından yararlanmaq istəyənlərin daha çox pensiya yaşında olan şəxslər olduğuna görə bank qanunvericiliyin tələbi ilə yanaşı, eyni zamanda həmin şəxslərin görmə imkanlarını da nəzərə almalı idi. “Bəyənilməyən və ya yararsız” mənasında şərtin qeyri-məqbul olması onun müştəri üçün əlverişsiz, ziyanlı olduğunu nəzərdə tutur. Bu baxımdan şərtin “məqbul" olması üçün belə şərt müştəriyə hər hansı üstünlük və ya fayda verməlidir. Cavabdehə birtərəfli qaydada taksit əməliyyatının qeyri-taksit əməliyyatına dəyişdirilməsi ilə bağlı hüqııq verən Müqavilənin 10.8.1 və 10.8.2.1-ci bəndlərini müştəri olaraq qəbul etmədiyindən (qeyd olunan müddəa adi şriftlə yazılıb və mən həmin bəndi ayrıca olaraq imzalamamışam), eləcə də mənə hər hansı üstünlük və fayda vermədiyindən və tamamilə əlverişsiz olduğundan məqbul hesab edilə bilməz. Azerbaycan Respublikasında “banklar və bank fəaliyyəti haqqında” qanunun 45-ci maddəsinin Konstitusiyanın 13-cü nıaddesinin İ hissəsinə, 29-cu maddəsinin İİ, İİİ hissələrinə, 59-cu maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair “Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 1999 tarixli qərarında məlikəmə qeyd edib ki, əmanətçilərlə bağlanılan müqavilənin şərtlərinin kredit təşkilatı tərəfindən birtərəfli qaydada dəyişdirilməsinə imkan yaradan “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" qanunun 45-ci maddəsinin müddəaları ədalət prinsipinə, habelə. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsində təsbit edilmiş bərabərlik prinsipinə cavab vermir. Belə ki, “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında" qanunun 38-ci maddəsinin İİ hisəssinə görə, vəsaitin əmanətlərə cəlb olunması yazılı şəkildə, iki nüsxədə tərtib olunmuş müqavilə ilə rəsmiləşdirilir. Lakin göstərilən qanunun 45-ci maddəsinin müddəaları baxımından belə müqavilə bağlanılan anda əmanətçi vətəndaş kredit təşkilatına nisbətən qeyri-bərabər vəziyyətə düşmüş olur. Ona görə ki, həmin müqavilənin şərtlərini kredit təşkilatı müəyyən edir, vətəndaş isə tərəf kimi müqavilənin mahiyyətinə heç bir təsir göstərə bilinir. Beləliklə, kredit müqavilələri münasibətlərində vətəndaş iqtisadi cəhətdən zəif tərəf olur. Məhz bunu nəzərə alaraq qanunverici bu münasibətlərdə iqtisadi cəhətdən zəif tərəfin hüquqlarını müdafiə edir. Həmin qərardakı hüquqi mövqedən bəlli olur ki, bank və kredit təşkilatlarının əmanətçilərlə bağladığı müqavilələrdə əmanətçilər müqavilə şərtlərinə təsir imkanına malik olmadığından, irəli sürülən şənləri və müddəaları qəbul etmək məcburiyyətində olduğundan, digər tərəfə münasibətdə iqtisadi cəhətdən zəif tərəf olur və bu halda onlara münasibətdə müqavilə öhdəliklərinin birtərəfli qaydada dəyişdirilməsi, yaxud dəyişdirilməsinə imkan verən normativ müddəaların mövcudluğu belə ədalət və bərabərlik prinsipləri ilə uzlaşmır, əksinə bu cür müqavilə və ya qanun müddəaları müştərini iqtisadi cəhətdən daha da zəiflədir. Bu baxımdan, qeyri-məqbul olan təklif etmiş tərəfə vəd olunmuş işi dəyişdirmək və ya ondan imtina etmək hüququ verən standart müqavilə müddəaları və şərtləri etibarsız sayılmalı və Mülki Məcəllənin 459.1-ci maddəsinin tələbinə uyğun olaraq taksit əməliyyatı bərpa edilməlidir. Mülki Məcəllənin 459.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Etirazda daha sonra qeyd edilib: "İddiaçının müqavilə üzrə öhdəliyini icra etməməsi hüquq pozuntusudur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir". 80 qəpiyin ödənilməməsi müqavilə üzrə kreditor olan banka necə zərər vurur? Bankın 80 qəpiyin ödənilməməsini öhdəliyin icra edilməməsi və hüquq pozuntusu hesab etməsi gülüncdür. Kapital Bank ölkənin aparıcı bankıdır. Hər növ əməliyyatlardan faiz qazanan bank vətəndaşın 80 qəpiyi ödoməməsi ilə hansı zərərə uğrayır? Söhbət min və ya on min manatdan deyil, səksən qəpikdən gedir. Məsuliyyətli müştəri ilə məsuliyyətsiz müştəri arasında heçmi fərq qoyulmur? Həmişə bütün ödənişləri vaxtında və tam, hətta artıqlaması ilə etmiş məsuliyyətli müştərini bir dəfə 80 qəpik az ödədiyinə görə cəzalandırmaq hansı məntiqə və vicdana sığır? İddiaçı qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları:
7. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Bahadırbəyli apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
8. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Məmmədov apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında 13.12.2019-cu il tarixdə kart vasitəsi ilə kreditin verilməsinə dair BRED1694833A102 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən bank, iddiaçıya son istifadə tarixi 30.11.2022-ci il olan bərpa olunan kredit xətti ayırmışdır. Hüquqi dəyərləndirmə:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
14. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
18. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında 13.12.2019-cu il tarixdə kart vasitəsi ilə kreditin verilməsinə dair BRED1694833A102 nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən bank, iddiaçıya son istifadə tarixi 30.11.2022-ci il olan bərpa olunan kredit xətti ayırmışdır.
20. İddiaçı kredit kartı ilə 07.01.2020-ci il tarixdə 159 manat 98 qəpik dəyərində, 13.01.2020ci il tarixdə 299 manat 99 qəpik dəyərində və 30.03.2020-ci il tarixdə 569 manat 99 qəpik dəyərində məişət texnikası əldə etmiş və ödəniş məbləğləri 12 və 24 taksitə bölünmüşdür.
21. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini natamam icra etmiş və gecikmə yaranmışdır. Aylıq ödənişin 1.02 manat az ödənilməsi halı iddiaçı tərəfindən təkzib edilməmiş, iddia ərizəsində, apellyasiya şikayətində və kollegiya iclasında iddiaçının nümayəndəsinin verdiyi izahatında da bildirilmişdir. Lakin, iddiaçı bu halı gözünün zəif olması, eyni zamanda onun 1 manat az ödəməsinin hissəli ödənişdən nağd ödənişə keçirilməsi üçün əsas ola bilməməsi ilə izah etmişdir.
22. Kollegiya bununla bağlı qeyd edir ki, İddiaçı 08.07.2020-ci il tarixdə 62 manat ödəməklə aylıq ödənişini natamam etmişdir. Müqavilə üzrə öhdəliyin icrası qaydası pozulduğu üçün müştəri ilə bank arasında imzalanmış müqaviləyə əsasən taksit əməliyyatı qeyri-taksit əməliyyatına keçirilmişdir.
23. İş materiallarından görünür ki, müqavilə bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, tərəflər müqaviləni sərbəst şəkildə, iradə ifadələrinə müdaxilə olunmadan bağlamışlar. Müqavilədə tərəflərin öhdəlik və vəzifələri müfəssəl şəkildə göstərilmişdir. Müqavilədə anlaşılmazlıq yoxdur. Bu səbəbdən, müqavilənin, yaxud onun bəzi bəndlərinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. İddiaçı müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürərkən həm iddia ərizəsində, həm də apellyasiya şikayətində, eləcə də kollegiya iclasında verdiyi izahatda iddiaçının müqaviləni oxumadan imzaladığını, banklarda növbə olduğunu, müvafiq bəndlərin xüsusi şriftlə yazılmadığını bildirmişdir. Kollegiya qeyd edilən hallarla bağlı vurğulayır ki, həmin hallar müqavilənin etibarsızlığı üçün əsas deyildir. Çunki, işin hallarından iddiaçının müqavilə şərtləri ilə tanış olma imkanlarının olmaması və ya məhdudlaşdırılması ilə bağlı hər hansı hal müəyyən edilmir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının müqaviləni imzalamazdan əvvəl müqavilə şərtləri ilə tanış olma imkanları olmuşdur.
24. Belə ki, mübahisələndirilən müqavilə tərəflərin iradə ifadəsi ilə, sərbəst şəkildə və müqavilə azadlığı prinsipinə riayət olunmaqla bağlandığından onun etibarsızlığına səbəb ola biləcək hər hansı hal aşkar edilməmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin hallarına əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanan müqavilə mülki məcəllənin tələblərinə uyğun olmuşdur.
25. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
28. Bank tərəfindən iddiaçının elekrton poçtuna gələn məktuba əsasən onun 0.80 qəpik az ödəniş etməsi, məhkəmə iclasında bankın nümayəndəsi tərəfindən isə 1.02 qəpik az ödəniş edilməsinin bildirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarışdan (i.v. 58) görünür ki, 03.07.2020-ci il tarixində iddiaçının ödəməli olduğu məbləğ 63.02 manat olmuşdur. İddiaçı isə iş materiallarında olan qəbzdən (i.v. 10) göründüyü kimi 62 manat ödəniş etdiyindən, 1.02 manat borcu qalmışdır.
29. Kollegiya qeyd edilməsini zəruri hesab edir ki, müqavilənin 10.1-ci bəndinə əsasən nağdsız ödənişlər üzrə istifadə edilmiş məbləğin istifadə tarixindən sonra növbəti ayın 10-dək ödəniş edilməlidir. Lakin 10.07.2020-ci il tarixdə ödəniş tam edilmədiyi üçün 21 gün gecikmə yaranmışdır.
30. Gecikmə ilə bağlı iddiaçıya 03.07.2020-ci il tarixdə bank tərəfindən SMS göndərilərək 63 manat 02 qəpik aylıq borcunun olması barədə məlumat verilmişdir.
31. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
33. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1424/2021 saylı, 12.04.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev