Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-774/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh, X3 və X2 qarşı “əmlakın və öhdəliklərin bölünməsi və sair tələbi barədə” ilk iddiasına, Cavabdeh iddiaçıya qarşı “əmlakın bölünməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 sentyabr 2019-cu il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil2 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
1. Mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(006)-3432/2019) ilə ilk iddia və qarşılıqlı iddianın qismən təmin edilməsini; İddiaçı ilə Cavabdeh birgə nikahları dövründə əldə edilmiş və ünvan 1 ünvanda yerləşən 30 nömrəli mənzilin, “İnfiniti G25” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində İddiaçı və Cavabdeh hər birinin payının 1/2 hissədə müəyyən edilməsini; cavabdeh Elşad Məmmədovun adına olan “VAZ 21214” markalı **- XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə xx.xx.2019-cu il tarixdə bağlanmış və cavabdeh Mahirə Quliyevanın adına olan “X7” markalı 99-MA990 dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış “Alğı-satqı müqavilələrinin” etibarsız hesab edilməsini, həmin avtomobillərin üzərində İddiaçı və Cavabdeh hər birinin payının 1/2 hissədə müəyyən edilməsini; İddiaçı ilə Cavabdeh birgə nikahları dövründə, yəni xx.xx.2019-cu il tarixə yaranmış 483.105,82 manat məbləğində borcun 1/2 hissəsinin Cavabdeh aid edilməsini; ilk iddia və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsini; ilk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsini qət etmişdir. b) apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
2. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə (İş № 2(103)-2390/2020) ilə apellyasiya şikayəti qismən təmin edilməsini; Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini; iş üzrə yeni qətnamə qəbul edilərək ilk və qarşılıqlı iddiaların qismən təmin olunmasını; “VAZ-21214” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə cavabdeh Elşad Məmmədov arasında xx.xx.2019-cu il tarixdə, “X7” minik markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh ilə cavabdeh Mahirə Quliyeva arasında xx.xx.2019-cu il tarixdə bağlanmış “Alğı-satqı müqavilələrinin” etibarsız hesab edilməsi; ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin, “İnfiniti G25” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” markalı **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı, “Porsche Panamera” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı, “VAZ- 21214” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı və “X7” markalı **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində İddiaçı və Cavabdeh hər birinin mülkiyyət payının 1/2 hissədə müəyyən edilməsini; ilkin və qarşılıqlı iddia tələblərinin qalan hissələrdə (buraya həmçinin ilk iddia ərizəsində ifadə edilmiş «"xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış 170.138,43 manat məbləğində borcun 1/2 hissəsinin Cavabdeh aid edilməsi barədə» tələb də daxildir) təmin olunmamasını qət etmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2020ci il tarixli qərardad (İş № 2(103)-2390/2020) ilə İddiaçı ilk iddiasının “xx.xx.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483.105,82 manatın 1/2 hissəsinin Cavabdeh aid edilməsi barədə” hissəsinin ayrıca icraata ayrılmasını; ayrılmış icraat üzrə mülki işin icraatının (“X8 Azərbaycan” QSC-nin hazırki iş üzrə İddiaçı və Cavabdeh qarşı irəli sürdüyü və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbi barədə” iddiasına dair mülki üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qüvvəyə minənədək) dayandırılmasını qərara almışdır. c) kassasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İlk iddia üzrə İddiaçı verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarı (İş № 2(102)-2616/2021) ilə kassasiya şikayətinin qismən təmin edilməsini; apellyasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən – “İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə əsasında yaranmış 170.138,43 manat borc öhdəliyinə tərəflərin 1/2 hissədə öhdəliyinin müəyyən edilməsi barədə” tələbinin rədd edilməsi hissəsində ləğv olunaraq iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. d) apellyasiya instansiya məhkəməsinin nəticəsi barədə məlumat
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021ci il tarixli qətnamə ilə Cavabdeh apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməsini; Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia ərizəsində ifadə edilmiş «"xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış 170.138,43 manat məbləğində borcun 1/2 hissəsinin Cavabdeh aid edilməsi barədə» tələbin təmin edilməməsini qət etmişdir. e) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə dayandırılmış (bax: bənd 3) icraat üzrə sonrakı prosessual hərəkətlər barədə məlumat
6. İlk iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək dayandırılmış icraatın təzələnməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandrılmışdır ki, İddiaçı “X8 Azərbaycan” QSC-yə olan borcunu məhkəmədən kənar qaydada tam ödədiyindən Bank iddiasını geri götürmüşdür.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021ci il tarixli qərardadı ilə ərizəni təmin etmiş və ayrıca icraata ayrılmış iş üzrə icraatı təzələmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qətnamə (İş № 2(103)-116/2022) ilə ilk iddia üzrə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsini; Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2019cu il tarixli qətnamənin apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçınun “onunla “X8 Azərbaycan” QSC arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış borcun bölünməsi” tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunmasını; İddiaçı həmin iddia tələbinin qismən təmin edilməsi; İddiaçı 2018-ci ilin dekabr ayından sonra “X8 Azərbaycan” QSC-yə həyata keçirdiyi kredit ödənişi məbləğinin 1/2 hissəsinin, yəni 88.000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsini; həmin tələbin qalan hissəsinin təmin olunmamasını qət etmişdir. f) kassasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
10. Cavabdeh verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərar (İş № 2(102)-3221/2022) ilə kassasiya şikayətinin təmin edilməsini; apellyasiya instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən – İddiaçı 2018-ci ilin dekabr ayından sonra “X8 Azərbaycan” QSC-yə həyata keçirdiyi kredit ödənişi məbləğinin 1/2 hissəsinin, yəni 88.000 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə hissədə ləğv edilməsini və həmin hissədə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır.
İ. İŞ ÜZRƏ HAZİRKİ APELLYASİYA İCRAATİ
g) iş üzrə hazırki apellyasiya baxışının həddi barədə məlumat
11. Göstərilən səbəbdən hazırki işə Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə apellyasiya qaydasında yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını nəzərə alaraq bildirir ki, hazırki apellyasiya baxışının predmeti (yalnız) ilk iddia üzrə İddiaçı 2018-ci ilin dekabr ayından sonra “X8 Azərbaycan” QSC-yə həyata keçirdiyi kredit ödənişi məbləğinin 1/2 hissəsinin, yəni 88.000 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması hissəsidir. h) ilk iddianın apellyasiya baxışının predmeti olan hissəsi barədə məlumat
12. Həmin hissədə ilk iddia onunla əsaslandırılmışdır, İddiaçı ilə Cavabdeh 1996-cı ilin avqust ayında nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikah dövründə İddiaçı “X8 Azərbaycan” QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli “Kredit xəttinin açılması barədə müqavilə” çərçivəsində bir neçə “Razılaşma” və “Müqaviləyə əlavə” bağlayaraq kredit götürmüş və ailəsinin ehtiyaclarına sərf etmişdir. Bu və digər kreditlərin ödənilməsi kommersiya fəaliyyəti ilə məşğul olmuş İddiaçı tərəfindən həyata keçirilmiş, Cavabdeh işə işləmədiyi üçün ödənişlərdə iştirak etməmişdir. Onların münasibətləri artıq pozulduğundan İddiaçı hesab edir ki, 2018-ci ilin dekabr ayından sonra “X8 Azərbaycan” QSC-yə həyata keçirdiyi kredit ödənişi məbləğinin 1/2 hissəsi Cavabdeh tutularaq ona ödənilməlidir. "xxxx" MMC-dən sorğu əsasında alınmış xx.xx.2019-cu il tarixli SF5883 nömrəli çıxarışdan görünür ki, xx.xx.2009-cu il tarixdən çıxarış verilən tarixədək, yəni xx.xx.2019cu il tarixə İddiaçı tərəfindən tam ödənilmiş kredit məbləği 1.387.237,43 manat təşkil etmişdir. “X8 Azərbaycan” QSC tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş "xxxx" görünür ki, İddiaçı QSC-yə olan borcunun ümumi məbləği 312.967,39 manatdır. “X8 Azərbaycan” QSC ilə İddiaçı arasında əldə olunmuş razılığa əsasən İddiaçı tərəfindən QSC-yə ümumilikdə 176.000 manat ödəniş edilmiş, qalan borc QSC tərəfindən silinmişdir. i) cavabdehin qeyd edilən tələbə qarşı etirazı və apellyasiya şikayətinin dəlilləri barədə məlumat
13. Cavabdeh apellyasiya baxışının predmeti olan hissədə iddiaya etirazı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, yaranmış və ödənilmiş olan borc tələbi hissəsində iddia əsassızıdır. Belə ki, qeyd edilən kredit ailənin ehtiyacları üçün deyil, İddiaçı biznes fəaliyyətin inkişafı üçün götürülmüş və həmin məqsədlərə də sərf edilmişdir. İddiaçı istinad etdiyi və Cavabdeh məxsus səsyazma studiyasına gəldikdə isə nəzərə alınmalıdır ki, həmin studiya qeyd edilən kreditin götürülməsindən əvvəl qurulmuş və kreditin studiyaya aidiyyəti yoxdur. j) apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi
14. Cavabdeh vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, İddiaçı “X8 Azərbaycan” QSC-dən götürdüyü kreditin ailənin ehtiyaclarına sərf etdiyi bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Nəzərə alınsa ki, İddiaçı ilə “X8 Azərbaycan” QSC arasında bağlanmış kredit xətti, razılaşma və əlavə müqavilələrdə İddiaçı krediti özünün kommersiya fəaliyyəti üçün götürülməsi qeyd edilibsə, onda əgər həmin kreditin bir hissəsi belə ailənin ehtiyaclarına sərf olunubsa, bu hal mütləq qaydada və məhz İddiaçı tərəfindən sübuta yetirilməlidir. Bu hal sübuta yetməyincə iddia tələbi əsaslı hesab edilə bilməz.
15. İddiaçı vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətin dəlillərinə etiraz etdi və apellyasiya baxışının predmeti olan hissədə iddia ərizəsinin və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, “X8 Azərbaycan” QSC-dən kredit götürülən zaman İddiaçı ilə Cavabdeh nikahda olmuş və münasibətləri pozulmamışdır. Kreditin götürülməsi, ailənin mütəmadi olaraq müxtəlif xarici ölkələrə getməsi, övladlarının xaricdə təhsil alması, müxtəlif bahalı avtomobillərin alınması, Cavabdeh gəlirinin olmaması işin mübahisəsiz halıdır. Belə olan qəbul edilməlidir ki, “X8 Azərbaycan” QSC-dən götürülmüş kredit ailənin ehtiyaclarına sərf edilmişdir. Bunun əksini sübut etmək isə İddiaçı deyil, Cavabdeh üzərinə düşür, amma o, bu halı sübuta yetirə bilmir. k) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, apellyasiya baxışının predmetini təşkil edən tələb rədd edilməlidir.
17. Belə ki, İşin müəyyən olunan hallarına görə Elnurə Ağayeva ilə Elnur Mədətov 1996-cı ilin avqust ayında nikaha daxil olmuş, birgə nikahlarından iki uşaqları dünyaya gəlmiş, 2018-ci ilin sonlarında onların münasibətləri pozulmuş, daha sonra isə onların nikahlarına xitam verilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul olunmuş və yuxarıda qeyd edilmiş xx.xx.2021-ci il tarixli qərarda iş üzrə tərəflərin ailə münasibətlərinin 2019-cu ilin fevral ayında pozulduğu ehtimalının mövcudluğu qeyd olunsa da, bu ehtimal işdəki sübutlarla öz təsdiqini tapmamışdır.
19. Birgə nikah dövründə İddiaçı ilə “X8 Azərbaycan” QSC arasında xx.xx.2013-cü il tarixdə İddiaçı 705 000 manat kredit xəttinin açılması barədə müqavilə bağlanmış, bu müqavilə çərçivəsində ona xx.xx.2015-ci il tarixli sazişlə illik 18%-lə 35 ay müddətinə 398 000 manat, xx.xx.2013-cü il tarixli qarantiya müqaviləsi üzrə 50.000 Avro, xx.xx.2014cü il tarixli qarantiya müqavilələri üzrə 100.000 Avro və 75.000 Avro, xx.xx.2015-ci il tarixli qarantiya müqaviləsi üzrə 50.000 Avro kredit verilmiş, 2018-ci ilin noyabr ayına qədər həmin kreditlər üzrə ümumilikdə 285.832,09 manat ödəniş həyata keçirilmiş, xx.xx.2019cu il tarixinə onun ümumilikdə 312.967,39 manat və 302.830,87 Avro borcunun qaldığı hesablanmışdır.
20. “X8 Azərbaycan” QSC sözügedən müqavilələrə istinadla tərəflərə (İddiaçı və Cavabdeh) qarşı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq cəmi 397.301,44 manat kredit borcunun İddiaçı tutulmasını və tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 30 saylı mənzilinə (tərəflərin bərabər paylarının tanındığı mənzil) yönəldilməsini tələb etmiş, sonradan QSC-dən göndərilən sənədlər əsasında QSC ilə İddiaçı arasında əsas borc üzrə 125.045 manat, faiz borcu üzrə 48.955 manat (cəmi 174.000 manat) ödəniləcəyi təqdirdə qalan borcun silinməsinə dair razılıq əldə olunduğu, 2018-ci ilin dekabr ayından sonra İddiaçı banka ümumilikdə 176.000 manat ödəniş həyata keçirdiyi və kredit müqaviləsi üzrə borc öhdəliyinin qalmadığı da işin mübahisəsiz halını təşkil edir.
21. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı ilə Cavabdeh arasında davam edən hazırkı məhkəmə mübahisəsi üzrə onların birgə nikah dövründə əldə etdikləri əmlakların hüquqi statusuna aydınlıq gətirilmiş, əmlakların bölünməsi ilə bağlı qətnamə artıq qanuni qüvvəsini almışdır ki, bu hal hazırki apellyasiya baxışında müzakirə edilmir və artıq işin mübahisəsiz halını təşkil edir.
22. Tərəflər arasında mübahisə doğuran məsələ İddiaçı birgə nikah dövründə “X8 Azərbaycan” QSC-dan götürdüyü kredit vəsaitinin ailənin ümumi ehtiyaclarına sərf edilibedilməməsi məsələsidir. Belə ki, İddiaçı qeyd olunan kreditin ailə ehtiyacları üçün alındığını iddia edərək, onunla Cavabdeh arasındakı ailə münasibətləri pozulduqdan sonra qalan borcun onların arasında bölünməsini xahiş edir. Cavabdeh isə borcun ailəyə deyil, iddiaçının şəxsi ehtiyaclarına – kommersiya fəaliyyətinin inkişafına sərf olunduğunu bildirərək iddianı qəbul etmir.
23. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin tələblərinə görə, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (maddə 37.3.). Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınan vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğunu məhkəmə müəyyən etdikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilə bilər (maddə 41.2.).
24. Göründüyü kimi, ər-arvaddan birinin nikah dövründə yaranmış borclarının bölgüsü üçün həmin borcların ümumi olduğunun və ailənin ümumi ehtiyacları üçün xərcləndiyinin sübuta yetirilməsi zəruridir.
25. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun mövqeyi ondan ibarət olmuşdur ki, nikah dövründə ər və ya arvadın kredit müəssisələrindən aldığı kreditin onların ümumi birgə əmlakına daxil olubolmaması məsələsi ilə bağlı ilk növbədə əşya hüquq institutunun əmlak anlayışına aydınlıq gətirilməlidir. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı ilə bağlı müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. ...Əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. ...Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ərarvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. ...Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.
26. Məhkəmə qeyd edir ki, ailə ehtiyacları üçün istifadə edilən vəsaitin anlayışı və tərkibi qanunla müəyyən edilməsə də, təcrübədə bu vəsaitə ailə həyatının gərəkli səviyyədə saxlanılması üçün məsrəf olunan vəsait - yaşayış, qida, paltar, tibbi və hüquqi xidmətə sərf olunan xərclər, birgə yaşayış üçün alınan mənzil (və ya yaşayış sahəsi), uşaqların təhsil haqqı, birgə kommersiya fəaliyyəti və s. daxil edilir.
27. İşi yenidən apellyasiya baxışına qaytarmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, alınan borcun təyinatını kredit müqaviləsi ilə müəyyən etmək mümkün olduğu halda, iş materiallarına kredit müqaviləsinin surəti əlavə edilməmişdir.
28. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən İddiaçı ilə “X8 Azərbaycan” QSC arasında bağlanmış 56636/1 saylı xx.xx.2013-cü il tarixli “Kredit xəttinin açılması barədə müqavilənin” və həmin müqaviləyə “Əlavələrin”, o cümlədən xx.xx.2015-ci il tarixli “Kredit sazişin” surətləri İddiaçı vəkili (nümayəndəsi) tərəfindən Məhkəməyə təqdim edilmişdir.
29. Həmin müqavilədən, əlavələrdən və sazişdən görünür ki, İddiaçı onları sahibkarlıqla məşğul olan fiziki şəxs kimi (VÖEN: **********) imzalamış və kredit İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı verilmişdir.
30. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin sorğusuna əsasən “X8 Azərbaycan” QSC-nin verdiyi xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, İddiaçının başqa şəxslərlə şərikli olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur və alınan borcun bir hissəsinin məhz sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir.
31. Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə, iddiaçı tərəfin yuxarıda qeyd edilmiş mövqeyi (bax: 15-ci bəndə) ilə razılaşmır.
33. Məhkəmə, cavabdeh tərəfin mövqeyi (bax: 14-cü bəndə) ilə razılaşır və bildirir ki, İddiaçı “X8 Azərbaycan” QSC-dən götürdüyü kreditin ailənin ehtiyaclarına sərf etdiyi bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Nəzərə alınsa ki, İddiaçı ilə “X8 Azərbaycan” QSC arasında bağlanmış kredit xətti, razılaşma və əlavə müqavilələrdə İddiaçı krediti özünün kommersiya fəaliyyəti üçün götürülməsi qeyd edildiyi üçün, onda əgər həmin kreditin bir hissəsi belə ailənin ehtiyaclarına sərf olunubsa, bu hal mütləq qaydada və məhz İddiaçı tərəfindən sübuta yetirilməlidir. Bu hal sübuta yetməyincə iddia tələbi əsaslı hesab edilə bilməz. l) məhkəmənin iş üzrə gəldiyi nəticə
34. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil.
35. Odur ki, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı “X8 Azərbaycan” QSC-yə yaranmış borcunun 1/2 hissəsinin Cavabdeh aid edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələbin apellyasiya baxışının predmeti olan hissəsi təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh verdiyi apellyasiya şikayətinin hazırki apellyasiya baxışının predmeti olan hissəsi təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı xx.xx.2019-cu il tarixə “X8 Azərbaycan” QSC-yə yaranmış borcunun 1/2 hissəsinin Cavabdeh aid edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələbin apellyasiya baxışının predmeti olan hissəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.