Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7742/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3nə və Cavabdeh4-yə qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2094/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh3nə və Cavabdeh4-yə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh hərrac mərkəzinin 02.03.2021-ci il tarixli, 01/648 saylı hərracla bağlı qərarının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nikoyl bankdan 30 oktyabr 2012-ci il tarxidə kredit müqaviləsinə əsasən hissə-hissə olmaq şərtilə xeyli miqdarda pul vəsaiti götürmüşdür. İşləri yaxşı getdiyindən vaxtı-vaxtında pul ödənişləri edirdi. Bu ödənişlər xeyli müddət davam etmiş və sonradan avtoqəza keçirdiyindən və digər səbəblər üzündən ödənişləri davam etmədi. Beləliklə bank pul tələbinə dair və digər iddia ilə məhkəməyə müraciət etdi. İpotekada olan mənzili adına olan yeganə daşınmaz əmlakı yəni mülkiyyətində olan ev cavabdeh hərrac mərkəzi tərəfindən açıq hərracda çıxarılaraq satılması üçün əsassız qərar qəbul olunmuşdur. O, hər üç cavabdehin hərəkətlərini qanunsuz hesab edir. Onlar hər hansı bir formada razılaşmaya gələ bilərlər. Onun yeganə yaşayış yeri olan mənzilin satışa çıxarılması qanunsuz və əsassız olmaqla yanaşı Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2094/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmaqla yanaşı göstərmişdir ki, əlavə sübutlarını və dəlillərini məhkəmə prosesi gedişi zamanı məhkəmənin nəzərinə çatdıracaq. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, hərracla bağlı qanuna uyğun olaraq bildirişlər göndərilmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı eləcə də digər cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı, X1, X4, Cavabdeh3nə və "xxxx" ASC-yə ünvanlanmış 02.02.2021-ci il il tarixli, 01 nömrəli, 02.03.2021-ci il tarixli, 02 nömrəli bildirişin təsdiq olunmmuş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3714/2019 saylı, 30.07.2019-cu il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Naximov küçəsində yeləşən 13 saylı evin 7 saylı mənzilə yönəldilməsi, hərracda 50000 manat ilkin, təkrar hərracda 42500 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 01.03.2021-ci il, 18.03.2021-ci il il tarixdə keçiriləcəyi bildirilmişdir. İş materiallarında olan 30.10.2012-ci il tarixli, № 1-SKMF-1-0-703-12 (i) saylı ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayanla borclu arasında 30.10.2012-ci il tarixli, № 1-SKMF-1-0-703-12 (i) saylı əsas kredit müqaviləsinə əsasən 30000 manat məbləğini 72 ay müddətinə verilən kreditin və ona hesablanmış fazilərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər Bakı şəhəri, Naximov küçəsi 13 nömrəli binada yerləşən, ümumi sahəsi 44.3 kv.m, yaşayış sahəsiu 27.7 kv.m-dən ibarət olan, 2 otaqlı, 7 saylı mənzili ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18.05.2019-cu il tarixli, 2(103)-3704/2019 nömrəli icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh4 İKB ASC ilə İddiaçı arasında bağlanmış 1-SKMF-1-0-703- 12 saylı, 30 oktyabr 2012-ci il tarixli əsas kredit müqaviləsi ləğv edilməsi; cavabdeh İddiaçı 10.582.25 (on min beş yüz səksən iki manat iyirmi beş qəpik) manat əsas, 92,22 (doxsan iki manat iyirmi iki qəpik) manat faiz, 61,17 (altmış bir manat or yeddi qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 10.735,64 (on min yeddi yüz otuz beş manat altmış dörd qəpik) manat məbləğində kredit borcu. 30 (otuz) manat məbləğində dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutularaq Cavabdeh4 İKB ASC-yə ödənilməsi; Tələb İddiaçı məxsus Bakı şəhəri. Xətai rayonu, Naximov küçəsində yerləşən 13 nömrəli evin, 7 nömrəli mənzilinə yönəldilməsi; Bakı şəhəri, Xətai rayonu. Naxirnov küçəsində yerləşən 13 nömrəli evin, 7 nömrəli mənzilinin ilkin satış qiyməti 50.000 (əlli min) manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən Cavabdeh4 İKB ASC-yə olan borc ödənilməsi; Bakı şəhəri, Xətai rayonu, Naxirnov küçəsində yerləşən 13 nömrəli evin 7 nömrəli mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 (bir) ay sonra İddiaçı, X2 və X7 həmin mənzildən çıxarılsın və mənzil boşaldılması; Ekspertiza tədqiqatının dəyəri olaraq 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən, hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 62.2-ci maddəsinə görə hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Apellyasiya baxışı zamanı "xxxx" MMC-dən sorğuya cavab olaraq göndərilmiş sənədlərdən eləcə də, iş materiallarından görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Naximov küçəsində yeləşən 13 saylı evin 7 saylı mənzili üzrə ilk açıq hərrac 01.03.2021-ci il tarixə təyin edilmiş və bu barədə 02 fevral 2021-ci il tarixli, 01/296 saylı bildiriş tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara göndərilmiş və həmin ünvanlardan qəbul edilmişdir. Daha sonra ikinci açıq hərracla bağlı göstərilən qaydada bildiriş tərtib edilərək, tərəflərin ünvanlarına göndərilmişdir. Həmçinin hər iki hərracla bağlı “Birja yenilikləri” qəzetində elanlar dərc edilmişdir. Bundan sonra təkrar hərracın da baş tutması barədə “Birja yenilikləri” qəzetində elan dərc edilməklə müvafiq təklif hazırlanaraq tərəflərə göndərilmiş lakin poçt zərfləri “ünvan bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur, belə ki, işin qeyd olunan halları ilə mübahisələndirilən hərracla bağlı hər hansı pozuntu müəyyən edilməmişdir. Həmçinin Bakı şəhəri. Xətai rayonu, Naximov küçəsində yerləşən 13 nömrəli evin, 7 nömrəli mənzilin iddiaçının yeganə yaşayış yerinin olması qanunvericilik müddəalarına uyğun olan hərracın nəticələrinin ləğvi üçün əsas deyildir. Belə ki, sözügedən əmlaka qanuni qüvvəsini almış qətnaməyə əsasən tutma yönəldilmişdir. MPM-nin 385.2-ci maddəsinə gцrə, birinci instansiya məhkəməsinin faktlar nцqteyinəzərindən qanuni və əsaslэ olan və mahiyyəti ьzrə dьzgьn olan qətnaməsi yalnэz formal mьlahizələrə gцrə ləрv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2094/2021 saylı, 20 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7742/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7742/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver