Məhkəmə qərarları › İş №2(103)-7720/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7720/2022

22.11.2022 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7720/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4297/2022 nömrəli qərardadından iddiaçı tərəfindən tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdehlər "xxxx" MMC, Cavabdeh3 MMC və Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021 tarixli 8İ-5602 saylı icra qeydinin ləğv edilməsi, ***-***-**-** nömrəsinin bərpa olunması, Cavabdeh2 MMC tərəfindən 300 (üç yüz) manat mənəvi zərərin ödənilməsi, sadə internet qiymətlərinin paket qiymətlərinə yaxın ağlabatan qiymətlərlə əvəz olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4297/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X2 qarşı “Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X1 qəbul eldiyi xx.xx.2021 tarixli, 8İ-5602 saylı İcra qeydinin ləğv edilməsi, İddiaçı məxsus olmuş ***-***-**-** nömrəsinin bərpa olunması, İddiaçı “Azercell Telecom" MMC tərəfindən 300 manat mənəvi zərər ödənilməsi, sadə internet qiymətlərinin paket qiymətlərinə yaxın ağlabatan qiymətlərlə əvəz olunması barədə təklif və ya qərarın verilməsinin "xxxx" MMC-yə həvalə olunması barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4297/2022 nömrəli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4297/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində və “MPM-yə Əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və apellyasiya şikayətinə baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən izah edilmir ki, hansı hissədə bu forma və ya məzmuna uyğun tərtib edilməyib. Ümumi maddəni və əlavəni qeyd etməklə kifayətlənib. Elektron formada apellyasiya şikayətinin tərtib olunması və göndərilməsi qaydasına düzgün əməl olunmadıqda proqram həmin şikayəti qəbul etmir və diqqətli olun ifadəsi ilə nəyinsə səhv olduğunu və ya hansısa xananın doldurulmadığını bildirir. Lakin nədənsə Elektron Məhkəmə sistemi apellyasiya şikayətini qəbul edir, hakim isə qəbul eləmir və heç bir izah vermədən. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(004)- 4297/2022 qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli, 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Apellyasiya şikayətindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilsə də, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində və MPM-yə Əlavədə müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Kollegiya hesab edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4297/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsində və MPM-yə Əlavədə müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4297/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar