Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7778/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Əhmədova Könül Seyidələkbər qızının katibliyi iştirakları ilə, İddiaçı X6 cavabdeh X2 qarşı “müqavilə öhdəliklərinin icra edilməməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(006)-4229/2021 saylı qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh X2 qarşı “müqavilə öhdəliklərinin icra edilməməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(006)-4229/2021 saylı qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə yenidən baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehə qarşı tələbi müqavilənin icra yeri üzrə göndərməyi zəruri hesab edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(006)-4229/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən cavabdeh X1, Qarakazımlı kəndində qeydiyyatdadır. Belə olan halda mülki işə ərazi aidiyyət normaları şamil edilməli və bu mülki işə ərazi aidiyyəti üzrə Cəlilabad Rayon Məhkəməsi baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi birinci instansiya məhkəməsi qərardad qəbul edərkən düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı iddia tələbinə müqavilə aidiyyəti qaydasında deyil, cavabdehin yerinə görə ərazi aidiyyəti qaydasında baxılmalıdır. Kollegiya qeyd edir ki, tapşırıq müqaviləsinin icra yeri Nəsimi və Sabunçu rayonları göstərilsə də, müqaviləinin premetinin bəndində müqavilınin icrası ilə bağlı müddəalar Azərbaycan Respublikasının bütün inzibati orqanlarlını və məhkəmələrini əhatə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı X3 şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(006)- 4229/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(006)-4229/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7778/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7778/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver