Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7696/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavbdehin nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)- 899/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnamə”sinə əsasən sığortalı İddiaçı məxsus “Toyota Rav4” minik markalı, ** TV *** dövlət qeydiyyat nişanlı minik avtomobili sığortaçı "xxxx" ASC tərəfindən 39000 manat sığorta məbləği həddində, sığorta haqqı kimi 524 manat manat, sığorta müddəti isə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müəyyən edilməklə sığorta edilmişdir. Sığorta şəhadətnaməsinə əsasən Sığorta haqqının xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixdə 175 manat, xx.xx.2021-ci il tarixdə 175 manat və 3-cü hissəsi xx.xx.2021-ci il tarixdə 174 manat olmaqla, ümumilikdə 3 ay ərzində ödənilməsi razılaşdırılmışdır. Sığorta haqqının birinci hissəsi vaxtında ödənilmişdir. xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, X7 özünə məxsus “Toyota Prius” markalı, 90VT568 dövlət qeydiyyat nişanlı avtomobili, X10 isə “VAZ 2106” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 saylı küçəsində idarə edərkən zəncirvari qəza törədərək, iddiaçının “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq zədələnməsinə səbəb olmuşlar. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokollara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində və X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə sığortalanmış “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin ödənilməsi üçün cavabdeh sığorta təşkilatına müraciət etsə də, "xxxx" ASC xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubla 2021-ci il üzrə sığorta haqqını ödəmək öhdəliyinin Mülki Məcəllədə və müvafiq sığorta müqaviləsi ilə müəyyən edilən qaydada icra edilməməsi və bunun da Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün əsas olduğu bildirilmişdir. Sığortalı xx.xx.2021-ci il tarixində sığortalanmış avtomobilin yol nəqliyyat hadisəsinə uğraması ilə əlaqədar olaraq sığortaçıya məlumat vermişdir. Lakin sığortalı Sığorta Şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci və 3-cü sığorta haqqı hissəsini xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində ödəməli olduğu halda, müvafiq sığorta haqqı hissəsini nə müqavilə ilə müəyyən edilmiş müddətdə, nə də MM-nin 935-ci maddəsində nəzərdə tutulmuş həmin müddət başa çatdıqdan 15 gün sonra da ödəməmişdir. Sığorta hadisəsi xx.xx.2021-ci il tarixində, saat 07:05 radələrində baş verdikdən sonra sığortalı sığotra ödənişini almaqdan ötrü elə həmin gün saat 12:00-da sığorta haqqının 2-ci və 3-cü hissələrini ödəmişdir. "xxxx" ASC tərəfindən sığortalıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubunda sığortalıya sığorta hadisəsi baş verdikdən sonra onun tərəfindən Cəmiyyətin hesabına ödənilmiş 350 manat pul vəsaitinin sığortalı tərəfindən bank rekvizitləri təqdim edildikdən sonra sığortalıya geri qaytarılacağı bildirilmiş və rekvizitlər təqdim edikdikdən sonra 350 manat məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə İddiaçı "xxxx" ASC də olan hesabına geri qaytarılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə 15815 manat məbləğində sığorta ödənişinin, 215 gün gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 3400 manat dəbbə pulu və ödənilmiş 150 manat dövlət rüsumunun, ümumilikdə 19365 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnamə”si (sığorta müqaviləsi) bağlanaraq seriya AD 152750 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili 2014, mühərrik B454701, ban TMDEREV50D064541, mühərrikin həcmi 2000 m3) cavabdeh sığorta şirkəti tərəfindən sığortalanmışdır. Şəhadətnamənin İ bölməsinə əsasən sığortalı və faydalanan şəxs iddiaçıdır. Şəhadətnamənin İİ bölməsinə əsasən əsasən sığorta məbləği 39000 manat, sığorta haqqı hissə-hissə ödənilməsi nəzərdə tutulmaqla, cəmi 524 manatdır. Hər bir hadisə üzrə azadolma məbləği isə 200 manatdır. Sığortanın başlanğıc tarixi xx.xx.2021 (saat 23:59), sığortanın bitmə tarixi xx.xx.2022-ci il tarixidir (saat 23:59). Sığorta təminatına avtonəqliyyat hadisəsi, heyvanların hərəkəti, yanğın və partlayış, təbii fəlakət, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq daxildir. Sığorta şəhadətnaməsinin “Xüsusi şərtlər bölməsinin 18-ci bəndində qeyd edilmişdir ki, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişinin məbləğindən sığortalının ona ödəməli olduğu vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. X7 xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, özünə məxsus “Toyota Prius” markalı, 90VT568 dövlət qeydiyyat nişanlı avtomobili, X10 isə “VAZ 2106” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 saylı küçəsində idarə edərkən zəncirvari qəza törədərək, cavabdeh sığortaçıda sığortalanmış iddiaçının “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq zədələnməsinə səbəb olmuşlar. Hadisə barədə o dərhal səlahiyyətli dövlət orqanına və sığorta şirkətinə məlumat vermişdir. Səbail rayon Polis İdarəsinin təhqiqatçısı Pərviz Mustafayevin 28 avqust 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi və şəxsin inzibati məsuliyyətə verilməsi” barədə qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 saylı küçəsində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, X10 isə həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişlər. Sığortalanmış “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə iddiaçı sığorta ödənişinin ödənilməsi üçün cavabdeh sığorta təşkilatına müraciət etsə də, xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının vaxtında ödənilməməsi əsası ilə sığorta müqaviləsinə xitam verildiyi qeyd edilərək sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. İddiaçı sığorta haqqının ödənilməsində gecikməyə yol versə də, cavabdeh sığorta şirkəti bu əsasla sığorta şəhadətnaməsinə xitam verilməsi ilə bağlı ona yazılı bildiriş göndərməmişdir. Bu səbəbdən sözügedən sığorta şəhadətnaməsi hazırda da qüvvədədir. Belə ki, Mülki Məcəllənin 920.1ci maddəsinə əsasən bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Mülki Məcəllənin 920.2-ci maddəsinə əsasən sığorta müqaviləsinə bu Məcəllənin 919.1.9-cu maddəsinə uyğun olaraq sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən çox müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə şəhadətnaməsi üzrə ödənilməsi nəzərdə tutulan sığorta haqqının birinci hissəsini o, vaxtında, digər iki hissəsini isə gecikmə ilə də olsa tamamilə ödəmişdir. Cavabdeh tərəfindən sığorta ödənişindən imtina edildiyi üçün avtomobilinə dəymiş zərərin qiymətləndirilməsini aparmamış və sığorta şəhadətnaməsinin tələblərini pozmuşdur. O, avtomobili təmir edilməsi üçün servis mərkəzinə təqdim etmişdir. Dəymiş zərərin məbləği servis mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən 15815 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məktublar ünvanlasa da, sığorta ödənişi indiyədək ona ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh sığorta şirkəti sığorta ödənişini sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədiyindən, avtomobilinə dəymiş zərərə uyğun olaraq sığorta ödənişini və hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunu ona ödəməlidir. 15815 manat məbləğinin hər günü üçün 0,1 faizi 15,815 manat edir. Sığorta hadisəsinin baş verdiyi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 215 gün keçdiyi üçün ona ödənilməli dəbbə pulu 215*15,815=3400 manat edir. Qeyd olunanlara əsasən baş vermiş sığorta hadisəsinə görə 15815 manat məbləğində sığorta ödənişinin, 215 gün gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 3400 manat dəbbə pulu və ödənilmiş 150 manat dövlət rüsumunun, ümumilikdə 19365 manat məbləğində vəsaitin cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-899/2022 saylı, 29 sentyabr 2022ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın İddiaçı tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 903.1, 903.2, 903.6, 926.1, 935-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, qanunda qeyd olunan halların Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır və hazırki halda cavabdeh sığorta şirkəti yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərinə əsasən sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən edilməsi, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********** nömrəli “Fiziki şəxslərə təqdim edən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə sığorta şəhadətnaməsi”nin şərtlərinə əsasən iddiaçının mülkiyyətində olan "Toyota Rav4" minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, 32 saylı küçəsində baş vermiş sığorta hadisəsinə görə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/4419 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş 13644 (on üç min altı yüz qırx dörd) manat məbləğində sığorta ödənişi, 215 gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 2933,46 (iki min doqquz yüz otuz üç manat 46 qəpik) manat dəbbə pulu və ödənilmiş 150 manat dövlət rüsumunun, cəmi 16727,46 (on altı min yeddi yüz iyirmi yeddi manat, 46 qəpik) manat pulun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xitam verilmədiyi üçün qüvvədən düşməmiş sığorta şəhadətnaməsi üzrə sığorta ödənişindən imtina əsassız olsa da, sığortaçının qüvvədə olan şəhadətnamə üzrə sığorta ödənişi verməli olduğu, həmin ödənişdən sığorta haqqını tutulmalı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-20 saylı qərarı ilə təsdiqlənmiş xx.xx.2014-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının tələbləri pozulmuşdur. Həmçinin sığorta hadisəsi baş verdiyi anda sığorta şəhadətnaməsinə sığortaçı tərəfindən xitam verilmədiyinə, bu səbəbdən də Mülki Məcəllənin 935.1.9-cu maddəsinə istinad etməklə sığorta ödənişindən imtina üçün əsasların yaranmadığına, sığorta ödənişindən qanunsuz imtinası nəticəsində iddiaçının konstitusion hüquqları pozulmasına heç bir əhəmiyyət verməmişdir. Apellyator eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2021-ci il tarixli qərarına istinad etmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, iddiaçı həm iddia ərizəsində həm də apellyasiya şikayətində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “AG Global Logistic" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021 -ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2021 -ci il tarixli qərarına istinad edərək, öz mövqeyini sığorta təminatı qüvvəyə mindikdən sonra sığorta hadisəsinin baş verməsi halında sığortaçının ödəniş etmək öhdəliyi yaranmış olması ilə əsaslandırmışdır. İddiaçının istinad etdiyi 14 dekabr 2021 -ci il tarixli X3 qərarının hazırkı mübahisəyə aidiyyəti yoxdur. Belə ki, həmin Plenum qərarında sığortalı tərəfindən sığorta müqaviləsi üzrə sığorta haqqının ilk hissəsinin və ya tam hissəsinin ödənilməməsinin səbəbi kimi sığortaçının sığortalıya sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması qeyd edilmişdir. Lakin "xxxx" ASC sığortalıya sığorta haqqının ödənilməsi üçün heç bir maneə yaratmamış, sığortalı özü tərəflər arasında imzalanmış müqavilə üzrə razılaşdırılmış qaydada sığorta haqqını (gecikdirmiş) ödəməmişdir. İddiaçı qeyd etmişdir ki, o, sığorta haqqının ilk hissəsinin vaxtında, növbəti hissələrini gecikmə ilə də olsa ödədiyindən sığorta müqaviləsi artıq qüvvəyə minmişdir və qüvvədə olan sığorta müqaviləsinə əsasən də sığorta ödənişi ödənilməlidir. Qeyd edilməlidir ki, nə qanunvericilikdə, nə də Konstitusiya Məhkəməsinin qərarlarında iddiaçının mövqeyi ilə üst-üstə düşən qanuııverilik müddəasi və məhkəmə presedenti yoxdur. AR Ali Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2(102)-5021/18 saylı. xx.xx.2019-ci il tarixli. 2(102)- 1668/19 saylı. xx.xx.2020-ci il tarixli. 2(102)-3734/2020 saylı qərarlarında da məhkəmə kollegiyası analoji hal ilə bağlı hesab etmişdir ki, qeyd olunan halların mövcud olması Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır. Mülki Məcəllənin 935-ci maddəsində sığortaçı tərəfindən sığorta ödənişindən imtina edilməsinin hüquqi əsasları müəyyən edilmiş və həmin maddənin 1.9-cu bəndində “sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqabilində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;" müddəası sığorta ödənişindən imtina əsası kimi öz əksini tapmışdır. İşin faktiki hallarından görünür ki, sığortalı xx.xx.2021 -ci il tarixində sığortalanmış avtomobilin yol- nəqliyyat hadisəsinə uğraması ilə əlaqədar olaraq sığortaçıya məlumat vermişdir. Lakin sığortalı sığorta şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci və 3-cü sığorta haqqı hissəsini xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində ödəməli olduğu halda, müvafiq sığorta haqqı hissəsini nə müqavilə ilə müəyyən edilmiş müddətdə, nə də MM-nin 935-ci maddəsində nəzərdə tutulmuş həmin müddət başa çatdıqdan 15 gün sonra ödəməmişdir. Bu halın mövcud olması Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır. Hazırkı halda, cavabdeh qurum yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərinə əsasən sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmuşdur. Bakı Sığorta" ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsindən imtina olunmasının əsasını iddiaçı tərəfindən sığorta haqqının tam ödənilməməsinə görə tərəflər arasında bağlanmış sığorta müqaviləsinə xitam verilməsi əsası deyil, iddiaçının 2021-ci il üzrə sığorta haqqını ödəmək öhdəliyini Mülki Məcəllədə və müvafiq sığorta müqaviləsi ilə müəyyən edilən qaydada icra etməməsi təşkil etmişdir. “Bakı Sığorta" ASC tərəfindən göndərilən sığorta ödənişindən imtina məktubunda imtinanın əsasını qeyd edildiyi kimi sığorta haqqının tam şəkildə və vaxtında ödənilməməsi təşkil etmişdir, heç bir yerdə müqaviləyə xitam verilməsinin imtina üçün əsas olduğu qeyd edilməmişdir. Hazırkı iş üzrə digər mühüm şərt ondan ibarətdir ki, həm qanunvericiliyə, həm də tərəflər arasındakı müqaviləyə müvafiq olaraq sığortaçı sığorta ödənişi hesabına ödənilməmiş sığorta haqqını tutmaq hüququna malikdir. Belə ki, AR Mülki Məcəlləsinin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra ödənilmiş (gecikdirilmiş) sığorta haqqı olan 350 manat məbləğində pul vəsaitinin xx.xx.2021-ci il tarixli imtina məktubunda sığortalının bank rekvizitləri təqdim edildikdən sonra onun hesabına geri qaytaralıcağı bildirilmiş, rekvizitlər təqdim edikdikdən sonra 350 manat məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə İddiaçı “Uni Bank K.B" ASC də olan hesabına geri qaytarılmışdır. Qeyd olunanlara dair rekvizitlər, ödəniş tapşırığı və sığorta şəhadətnaməsi üzrə sığorta haqqının ödənilməsinə dair “1 C" proqram təminatından çıxarış mövcuddur. Çıxarışdan göründüyü kimi sığortalı xx.xx.2021 -ci il tarixdə 175 azn məbləğində ödəniş etmiş, bundan sonra xx.xx.2021 -ci il tarixdə saat 12:00-da (hadisədən sonra (hadisə xx.xx.2021-ci il tarixi saat 08:47 da baş verib)) Comtech (Milli Ön) vasitəsi ilə 350 azn məbləğində pul vəsaitini ödəmiş və bu məbləğ bank rekvizitləri təqdim edildikdən sonra xx.xx.2021-ci il tarixdə sığortanın hesabına geri ödənilmişdir. Yəni sığortalı tərəfindən sığortaçıya ödənilmiş sığorta haqqı sığortaçının sığorta haqqını qəbul etməsi kimi dəyərləndirilə də bilməz. Çünki həm sığortaçı tərəfindən sığortalıya hadisədən dərhal sonrakı imtina məktubundan, həm də sığorta haqqının sığortaçı tərəfindən sığortalıya geri qaytarılması halından görünür ki. sığortaçı qanunvericiliyin tələblərinə əsasən sığortalı tərəfindən sığorta haqqının ödənilməsi üzrə gecikmə olduğu üçün sığorta ödənişindən əsaslı şəkildə imtina edir. Eyni zamanda bildirilir ki, qeyd edilən hadisə üzrə cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişindən imtina edilməsi barədə məktub təqdim edildikdən sonra iddiaçı buna etiraz edərək sığorta sahəsində nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmişdir. Mərkəzi Bank bununla bağlı cavabdehə xx.xx.2021 -ci il tarixli, JS«26-10325-2021 saylı məktubla müraciət etmiş və müraciət cavabdeh tərəfindən xx.xx.2021 -ci il tarixli. BS-C-21/3166 saylı məktubla cavablandırılmışdır. Cavabdeh tərəfindən sığorta ödənişindən imtina edilməsi nəzarət orqanı tərəfindən qanunsuz və əsassız hesab edilsə idi sonuncu bununla bağlı cavabdehə təqdimat verəcəkdi. Belə ki, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 102.1 -ci maddəsinə əsasən aparılan təhlillər, araşdırmalar və ya yoxlamalar nəticəsində sığortaçıların, aktuarilərin və sığorta vasitəçilərinin fəaliyyətində sığorta qanunvericiliyinin pozulması və ya buna şərait yarada bilən hallar aşkar edildikdə maliyyə bazarlarına nəzarət orqanı onlara belə pozuntu və (və ya) halların müəyyən müddət ərzində aradan qaldırılmasına, yaxud qarşısının alınmasına dair icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş təqdimat verir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 883.1. sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1. sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2. sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 903.6. hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. 926.1. sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
935. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda “İcbari sığortalar haqqında” AR Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin materiallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2021ci il tarixli ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və həmin şəhadətnaməyə əsasən mülkiyyətində olan “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobili (buraxılış ili 2014, mühərrik B454701, ban TMDEREV50D064541, mühərrikin həcmi 2000 m3) cavabdeh sığorta şirkəti tərəfindən sığortalanmışdır. Şəhadətnamənin İ bölməsinə əsasən sığortalı və faydalanan şəxs iddiaçıdır. Şəhadətnamənin İİ bölməsinə əsasən sığorta məbləği 39000 manat, sığorta haqqı hissəhissə ödənilməsi nəzərdə tutulmaqla, cəmi 524 manatdır. Hər bir hadisə üzrə azadolma məbləği isə 200 manatdır. Sığortanın başlanğıc tarixi xx.xx.2021 (saat 23:59), sığortanın bitmə tarixi xx.xx.2022-ci il tarixidir (saat 23:59). Sığorta təminatına avtonəqliyyat hadisəsi, heyvanların hərəkəti, yanğın və partlayış, təbii fəlakət, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq daxildir. Sığorta şəhadətnaməsinin “Xüsusi şərtlər bölməsinin 18-ci bəndində qeyd edilmişdir ki, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişinin məbləğindən sığortalının ona ödəməli olduğu vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Göründüyüu kimi, “Toyota Rav 4” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində Cəmiyyətə müraciət olunaraq “Toyota Rav 4” markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə, saat 08:47-də sığorta hadisəsinə uğradığı bildirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə, saat 07:05 radələrində, X7 özünə məxsus “Toyota Prius” markalı, 90VT568 dövlət qeydiyyat nişanlı avtomobili, X10 isə “VAZ 2106” markalı, ** FA *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 saylı küçəsində idarə edərkən zəncirvari qəza törədərək, iddiaçının “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı minik avtomobilini vuraraq zədələnməsinə səbəb olmuşlar. xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokollara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələrində və X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə sığortalanmış “Toyota Rav4” minik markalı, 90TV303 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin ödənilməsi üçün cavabdeh sığorta təşkilatına müraciət etmişdir. "xxxx" ASC iddiçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubla 2021-ci il üzrə sığorta haqqını ödəmək öhdəliyinin Mülki Məcəllədə və müvafiq sığorta müqaviləsi ilə müəyyən edilən qaydada icra edilməməsi və bunun da Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün əsas olduğu bildirilmişdir. Belə ki, məktubda göstərilmişdir ki, ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmışdır. “Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta şəhadətnaməsinə əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 2-ci və 3-cü hissələri olan 175 (yüz yetmiş beş) və 174 ( yüz yetmiş dörd) manat məbləğləri İddiaçı tərəfindən müvafiq olaraq xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə ödənilməli olduğu halda, o, müqavilə ilə müəyyən edilmiş müddətdə ödəmək vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. Həmin Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Ona bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən, Cəmiyyətin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları yoxdur. Həmçinin, bildirilir ki, hadisə baş verdikdən sonra, yəni 11 avqust saat 12:00-da İddiaçı tərəfindən Cəmiyyətin hesabına ödənilmiş 350 (üç yüz əlli) manat pul vəsaiti onun bank rekvizitləri təqdim edildikdə ona geri ödəniləcək”. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli X9 görünür ki, “Toyota Rav4” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 15815 manat müəyyən olunmuşdur. İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 9/4419 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə «Detailig» tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Toyota RAV-4» markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13644,0 manat müəyyən edilir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.9-cu maddəsinə əsasən sığorta haqqının vaxtında ödənilməməsi əsası ilə sığorta müqaviləsinə xitam verildiyi qeyd edilərək sığorta ödənişinin ödənilməsindən imtinasını qanunsuz sayır. İş materiallarından görünür ki, iddiaçı sığorta haqqının ödənilməsində gecikməyə yol verməsini etiraf etsə də, cavabdeh sığorta şirkəti bu əsasla sığorta şəhadətnaməsinə xitam verilməsi ilə bağlı ona yazılı bildiriş göndərmədiyi səbəbdən sözügedən sığorta şəhadətnamənin hazırda da qüvvədə olmasını göstərmiş və bu halı da apellyasiya şikayətinin əsas dəlili kimi göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, sığortalı xx.xx.2021-ci il tarixində sığortalanmış avtomobilin yol nəqliyyat hadisəsinə uğraması ilə əlaqədar olaraq sığortaçıya məlumat versə də, sığortalının Sığorta Şəhadətnaməsinə əsasən sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş 2-ci və 3-cü sığorta haqqı hissəsini xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində ödəməli olduğu halda, müvafiq sığorta haqqı hissəsini nə müqavilə ilə müəyyən edilmiş müddətdə, nə də Azərbaycan Respublikası MM-nin 935-ci maddəsində nəzərdə tutulmuş həmin müddət başa çatdıqdan 15 gün sonra da ödəməməsi işin mübahisəsiz halıdır. İddiaçının sığorta hadisəsi xx.xx.2021-ci il tarixində, saat 07:05 radələrində baş verdikdən sonra sığortalının sığotra ödənişini almaqdan ötrü elə həmin gün saat 12:00-da sığorta haqqının 2-ci və 3-cü hissələrini ödəməsinə baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu halı iddianın əsaslı olmasını təsdiq edə biləcək sübut kimi qiymətləndirməmişlir. İş materiallarından da göründüyü kimi, "xxxx" ASC tərəfindən sığortalıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, BS-C-21/3009 saylı məktubunda sığortalıya sığorta hadisəsi baş verdikdən sonra onun tərəfindən Cəmiyyətin hesabına ödənilmiş 350 manat pul vəsaitinin sığortalı tərəfindən bank rekvizitləri təqdim edildikdən sonra sığortalıya geri qaytarılacağı bildirilmiş və rekvizitlər təqdim edikdikdən sonra 350 manat məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə İddiaçı "xxxx" ASC də olan hesabına geri qaytarılmışdır. Məhkəmə kollegiyası apellyatorun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 dekabr 2021-ci il tarixli qərarına istinad etsə də, hesab edir ki, həmin qərardakı Konstitusiya məhkəməsinin mövqeyi hazırki işin hallarına uyğun deyildir. Belə ki həmin qərarda sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd - sığorta şəhadətnaməsi verməli olmasına dair Mülki Məcəllənin 901.1-ci maddəsinin məzmununa şərh verilmişdir ki, bu hal da hazırki işin predmetinə aid məsələ deyildir. Hazırki iddianın predmeti sığorta ödənişi ilə bağlıdır. Beləliklə də məhkəmə kollegiyası sadalanan halların mövcud olması baxımından Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsas olmasına və hazırki halda cavabdeh sığorta şirkətinin yuxarıda qeyd edilən qanunvericilik normasının tələblərinə əsasən sığorta ödənişinin verilməsindən imtina edərkən haqlı olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi işin araşdırılmış hallarına tam uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslıdır. Birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-899/2022 saylı, 29 sentyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov