Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7759/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X2 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(007)-1222/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hofmann markalı kondisioner, Yuliya markalı mebel dəsti üçün 514 (beş yüz on dörd) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Milano markalı mobilya, Themza markalı termo, Milano markalı mobilya, Themza markalı dolab, Milano markalı mobilya, Themza markalı çarpayı, Alyans- Paris markalı 1 qapılı vitrin, Uretan markalı döşək olan mebel dəsti və HP markalı kompüter üçün 851 (səkkiz yüz əlli bir) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, ümumilikdə 1416 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1446 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxxxxxxxxx” MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən Hofmann markalı kondisioner, Yuliya markalı mebel dəsti, Milano markalı mobilya, Themza markalı termo, Milano markalı mobilya, Themza markalı dolab, Milano markalı mobilya, Themza markalı çarpayı, Alyans-Paris markalı 1 qapılı vitrin, Uretan markalı döşək olan mebel dəsti və HP markalı kompüter almış və nəticədə 1416 (min dörd yüz on altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2791 (iki min yeddi yüz doxsan bir) manat (18 ay x 155 manat + 1 manat ilkin ödəniş) olan Hofmann markalı kondisioner, Yuliya markalı mebel dəsti üçün ümumilikdə 565 (beş yüz altmış beş) manat olmaqla, ondan 514 (beş yüz on dörd) manat ödənilməmiş hissə, 186 manat (1,55 manat x 120 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş 51 (əlli bir) manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3192 (üç min yüz doxsan iki) manat (24 ay x 133 manat + 0 manat ilkin ödəniş) olan Milano markalı mobilya, Themza markalı termo, Milano markalı mobilya, Themza markalı dolab, Milano markalı mobilya, Themza markalı çarpayı, Alyans-Paris markalı 1 qapılı vitrin, Uretan markalı döşək olan mebel dəsti və HP markalı kompüter üçün ümumilikdə 851 (səkkiz yüz əlli bir) manat olmaqla, onadan 851 (səkkiz yüz əlli bir) manat ödənilməmiş hissə, 0 (sıfır )manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4618 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 2845.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2020-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(007)-1222/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hofmann markalı kondisioner, Yuliya markalı mebel dəsti üçün 514 (beş yüz on dörd) marat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Milano markalı mobilya, Themza markalı termo, Milano markalı mobilya, Themza markalı dolab, Milano markalı mobilya, Themza markalı çarpayı, Alyans-Paris markalı 1 qapılı vitrin, Uretan markalı döşək olan mebel dəsti və HP markalı kompüter üçün 851 (səkkiz yüz əlli bir) marat ödənilməmiş hissə, ümumilikdə 1416 manat borc, 30 manat ödənilmiş dövlət rüsumununun, cəmi 1446 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1222/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, iddiaçı onun cavabdeh kimi dəlil və sübutlarını o cümlədən ona qarşı qaldırılmış iddiaya etirazının təmin edilməsinə şərait yaratmadan isə bir tərəfli mövqedən baxaraq ədalətsiz qərar qəbul edildiyini bildirmişdir. Hesab edir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin mövcud qətnaməsi ləğv edilməli, ədalətli araşdırma apararaq yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəlillərinə istinad edərək, apelyasiya təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli Maliyyə və Ödəniş Cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli Hofmann markalı kondisioner, Yuliya markalı mebel dəsti üçün cəmi 565 manat, xx.xx.2018-ci il tarixli Milano markalı mobilya, Themza markalı termo, Milano markalı mobilya, Themza markalı dolab, Milano markalı mobilya, Themza markalı çarpayı, Alyans-Paris markalı 1 qapılı vitrin, döşək Uretan və HP markalı kompüter üçün cəmi 851 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli K00213238 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən kredit yolu ilə 1 manat ilkin ödənişlə 2791 manat məbləğində Hofmann markalı kondisioner, Yuliya markalı mebel dəsti əldə etmiş və həmin məbləği aylıq 155 manat olmaqla 18 ay ərzində “xxxxxxxxxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 00346925 nömrəli müqavilədən və ona əlavələrdən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-dən kredit yolu ilə ilkin ödənişsiz 3192 manat məbləğində Milano markalı mobilya, Themza markalı termo, Milano markalı mobilya, Themza markalı dolab, Milano markalı mobilya, Themza markalı çarpayı, AlyansParis markalı 1 qapılı vitrin, döşək Uretan və HP markalı kompüter əldə etmiş və həmin məbləği aylıq 133 manat olmaqla 24 ay ərzində “xxxxxxxxxxx” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişlərdən görünür ki, xx.xx.2018-ci il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişlərdən görünür ki, uyğun olaraq xx.xx.2019-cu il tarixində bağlanmış müqavilənin bütün şərtləri tam şəkildə yerinə yetirilməyənə qədər müqavilədə göstərilən əşyaları sata, bağışlaya və hər hansı digər formada özgəninkiləşdirə bilməz. Yalnız ödənişi tam həcmdə etdikdən sonra, göstərilən müqavilənin predmetinə dair mülki hüquq müştəriyə keçir. Müştəri müqavilənin şərtlərini pozduğu halda, “ABC” “Mal”-ın geri qaytarılmasını tələb edə bilər və ya əşyanın istifadəsini mümkünsüz edə bilər. İş materiallarında olan Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh K00213238 nömrəli müqaviləyə əsasən Hofmann markalı kondisioner, Yuliya markalı mebel dəstini tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan Əşyaların Təhvil-Təslim Aktından görünür ki, Cavabdeh 00346925 nömrəli müqaviləyə əsasən Milano markalı mobilya, Themza markalı termo, Milano markalı mobilya, Themza markalı dolab, Milano markalı mobilya, Themza markalı çarpayı, Alyans-Paris markalı 1 qapılı vitrin, döşək Uretan və HP markalı kompüteri tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh qısa müddət ərzində borcunu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldıracalığı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini pozduğuna görə onun razılığı əsasında mebel dəsti geri qaytarılmışdır. Mebel dəsti 1037 (bir min otuz yeddi) AZN dəyərində qiymətləndirilmiş və göstərilmiş məbləğ ümumi borcdan silinmişdir. İş materiallarında olan “xxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini pozduğuna görə onun razılığı əsasında kondisioner geri qaytarılmışdır. Kondisioner 500 (beş yüz) AZN, Qızıl Zəmanət 117 (yüz on yeddi) AZN dəyərində qiymətləndirilmiş və göstərilmiş məbləğ 671 (altı yüz on yeddi) AZN ümumi borcdan silinmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxxxxxxxxx” MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr bağlanmışdır. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 2791 manat məbləğində Hofmann markalı kondisioner, Yuliya markalı mebel dəstini 1 manat ilkin ödənişlə, aylıq ödənişi 155 manat olmaqla, 18 ay müddətinə ödəmək şərti ilə almışdır. xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 3192 manat məbləğində Milano markalı mobilya, Themza markalı termo, Milano markalı mobilya, Themza markalı dolab, Milano markalı mobilya, Themza markalı çarpayı, Alyans-Paris markalı 1 qapılı vitrin, döşək Uretan və HP markalı kompüteri ilkin ödənişsiz, aylıq ödənişi 133 manat olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları “xxxxxxxxxxx” MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Hofmann markalı kondisioner, Yuliya markalı mebel dəsti üçün 514 (beş yüz on dörd) marat ödənilməmiş hissə, 51 (əlli bir) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Milano markalı mobilya, Themza markalı termo, Milano markalı mobilya, Themza markalı dolab, Milano markalı mobilya, Themza markalı çarpayı, Alyans Paris markalı 1 qapılı vitrin, Uretan markalı döşək olan mebel dəsti və HP markalı kompüter üçün 851 (səkkiz yüz əlli bir) marat ödənilməmiş hissə, ümumilikdə 1416 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1446 manat Cavabdeh alınaraq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Kollegiya qeyd edir ki, tələb olunan iddia məbləğinin miqdarı 2000 manatdan az olduğu üçün Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 2(007)-1222/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7759/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7759/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver