Məhkəmə qərarları › İş №2(103)-7666/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7666/2021

23.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7666/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri 6 saylı Notariat Kontoruna və X1 qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbi barədə” ilk, cavabdeh Ruqiyyə Həsənovanın iddiaçıya qarşı “pul tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli qərardaddan ilk iddia üzrə İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.11.2020-ci il tarixli qətnamə ilə F.İbarhimovun ilk iddiasının rədd, Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməsini, 100.000 ABŞ dolları məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdeh1 ödənilməsini qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.06.2021-ci il tarixli qərardad ilə apellyasiya şikayətini, şikayətin verilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddətinin ötürülməsi əsası ilə qaytarmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə İddiaçı tərəfindən qəbul edilməmiş, “Poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki” imza ona və onun ailə üzvlərinə məxsus deyil. Belə ki, İddiaçı Gədəbəy rayonunda qeydiyyatda olsa da orada yaşamır, Bakı şəhərində faktiki yaşayır. Qətnaməni 21.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək rəsmi qaydada almışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.06.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və 05.11.2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilməlidir. Belə ki, apellyasiya şikayətini, prosessual müddətinin buraxılması əsası ilə qaytaran Rayon Məhkəməsi o hala əsaslanmışdır ki, İddiaçı qətnaməni 21.01.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul etmiş, onun apelyasiya şikayəti isə 21.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, İddiaçı apelyasiya şikayətini 5 ay sonra verməklə qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 134.1-ci maddəsinin mənasına görə, məhkəmə, məhkəmə sənədləri, o cümlədən məhkəmə aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. MPM-nin 135.2-ci maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-nin 135.3-ci maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə qeyd edir ki, iş üzrə 05.11.2020-ci il tarixdə qəbul olunmuş və İddiaçı qeydiyyatda olduğu (Gədəbəy rayonu, Novo Saratovka kəndi) ünvanına göndərilmiş qətnamənin 21.01.2021-cı il tarixdə adı (adı, soyadı, ata adı) bilinməyən şəxsə verilməsi (iş v. 82) qətnamənin İddiaçı çatdırılması kimi qəbul edilə bilməz. Çünki, həmin şəxsin İddiaçı münasibətdə və ümumiyyətlə kim olması bəlli deyil. Göstərilənlərə əsasən hesab edilməlidir ki, iş üzrə qəbul edilmiş qətnamənin İddiaçı çatdırılmasını təsdiq edə biləcək sənəd işdə yoxdur. Belə olan halda İddiaçı həmin qətnamənin ona çatdırılmamasını sübut etməyə borclu deyil, bu vəzifə qətnaməni poçt vasitəsi ilə göndərmiş Rayon Məhkəməsinin üzərinə düşür. Lakin Rayon Məhkəməsi bu məsələyə aydınıq gətirməmişdir. Beləliklə, Məhkəmə MPM-nin 398-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. Xətai Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 05.11.2020-ci il tarixli il qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar