Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7654/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3771/2021 saylı 21 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(006)-3771/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3771/2021 saylı 21 iyun 2021-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(006)-3771/2021 saylı qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılmasının təzələnmiş və məhkəmə baxışı iclasının 14 iyul 2021-ci il tarixə, saat 16:15-ə təyin olunmuşdur, eləcə də şikayət ərizəsi digər hissədə rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3771/2021 saylı 25 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(006)-3771/2021 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməmiş və şikayət 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Mülki prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 260.6-cı maddəsinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər; bu isə o deməkdir ki, baxılmamış saxlama qərardadının ləğvinə dair qərardaddan şikayət verilməsi qanunda nəzərdə tutulmamışdır. Həmçinin, bu cür qərardad işin sonrakı hərəkətinə mane olacaq xarakterli də deyildir. Bu baxımdan kollegiyanın qənaətinə görə, verilmiş şikayətə apellyasiya qaydasında baxmaq və müvafiq olaraq da apellyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir. Qeyd olunmalıdır ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin şikayəti geri qaytarmaq əvəzinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməsi nəticəsində yaranmışdır; bununla belə nəzərə alınmalıdır ki, bu hal, həmin səhvin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmasına səbəb ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3771/2021 saylı 21 iyun 2021-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-7654/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7654/2021
16.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver