Məhkəmə qərarları › İş №2(103)-7679/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7679/2021

24.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7679/2021 24.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh və onun vəkili-nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə kompensasiya verilməklə onun mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və ya kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(007)-1287/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehə kompensasiya verilmədən onun mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 7500 manat məbləğində kompensasiya verilməsi əsasında Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanındakı 42-ci mənzildən istifadə hüquqlarına xitam verilməsi və onun həmin mənzildən çxıarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilə köçürülmə və ya kompesasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(007)-1287/2021 nömrəli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh 7500 (yeddi min beş yüz) manat kompensaiya verilməklə sonuncunun ünvan 2 ünvanına istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, qətnamənin Cavabdeh ünvan 3 ünvanında yerləşən 42 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas olması, məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, iş üzrə qrşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məkhəmə kollegiyasının iclasında Cavabdeh ərizə təqdim edərək apellyasiya şikayətinin geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(007)-1287/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması” tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və ya kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(007)- 1287/2021 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina ərizəsi qəbul edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(007)-1287/2021 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar