Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7672/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ surət Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının vəkili X4 qızı, iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin direktoru Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4938/2019 saylı, 07.10.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC-nin direktoru Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əsas borcuna görə 70.000 manat (yetmiş min) manat, illik 5 faiz məbləği 3.500 manat (üç min beş yüz) manat, ümumilikdə 73.500 (yetmiş üç min beş yüz) manat pul alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" QSC-də çalışmış və satılan malların pullarının yığımı ilə məşğul olmuşdur. 2018-ci ildə məlum olmuşdur ki, satılan malların pulları ödənilmir və bu barədə cavabdehə müraciət edilmişdir. Cavabdeh mağazalara satılan malların pullarını aldığını və həmin pulları iki aya qaytaracağını söz vermişdir. Onlar cavabdehin sözlərinə etibar etmədiklərindən, razılığa gəlib Bakı şəhəri, 3 saylı notariat kontoruna gedərək, aralarında 07 avqust 2018-ci il tarixdə 3M-518 saylı borc müqaviləsini rəsmiləşdirmişlər. Cavabdeh rəsmi qaydada Nümayəndə 70.000 (yetmiş min) manat borcu olduğunu etiraf etmiş və həmin borcu 2018-ci ilin avqust ayına kimi qaytaracağını bildirmişdir. Lakin cavabdeh borc müqaviləsinin şərtlərini pozaraq, hazırki vaxta qədər bu günə qədər heç bir məbləğdə pul qaytarmamışdır. Nəticədə böyük məbləğdə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4938/2019 saylı, 07.10.2019cu il tarixli qətnaməsi ilə İddia qismən təmin edilsin. Cavabdeh 70.000 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" QSC-nin direktoru Nümayəndə verilsin. İddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Anar İbrahimov). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçının nümayəndəsi X2 və Cavabdeh işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etmişdirlər: «Mən iddiaçı ilə razılığa gələrək müqavilədə göstərilən 70 (yetmiş) min manat dəyərində olan malların şirkətlərdə aktlarını toplayaraq iddiaçıya təqdim edirəm. Geri qaytarılmamış malların aktlarını təqdim etməsəm yerdə qalan borcumu ödəməyi öhdəliyimə götürürəm.2 ay ərzində aktları toplayıb iddiaçıya təqdim etməyimə söz verirəm. Əks təqdirdə dəymiş ziyanı ödəməyə razıyam. İddiaçı aktları qəbul edib həmin məbləğin ümumi məbləğdən çıxmasını öhdəsinə götürür». Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi X3 və Cavabdeh barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4938/2019 saylı, 07.10.2019-cu il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi X2 və Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «Mən iddiaçı ilə razılığa gələrək müqavilədə göstərilən 70 (yetmiş)min manat dəyərində olan malların şirkətlərdə aktlarını toplayaraq iddiaçıya təqdim edirəm. Geri qaytarılmamış malların aktlarını təqdim etməsəm yerdə qalan borcumu ödəməyi öhdəliyimə götürürəm. 2 ay ərzində aktları toplayıb iddiaçıya təqdim etməyimə söz verirəm. Əks təqdirdə dəymiş ziyanı ödəməyə razıyam. İddiaçı aktları qəbul edib həmin məbləğin ümumi məbləğdən çıxmasını öhdəsinə götürür». Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4938/2019 saylı, 07.10.2019cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7672/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7672/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver