Məhkəmə qərarları › İş №2(103)-7693/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7693/2021

15.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7693/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2 Abdul qızının, idddiaçı İddiaçı4, iddiaçıların vəkili Vəkil1, Cavabdeh1-in nümayəndəsi X26 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 cavabdehlər Cavabdeh1-yə, Bakı şəhəri 3 saylı ASAN xidmətin notariat kontoruna, Bakı şəhəri 53 saylı notariat ofisinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, Cavabdeh5 Cəmaləddin qızına qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1660/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1-yə, Bakı şəhəri 3 saylı ASAN xidmətin notariat kontoruna, Bakı şəhəri 53 saylı notariat ofisinə, Bakı şəhəri 12 saylı notariat ofisinə, Cavabdeh5 Cəmaləddin qızına qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X34 X17 qarşı qoyduğu vəsiyyətnamənin etibarsız hesab edilməsi, Yasamal-M MMC ½ hissəsinin analarının mülkiyəti hesab etdikləri fərdi tikilinin sökülüb və həmin əmlak üzərinə atalarını mülkiyyətçi olaraq tanıyıb onunla müqavilə bağladığı və 53 saylı notariat ofisində həmin əqdlər təsdiq edildiyi üçün cavabdehlərdən 53 saylı notariat kontoruna və Yasamal-M MMCyə münasibətdə X27 miras qalmış əmlaklardan olan Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəs, 78 ünvanında yerləşən ümumi ərazinin 3/6 hissəsinin ½ hissəsi, eləcə də ümumi ərazinin 3/6 hissəsində inşa olunmuş tikililərin ½ hissəsi X8 mülkiyyəti hesab edilməklə mirasdan ayrılması və həmin hissəyə onların pay hüququnun tanınması, miras qoyan Əbdül Əbdülovun həm vəsiyyət, həm də qanun üzrə vərəsəsi olan oğlunun və digər mirasqoyanla nikahından olan uşaqlarının anası olaraq, eləcə də özü miras qoyanın vərəsəsi olduğu üçün və analarının da payının olduğunu iddia etdikləri əmlakı miras olaraq gördüyü üçün cavabdehlərdən X3 münasibətdə və vərəsəlik işinin açılması ilə əlaqədar 12 saylı notariat kontoruna münasibətdə X27 miras qalmış əmlakların ümumi kütləsinin müəyyən edilməsi və müəyyən olunmuş miras kütləsinə onların hər birinin pay hüququnun tanınması və hər birinin payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçıların vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək X34 X10 adına qoyduğu vəsiyyətnaməsinin etibarsız hesab edilməsi və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X10 adına aparılmış qeydlərin ləğv edilməsi, X52 ilə cavabeh “Yasamal-M’' MMC arasında, Bakı şəhəri, 53 №- li notariat ofisində bağlanmış 01 aprel 2020-ci il tarixli “Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsi, X8 payının, X35 adına olan ünvan 2 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X34 vəfatından iki ay sonra, cavabdeh "Yasamal- M” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mövcud olmadığından X8 payının, sökülmüş tikililərin əvəzinə Cavabdeh1 tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və Cavabdeh1-nin və mirasqoyan X34 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X34 vəfatı ilə əlaqədar ona münasibətdə ödənişin ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi, X27 miras qalan **-CA-***, **-CX-***, **-BS-***, **-OE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 3 saylı mənzilə, X1 adına Yasamal rayonu, H. Cavid bina 4, 38 saylı mənzilin 1/2 payına, X1 adına Neftçala rayonu, Xəzər kəndi ünvanında 0,12 ha əmlakın ½ payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizədə həmçinin qeyd olunur ki, əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxslərə verilməlidir. Ana payları müəyyən edildikdən və miras əmlakdan çıxıldıqdan sonra isə mirasın yerdə qalan hissəsinə də iddiaçıların iddia tələblərindən olan üçüncü tələbləri, yəni X27 miras qalmış əmlaka digər vərəsələrə münasibətdə bərabər paylar üzrə payları müəyyən edilməlidir. Beləliklə, iddiaçılar X34 adından miras qalmış əmlakda analarına məxsus olan payın müəyyən edilib analarının vərəsələri kimi faktiki qəbul etdikləri mirasın onllara verilməsini, qalan əmlakın X34 mirası kimi vərəsələr arasında bərabər bölünməsini xahiş etmişlər. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1660/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsi ilə X34 X10 adına qoyduğu vəsiyyətnaməsinin etibarsız hesab edilməsi və həmin vəsiyyətnaməyə əsasən verilmiş vərəsəlik hüquaqu haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, eləcə də həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrində X10 adına aparılmış qeydlərin ləğv edilməsi, X52 ilə cavabeh “Yasamal-M’' MMC arasında, Bakı şəhəri, 53 №- li notariat ofisində bağlanmış 01 aprel 2021-ci il tarixli “Öhdəlik müqaviləsinin” etibarsız hesab edilməsi, X8 payı, X35 adına olan ünvan 2 ünvanında yerləşmiş tikililərin ½ hissəsi həcmində müəyyən edilməsi və həmin tikililər, miras qoyan X34 vəfatından iki ay sonra, cavabdeh "Yasamal-M” MMC tərəfindən qeyri-qanuni olaraq söküldüyü üçün hazırda mövcud olmadığından X8 payının, sökülmüş tikililərin əvəzinə Cavabdeh1 tərəfindən verilməli olan əmlakların ½ hissəsində müəyyən edilməsi və Cavabdeh1-nin və mirasqoyan X34 hesabına, müştərək qaydada, iddiaçılara verilməsinin təmin olunması, X34 vəfatı ilə əlaqədar ona münasibətdə ödəniş ondan miras qalmış əmlaklar hesabına təmin edilməsi, X27 qalan **-CA-***, **-CX-***, **-BS-***, **-OE- *** nömrəli nəqliyyat vasitələrinə, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən qeyriyaşayış sahəsinə, Yasamal A.Ağayev 78 ünvanında yerləşmiş tikililərə və yerləşdikləri torpaq sahəsinə, ünvan 3 saylı mənzilə, X1 adına Yasamal rayonu, H. Cavid bina 4 , 38 saylı mənzilin 1/2 payına, X1 adına Neftçala rayonu, Xəzər kəndi ünvanında 0,12 ha əmlakın ½ payına iddiaçıların hər birinin 1/13 payının müəyyən edilməsi barədə iddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızının, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 və İddiaçı6 iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1660/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı6 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və İddiaçı1 nümayəndəsi İddiaçı2 Abdul qızı, idddiaçı İddiaçı4, iddiaçıların vəkili Vəkil1 apellyasiya şikayətlərini müdafiə edərək Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1660/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilərək iddiaçıların anaları X8 ölümündən sonra miras qalmış və onlar tərəfindən miras kimi faktiki olaraq qəbul edilmiş miras kütləsi üzərində mülkiyyət hüquqlarının tanınmasını, həmçinin iddiaçıların ataları X34 ölümündən sonra ondan miras qalmış əmlaklar üzərində vərəsəlik hüquqlarını tanımaqla həmin əmlaklardan onlara düşən pay üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş edərək bildirmişlər ki, iddiaçılar analarının ölümündən sonra yaşadıqları ev sökülənə kimi analarından miras qalqan evdə yaşamış, orada qeydiyyatda olmuş, analarından miras qalan bütün ev əşyalarını – xalça-palaz, qab-qaşıq – hər şeyi, analarından miras qalmış daşınmaz əmlak paylarını faktiki qəbul etmişlər. Ona görə də həm atalarından, həm də analarından qalmış mirasın onlar arasında ədalətli bölünməsini xahiş edirlər. Məhkəmə iclasında Cavabdeh1-in nümayəndəsi X45 apellyasiya şikayətinə etiraz edərək Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1660/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər cavabdehlər - Cavabdeh5 Cəmaləddin qızı, onun nümayəndəsi və vəkili X36, Bakı şəhəri 3 saylı ASAN xidmətin notariat kontoruna, Bakı şəhəri 53 saylı notariat ofisinə, Bakı şəhəri 12 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmiş və ya məhkəmə iclasını təxirə salmağı xahiş etməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. 20.09.2021-ci il tarixdə Bakı Apellyasiya məhkəməsində keçirilmiş məhkəmə iclasında Cavabdeh5 Cəmaləddin qızının nümayəndəsi və vəkili X46 apellyasiya şikayətinə etiraz edərək şikayətdə qeyri-dəqiqlik olmasını, X34 vərəsələrinə qanunvericiliklə düşən payın notariat orqanı tərəfindən müəyyən edilərək verildiyini, iddia tələbinin əsassız olduğuna görə birinci instansiya məhkəməsi tərəfindən rədd olunduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1660/2021 saylı, 24.05.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayətlər birinci instansiya məhkəməsi qətnaməsinin tam ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, X52 18 avqust 2018-ci il tarixli notarius tərəfindən təsdiq edilmiş vəsiyyətnaməyə əsasən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını ünvan 5 ünvanında qeydiyyatda olan oğlu X17 vəsiyyət etmişdir. X52 06.04.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. X52 ilə X13 arasında 10.01.2012-ci il tarixdə nikah bağlanılmışdır və arvada Əbdülova soyadı verilmişdir. 06.07.2010-cu il təvəllüdlü X14 atası X52, anası isə X6r. 16.03.2018-ci il təvəllüdlü X7 atası X52, anası isə Cavabdeh5dır. 12.10.2011-ci il təvəllüdlü X37 atası X52, anası isə Cavabdeh5dır. 12.05.2016-cı il təvəllüdlü X28 atası X52, anası isə Cavabdeh5dır. 18.12.2012-ci il təvəllüdlü X18 atası X52, anası isə X6r. xx.xx.1967-ci il təvəllüdlü X19 atası X52, anası isə X15r. xx.xx.1974-ci il təvəllüdlü X29 atası X52, anası isə X15r. xx.xx.1973-cü il təvəllüdlü X38 atası X52, anası isə X15r. xx.xx.1978-ci il təvəllüdlü X16 atası X52, anası isə X15r. xx.xx.1970-cı il təvəllüdlü X20 atası X52, anası isə X15r. xx.xx.1984-cü il təvəllüdlü X25 atası X52, anası isə X15r. xx.xx.1969-cu il təvəllüdlü X30 atası X52, anası isə X15r. X24 11.09.2001-ci il tarixdə kəskin ürək çatışmazlığından ölmüşdür. ** CA *** dövlət qeydiyyat nişanlı, Mitsubushi L200 minik markalı, ** CX *** dövlət qeydiyyat nişanlı Azsamand minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı QAZ 13 minik markalı, 90OE499 dövlət qeydiyyat nişanlı, UAZ31513 minik markalı nəqliyyat vasitəsi X41 mülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr, ev 6a, 65 saylı mənzil 24.02.2020-ci il tarixdən qeydiyyata alınmaqla, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid pr., 12 ünvanında yerləşən qeyriyaşayış binası 08.04.2020-ci il tarixdən, Neftçala rayonu, Xəzər kəndində yerləşən 0,12 ha torpaq sahəsi 05.03.2020-ci il tarixdən qeydiyyata alıınmaqla X34 xüsusi mülkiyyətindədir. Cavabdeh5 adına ünvan 8 ünvanında yerləşən 38 nömrəli mənzil 28 saylı DNK-nın 4Ə-47 reyestr nömrəli 12.02.2020-ci il tarixli alqı-satqı müaviləsinə əsasən 04.03.2020-ci il tarixdə və Neftçala rayonu, Xəzər kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi 13.12.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 12 ünvanında yerləşən daşınmaz əmlak üzərində X14 14/26 hissədə pay hüququ vardır,12/26 hissə açıqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 17, 65 saylı mənzil üzərində X2 27/52 hissə, X14 14/52 hissədə, X53, X7, X28, X18, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 hər birinin 1/52 hissədə payı vardır və ünvan 17, 65 saylı mənzil üzərində hüquqlar 18.01.2021-ci il tarixdə qeydiyata alınmışdır. Vəfat etmiş X12 qalmış arvadı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 4, mənzil 38 qeydiyyatda olan X2 onların birgə nikah dövründə əldə etdikləri ƏMDK yanında DƏDRX tərəfindən 24.02.2020-ci il tarixdə X42 verilmiş **********29- 05301-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 88,86 kv.m olan 65 saylı mənzilə, ƏMDK yanında DƏDRX tərəfindən 05.03.2020-ci il tarixdə X42 verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququ vardır. O cümlədən ölmüş ərin ümumi əmlakdan payı ünvan 11 ünvanında yerləşən mənzilin ½ hissəsindən , ünvan 12paq sahəsinin ½ hissəsindən ibarətdir. 10.12.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən 18.08.2016-cı il tarixdə təsdiq edilən və 573 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 06.04.2020-ci il tarixdə vəfat etmiş X34 vəsiyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 13 ünvanında qeydiyyatda olan oğlu X21r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən 05.03.2020-ci il tarixdə X42 verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin ½ hissəsi, ƏMDK yanında DƏDRX tərəfindən 24.02.2020-ci il tarixdə X42 verilmiş **********29-05301-093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 88,86 kv.m olan 65 saylı mənzilin ½ hissəsindən ibarətdir. 10.12.2020-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, 3 saylı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən 18.08.2016-cı il tarixdə təsdiq edilən və 573 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 06.04.2020-ci il tarixdə vəfat etmiş X34 vəsiyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 13 ünvanında qeydiyyatda olan oğlu X21r və o mirasdan 14/26 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən əmlak ƏMDK yanında DƏDRX tərəfindən 08.04.2020-ci il tarixdə X42 verilmiş **********53-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri -yaşayış sahəsindən ibarətdir və miras əmlakın qalan 12/26 hissəsinə məcburi pay üzrə vərəsəlik şəhadətnaməsi verilir. 06.04.2020-ci il tarixdə vəfat etmiş X34 əmlakının 12/26 hissəsinə arvadı Cavabdeh5 Cəmaləddin qızı, övladları X53, X22, X47, X39, İddiaçı6, İddiaçı2, İddiaçı1, İddiaçı5, İddiaçı7, İddiaçı4, İddiaçı3 vərəsədir. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK yanında DƏDRX tərəfindən 08.04.2020-ci il tarixdə X42 verilmiş **********53-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri -yaşayış sahəsindən ibarətdir və göstərilən əmlakın 14/26 hissəsinə vəsiyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. -ƏMDK yanında DƏDRX tərəfindən 24.02.2020-ci il tarixdə X42 verilmiş **********29-05301- 093009 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 10 ünvanında yerləşən 88,86 kv.m olan 65 saylı mənzilin mərhuma məxsus ½ hissəsindən - ƏMDK yanında DƏDRX tərəfindən 05.03.2020-ci il tarixdə X42 verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Neftçala rayonu, Xəzər kəndi ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin mərhuma məxsus ½ hissəsindən ibarətdir. Əmlakın ½ hissəsinə mülkiyyət hüququ haqqında şəhadətnamə, qalan miras əmlakın 14/26 hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X52 ilə "xxxx" MMC arasında bağlanmış 11.12.2019-cu il tarixli beh müqaviləsinə əsasən X52 AR DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli, 22.12.2016-cı il tarixli çıxarışa əsasən ünvan 15 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evini "xxxx" MMC-yə 11.01.2020-ci il tarixədək satmağı, "xxxx" MMC isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürmüş və beh verən gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi beh alana 360.000 (üç yüz altmış min) manat pulu notariusun depozit hesabı vasitəsilə satıçıya ödəmiş və alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qalan 140.000 (yüz qırx min) manat pul vəsaitini satıcı X42 ödəməlidir. Əmlak mülkiyyətçisi Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəsi, ev 78 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 129.7 kv.m olan fərdi yaşayı evinin 3/6 hissəsinin sökülməsi üçün tikinti şirkətinə vermişdir. Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin özünə məxsus hissəsini sökülmək üçün Tikinti şirkətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə “Tikinti Şirkəti” tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170,0 kv.m olan 4 otaqlı mənzili, ümumi sahəsi 141,0 kv.m olan 3 otaqlı mənzili, ümumi sahəsi 120,0 kv.m olan qeri-yaşayış sahəsini, ümumi sahəsi 40,0 kv.m olan anbar sahəsini və 2 ədəd avtodayanacaq sahəsini və notariusun depozit vasitəsilə 90000 (doxsan min) manat məbləği qəbul etməyi öhdəsinə götürmüşdür. ünvan 15 ünvanda yerləşən fərdi yaşayış evi X34 xüsusi mülkiyyətində olmaqla, 3/6 hissədə pay hüququ vardır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar qeyd etmişdir ki: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ. hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1158-ci maddəsinə əsasən əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq X34 vərəsələrinin dairəsi və ondan miras qalan əmlakın kütləsi, həmçinin X34 adında olan əmlakda onun birinci arvadı X24 və ikinci arvadı Cavabdeh5 Cəmaləddin qızının gizli əmlaklar müəyyən edilməlidir. Mülki işin materialları ilə müəyyən edilir ki, X34 vərəsələri İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı6, X31, X22, X53, X47, X39, X13 olmaqla 13 nəfərdən ibarətdir. X34 vərəsələri İddiaçı1, İddiaçı2 Abdul qızı, İddiaçı3, İddiaçı7, İddiaçı4, İddiaçı5, İddiaçı6 eyni zamanda anaları X9 vərəsələri olmaqla ondan miras qalmış əmlakı faktiki olaraq qəbul etmişlər. X34 özünün və arvadı Cavabdeh5 adında aşağıdakı əmlakları olmuşdur:

1. ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m olan 65 saylı mənzilinin (çıxarış № **********);

2. ünvan 18i ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin (çıxarış №**********) ;

3. ünvan 18i ünvanında yerləşən (Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsi;

4. ünvan 19 ünvanında yerləşən 38 saylı mənzilin (Cavabdeh5 adına qeydə alınmış);

5. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan (çıxarış **********) qeyri-yaşayış sahəsi;

6. ünvan 20 ünvanda yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi;

7. ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşın (şəhadətnamə verilmə tarixi10.10.2015);

8. ** CX *** dövlət qeydiyyat nişanlı “Azsamand “ markalı avtomaşın (şəhadətnamə verilmə tarixi 07.05. 2008);

9. ** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşın (şəhadətnamə verilmə tarixi 15.04.2016); 10.** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşın (şəhadətnamə verilmə tarixi - 10.11.2015). Həmin əmlaklardan: -ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m olan 65 saylı mənzil (çıxarış № **********); -ünvan 18i ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi (çıxarış №**********); -ünvan 18i ünvanında yerləşən (Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsi; -ünvan 19 ünvanında yerləşən 38 saylı mənzil (Cavabdeh5 adına qeydə alınmış) -** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşın (şəhadətnamə verilmə tarixi10.10.2015); -** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşın (şəhadətnamə verilmə tarixi 15.04.2016); - ** OE *** dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşın (şəhadətnamə verilmə tarixi - 10.11.2015) X52 ilə Cavabdeh5 birgə nikahda olduqları dövrdə əldə edildiyinə görə X27 miras qalan əmlakın kütləsinə onların hər birinini ½ hissəsi daxil edilməlidir. ** CX *** dövlət qeydiyyat nişanlı “Azsamand “ markalı avtomaşın (şəhadətnamə verilmə tarixi 07.05. 2008) Ə.A.Əbdülovun evli olmadığı vaxt alındığına görə mirasın kütləsinə tam daxil edilməlidir. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan (çıxarış **********) qeyri-yaşayış sahəsi X52 ilə iddiaçıların anaları X9 birgə nikahı dövründə, yəni 08 aprel 2005-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş şəhadətnamə əsasında X43q satıldığına görə X52 ilə iddiaçıların anaları X9 bərabər paylı mülkiyyəti kimi hesab olunmaqla əmlakda X34 payı ½ hissədə, X9 payı1/2 hissədə hesab olunmalıdır. ünvan 20 ünvanda yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin ev miras kimi X52 tərəfindən qəbul edilmiş və 22.12.2016-cı il tarixdə adına mülkiyyət kimi qeyd olunmuş və bu xüsusatı o ölənə qədər heç kəs mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası həmin əmlakın tam şəkildə X34 mülkiyyəti olması faktını qəbul edir. İddiaçıların həmin əmlakda X9 payı olması ilə bağlı tələblərini rədd edir. Birinci instansiya məhkəməsi ünvan 20 ünvanda yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi ilə bağlı iddiaçıların tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi həmin tələbi rədd edərkən X34 vəfatından iki ay sonra Cavabdeh1 tərəfindən həmin evin qeyri – qanuni söküldüyünə və mövcud olmadığına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin dəlili ilə razılaşmır. Mülki işin materialları ilə müəyyən edilir ki, ünvan 20 ünvanda yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evi ilə bağlı Cavabdeh1MMC ilə X52 arasında iki müqaviə bağlanmış və X52 tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər tam, Cavabdeh1 tərəfindən isə qismən yerinə yetirilmişdir. Belə ki: İş materiallarında olan X52 ilə "xxxx" MMC arasında bağlanmış 11.12.2019-cu il tarixli beh müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, X52 AR DƏDRX-nin Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli, 22.12.2016-cı il tarixli çıxarışa əsasən ünvan 15 ünvanında yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evini "xxxx" MMC-yə 11.01.2020-ci il tarixədək satmağı, "xxxx" MMC isə göstərilən tarixə kimi həmin əmlakı almağı öhdəsinə götürmüş və beh verən gələcəkdə bağlanacaq daşınmaz əmlak alqı-satqı müqaviləsinin təminatı kimi beh alana 360.000 (üç yüz altmış min) manat pulu notariusun depozit hesabı vasitəsilə satıçıya ödəmiş və alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən qalan 140.000 (yüz qırx min) manat pul vəsaitini satıcı X42 ödəməlidir. İş materiallarında olan X52 ilə Yasamal M MMC arasənda bağlanılmış 01.04.2020-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, əmlak mülkiyyətçisi Bakı şəhəri, Yasamal rayonu, Ağayev küçəsi, ev 78 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 129.7 kv.m olan fərdi yaşayı evinin 3/6 hissəsinin sökülməsi üçün tikinti şirkətinə vermişdir. Əmlak mülkiyyətçisi bu müqaviləyə əsasən mülkiyyətində olan fərdi yaşayış evinin özünə məxsus hissəsini sökülmək üçün Tikinti şirkətinə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş qaydada və müddətdə “Tikinti Şirkəti” tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı, K.Kazımzadə və Ayna Sultanova küçələrinin əhatə etdiyi ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasının “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170,0 kv.m olan 4 otaqlı mənzili, ümumi sahəsi 141,0 kv.m olan 3 otaqlı mənzili, ümumi sahəsi 120,0 kv.m olan qeri-yaşayış sahəsini, ümumi sahəsi 40,0 kv.m olan anbar sahəsini və 2 ədəd avtodayanacaq sahəsini və notariusun depozit vasitəsilə 90000 (doxsan min) manat məbləği qəbul etməyi öhdəsinə götürmüşdür. Mülki işin materialları ilə həmçinin müəyyən edilir ki, X52 ilə "xxxx" MMC arasında bağlanmış 11.12.2019-cu il tarixli beh müqaviləsinə əsasən Ə.A.Əbdülov 500.000 (beş yüz min) manat məbləğdən 360.000 (üç yüz altımış min) manatı 11 dekabr 2019-cü ildə, 01.04.2020-ci il tarixli müqaviləyə əsasən 90.000 manat məbləği 01 aprel 2020-ci ildə "xxxx" ASC-dən almış, 140.000 (bir yüz qırx min) manat isə notariusun depozit hesabından məxaric olunmamışdır (İ cild, iş vərəqə 201-203). X34 06.04.2020-ci il tarixdə ölməsi, yəni onun yüksək məbləğdə pulu alması ilə ölümü arasındakı müddətin çox olmamasını nəzərə almaqla məhkəmə kollegiyası onun tərəfindən bankdan alınmış 360.000 manat və 90.000 manat vəsaiti, həmçinin notariusun depozit hesabından alınmamış 140.000 manat vəsaiti X27 qalan mirasın kütləsinə daxil edilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, ünvan 20 ünvanda yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evinin əvəzində Cavabdeh1 təırəfindən müqavilələr əsasında X42 verilməli olan aşağıdakı əmlaklar da X27 qalan mirasın kütləsinə daxil edilməlidir: a) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzili; b) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzili; c) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsi; d) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 40 kv.m. olan anbar sahəsi; e) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında iki ədəd avtodayanacaq sahəsi. Məhkəmə kollegiyası iddia tələbinin X34 X23 qoyduğu vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1162. Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Ona görə də X34 on üç vərəsəsi olması nəzərə alınmaqla iddiaçıların hər birinin X27 miras qalmış əmlakda payı 1/26 hissədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası iddiaçıların anaları X4 qalmış mirası faktiki olaraq qəbul etmələrini nəzərə alıb hesab edir ki, onların Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan (çıxarış **********) qeyri-yaşayış sahəsinin iddiaçıların anaları X11 məxsus ½ hissəsi üzərində hər birinin 1/7 hissədə mülkiyyət hüququ tanınmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1660/21 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 iddia tələbləri qismən təmin edilməli, Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 Abdül qızının anaları X8 və ataları X34 vərəsəsi olmaları və onlardan miras qalmış əmlakda vərəsəlik hüquqları tanınmalı, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair 12 saylı notariat ofisi tərəfindən verilmiş, X14 əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestrdə 2V-95 № ilə qeydə alınmış və Cavabdeh5 və digərlərinin əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestrdə 2V-96 № ilə qeydə alınmış “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər, həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənədlər (çıxarışlar) ləğv edilməli, Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 hər birinin anaları X5 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin 1/7 hissəsini faktiki olaraq miras kimi qəbul etmələri və həmin ½ hissənin 1/7 hisssəsi üzərində mülkiyyət hüquqları tanınmalı; Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 hər birinin ataları X27 miras qalmış: 1) ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m olan 65 saylı mənzilinin (çıxarış № **********) ½ hissəsinin 1/26 hissəsi üzərində; 2) ünvan 18i ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin (çıxarış №**********) ½ hissəsinin 1/26 hissəsi üzərində; 3) ünvan 18i ünvanında yerləşən(Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsinin ½ hissəsinin 1/26 hissəsi üzərində; 4) ünvan 19, 38 saylı mənzilin (Cavabdeh5 adına qeydə alınmış) ½ hissəsinin 1/26 hissəsi üzərində; 5) Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan (çıxarış **********) qeyri-yaşayış sahəsinin ½ hissəsinin 1/26 hissəsi üzərində; 6) ünvan 20 ünvanda yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evinin 1/26 hissəsi üzərində mülkiyyət hüququna uyğun olaraq : a) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzilin 1/26 hissəsi üzərində; b) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzilin 1/26 hissəsi üzərində; c) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin 1/26 hissəsi üzərində; d) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 40 kv.m. olan anbar sahəsinin 1/26 hissəsi üzərində; e) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında iki ədəd avtodayanacaq sahəsinin 1/26 hissəsi üzərində; f) ”Yasamal-M” MMC ilə X52 arasında 11.12.2019-cu il tarixdə bağlanmış öhdəlik müqaviləsi üzrə Ə.A.Əbdülova ödənilmiş 360.000 manat və ödənilməli olan 140.000 manatın 1/26 hissəsi üzərində; g) ”Yasamal-M” MMC ilə X52 arasında 01.04.2020-ci il tarixdə bağlanmış beh müqaviləsi üzrə Ə.A.Əbdülova ödənilmiş 90.000 manatın 1/26 hissəsi üzərində; 7) ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşının ½ hissəsinin 1/26 hissəsi üzərində; 8) 90 CX227 dövlət qeydiyyat nişanlı “Azsamand “ markalı avtomaşının 1/26 hissəsi üzərində; 9)** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşının ½ hissəsinin 1/26 hissəsi üzərində; 10) 90OE499 dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşının ½ hissəsinin 1/26 hissəsi üzərində mülkiyyət hüququ tanınmalıdır. Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1660/21 saylı, 24 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 iddia tələbləri qismən təmin edilsin. Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 Abdül qızının anaları X8 və ataları X34 vərəsəsi olmaları və onlardan miras qalmış əmlakda vərəsəlik hüquqları tanınsın. Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair 12 saylı notariat ofisi tərəfindən verilmiş, X14 əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestrdə 2V-95 № ilə qeydə alınmış və Cavabdeh5 və digərlərinin əmlaka vərəsəlik hüququna dair 10 dekabr 2020-ci il tarixli, reyestrdə 2V-96 № ilə qeydə alınmış “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər, həmin şəhadətnamələr əsasında verilmiş mülkiyyət hüququnun qeydiyyata alınmasına dair sənədlər (çıxarışlar) ləğv edilsin. Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 hər birinin anaları X5 miras qalan Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan qeyri-yaşayış sahəsinin 1/2 hissəsinin 1/7 hissəsini faktiki olaraq miras kimi qəbul etmələri və həmin ½ hissənin 1/7 hisssəsi üzərində mülkiyyət hüquqları tanınsın. Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 hər birinin ataları X27 miras qalmış: 1)ünvan 17 ünvanında yerləşən ümumi sahəsi 88,86 kv.m olan 65 saylı mənzilinin (çıxarış № **********) ½ hissəsinin 1/26 hissəsi üzərində; 2)ünvan 18i ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinin (çıxarış №**********) ½ hissəsinin 1/26 hissəsi üzərində; 3)ünvan 18i ünvanında yerləşən(Cavabdeh5 adına qeydə alınmış) ümumi sahəsi 0,12 ha torpaq sahəsinin ½ hissəsinin 1/26 hissəsi üzərində; 4)ünvan 19, 38 saylı mənzilin (Cavabdeh5 adına qeydə alınmış) ½ hissəsinin 1/26 hissəsi üzərində; 5)Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 12 ünvanda yerləşən ümumi sahəsi 224,2 kv.m olan (çıxarış **********) qeyri-yaşayış sahəsinin ½ hissəsinin 1/26 hissəsi üzərində; 6)ünvan 20 ünvanda yerləşən paylı mülkiyyət üzrə 3/6 hissə olan fərdi yaşayış evinin 1/26 hissəsi üzərində mülkiyyət hüququna uyğun olaraq : a) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında “E” blokunun 16-cı mərtəbəsindəki ümumi sahəsi 170 kv.m. olan 4 otaqlı mənzilin 1/26 hissəsi üzərində; b) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 141 kv.m. olan 3 otaqlı mənzilin 1/26 hissəsi üzərində; c) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 120 kv.m. olan qeyri-yaşayış sahəsinin 1/26 hissəsi üzərində; d) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında ümumi sahəsi 40 kv.m. olan anbar sahəsinin 1/26 hissəsi üzərində; e) Bakı şəhəri Yasamal rayonu, İ Qutqaşınlı küçəsində Cavabdeh1 tərəfindən inşa edilmiş çoxmənzilli hündürmərtəbəli yaşayış binasında iki ədəd avtodayanacaq sahəsinin 1/26 hissəsi üzərində; f) ”Yasamal-M” MMC ilə X52 arasında 11.12.2019-cu il tarixdə bağlanmış öhdəlik müqaviləsi üzrə Ə.A.Əbdülova ödənilmiş 360.000 manat və ödənilməli olan 140.000 manatın 1/26 hissəsi üzərində; g) ”Yasamal-M” MMC ilə X52 arasında 01.04.2020-ci il tarixdə bağlanmış beh müqaviləsi üzrə Ə.A.Əbdülova ödənilmiş 90.000 manatın 1/26 hissəsi üzərində; 7) ** CA *** dövlət qeydiyyat nişanlı, “Mitsubushi - 200” markalı avtomaşının ½ hissəsinin 1/26 hissəsi üzərində; 8) 90 CX227 dövlət qeydiyyat nişanlı “Azsamand “ markalı avtomaşının 1/26 hissəsi üzərində; 9)** BS *** dövlət qeydiyyat nişanlı “QAZ - 13” markalı avtomaşının ½ hissəsinin 1/26 hissəsi üzərində; 10) 90OE499 dövlət qeydiyyat nişanlı, UAZ - 31513 markalı avtomaşının ½ hissəsinin 1/26 hissəsi üzərində mülkiyyət hüququ tanınsın. Abdulov Məhəmməd Əbdül oğlu, İddiaçı1, İddiaçı2 Əbdül qızı, İddiaçı3, İddiaçı4,İddiaçı5, İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar