Məhkəmə qərarları › İş №2(103)-772/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-772/2023

26.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-772/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X5 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçılar İddiaçı, X10 və üçüncü şəxslər X20, X11 nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxslər X20 və X11, Cavabdeh X7, həmçinin X8 və X4 qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı və X10 cavabdehlər Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X12, Bakı şəhəri 14 saylı Notariat ofisinə, X9 qarşı (X20, X17 və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs, həmçinin Melnikova Marianna X1 və X4 qanuni nümayəndəsi kimi cavabdeh X13 tərəfindən 3-cü şəxs qismində cəlb edilməklə) «vərəsəlik şəhadətnaməsini və onun hüquqi nəticələrinin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2349/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X7, həmçinin X8 və X4 qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı və X18 cavabdeh Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X12 qarşı (X20, X17, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) «vərəsəlik şəhadətnaməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X14 tərəfindən V-216/2021 saylı vərəsəlik işi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V- 12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələrin hüquqi nəticələrinin, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Sonradan, iddiaçılar İddiaçı və X18 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən bir neçə dəfə ərizə ilə məhkəməyə müraciət edərək, ən son verdikləri ərizələrində X7 cavabdeh, X2 isə X8 və X4 qanuni nümayəndəsi kimi cavabdeh X13 tərəfindən 3-cü şəxs qismində işə cəlb edilməsini, həmçinin Bakı şəhəri 14 saylı Notariat ofisinin notariusu X14 tərəfindən V-216/2021 saylı vərəsəlik işi üzrə tərtib edilmiş X15, X13, X16 və X6 hüquq verən xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V- 12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələrin hüquqi nəticələrinin, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2349/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu X14 tərəfindən V-216/2021 saylı vərəsəlik işi üzrə tərtib edilmiş və X15, X13, X16 və X6 hüquq verən xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, 2V-611 saylı vərəsəlik işi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2V-611 saylı, xx.xx.2022-ci il tarixli 2V-12 və 2V-13 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin hüquqi nəticələri, o cümlədən həmin şəhadətnamələr əsasında aparılmış bütün sənədləşmə, qeydiyyat və əqdlərin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X7, həmçinin X8 və X4 qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-2349/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işüzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X7, həmçinin X8 və X4 qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı və X10, üçüncü şəxslər X20, X11 nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxslər X20 və X17 apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2349/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X7, həmçinin X8 və X4 qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2349/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh X7, həmçinin X8 və X4 qanuni nümayəndəsi X2 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar