Məhkəmə qərarları › İş №2(103)-7721/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7721/2021

28.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7721/2021 28.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai rayonu Pivzavod küçəsi, 24 saylı binanın daşıyıcı divarında cavabdeh tərəfindən qanunsuz açılmış pəncərənin cavabdeh tərəfindən öz vəsaiti hesabına hörülüb bağlanması, daşıyıcı divarın əvvəlki vəziyyətinə qaytarılması; zirzəminin iddiaçının istifadəsində və sahibliyində olan hissəsinə giriş qapısının arxadan cavabdeh tərəfində mişar daşı ilə hörülmüş hasarın cavabdehin vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətə gətirilməsi və iddiaçının həmin hissədən istifadəsinə cavabdeh tərəfindən maneənin qadağan edilməsi, Bakı şəhəri Xətai rayonu Pivzavod küçəsi, 24 saylı binanın həyətində cavabdeh tərəfindən qanunsuz tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülərək təmizlənməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə işin icratının dayandırılması qərara alınmışdır. Cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadından şikayət vermişdir. Xətai Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə (hakim P.Zamanlı, iş № 2(011)-354/2021) şikayət prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, nümayəndə R.Tarıyev 29 mart 2021-ci il tarixli qərardadı 28 aprel 2021-ci il tarixdə alsa da, qərardaddan şikayəti katibin göstərişi ilə 06 may 2021-ci il tarixdə məhkəmənin dəftərxanasına təqdim etmişdir. R.Tarıyev 07 may 2021-ci il tarixdə Azərbaycan Respublikasını tərk etmişdir. Belə olan halda şikayəti 19 may 2021-ci il tarixdə məhkəməyə təqdim etməsi mümkün deyil. Xətai Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, işdə iştirak edən şəxslər üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şikayətin 06 may 2019-cu ildə məhkəmənin dəftərxanasına təqdim edildiyini göstərsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar