Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7686/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi (qardaşı) Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 3.862 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zəərin əvəzi kimi 2.781 manat, dövlət rüsumunun əvəzi kimi 47,81 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisə baş verib. Hadisə nəticəsində iddiaçının mülkiyyətində olan “Kia Ceed” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobil mexaniki zədə alıb. İddiaçının avtomobilinə zədə yetirən avtomobil sahibinin mülki məsuliyyəti cavabdeh tərəfindən icbari qaydada sığortalanıb. Ona görə də iddiaçı zərərə görə sığorta ödənişi verilməsi üçün cavabdehə müraciət edib. Mübahisə zərərin məbləği barədədir. İddiaçı zərərin məbləğinin 3.862,50 manat olduğunu bildirir, bunu "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktı ilə əsaslandırır (iş v. 9). Cavabdeh isə zərərin məbləğinin 1.805 manat olduğunu müəyyən edib (iş v. 10). Cavabdeh həmçinin bildirir ki, iddiaçının sığorta şirkətinə müraciəti nəzərə alınaraq təkrar qiymətləndirmə keçirilmiş, "xxxx" MMC-nin qüsur aktı ilə zərərin məbləğinin 1.125 manat olduğu müəyyən edilmişdr (iş v. 13). İddaçı bu məbləğ ilə razılaşmır. Birinci instansiya məhkəməsində icraat zamanı zərərin məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3698 nömrəli rəyi ilə müəyyən edilib ki, zərərin məbləği 2.781 manat təşkil edir. Birinci instansiya məhkəməsi zərərin əvəzi kimi həmin məbləğin tutulmasını qət edib. Ekspert rəyi kifayət qədər əsaslandırılıb, təkrar ekspertiza keçirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə “İcbari sığortalar haqqında” Qanunun 50-58-ci maddələrinin, habelə Mülki Məcəllənin 926-cı maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sığorta ödənişi kimi 2.781 manat tutulmasını qət etmişdir. Ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7686/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7686/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver